Məhkəmə qərarları › İş №2(103)-6366/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6366/2020

03.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6366/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Qurbanovanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2222/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 2015-ci ilin fevral ayı üçün 323,70 manat, mart ayı üçün 350,20 manat, 2017-ci ilin noyabr ayı üçün 832 manat, dekabr ayı üçün 1032,20 manat və 2019-cu ilin aprel ayı üçün isə 411 manat olmaqla, cəmi 2949,10 (iki min doqquz yüz qırx doqquz manat on qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, 218 ünvanda yerləşən qeyri yaşayış sahəsi onun istifadəsindədir. Həmin qeyriyaşayış sahəsinə cavabdeh tərəfındən sayğac quraşdınlmışdır və daim norlmal vəziyyətdə işləmişdir və ödənişlər sərfıyyata uyğun vaxtında ödənilmişdir. Binanın isidilməsində kondinsionerdən də istifadə edilir ki, bu səbəbdən də isti aylarda qaz sərfıyyatı minimuma enir, bəzi aylarda isə hətta sıfıra enir. 2016-cı ilin ortalarında binada əsaslı təmir işlərinə başlanılmış, yalnız. binanın 1-ci mərtəbəsindən başqa Bakı RQSD-nin əməkdaşları tərəfındən şifahi olaraq 2018-ci ilin noyabr ayında sayğacın işləmədiyini bildirsələr də, araşdırma nəticəsində işlədiyi məlum olmuşdur. Buna baxmayaraq ona əsassız olaraq 4176 m3 sərf 'yazılaraq 832,20 manat məbləğində akt əsasında bildiriş verilmişdir. Bu hadisədən sonra cavadehə müraciət etmiş və xx.xx.2018-ci ildə yenə həmin əməkdaşlar tərəfındən binada olan 10 ədəd kombinin 7-ni plomblayaraq, yalnış 3 ədədini işlək vəziyyətdə saxlamışlar. 2018-ci ilin dekabr ayında 309 m3 sərf yazılaraq 61,80 rnanat məbləğində bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq 2019-cu ilin yanvar ayında yenidən 7 ədəd kombi plomblanmış vəziyyətdə olduğu halda məlum olmayan səbəblərdən 4735 m3 sərf yazılaraq 947 manat məbləğində bildiriş verilmişdir. Halbuki eyni vəziyyətdə 2018-ci ilin dekabr ayında cəmi 61,80 manat sərfıyyat olunmuşdur. Bu barədə dəfələrlə cavabdehə müraciəti olmuşr, lakin gəlib maraqlanmamış və onların əməkdaşlarının səhlənkarlığı nəticəsində ayrı-ayrılıqda cəmi 9205 kubmetr sərfıyyat, yəni 1841 manat əsassız olaraq borc yazmışlar. Həmin borc isə iddia tələbinə asasən Yasamal rayon Məhkəfnəsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3261/2019 saylı qətnaməsi ilə silinmişdir. Daha sonra cavabdehin əməkdaşlarının saxtakarlığı və qanunsuz əməli nəticəsində qeyri-yaşayış sahəsində qaz xətt sistemində heç bir dəyişiklik olmadan məhkəmə gedişatı dövründə və əvvəlki illərdə də imzası və iştirakı olmadan, heç bir araşdırma aparılmadan cavabdehin əməkdaşları tərəfındən akt tərtib edilmiş, əsassız olaraq qaz sayğacının işləmədiyi dövrə görə 2015-ci ilin fevral ayı üçün 323,70 manat, mart ayı üçün 350.20 manat, 2017-ci ilin noyabr ayı üçün 832 manat, dekabr ayı üçün 1032,20 manat və 2019-cu ilin aprel ayı üçün 411 manat olmaqla, cəmi 2949.10 manat borc yazmışllr. Bütün bunlar hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan əlavə qeyd etmək istəyir ki, cavabdehin əməkdaşları tərəfındən 2019-cu ilin yanvarın sonu, fevral ayının əvvəli 3 dəfə sayğaca baxış keçirilmiş, yerində sökülərək test edilmiş və məlum olmuşdur ki, sayğac normal işləyir və heç bir təmirə ehtiyacı yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2222/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı istifadəsində olan ünvan 2 ünvan üzrə qeyri-yaşayış sahəsinə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən (istehlakçının hesab kodu: **********00000; sayğacın tipi: Elster G-65 RVG EK-220) əsassız hesablanmış 2949,10 (iki min doqquz yüz qırx doqquz manat on qəpik) manat borcun silinməsi və cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2222/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən iddiaçıya məxsus olmayan qeyri yaşayış sahəsində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən sayğacın sərfiyyatı qeyd etmədiyi müəyyən edilib, bununla bağlı həmin aylar üçün sərfiyyat hesablanılaraq iddiaçının abonent koduna yerləşdirilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən “X3” 4.8-ci bəndinə istinad edərəkən, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi “Cavabdeh” İstehsalat Birliyinin daşıdığını, həmçinin sayğaca müdaxilə olunmasına istehlakçının təqsirinin sübuta yetirilmədiyini əsas götürmüşdür. “X6”-nın 4.8ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü də böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması”, “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququ ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Təqsirli tərəfin müəəyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması “Cavabdeh” İstehsalat Birliyinin funksiyalarına aid deyil. Burada işin mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəl olunması deyil (təbii, buda vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və sair) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəəsisə olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində gözstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbuledilməsi üçün müəyyənedici meyar-faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji yol xəritəsi”nin Tədbirlər planının 4.1.4-cü bəndində “yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunur. Bu tədbirlərin enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəldiyini bildirmişdir. Lakin məhkəmə iddiaçının fiziki şəxs olmamasını nəzərə almadığını iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasını qeyd etmişdir. Əlavə olaraq qaz sayğacını saz vəziyyətdə saxlamaq iddiaçının vəzifəsi olduğunu, həmçinin iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmamasını bildirmişdir. Belə ki, iddiaçı X2 etibarnaməsi əsasında onun adından çıxış etmək hüququ olduğunu, iddia qaldırmaq hüququnun olmadığını qeyd etmişdir. İddiaçının vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alındığını, adına ********** saylı vöen açıldığını yəni ki, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğunu bildirmişdir. Cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmasını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz etmiş və apelyasiya şikayətini təmin etmədən qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun və arvadının heç vaxt adına VÖEN açılmamışdır. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və iddiaçının izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Belə ki, xx.xx.2016-cı il tarixli RX0867297 nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən sahəsi 1355.4 kv.m. olan qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ əsasında 948,78 kv.m sahəsi X4, 406,62 kv.m sahəsi X1 məxsusdur. X2 verdiyi xx.xx.2008-ci il tarixli 7E-27266 reyestr nömrəli etibarnamə əsasında ünvan 3 ünvanda yerləşən sahəsi 1355.4 kv.m. olan qeyriyaşayış sahəsindən X2 mülkiyyətindən olan 948,78 kv.m sahəsindən İddiaçı istifadə edir. Həmin qeyri-yaşayış sahəsində xx.xx.2015-ci il tarixdə İddiaçı adına cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən Elster G-65 RVG EK-220 tipli qaz sayğacı (kod: **********00000) quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)-3261/2019 saylı qətnaməsinin surətindən görünür ki, “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar və istehlakçının qaz təminatının dayandırılması haqqında aktlarına əsasən Elster G-65 RVG EK-220 tipli qaz sayğacına baxış keçirilmiş, sayğacın sərfiyyatı qeydə almaması, mexaniki və elektron göstəriciləri işlək vəziyyətində olmadığı müəyyən edilmişdir. Həmin aktlarına əsasən ünvan 3 ünvanda yerləşən sahəsi 1355.4 kv.m. olan qeyri-yaşayış binasında olan 10 ədəd kombinin 7 ədədinə plomb vurulmaqla qaz təminatı dayandırılmış, cəmi 3 ədədi işlək vəziyyətdə saxlanılmışdır. “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktı ilə birliyinin xx.xx.2018-ci il tarixli aktında qeyd edilmiş göstəricilər yenidən təsdiq edilmiş və 10 ədəd kombinin cəmi 3 ədədi işlək vəziyyətində saxlanılması göstərilmişdir. “Cavabdeh” İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli, 008375 nömrəli “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən sahəsi 1355.4 kv.m. olan qeyri-yaşayış binasına 12.02-28.02 tarixləri üzrə 2055 kub metr qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2020-ci il tarixli “abonent saldosu”na dair çıxarışdan görünür ki, İddiaçı istifadəsində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış Elster G-65 RVG EK-220 tipli qaz sayğacının göstəriciləri üzrə qaz sərfiyyatına görə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əsassız olaraq 2015-ci ilin fevral ayı üçün 323,70 manat, mart ayı üçün 350,20 manat, 2017-ci ilin noyabr ayı üçün 832 manat, dekabr ayı üçün 1032,20 manat və 2019-cu ilin aprel ayı üçün isə 411 manat olmaqla, cəmi 2949,10 manat borc hesablanmışdır. Sayğacda heç bir problem olmadığı üçün iddiaçı qazdan istifadə edərək, vaxtıvaxtında ödənişlərini icra etmişdir. Lakin cavabdeh “Cavabdeh” İstehsalat Birliyi əsassız olaraq iddiaçıya istifadə etmədiyi 2015-ci ilin fevral ayı üçün 323,70 manat, mart ayı üçün 350,20 manat, 2017-ci ilin noyabr ayı üçün 832 manat, dekabr ayı üçün 1032,20 manat və 2019-cu ilin aprel ayı üçün isə 411 manat olmaqla, cəmi 2949,10 manat borc hesablamışdır. Bu borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya baxışı zamanı hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 2949,10 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Çünki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətində iddiaçının adına VÖEN-nin olması, bununla da iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan tərəflər arasında mübahisənin Kommersiya Məhkəməsinə aid olması dəlili ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı onun və arvadının heç vaxtı VÖEN-i olmadığını bildirmiş, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi ilə bağlı sübut təqdim etməmiş, Elektron axtarış qaydasında Azərbaycan Respublikası Vergi orqanlarında iddiaçının adına VÖEN müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2222/2020 nömrəli qətnaməsi cavabdeh “Azəriaz” İstehsalat Birliyinə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar