Məhkəmə qərarları › İş №2(103)-6366/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6366/2024

17.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6366/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(011)-4358/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 29 dekabr 2017-ci il tarixli AKT-ın surətindən görünür ki, sayğacsız təbii-qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

2. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 25 dekabr 2017-ci il tarixli AKT-ın surətindən görünür ki, sayğacsız təbii-qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

3. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 28 mart 2018-ci il tarixli AKT-ın surətindən görünür ki, sayğacsız təbii-qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

4. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 26 noyabr 2018-ci il tarixli AKT-ın surətindən görünür ki, sayğacsız təbii-qazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

5. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 25 iyun 2019-cu il tarixli AKT-ın surətindən görünür ki, sayğacsız təbiiqazdan qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

6. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 27 sentyabr 2019-cu il tarixli AKTın surətindən görünür ki, sayğacsız qazdan istifadə edilməsi aşkarlanmışdır.

7. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 25 dekabr 2019-cu il tarixli AKT-ın surətindən görünür ki, təbii-qazdan rezin boru vasitəsi ilə qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

8. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 31 yanavr 2020-ci il tarixli AKT-ın surətindən görünür ki, təbii-qazdan rezin boru vasitəsi ilə qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

9. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 27 fevral 2020-ci il tarixli AKT-ın surətindən görünür ki, təbii-qazdan rezin boru vasitəsi ilə qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

10. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 29 mart 2020-ci il tarixli AKT-ın surətindən görünür ki, təbii-qazdan rezin boru vasitəsi ilə qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

11. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 30 aprel 2020-ci il tarixli AKT-ın surətindən görünür ki, təbii-qazdan rezin boru vasitəsi ilə qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır.

12. “Təbii X2nın pozulması haqqında” ******* saylı, 10 aprel 2023-ci il tarixli AKT-ın surətindən görünür ki, sayğacöın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac mexaniki təsir nəticəsində sınıb, istismara yararsızdır.

13. Abonent saldosundan görünür ki, iddiaçıya 2014-cü il tarixə 144 manat, 2015-ci il tarixə 332,10 manat, 2016-cı il tarixə 230,40 manat, 2017-ci il tarixə 201,60 manat, 2018-ci il tarixə 1057,20 manat, 2019-cu ilin iyun ayına 172,80 manat, 2019-cu ilin sentyabr ayına 363,60 manat , 2019-cu ilin oktyabr ayına 121,20 manat, 2019-cu ilin noyabr ayına 97,20 manat, 2019-cu ilin dekabr ayına 162,24 manat, 2020-ci il tarixə 792,46 manat, 2022-ci il tarixə 2,64 manat, 2023-cü il tarixə 1579,44 manat məbləğində borc hesablanmışdır.

14. Quba Rayon Məhkəməsinin 2(027)-1966/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı 2266,20 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən evinə (kod: **********03090) 2014-cü il tarixli akta əsasən 144 manat, 2015-ci il tarixli akta əsasən 332,10 manat, 2016-cı il tarixli akta əsasən 230,40 manat, 25 dekabr 2017-ci il tarixli akta əsasən 201,60 manat, 30 mart 2018-ci il tarixli akta əsasən 468,72 manat, 2018-ci ilin aprel ayında yazılmış akta əsasən 189 manat. 30 noyabr 2018-ci il tarixli akta əsasən 291,60 manat, 2018-ci ilin dekabr ayında yazılmış akta əsasən 107.88 manat. 23 iyun 2019-cu il tarixli akta əsasən 172,80 manat, 30 sentyabr 2019-cu il tarixli akta əsasən 363,60 manat, 2019-cu ilin oktyabr ayında yazılmış akta əsasən 121,20 manat, 2019-cu ilin noyabr ayında yazılmış akta əsasən 97,20 manat, 30 dekabr 2019-cu il tarixli akta əsasən 162,24 manat, 30 yanvar 2020-ci il tarixli akta əsasən 230,88 manat, 28 fevral 2020-ci il tarixli akta əsasən 168,48 manat, 31 mart 2020-ci il tarixli akta əsasən 193,42 manat, 30 aprel 2020-cı il tarixli akta əsasən 199,68 manat, 2022-ci ilin oktyabr ayında yazılmış akta əsasən 2,64 manat, 2023-cü ilin mart ayında yazılmış akta əsasən 380,16 manat, 28 aprel 2023-cü il tarixli akta əsasən 1199,28 manat olmaqla ümumilikdə 5256,88 manat əsassız borcların silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1i ünvanı qazla sərfıyyata uyğun qazın dəyərini ödəmişdir. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən Təbii X2nın pozulması haqqında aktlar tərtib edilmişdir. İddiaçı bildirir ki, aktlarda onun sayğacın plastmas qapağını zədələdiyi bildirilmiş və buna görə ondan ziyan tələb edilmişdir. Həmin aktlar əsasında ona 2014-cü ıl tarixli akta əsasən 144 manat. 2015-ci il tarixli akta əsasən 332,10 manat, 2016-cı il tarixli akta əsasən 230,40 manat, 25 dekabr 2017-ci il tarixli akta əsasən 201,60 manat, 30 mart 2018-ci il tarixli akta əsasən 468,72 manat, 2018-ci ilin aprel ayında yazılmış akta əsasən 189 manat, 30 noyabr 2018-ci il tarixli akta əsasən 291,60 manat, 2018-ci ilin dekabr ayında yazılmış akta əsasən 107,88 manat, 23 iyun 2019-cu il tarixli akta əsasən 172,80 manat, xx.xx.2019-cu il tarixli akta əsasən 363,60 manat, 2019-cu ilin oktyabr ayında yazılmış akta əsasən 121,20 manat, 2019-cu ilin noyabr ayında yazılmış akta əsasən 97,20 manat, 30 dekabr 2019-cu il tarixli akta əsasən 162,24 manat, 30 yanvar 2020-ci il tarixli akta əsasən 230,88 manat. 28 fevral 2020-ci il tarixli akta əsasən 168,48 manat, 31 mart 2020-ci il tarixli akta əsasən 193,42 manat, xx.xx.2020-ci il tarixli akta əsasən 199,68 manat, 2022-ci ilin oktyabr ayında yazılmış akta əsasən 2,64 manat, 2023-cü ilin mart ayında yazılmış akta əsasən 380,16 manat, 28 aprel 2023-cü il tarixli akta əsasən 1199,28 manat olmaqla ümumilikdə 5256,88 manat borc yazılmışdır və həmin borcların ödənilməsi iddiaçıdan tələb edilmişdir. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc onun abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur.

17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4358/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadı ilə məhkəmə trasoloji ekspertizası təyin olunmuşdur.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2 3/965 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(011)- 4358/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********03090 olan) Cavabdeh tərəfindən hesablanmış 3118,78 manat məbləğində borcun silinməsi, Cavabdehndən 51,18 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, 65 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

20. Qətnamənin əsaslarına görə, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona aktlar tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 5256,88 manat məbləğində borc tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Quba Rayon Məhkəməsinin 2(027)-1966/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, abonentə 2019cu ilin iyun ayına kimi tərtib edilimiş aktlara əsasən, cavabdeh İddiaçı 2266,20 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. Təqdim edilmiş aktla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdehin iddiaçıdan X2nın pozulmasına görə birbaşa X2nın pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində X2nın pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və X2nı pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə X2nı pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, X2nı pozan şəxsin təqsirli olub, olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının X2nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktlda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Bununla yanaşı, lobarator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, 2019-cu ilin sentyabr ayından 2024-cü ilədək ödəniləcək məbləğin 3118,78 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qaz sərfinə görə hesablanmış 3118,78 manat məbləğində borc silinməlidir.

21. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1, 13-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2, 4.6, 4.7, 4.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

23. Şikayətin dəlillərinə görə, CavabdehİB-ninXaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuzistifadə halınıaşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı özü də qanunsuz halın aşkar edilməsində iştirak etmişdir. Bu vaxt qanunsuz təbii qazdan istifadə halı vuideo çəkilişlə müşayət olunmuşdur. Video çəkilişin yazıldığı disk məhkəməyə təqdim edilmişdir. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablanacaqdır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin işçiləri həmin Qaydalara uyğun abonentinqaz işlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. İddiaçı 2266,20 manat borcunun tutulması barədə Quba rayon məhkəməsinin qanuni qüvvəsini almış 30 sentyabr 2019-cu il tarixli 2027-1966/2019 saylı Qətnaməsi tərəfimizdən birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə hansı səbəbdənsə həmin məbləğin də 128,10 manat hissəsinin silinməsi qət edilən məbləğə daxil etmişdir. Birinci instansiya məhkəməsinə onlar tərəfindən təqdim edilmiş abonent saldosu, aktlar, AGİS proqramından çıxarış, tələbnamələr, Quba rayon məhkəməsinin qanuni qüvvəsini almış 30 sentyabr 2019-cu il tarixli 2027-1966/2019 saylı qətnaməsi, video çəkiliş yazılmış disk, fotoşəkillər məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun hesabına yazılmış borcun əsassız olmasıdır. Lakin iddiaçı bu borcun əsassız olmasını sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir.14 il təbii qazdan istifadə edib dəyərini ödəməyən iddiaçının söylədiyi mülahizəyə görə məhkəmə qərar qəbul etmişdir. İddiaçının təbii qaza görə borcu 2011-ci ildən ədədi silsilə üzrə artaraq hazırda 8866,72 manat təşkil edir..

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: (01 may 2022ci il tarixən sonra qüvvədə olan redaksiyada) Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia təmin olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 25 fevral 2022-ci il tarixdə təsdiq olunmuş və bu Qanun 01 may 2022-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Həmin qanunla aqağıdakı norma əlavə olunmuşdur: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

34. Məhkəmə kollegiyası aktların tarixlərinin bir hissəsinin bu normanın qüvvəyə minməsinə qədər, bir hissəsinin isə bundan sonra olmasını nəzərə alır.

35. 01 may 2022-ci il tarixə kimi tərtib olunmuş aktlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh aktlar əsasında iddiaçı tərəfindən sayğaca kənar müdaxilə edildiyinə istinad etmişdir. Lakin, iddiaçının bu təqsirli hərəkətlərinin heç biri müəyyən edilmir, bu hal işdəki sübutların məcmusu ilə təsdiq olunmur, əksinə, ekspert rəyi ilə təkzib olunur. Nəzərə alınmalıdır ki, akt iddiaçı tərəfindən imzalanmamış, aktın hazırlanmasına hal şahidləri cəlb edilməmiş, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Yəni, aktın tərtibində qanunvericiliyin tələblərinə riayət edilməmişdir.

36. 01 may 2022-ci il tarixdən qanuni qüvvəyə minmiş dəyişiklik nəzərə alındığı təqdirdə, iddiaçının həmin tarixdən sonra tərtib olunmuş aktlara əsasən zərəri tələb etmək hüququ belə yaranmır. Çünki, “X2”nın 6.5-ci bəndində qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

37. Lakin iddiaçı tərəfindən bu barədə də sübut təqdim olunmadığından məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə həmin dövr üçün iddiaçının zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.

38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(011)- 4358/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(011)- 4358/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar