Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6359/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak X3 və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 24 saylı notariat ofisi olmaqla mirasın əmlakın qəbul edilməsi faktının, əmlak üzərində payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair mülki üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6183/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak X3 və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 24 saylı notariat ofisi olmaqla mirasın əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və paylara bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6183/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı1 şikayət verərək qərardadın əsassız olduğunu bildirərək, onun ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmənin 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Qanunvericiliklə xüsusi icraat qaydasında baxılmalı olduğu halda iddia ərizəsindən də göründüyü kimi iddiaçılar iddia icraatı qaydasında məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Eyni zamanda mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi məsələsi öz həllini tapmamış payların bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, həmçinin iddia ərizəsində cavabdeh barədə məlumatlar qeyd olunmamışdır. Bu kimi tələblərə qanunvericiliyin tələbinə uyğun olaraq öncə xüsusi icraat qaydasında baxılmaqla fakt müəyyən edilməli, sonradan pay bölgüsü ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Məhkəmə kollegiyası öz növbəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən də biri hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında iddialardır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.9-cu maddələrinə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin ediməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6183/2023 saylı, 31 avqust 2023-cü il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6359/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6359/2023
11.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver