Məhkəmə qərarları › İş №2(103)-6379/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6379/2021

07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6379/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(004)- 1861/2021 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” ASC-nin işçiləri tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə əsassız olaraq 2843 manat borc yazılmışdır. Daha sonra “xxxx” ASC-nin işçiləri enerji təchizatını dayandıraraq borc məbləğinin yarısını ödəməyə məcbur etmişlər. O da öz növbəsində işıqsız qalmamaq üçün məhkəməyə müraciət edir. Bildirir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Əgər sayğaca müdaxilə olunsaydı onun üzərindəki plomb qırılmış olardı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X2 qaydaları” 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 3 iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Yuxarıda göstərilən səbəblərə görə hesab edirəm ki, borc silinməlidir. Göstərilənlərə əsasən “xxxx” ASC tərəfindən əsassız olaraq yazılmış 2843 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə 1-ci instansiyada məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair xxxx ASC tərəfindən tərtib edilmiş 203760 saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 2843 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il, tarixli 2(004)- 1861/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən evə dair cavabdeh “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borcun əsassız olduğu üçün silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1861/2021 saylı iş üzrə 15.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur. 02.12.2020-ci il tarixdə "xxxx" ASC-nin Yasamal rayon RETS-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "sayğac yanıb külə dönüb" qüsurunun aşkar olunması səbəbilə Rİ № 203760 nömrəli akt tərtib edilmiş və Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplekslərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə icra vərəqəsinə əsasən 6779 kvts itirilmiş elektrik enerjisnin miqdarı və dəyəri 2706 manat müəyyən edilmiş, sayğacın təhvil verilməməsi müqabilində 138.04 manat məbləğində pul vəsaiti hesablanmaqla abonentin O40OO12O74AOO00 nömrəli abunə haqqında məlumatına daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi müşaiyət olunmuşdur. Azərbaycan Respublikasının NK-nin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.32-ci bəndinə əsasən Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz iması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan publikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə idən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol veriİdikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 ediİdiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: Belə ki, 203760 nömrəli, 02.12.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evdə quraşdırılmış sayğac qısa-qapanma nəticəsində yanaraq kül olmuşdur. İş materiallarında olan **********A0000 saylı abunə haqqında məlumatlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair X2 üçün 2843.41 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda 18.01.2021-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan bildiriş xəbərdarlıqdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə 03.10.2020-ci il tarixdən 05.11.2020-ci il tarixədək 71.60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Yasamal rayon icra Hakimiyyəti MKTB-nin 22 saylı MKİSnin 29.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evdə qeydiyyatdadır və kommunal xərcləri özü ödəyir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A ünvanında yerləşən evdə işıq sayğacında baş vermiş qısa-qapanma nəticəsində sayğac yanaraq kül olmuşdur. Bu barədə cavabdeh qurumun nümayəndələri tərəfindən 203760 nömrəli, 02.12.2020-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra sözü gedən ünvanda 18.01.2021-ci il tarixdə yeni sayğac quraşdırılmış və həmin evə 19.01.2021-ci il tarix üçün 2843.34 manat məbləğində borc hesablanmışdır. İddiaçı əsassız hesablanmış borcun silinməsi ilə bağlı iddia əirəzəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə hesablanmış 2843 manat borcun silinməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X2 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə 2843 manat borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi mübahisəli ünvanda baş vermiş qısa qapanma nəticəsində həmin evdə yerləşən sayğac 02.12.2020-ci il tarixdə çıxarılmış və 18.01.2021-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Həmin dövr üçün Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə 19.01.2021-ci il tarixdə 2843.34 manat məbləğində borc hesablanmışdır. İşin halları ilə o da müəyyən edilmişdir ki, mübahisəli ünvanda yanğından öncə sayğac mövcud olmuş və sayğaca sonuncu baxış 05.11.2020-ci il tarixdə keçirilməklə, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 74 A saylı evə dair elektrin enerjisindən istifadəyə görə 03.10.2020-ci il tarixdən 05.11.2020-ci il tarixədək, yəni sayğacın yanmasından öncəki ay üçün 71.60 manat məbləğində borc hesablanaraq bildiriş verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması zamanı mübahisəli evdə iddiaçı tərəfindən əvvəlki müddətlərdə (yəni qısa qapanma baş verməmişdən öncəki ayda (aylarda)) isdifadə edilən ayliq enerji sərfiyyatının, təxmini olaraq hər ay ortalama 70 manat məbləğində istifadə edilməsi müəyən edilmişdir. İşin bu hali isdər iş materiallarına əlavə edilmiş mübahisəli ünvana dair abonent saldosu, isdərsə də, sayğacın sonuncu oxunusuna dair 05.11.2020-ci il tarixli bildiriş ilə öz təqdiqini tapmışdır. Məhkəmə kollegiyası istehlakçının yaşadığı mənzilin sahəsini, istifadə etdiyi elektrik cihazlarını, əvvəlki ödənişlərini, eləcə də, iş materillarındaki sübutları nəzərə alaraq, iddiaçı tərəfindən sözü gedən ünvanda hər ay 71.50 manat məbləğində (sonuncu oxunuşa uyğun olaraq) X2 etməsini ağlabatan hesab edir. Bu səbəbdən də, məhkəmə kollegiyası sözü gedən ünvanda sayğac quraşdırılmadığı iki aya yaxın müddətdə X2yə görə ümumilikdə 143 manat məbləğində elektrik enerjisinin istifadə edilməsini əsas götürərək, ünvan 2 ünvanda yerləşən evə dair cavabdeh “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 2700 (iki min yeddi yüz) manat (2843- 143=2700) məbləğində borcun əsassız olduğu üçün silinməsini ədalətli hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin tərtib edilmiş 02.12.2020-ci il tarixli, 203760 saylı aktın ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilmməlidir. “X2 Qaydaları”nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı mübahisələndirilən aktın, hesablanmış cərimənin müəyyən edilməsi barədə deyil, həmin sayğacın qısa qapanma nəticəsində yararsız hala düşməsi ilə bağlı olması və həmin halın da, məhkəmə iclasında öz təstiqini tapması müəyyən edilmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanda yerləşən evə dair cavabdeh “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borcun əsassız olduğu üçün silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(004)- 1861/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar