Məhkəmə qərarları › İş №2(103)-636/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-636/2023

21.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-636/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xəzər rayonu, Binə qəsəbəsi, “Südçülük sovxozu” adlandırılan ərazidə yerləşən, İddiaçı aid olan evdə (abonent kodu: **********00228) təbii qazadan istifadəyə görə Cavabdeh tərəfindən hesablanmış 6.739,2 manat borc silinsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Cavabdeh İB-nin apellysiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iddiaçı (abonent) təbii qazdan qeydiyyatsız (sayğacsız) istifadə edib, bununla əlaqədar müvafiq aktlar tərtib edilib və həmin aktlara əsasən zərər (istifadə edilmiş təbii qazın dəyəri) hesablanıb. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanına malik olsa da, bunu etməyib. Bundan başqa, cavabdeh apellyasiya şikayətinə əlavə verib və qeyd edib ki, iddiaçı məhkəməyə müraciət edərkən onun abonent hesabında 6.004,80 manat borcu olmuş, lakin məhkəmə borcun məbləğini düzgün müəyyən etmədən 6.739,2 manat borcun silinməsini qət etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Cəlal Abdullayev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, iddiaçı (abonent) qazdan sayacdankənar istifadə edib. İşin bu halı Cavabdeh İB-nin məhkəməyə təqdim etdiyi fotoşəkillər və aktlarla təsdiq olunur. Belə ki, Cavabdeh İB iddiaçının (abonentin) qazdan qeydiyyatsız (sayğacsız) istifadə etdiyini təsdiq edən 7 ədəd fotoşəkil (iş v. 106-112) və 12 ədəd aktı (iş v. 132-155) məhkəməyə təqdim edib. Aktlar və onlara əsasən hesablanmış məbləğlər aşağıdakı kimidir: 1) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 885,60 manat; 2) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 583,20 manat 3) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 194,40 manat; 4) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 194,40 manat; 5) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 295,20 manat; 6) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 504 manat; 7) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 648 manat; 8) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 648 manat; 9) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 648 manat; 10) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 669,60 manat; 11) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 734,40 manat; 12) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 734,40 manat. Bu məbləğlərin cəmi 6.739,2 manat təşkil edir. Cavabdeh İB tərəfindən hesablanmış məbləğin düzgünlüyünün müəyyən edilməsi üçün apellyasiya icraatı zamanı məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, lakin ekspertin qarşısında qoyulmuş suala Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/948 nömrəli rəyində cavab verilməmişdir. Göründüyü kimi, Cavabdeh İB 12 ayda qazdan sayğacdankənar istifadəyə görə iddiaçıya (abonentə) zərərin (itirilmiş qazın) əvəzi kimi 6.739,2 manat borc hesablayıb. Lakin bu məbləğ ağlabatan deyil. Həmin aylarda sayğacsız istifadə edilmiş qazın dəyəri müəyyən edilərkən təqvim ayları istilik mövsümünə və qeyri-istilik mövsümünə bölünməlidir. Belə ki, yaşayış və qeyri-yaşayış binalarının istiliklə təchizi zamanı təqvim ili istilik və qeyri-istilik mövsümünə bölünür. Əhali təbii qazdan istilik mövsümünə aid olan 5 ayda (15 noyabrdan 15 aprelədək) çox istifadə edir, qeyri-istilik mövsümünə aid olan 7 ayda isə az istifadə edir. Ona görə də sayğacsız istifadə edilmiş qazın dəyəri ağlabatan mühakimə əsasında istilik mövsümünə aid olan aylar üçün 50 manat, qeyri-istilik mövsümünə aid olan aylar üçün 25 manat müəyyən edilməlidir. Bu məbləğlər aşağıdakı kimi olacaq: 1) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 2) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat 3) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat; 4) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat; 5) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat; 6) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 25 manat; 7) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 8) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 9) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt – 50 manat; 10) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat; 11) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat; 12) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt – 50 manat. Həmin məbləğlərin cəmi 475 manat təşkil edir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, 12 akta əsasən zərərin (itirilmiş qazın) əvəzi 475 manat müəyyən edilməli, bu aktlara əsasən heablanmış zərərin (borcun) qalan hissəsi silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Xəzər rayonu, Binə qəsəbəsi, “Südçülük sovxozu” adlandırılan ərazidə yerləşən, İddiaçı aid olan evdə (abonent kodu: **********00228) təbii qazdan sağacdankənar istifadəyə görə xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt və xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 6.739,2 manat borcun 6.264,2 manat hissəsi silinsin. Həmin aktalara əsasən İddiaçı Cavabdehnə olan borcunun məbləği 475 (dörd yüz yetmiş beş) manat müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar