Məhkəmə qərarları › İş №2(103)-6358/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6358/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6358/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı Cəbrayıl qızının, Müstəqil tələb irəli sürən 3-cü şəxs X3, Cavabdeh X19 və onun vəkili X4 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 aprel 2021-ci il il tarixli, 2(009)-224/2021 saylı qətnaməsindən İddiaçı Cəbrayıl qızı, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 və cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cəbrayıl qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən 18550 ABŞ dolları alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası vətəndaşı olan İddiaçı Cəbrayıl qızı (əvvəlki soyadı Quliyeva) İran İslam Respublikasının vətəndaşı Əli Rahmani ilə ailə həyatı qurub, birlikdə Bakı şəhərində yaşayır və birgə təsərrüfat aparırlar. 2015-ci ilin ortalarında iddiaçı özünün və ərinin istifadəsi üçün avtomobil almaq qərarına gəlirlər və bu məqsədlə internet vasitəsilə axtarış edən zaman 535 BMW markalı, **-MG-*** avtomobilinin satılması barədə Cavabdeh1 tərəfindən elan verilməsinə rast gəlmişlər. Həmin şəxsin internetdə qeyd edilmiş telefon nömrəsinə zəng edərək avtomobilin qiyməti barədə məlumat əldə etdikdən sonra, onu satın almaq istədiklərini bildiriblər və növbəti gün Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” adlanan Ticarət Mərkəzində görüşmək qərarına gəlmişlər. İddiaçı əri Rahmani ilə birlikdə birinci cavabdehlə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” adlanan ticarət mərkəzinin qarşısında görüşmüşlər. Birinci cavabdeh 535 BMW markalı, **-MG-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin qayınatası Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olduğunu, lakin adıçəkilən şəxsin həmin avtomobili ona verdiyini, avtomobilin "xxxx"da ipotekada olduğunu, özünün də həmin bankda işlədiyini və avtomobili 18000 (on səkkiz min) X20 dollarına satmaq istədiyini bildirmişdir. X38 ilə məsləhətləşdikdən sonra həmin avtomobili almaq istədiklərini birinci cavabdehə bildirmiş və razılığa gəlmişlər ki, 18000 (on səkkiz min) ABŞ dollarının 8000 (səkkiz min) dollarını birinci cavabdehə versinlər, yerdə qalan 10000 (on min) ABŞ dollarını isə avtomobilin mülkiyyətçisi Cavabdeh2 oglu ilə "xxxx" ASC arasında bağlanılmış 10.02.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsi üzrə faizləri də daxil olmaqla 2015-2017-ci illər ərzində kredit borcu, eyni zamanda həmin vaxtı mövcud 3000 (üç min) ABŞ dolları məbləğində cəriməsindən 2500 (iki min beş yüz) ABŞ dolları şəklində ödəsinlər. İddiaçı 11.07.2015 ci il tarixində nəğd şəkildə 8000 (səkkiz min) ABŞ dollarını Cavabdeh1 verdikdən sonra sonuncu ikinci cavabdehə zəng edərək onu avtomobilin sənədləşmə işlərinin aparılması, iddiaçıya etibarnamənin verilməsi üçün olduqları yerə çağırmış və Cavabdeh2 onlarla Bakı şəhəri 6 saylı Notariat Kontorunda görüşərək özünə məxsus rəsmi reyestrdə qeydə alınmış daşınar əmlakların idarə edilməsi və həmin əmlaklar barəsində sərəncam verilməsi barədə iddiaçıya 11 iyul 2015-ci il tarixli, 10 il müddətinə Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş Etibarnamə vermişdir. Sonra birlikdə "xxxx" ASC-nın müvafiq filialının bankın inzibati binasına getmişlər. Bankda iddiaçı və ərinə məlum olmuşdur ki, kredit müqaviləsi üzrə Cavabdeh2 ödəmələrdə gecikməsi olduğundan həmin gecikmə ilə əlaqədar bank ona 3000 ABŞ dolları məbləğində cərimə hesablamışdır. İddiaçı və əri həmin cərimənin 2500 ABŞ dolları hissəsini ödəmişlər. Lakin cərimənin ödənilməsi ilə bağlı onlara hər hansı qəbz verilməmişdir. Cərimənin yerdə qalan hissəsini isə cavabdehlər ödəməyə öz üzərilərinə götürmüş və növbəti gün gəlib cəriməni ödəyəcəklərini bildirmişlər. Cavabdeh2 112 saylı kredit müqaviləsi üzrə ödənişlərinin iddiaçı və əri tərəfindən həyata keçiriləcəyini bildikdən sonra iddiaçı və onun və əri Əli Rəhmaniyə ödəniş qrafiki vermiş və onlara bildirmişlər ki, faizlər də daxil 2015-2017-ci illər ərzində 8550 (səkkiz min beş üz əlli) ABŞ dolları ödəniş etsəniz kredit üzrə ödənişlər tamamlanar və avtomobil ipotekadan azad olunar. 2015-2017-ci illər ərzində Bankın müəyyən etdiyi ödəniş cədvəli əsasında iddiaçı və əri tərəfindən ikinci cavabdehin kredit borcuna görə Banka aşağıdakı tarixlərdə və məbləğdə ödənişlər həyata keçirilmişdir. İddiaçı Cəbrayıl qızı tərəfindən “Zaminbank" ASC-nın “Uğur” filialında -**********830001 hesabına-Cavabdeh2nım banka olan kredit borcuna görə: -16 iyul 2015-ci il tarixdə 500 dollar ( beş yiiz X20 dolları): -27 iyul 2015-ci il tarixdə 500 dollar ( beş yüz X20 dolları): -31 iyul 2015-ci il tarixdə 200 dollar (iki yüz X20 dolları); -07 sentyabr 2015-ci il tarixdə 650 dollar (altı yüz əlli X20 dolları):-12 oktyabr 2015-ci il tarixdə 650 dollar (altı yüz əlli X20 dolları); -11 dekabr 2015-ci il tarixdə 600 dollar (altı yüz X20 dolları): -01 mart 2016-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları); -11 aprel 2016-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları ); -02 iyun 2016-cı il tarixdə 400 dollar (dörd yüz X20 dolları); -11 avqust 2016-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları): -07 aprel 2017-ci il tarixdə 300 dollar (üç yüz X20 dolları): iddiaçının əri X16 adından isə "xxxx" ASC-nın -Uğur” filialında 4**********830001 hesabına Cavabdeh2 banka olan kredit borcuna görə: -10 noyabr 2015-cı il tarixdə 650 dollar (altı yüz əlli X20 dolları): -30 iyun 2016-cı il tarixdə 400 dollar ( dörd yüz X20 dolları ); -18 yanvar 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları); -14 fevral 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları): -15 mart 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları): -15 may 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları): -13 iyun 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları): 07 iyul 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları): 14 avqust 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları); 05 sentyabr 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları); 13 oktyabr 2017-cı il tarixdə 300 dollar (üç yüz X20 dolları); qəbzlər cəmi 8550 dollar (səkkiz min beş yüz əlli X20 dolları) 2017 ci ildə iddiaçı axırıncı ödəniş həyata keçirildikdən sonra avtomobilin ipotekadan azad olması barədə sənədləri və avtomobilə məxsus digər sənədləri bankın rəsmisindən tələb etdikdə orada iddiaçıya bildiblər ki, əlavə 14.000 ( on dörd min) ABŞ dolları da ödəməlisiniz. Bunun səbəbini soruşduqda Bankdan bildirmişlər ki, borclu Cavabdeh2 adına bankda iki ayrı-ayrı 10.02.2015-ci il tarixli, 112 saylı və 113 saylı kredit müqavilələri vardır və həmin 112 saylı müqavilə üzrə X14 məxsus 2007-ci il buraxılışlı 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobil ipotekaya qoyulub, 113 saylı kredit isə zaminlik müqaviləsi ilə yüklüdür. Eyni zamanda söyləmişlər ki, sizin 2015-2017-ci illər ərzində ödədiyiniz pullar həm 112 saylı, həm də 113 saylı kredit müqavilələrinin əsas və faiz borclarına hesablanmışdır. İddiaçı və əri cavabdehlərlə yalnız avtomobilin ipotekada olduğu 112 saylı kredit müqaviləsi üzrə ödəniş etməyi razılaşdıqlarını və həmin müqavilə üzrə bütün ödənişləri etdiklərini və avtomobili ipotekdan çıxarmağı xahiş etsələr də, Bank rəsmiləri buna əhəmiyyət verməmişdir, iddiaçı və onun ərinin Cavabdeh2 adına eyni bankla iki kredit müqaviləsinin olduğundan xəbərləri olmamışdır. Onların 2500 ABŞ dolları da cərimə də daxil olmaqla banka ödədikləri 10550 ABŞ dolları xəbərləri olmadan ikinci cavabdehin 112 və 113 saylı kredit müqavilələri üzrə borcların ödənilməsinə hesablanmışdır. İddiaçı və əri cavabdehlər tərəfindən aldadılmışlar. Bankın əlavə 14000 ABŞ dolları ödənilməsi tələbi iddiaçı və əri tərəfindən rədd edildikdən sonra 2019-cu ildə iddiaçı "Zaminbank” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X17 qarşı “kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-87/2020 saylı, 06.03.2020-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilərək "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti Cavabdeh2 tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanəllərin Sığortalanması Fondunun hesabına köçürülməsi; ödəmənin "xxxx" ASC ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 10.02.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 məxsus 2007-ci il buraxılışlı 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobilə yönəldilməsi, həmin avtomobil satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödəniləsi, satışdan əldə olunuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2015-ci il tarixli 113 nömrəli Kredit Müqaviləsi üzrə 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğyedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş məhkəmənin icraatında olarkən ikinci cavabdehin özünə məxsus daşınar əmlakın idarə edilməsi və onun barəsində sərəncam verilməsi barədə iddiaçıya 10 il müddətinə Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən 11 iyul 2015-ci il tarixdə verilmiş Etibarnamə onun tərəfindən iddiaçının xəbəri olmadan ləğv edilmişdir. İddiaçı müvafiq qurumlara şikayət verdikdən sonra ikinci cavabdeh özünə məxsus daşınar əmlakın idarə edilməsi və onun barəsində sərəncam verilməsi barədə iddiaçıya 07.08.2019-cu il tarixdə yenidən 2 il müddətinə etibarnamə vermişdir. Həmin Etibarnamə Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən təsdiq edilmişdir. Sonradan ikinci cavabdeh həmin etibarnaməyə da iddiaçının xəbəri olmadan xitam vermişdir. Hesab edir ki, qeyd edilən faktiki hallar nəzərə alınaraq, iddiaçının birinci cavabdehə bilavasitə verdiyi, eyni zamanda ikinci cavabdehin kredit borcu üzrə Banka ödədiyi cəmi 18550 (on səkkiz min beş yüz əlli) ABŞ dolları onlardan alınaraq ona qaytarılmalıdır. Məhkəmənin 15.03.2021-ci il tarixli məhkəmə iclasında qəbul etdiyi qərardad ilə Cavabdeh2 prosessual hüquqi varisləri X5, X19 və X22 cavabdeh kimi işə cəlb edilmişdirlər. Məhkəmənin 15.03.2021-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehhlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varislərindən müştərək qaydada 18550 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya və ona verilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 22.04.2021-ci il tarixli iclasında İddiaçı Cəbrayıl qızı iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varisləri X6, X10 və X1 müştərək qaydada 18550 ABŞ dolları tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində “Nissan Tida” markalı ** UP *** dövlət qeydiyyat nişanlı və “Hundai Accent” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillərə, X15 mülkiyyətində olan “Honda Pilot” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hal-hazırda Cavabdeh2 mülkiyyət hüququ ilə adına qeydiyyatda olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2 a, 42 saylı mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsini qalan məbləğin cavabdehlərə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 aprel 2021-ci il il tarixli, 2(009)-224/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 İddiaçı Cəbrayıl qızının və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X3 xeyrinə 6550 manat pul tutulması, Cavabdeh2 prosessual hüquqi varisləri X5, X19 və X10 İddiaçı Cəbrayıl qızının və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X3 xeyrinə 8750 ABŞ dolları tutulması, İddiaçı Cəbrayıl qızının ödədiyi 30 manat dövlət rüsumunun və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X3 ödədiyi 30 manat dövlət rüsumunun 10 manatı Cavabdeh1, 10 manatı X1, 10 manatı X6, 10 manatı X10 tutularaq İddiaçı Cəbrayıl qızının və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X7 ödənilməsi qət olunmuşdur. Cavabdeh X19 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 aprel 2021-ci il il tarixli, 2(009)- 224/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, hakim qətnamədə Cavabdeh2 prosessual hüquqi varisləri X11, X19 və X18 göstərsə də, lakin adıçəkilən şəxslərin heç biri Cavabdeh2 hüquqi varisləri deyildir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, şəxs hüquqi varis statusunu o vaxt alır ki, hansı ki, o, aidiyyəti üzrə notariat kontorunda müvafiq vərəsəlik şəhadətnaməsi ilə şəhadətlənsin. Hazırkı mülki iş üzrə isə belə bir hal ümumiyyətlə mövcud deyildir. Bunun üçün məhkəmə ilk öncə işi baxılmamış saxlamaqla, işin davam etməsini yuxarıda qeyd edilən hüquqi hərəkətlərin edilməsinədək dayandırmalı idi. Göründüyü kimi, qətnamə qət edilərkən maddi hüquq normaları ilə yanaşı, eyni zamanda prosessual hüquq normaları da pozulmuşdur. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, teztələsik olaraq, yarımçıq, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Qətnamədən İddiaçı Cəbrayıl qızı və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 apellyasiya şikayəti verərək iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edərək, iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hakim sübutlara tam və obyektiv qiymət verməyib, yalnız Cavabdeh1 iddianın etiraf etməsi barədə izahatına və iddiaçı və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərlə kifayətlənərək, iddianın qismən təmin edilməsi nəticəsinə gəlməklə xidməti vəzifəsini bitmiş hesab etmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, qətnamə təmin edilməyən hissədə ləğv edilməli, iddiaçının və üçüncü şəxsin iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki: məhkəmə qətnamədə Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı qəbzə istinad etsə, onun məhkəmə iclası zamanı verdiyi izahatı nəzərə almamışdır. Adıçəkilən cavabdeh öz izahatında mübahisəli avtomobilin ilkin satış qiymətinin 8000 ABŞ dolları olması barədə elanın www.turbo.az saytında elanın onun tərəfindən yerləşdirildyini, iddiaçı və üçüncü şəxslə birinci dəfə 2015-ci ilin 01 iyul tarixində görüşərkən avtomobilin satılması barədə razılığa gəldiklərini, növbəti gün “ləğv prosesində olan "xxxx" ASC-nin filialına getdiklərini, mərhum Cavabdeh2 həmin banka 112 və 113 saylı kreditlər üçün yığılıb qalmış cəriməsi ( əvvəlki aylardan yığılıb qalmış borcu ) üçün müstəqil tələb irəli sürən Əli Rəhmanının 2500 ABŞ dollarından artıq vəsaiti banka ödəməsini inkar etməsə də, həmin izahat qətnamədə öz əksini tapmayıb. Halbuki, cavabdehin həmin izahatı onu göstərir ki, X37 Novruzovun banka əvvəlki aylardan yığılıb qalmış borcuna görə həqiqətən də 2500 ABŞ dollarından artıq ödəmişdir, lakin həmin ödənişin onun tərəfindən edilməsi barədə üçüncü şəxsə heç bir qəbz verilməmişdir. Nəzərə alsaq ki, üçüncü şəxs İran İslam Respublikasının vətəndaşdır, həmin vaxtı Azərbaycan dilində fikrini ifadə etmək imkanları olduqca zəif idi və danışmaları tam şəkildə dərk edə bilmirdi. Bu səbəbdən də onun bankdan hər hansı qəbz tələb etməməsi də ağlabatan idi. Digər tərəfdən ləğv prosesində olan "xxxx" ASC-nm ləğvedicisi tərəfindən məhkəməyə təqdim edilmiş mərhum Cavabdeh2 112 və 113 saylı kredit müqavilələri üzrə ödəniş qəbzlərinin surətlərindən də görünür ki, 2015 ilin iyul ayından başlayaraq 2017-ci ilin axırlarına qədər banka ödənişləri iddiaçı və üçüncü şəxs tərəfindən həyata keçirilmişdir. Həmin müddət ərzində isə məhkəmə icraatı zamanı sübutların toplanması zərurətinə əsasən iddiaçının məhkəmədə verdiyi vəsatət əsasında məhkəmənin AR, Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı “Cavabdeh2 "xxxx" ASC arasında bağlanılmış 10.02.2015-ci il tarixli 112 və 113 saylı kredit müqavilələri və həmin müqavilələrə əlavə edilmiş müqavilələr üzrə İddiaçı Cəbrayıl qızı və onun əri X31 tərəfindən 2015-2017-ci illər ərzində nə qədər ödəniş olması barədə Arayışı, həmin kredit müqaviləri üzrə ödənişlərin gecikdirilməsi üçün cərimələrin olub-olmaması və cərimə ödənişlərinin hansı tarixdə həyata keçirilməsi barədə məlumat verilməsi, həmçinin ödəniş qəbzlərinin siyahısı barədə ətraflı və dəqiq məlumatların və sənədlərin təsdiq edilmiş surətlərini 5 gün ərzində məhkəməyə təqdim edilməsi” məzmunlu sorğuya cavab olaraq adıçəkilən qurum borclu Cavabdeh2 112 nömrəli 10.02.2015-ci il və 113 nömrəli 10.02.2015-ci il kredit müqavilələri üzrə 2015-2017-ci illər üzrə hesabdan çıxarışı məhkəməyə göndərməklə işini bitmiş hesab etmişdir. Sorğuya cavabda mərhum Cavabdeh2 112 və 113 saylı kredit müqaviləri üzrə ödənişlərin gecikdirilməsi üçün cərimələrin olub-olmaması və cərimə ödənişlərinin hansı tarixdə həyata keçirilməsi barədə məlumat verilməsi ilə iş üçün mühüm əhəmiyyət kəsb edən məsələyə də münasibət bildirilməyib. Buna görə də iddiaçı tərəfindən “Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanılmış 10.02.2015-ci il tarixli 112 və 113 saylı kredit müqavilələri və həmin müqavilələrə əlavə edilmiş müqavilələr üzrə ödənişlərin gecikdirilməsi üçün 2015-ci ilin 01 iyul tarixindək cərimələrin olub-olmaması, əgər olubsa miqdarı və cərimə ödənişlərinin hansı tarixdə həyata keçirilməsi barədə məlumat verilməsi ilə bağlı adıçəkilən quruma yeni sorğu göndərilməsi barədə təkrar vəsatət isə heç bir əsas olmadan təmin edilməmişdir. Halbuki, "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X17 qarşı “kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-87/2020 saylı mülki işin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 05 fevral 2020-ci il tarixli, 22282 saylı Məhkəməmühasibatlıq ekspertiza Rəyində ( bax həmin iş üzrə i/v-128) qeyd edilir ki, mərhum Şamil Noruzovun adına qeydə alınmış 112 və 113 saylı kredit müqavilələri üzrə 2649,00 ABŞ dollarına dair ödəniş qəbzi olmadığından bu məbləğin kim tərəfindən aparıldığı müəyyən olunmadı. Göründüyü kimi, Cavabdeh2 kreditləri üçün əlavə olaraq kim tərəfindən ödənilməsi qeyd edilməyən 2649,00 ABŞ dollarının ödənilməsi Ekspertiza rəyində də öz əksini tapmışdır. Ekspert rəyi ilə təsdiq edilən ödəniş məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Baxmayaraq ki, üçüncü şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, 2500 ABŞ dollarından artıq Cavabdeh2 kredit cəriməsi ( borcu üçün ) banka ödəniş etsə də ona buna görə hər hansı qəbz verilməmişdir. Məhkəmə hazırkı iş üzrə qətnamə qəbul edərkən, sübutlara qiymət verərkən Səbail rayon Məhkəməsinin atrıq qüvvəyə minmiş 2(009)-87/2020 saylı mülki işində olan 05 fevral 2020ci il tarixli, 22282 saylı Məhkəmə-mühasibatlıq ekspertiza Rəyində (bax həmin iş üzrə i/v-128) qeyd edilənləri nəzərə almalı olduğu halda, həmin Rəydə göstərilənlərə (hazırkı iş üzrə Cavabdeh2 kreditləri üçün kim tərəfindən ödənilməsi qeyd edilməyən 2649,00 ABŞ dollarının ödənilməsinə) əhəmiyyət erməmişdir. Məhkəmə həmçinin ödəniş aparılan zaman manat məzənnəsinə uyğun olaraq 8750 ABŞ dollarının mərhum Cavabdeh2 prosessual-hüquqi varislərindən alınaraq iddiaçı və üçüncü şəxsə ödənilməsi barədə qətnamə qəbul edərkən qeyd edilən mövqeyini də əsaslandırmayıb. Halbuki, iddiaçı və üçüncü şəxs kredit ödənişlərini yalnız ABŞ dolları ilə həyata keçirmiş və cavabdehlərdən də ABŞ dolları ilə onlara müvafiq vəsaitin qaytarılması tələb etsələr də, məhkəmə heç bir maddi-hüquqi əsaslandırma etmədən vəsaitin qətnamədə qeyd edilən hissəsinin manat məzənnəsinə uyğun qaytarılmasını göstərmişdir. Vəsaitin manat məzənnəsinə uyğun qaytarılması da əsassızdır, apellyasiya məhkəməsi tərəfindən qəbul ediləcək yeni qətnamədə buna qiymət verilməli və vəsaitin ancaq ABŞ dolları ilə qaytarlması müəyən edilməlidir. Beləliklə, yuxaqrıda qeyd etdiyim kimi, Cavabdeh1 məhkəmədəki izahatının iddiaçının və üçüncü şəxsin izahatları ilə müqayisə edilərək Səbail rayon Məhkəməsinin qüvvəyə minmiş 2(009)-87/2020 saylı mülki işində olan 05 fevral 2020-ci il tarixli, 22282 saylı Məhkəməmühasibatlıq ekspertiza Rəyində göstərilənlərlə birlikdə qiymət verilməməsi, eyni zamanda vəkilin /nümayəndənin/ əsaslı vəsatətinin əsassız olaraq təmin edilməməsi, həmçinin ödənişin həyata keçirildiyi vaxt manat məzənnəsinə uyğun cavabdehlərdən alınması barədə məhkəmənin mövqeyi əsassız olduğundan 23 aprel 2021-ci il tarixli qətnamə təmin edilməyən hissədə ləğv edilməli və iddiaçının və üçüncü şəxsin iddia tələblərinin tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Cəbrayıl qızı və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərini müdafiə edərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 öz apellyasiya şikayətini müdafiə etdi, İddiaçı Cəbrayıl qızı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 aprel 2021-ci il il tarixli, 2(009)-224/2021 saylı qətnaməsi- iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddialarının cavabdeh X12 prosessual hüquqi varisləri X19, X22 və X2 qarşı qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilərək, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını və vəkili dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 aprel 2021-ci il il tarixli, 2(009)-224/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan- yəni iddianın Cavabdeh1 aid qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ƏN-İ 533630 nömrəli, 11 iyul 2015-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən X8 11.07.2025-ci il tarixədək daşınar əmlakının idarə edilməsi üçün baş etibarnamə vermişdir. İş materiallarında olan ƏN-İ 750560 nömrəli, 07 avqust 2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı Cəbrayıl qızına 07.08.2021-ci il tarixədək daşınar əmlakının idarə edilməsi üçün baş etibarnamə vermişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-87/2020 saylı, 06.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti Cavabdeh2 tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanəllərin Sığortalanması Fondunun hesabına köçürülməsi; ödəmənin "xxxx" ASC ilə Cavabdeh2 (ipoteka qoyan ) arasında bağlanmış 10.02.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 məxsus 2007-ci il buraxılışlı 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobilə yönəldilməsi, həmin avtomobil satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödəniləsi, satışdan əldə olunuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2015-ci il tarixli 113 nömrəli Kredit Müqaviləsi üzrə 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğyedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 101710 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 04.09.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ödəniş qəbzlərdən görünür ki, İddiaçı Cəbrayıl qızı tərəfindən “Zaminbank" ASC-nın ''Uğur" filialına Cavabdeh2 banka olan kredit borcu hesabına 16 iyul 2015-ci il tarixdə 500 dollar, 27 iyul 2015-ci il tarixdə 500 dollar, 31 iyul 2015-ci il tarixdə 200 dollar, 07 sentyabr 2015-ci il tarixdə 650 dollar, 12 oktyabr 2015-ci il tarixdə 650 dollar, 11 dekabr 2015-ci il tarixdə 600 dollar, 01 mart 2016- cı il tarixdə 300 dollar, 11 aprel 2016-cı il tarixdə 300 dollar, 02 iyun 2016-cı il tarixdə 400 dollar, 11 avqust 2016-cı il tarixdə 300 dollar, 07 aprel 2017-ci il tarixdə 300 dollar, 07 aprel 2017-ci il tarixdə 300 ABŞ dolları, müstəqil tələb irəli sürən 3-cü şəxs X25 tərəfindən "xxxx" ASC-nın -Uğur” filialında Cavabdeh2 banka olan kredit borcuna görə 10 noyabr 2015-cı il tarixdə 650 dollar, 18 yanvar 2017-cı il tarixdə 300 dollar, 14 fevral 2017-cı il tarixdə 300 dollar, 15 may 2017-cı il tarixdə 300 dollar, 13 iyun 2017-cı il tarixdə 300 dollar, 14 avqust 2017-cı il tarixdə 300 dollar, 05 sentyabr 2017-cı il tarixdə 300 dollar, 13 oktyabr 2017-cı il tarixdə 300 dollar, 07 iyul 2017- ci il tarixdə 300 ABŞ dolları, 15 mart 2017-ci il tarixdə 300 ABŞ dolları, 30 iyun 2016-cı il tarixdə 400 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********29 nömrəli, 18.02.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2 a, 42 saylı mənzilin mülkiyyət hüququ Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs ilkin olaraq Cavabdeh1 8000 ABŞ dolları ödədiklərini qeyd etsələrdə bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdirlər. Məhkəmənin iclasında Cavabdeh1 ilkin olaraq 6200 manat verildiyini, 350 manat isə ustaya verildiyini etiraf etmişdir. Buna görə də, məhkəmə Cavabdeh1 6550 manatın iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxsin hesabına tutulması qənaətinə gəlmişdir. Kollegiya apellyasiya baxışının predmetində qalan hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxsin Cavabdeh1 6550 manatdan artıq pul verməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, apellyatorlar bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Kollegiya prosessual qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq hesab edir ki, qətnamə dövlət püsumunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı Cavabdeh1 tutularaq, İddiaçı Cəbrayıl qızının xeyrinə ödənilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı Cavabdeh1 tutularaq, X3 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı Cəbrayıl qızı və müstəqil tələb irəli sürən üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 aprel 2021-ci il il tarixli, 2(009)-224/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə, yəni Cavabdeh1 pulun tutulması ilə bağlı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin idiasının qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlansın. Qətnamə dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı Cavabdeh1 tutularaq, İddiaçı Cəbrayıl qızının xeyrinə ödənilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı Cavabdeh1 tutularaq, X3 xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar