Məhkəmə qərarları › İş №2(103)-638/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-638/2024

29.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-638/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 1-ci iş üzrə İddiaçı2 cavabdeh"xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası, üçüncü şəxs İddiaçı1 cavabdehlər İddiaçı2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müstəqil iddiası, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı2 qarşı qarşılıqlı iddiası, 2-ci iş üzrə İddiaçı1 Cavabdeh1nə qarşı iddiası, 3-cü iş üzrə İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddiasına dair birləşdirilmiş mülki işlər üzrə (Açar sözlər: mənzildən çıxarılma, maneənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Üçüncü iş üzrə İddiaçı1 nümayəndəsi X1, üçüncü iş üzrə İddiaçı1 vəkili X4, üçüncü iş üzrə Cavabdeh2, üçüncü iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğlu iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “mənzildən çıxarma, maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-718/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hazırkı iş əvvəl 3 ayrı-ayrı mülki işdən ibarət olmuş, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman hər üç mülki iş bir icraatda birləşdirilmişdir. Bütün iddialar ünvan 1də "xxxx" MTK (MMC) tərəfindən inşa olunmuş yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələrinin satılması ilə bağlıdır.

2. Cavabdeh1 MTK-nin direktoru X7 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, MTK-nın Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən (market) 95 kv metrini alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul etməyi və dəyəri olan 47500 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

3. "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqaviləyə görə, MTK ünvan 1də yerləşən və tikilməkdə olan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 95,4 kv metrdən ibarət qeyriyaşayış sahəsini alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsinin müqabilində 47700 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.

4. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC ünvan 2-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv metrdən ibarət 2 otaqlı 9 saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.

5. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC ünvan 2-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv metrdən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 100000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.

6. MTK Təsisçilərin 10 iyun 2016-cı il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx" MTK-nın təşkilati-hüquqi forması dəyişdirilmiş, Cavabdeh1 MMC-yə çevrilmiş, yeni nizamnaməsi təsdiq edilərək X7 Cavabdeh1n direktoru vəzifəsinə təyin edilmişdir. MTK-nın möhürü 05 iyul 2016-cı il tarixdə məhv edilmişdir.

7. Cavabdeh1 MMC-nin təsisçiləri və onların nizamnamə kapitalında mayaları X8-18 faiz, X7-30 faiz, Bağışov Xaləddin Vəkil oğlu-40 faiz, X5-10 faiz və X12-2 faizdir.

8. "xxxx" MMC-nın direktoru X7 ilə İddiaçı1 arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqavilənin kserosurətinə görə, MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsi) yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metrdən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 43000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

Birinci iş üzrə:

9. İddiaçı2 "xxxx" MTK (MMC)-yə və müstəqil tələb irəli sürməyən Bağışov Xaləddin Vəkil oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, sözügedən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv metr qeyri-yaşayış sahəsinə dair tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən həmin sahəyə İddiaçı2 sahiblik və istifadə hüququ tanınması, bu hüququn həyata keçirilməsinə yaradılan maneə və məhdudiyyətlər aradan qaldırılması, sahənin naturada İddiaçı2 təhvil verilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında Xətai rayonu M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş yaşayış binasının ikinci mərtəbəsində yerləşən 95 kv metrlik qeyri-yaşayış sahəsinin pay haqqını ödəməklə almışdır. Həmin qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3 ay müddətində 47500 manat məbləğ ödənilməklə alması MTK tərəfindən verilmiş maliyyə arayışları ilə də təsdiq edilir. Cavabdeh1 MTK-ya (MMC) məxsus bu binada mənzillərin və qeyri-yaşayış sahələrinin qanunsuz təkrar satışı ilə bağlı ayrı-ayrı təsisçilər, o cümlədən direktor olmuş Cahangir Alışov və digərləri barədə cinayət işi başlanmış və cinayət təqibi aparılır. Aldığı qeyri-yaşayış sahəsinin digər şəxslərə satılması və ya istifadəyə verilməsi ilə bağlı hazırda binaya həmsədr statusunda rəhbərlik edən X.Bağışova etdiyi müraciətə tam cavab verilmir. Belə ki, bu qeyri-yaşayış sahəsin dair hər hansı mübahisə yaradan sənədlərin verilib-verilməməsi ilə əlaqədar sənədlər ona verilməmişdir. Aldığı qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi, maliyyə arayışları və qeyri-yaşayış sahəsinin plan sxemi ona verilmişdir. Bina üzrə istər yaşayış mənzilləri, istərsə də qeyri-yaşayış mənzilləri ilə bağlı ayrı-ayrı vətəndaşlar arasında mübahisəli məsələlərin baş verməyəcəyinə təminat olmadığı üçün qeyri-yaşayış sahəsinə pay hüququnun tanınması, istifadəsinə maneələrin aradan qaldırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı1 cavabdehlər İddiaçı2 və "xxxx" MTK (MMC)-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 120 kv metr sahə üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması və sahədən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçının iddia tələbi və qəbul edilə biləcək qətnamə onun hüquq və maraqlarına toxunur. Ona görə də məhkəməyə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi müraciət etmişdir. Belə ki, Cavabdeh1 MMC ilə aralarında 16 noyabr 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən satıcı Baki şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verir. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 43000 manat təşkil edir. Cavabdeh1 MMC tərəfindən verilmiş 12 noyabr 2016-cı il tarixli kassa mədaxil orderi qəbzində qeyd olunur ki, o Cavabdeh1 MMC-yə qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin yer onun qanuni sahibliyində və mülkiyyətindədir. Qeyd olunan müqavilə üzrə öhdəliklər onun tərəfindən tam icra edilmiş və həmin sahə ona təhvil verilmişdir. Ona görə də, həmin qeyri-yaşayış sahəsinin üzərində sahiblik istifadə hüquqları tanınmalıdır. Mübahisəli qeyri-yaşayış sahəsinin qapı açarları onda olmuş və yaxınlarda təmir etməyi planlaşdırırdı. Təxminən 15 gün bundan qabaq həmin qeyriyaşayış sahəsini təmir etdirmək məqsədi ilə qapını açıb içəri keçmək istərkən qapı açılmamışdır. Binanın komendantına yaxınlaşıb soruşarkən məlum olmuşdur ki, qapının kilidi Xətai rayon icra şöbəsinin icra məmurları tərəfindən dəyişdirilib. Daha sonra öyrənmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı2 arasında xx.xx.2016-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə onun mülkiyyətində olan zaman mənzilin qanuni sahibi mülkiyyətçisi o ola-ola cavabdehlə köhnə tarixə onun qeyri-yaşayış sahəsi barədə qanunsuz olaraq sərəncam vermişlər. Belə ki, 06 may 2016-cı il tarixli müqavilədəki imza MMC-nin direktoru Cahangir Alışova məxsus deyil. Mübahisəli qeyriyaşayış sahəsi artıq üç ilə yaxındır ki, onun mülkiyyətində olmuş və həmin zamandan halhazıradək də həmin qeyri-yaşayış sahəsinə dair səlahiyyətli şəxs də o olmuşdur.

13. Cavabdeh1 MMC İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 1-ci iddiada göstərilən xx.xx.2016-cı il tarixli müqavilə və müqaviləyə aid olan maliyyə arayışın etibarsız hesab edilməsi, İddiaçı2 binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv metr sahəsi olan qeyriyaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2019-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı2 ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışlarındakı imza MMC-nin sədri Cahangir Alışov tərəfindən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi, həmin müqavilə və maliyyə arayışları saxta olmaqla MMC-nin sədrinin iradə ifadəsini əks etdirmir. Bu halda həmin əqdlər etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Bakı Ağir Cinayətlər Məhkəməsinin 08.04. 2019-cu il tarixli, 1(101)-348/2019 saylı məktubuna əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, sorğuda qeyd olunan İddiaçı2 və İddiaçı1 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X2 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1- ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-348/2010 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış və cinayət işinin materiallarına İddiaçı2 tərəfindən Cavabdeh1 MMC-dən ünvan 1 ünvanında inşa etdiyi binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95 kv metr olan qeyri yaşayış sahəsinin alınmasına dair hər hansı bir müqavilə, həmçinin İddiaçı1 ilə “Yüksəliş" MMC ilə bağlanmış 12 noyabr 2016-cı il tarixli Xətai rayonu, M.Hadi küçəsində tikilmiş olan yaşayış binasında 9A nömrəli mənzilin alınmasına dair müqavilə əlavə edilməmiş, eyni zamanda sorğuda qeyd olunan Cavabdeh1 MMC-dən ünvan 1 ünvanında inşa etdiyi binanın 2- ci mərtəbəsində yerləşən ümumi sahəsi 95 kv metr olan qeyri yaşayış sahəsi və Xətai rayonu, M.Hadi küçəsində tikilmiş olan yaşayış binasında 9A nömrəli mənzil üzrə təqsirləndirilən şəxslər tərəfindən hər hansı bir dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən onlara İttiham elan edilməmişdir. Eyni zamanda istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işinin materiallarından "xxxx" MTK, Cavabdeh1 MMC və "xxxx" MMC və "xxxx" MTK-nın inşa etdiyi binalardan mənzil satışlarında yol verilmiş qanunsuzluqlara və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.2, 308.2 və 313-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 30 yanvar 2020-ci il tarixli, 2(011)-91/2020 nömrəli qətnaməsi (hakim:Sərdar Mehrəliyev) ilə 1-ci (İddiaçı2) və 2-ci (üçüncü şəxs İddiaçı1) iddiaları rədd olunmuş, 3-cü ("xxxx"MMC-nin) qarşılıqlı iddiası təmin olunaraq "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları etibarsız hesab olunmuş, İddiaçı2 binanın 2-ci mərtəbəsində yerləşən 95 kv metr qeyri-yaşayış sahəsindən (hazırda mənzildən) çıxarılması qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 95 kv metr olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MTK ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə Cavabdeh1 MTK-nın direktoru” qrafasındakı imzanın, İddiaçı2 tərtib edilmiş 06 may 2016-cı il tarixli, 04 iyun 2018-cı il tarixli, 11 iyul 2016-cı il tarixli maliyyə arayışlarında “C.H.Aİışov” yazılarından əvvəl yerləşən imzaların X7 tərəfindən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması, 06 may 2016-cı il (i.v. 10 və ayrıca təqdim olunmuş), 11 iyun 2016-cı il (i.v. 9) tarixli maliyyə arayışlarının reproqrafik surətlərində olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə çap olunması, bununla da, qanunvericiliyin tələbləri pozulmaqla və sənədlər saxtalaşdırılmaqla tərtib edilməsi, digər tərəfdən, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci və 2-ci mərtəbələrinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv metr olan, 3 otaqlı mənzil tərtib olunmuş layihədə nəzərdə tutulmadığı, bu səbəbdən həmin mənzilin yerləşdiyi yeri müəyyən etmək mümkün olmadığı təsdiq edilmişdir. Belə olan halda, qarşılıqlı iddia təmin edilməli, ilkin iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası tələbi isə rədd edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.3, 377.1 və 425.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 80, 217.3 və 217.4-cü maddələrinə və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci i tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunur yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

İkinci iş üzrə:

18. İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, binanın 1-ci mərtəbəsində yerləşən 200 kv metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı1 sahiblik və istifadə hüquqlarının tanınması və həmin sahədən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi belə əsaslandırılmışdır ki, onunla Cavabdeh1 MMC arasında 6 iyun 2016cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən satıcı Baki şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində inşa edilən 9A saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv metr-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməli idi. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 100000 (yüz min) manat təşkil edirdi. Cavabdeh1 MMC tərəfindən verilmiş 6 iyun 2016-cı il tarixli kassa mədaxil orderli qəbzində qeyd olunmuşdur ki, o, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC-yə qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin yer onun qanuni sahibliyində və mülkiyyətindədir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəfindən tam icra edilmiş, qeyriyaşayış sahəsinin dəyəri tərəfindən tam ödənilmiş və həmin sahə ona təhvil verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyərək qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş, qeyri-yaşayış sahəsinə sahiblik etmiş və halhazırda həmin qeyriyaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisidir. Həmin qeyriyaşayış sahəsinin üzərində onun sahiblik istifadə hüquqları tanınmalıdır. Qeyri-yaşayış sahəsinin qapı açarları onda olmuş və yaxınlarda təmir etməyi planlaşdırmışdır. Təxminən 15 gün əvvəl həmin qeyri-yaşayış sahəsini təmir etdirmək məqsədi ilə qapını açıb içəri keçmək istərkən qapı açılmamışdır. Hazırda həmin yerdə tanımadığı şəxslər tərəfindən təmir işləri aparılmağa başlanmışdır. Mübahisəli qeyriyaşayış sahəsi artıq üç ilə yaxındır ki, onun mülkiyyətində olmuş və həmin zamandan hazıradək də həmin qeyri-yaşayış sahəsinə dair səlahiyyətli şəxs də o, olmuşdur. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə əsassız və qanunsuz olaraq bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsinin qanuni sahibi və mülkiyyətçisi odur.

20. Birinci instansiya məhkəməsinin 2(011)-482/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə istinad edilən müqavilənin əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Məhkəməyə Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv metr olan 3 otaqlı 9A saylı mənzilə dair və Bakı şəhəri, Xətai rayonu, 2337ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasında ümumi sahəsi 80 kv metr. olan 2 otaqlı 9 saylı mənzilə dair iki müqavilənin kserosurəti təqdim edilmişdir. Habelə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 91/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, iddiaçı eyni binada eyni saylı mənzillə bağlı (120 kv metr sahəsi olan) daha bir müqaviləsi mövcuddur və həmin müqavilə əsasında iddia tələbi rədd edilmişdir. İddia tələbi üzrə mötəbər subutlar təqdim olunmadığından, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi 06 iyun 2016-cı il tarixli müqavilədə qeyd edilən mənzil layihədə öz əksini tapmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 91/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsində eyni ünvanda yerləşən eyni saylı (9A) ümumi sahəsi 120 kv metr olan mənzillə bağlı iddia tələbləri həmin mənzilin mövcudluğu və müqavilənin qanunuyğun şəkildə bağlandığı təsdiq edilmədiyi üçün rədd edildiyindən hazırkı iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 337.1, 385.1, 386.1, 452.1 və 575.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Üçüncü iş üzrə:

23. İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016- cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq ona təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində onun istifadə və sahiblik hüququnun tanınması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən onun istifadəsinə cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanan "xxxx" müqavilə cavabdeh MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin müqavilənin şərtlərinə görə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1- ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh MMC tərəfindən alıcıya, yəni İddiaçı1 təhvil verilməli, sonuncu tərəfindən isə mənzilin dəyərini təşkil edən 52000 manat MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri İddiaçı1 tərəfindən yerinə yetirilmişdir. O, 52000 manat məbləğində pulu cavabdeh MMC-yə ödəmiş və bununla bağlı onun, yəni İddiaçı1 adına maliyyə arayışı verilmişdir. Maliyyə arayışı da MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Mənzilin tam dəyərini MMC-yə ödəmiş iddiaçı həmin andan mənzilin mülkiyyətçisinə çevrilmişdir. Mənzilin mülkiyyətçisi olmasına baxmayaraq, bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh MMC həmin mənzili Cavabdeh2 satmışdır. Belə ki, 2020-ci ilin oktyabr ayında o, mənzilə baxmaq üçün mənzilin yerləşdiyi ünvana getmiş və mənzilin giriş qapısının açarlarının dəyişdirildiyini görmüşdür. Bununla bağlı araşdırma aparmış və ona məlum olmuşdur ki, onun 52000 manat məbləğində pula aldığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1- ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil cavabdeh MMC tərəfindən iş üzrə digər cavabdeh Musa Musayevə satılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə o, məhkəməyə müraciət edərək Cavabdeh2 adına olan müqavilə və maliyyə arayışının surətini əldə etmişdir. Əldə olunmuş həmin sənədlərdən görünür ki, ona məxsus mənzilə dair cavabdehlər arasında xx.xx.2016-cı il tarixdə "xxxx" müqavilə bağlanmışdır. Cavabdeh MMC tərəfindən Cavabdeh2 ona məxsus mənzil qanunsuz olaraq satılsa da, tərəflər arasında bağlanmış müqavilədə, müqavilə predmeti kimi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,4 kv metr olan qeyriyaşayış sahəsi göstərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, İddiaçı1 mülkiyyətində olan 9 nömrəli mənzilin yerləşdiyi bina - bir ədəd bir girişli, zirzəmili (avtodayanacaq), birinci mərtəbəsi qeyri-yaşayış olan 19 (+texniki) mərtəbəli yaşayış binasıdır. Bu sənəd bir daha təsdiq edir ki, ona satılan mənzil Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilmiş binanın yaşayışın 1-ci mərtəbəsində yerləşən mənzildir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə” və eyni tarixli maliyyə arayışı etibarsızdır. Sözügedən müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Çünki, həmin mənzilə dair onunla bağlanmış müqavilə qüvvədə ola-ola, MMC başqa şəxslə eyni əmlak barəsində müqavilə bağlamışdır. Cavabdehlər arasında bu müqavilənin bağlanması onun mülkiyyət hüquqlarını kobudcasına pozur və pozmaqda da davam edir. O, öz mənzilindən sərbəst istifadə edə bilmir. Cavabdeh2 ona məxsus mənzilə qanunsuz olaraq daxil olmuş, hazırda isə mənzildən çıxmaqdan imtina edir.

25. Birinci instansiya məhkəməsinin 2(011)-718/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı1 istifadə və sahiblik hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddia tələbləri Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir.

26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 15 avqust 2008-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh1 MMC-nin direktoru C.H.Alışov tərəfindən İddiaçı1 satılmışdır. Belə ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X3 və digər təsisçisi olan Bağışov Xaləddin Vəkil oğluna məxsus olmuşdur. Belə olan halda, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı1 istifadə və sahiblik hüququ tanınmalıdır. Mübahisənin predmeti olan iddiaçıya məxsus mənzillə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan qeyri yaşayış sahəsi (market) eynilik təşkil etmir. Belə ki, mülki işdə olan 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilmişdir ki, həmin müqavilənin predmeti olaraq "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv metr dən ibarət olan qeyri yaşayış sahəsini (market) alıcıya verməyi, alıcı isə həmin qeyri yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə mülki qanunverilikdə nəzərdə tutulmuş qaydada dəyişikliyin edilməsi ilə bağlı qanuni və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı1 ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin” predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzillə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv metr dən ibarət olan qeyri-yaşayış sahəsinin (market) eynilik təşkil etmədiyi işdə olan sübutlarla təsdiq edildiyindən iddia tələbi cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Digər tərəfdən birinci instansiya məhkəməsi iddianın qalan hissəsinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi qalan hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı mübahisəli mənzilin yerləşdiyi binada mənzil satmaq səlahiyyəti məxsus olan şəxslə müqavilə bağlamış, mənzilə görə razılaşdırılmış məbləğ ödəmişdir. Müqavilənin tərəfi olan, müqaviləni imzalayan və möhürlə təsdiq edən şəxs Cavabdeh1 MMC-nin direktoru (hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir) Cahangir Alışov mübahisəli mənzilin məhz İddiaçı1 satıldığını, müqavilədə müəyyən edilmiş öhdəliklərin onun tərəfindən icra edildiyini təsdiq etmiş, Cavabdeh2 tanımadığını bildirmişdir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575 və 752.1, 752.2, 769-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 218.3-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Birinci iş üzrə:

28. İddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30 yanvar 2020ci il tarixli qətnaməsinin ləğv olunması və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. İddiaçı1 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30 yanvar 2020ci il tarixli qətnaməsinin onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilmsini xahiş etmişdir.

İkinci iş üzrə:

30. İddiaçı1 birinci instansiya məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya icraatı zamanı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)- 444/21 nömrəli qətnaməsi ilə 1-ci iş üzrə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, 2-ci iş üzrə İddiaçı1 apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi prosessual əsasa, yəni işə baxılarkən iddiaçının iştirakı təmin olunmadığına görə ləğv edilmiş və iddia yenidən rədd olunmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi 1-ci işdə 1-ci və 3-cü iddialarla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə müəyyən edildiyi kimi, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə və müqaviləyə aid maliyyə arayışlarındakı imzalar hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən deyil, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra edilmişdir. Buna görə də məhkəmə düzgün olaraq müqaviləni və maliyyə arayışlarını etibarsız hesab etmiş və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır. 1-ci işdəki 2-ci iddia ilə bağlı qeyd olunmuşdur ki, ekspert rəyi ilə binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi layihələndirildiyi müəyyən edilmişdir və layihə üzrə 1-ci mərtəbədə ümumi sahəsi 120 kv metr olan 3 otaqlı mənzil nəzərə tutulmamışdır. Göründüyü kimi, İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasındakı xx.xx.2016-ci ll tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmir. Əgər müqavilənin predmetini müəyyən etmək mümkün deyildirsə, deməli müqavilə bağlanmış sayılmır, çünki predmetə dair şərt mühüm şərtdir. Məhkəmə düzgün olaraq bu iddianı rədd edib və gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır. 2-ci mülki işdəki iddia barədə apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu iddia İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsaslanmışdır. İddiaçı1 həmin müqaviləyə istinad edərək tələb etmişdir ki, binanın 1-ci mərtəbəsində yerləşən 200 kv metr qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları tanınsın və həmin sahədən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Lakin, müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə buna əsaslanaraq iddianı rədd etmişdir. Bu, düzgün nəticədir. Belə ki, müqaviləyə əsaslanan tələb irəli sürüldükdə müvafiq müqavilənin əsli və ya əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti təqdim olunmalıdır. Əgər təqdim olunmursa, deməli, müqavilə mövcud deyil. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsi işə baxılarkən İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi əsası ilə qətnaməni ləğv edərək iddianı yenidən rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 389, 331.1, 405.1, 407.2 və 406-cı, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Üçüncü iş üzrə:

34. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan ekspertiza rəylərini, alqı-satqı sənədlərini düzgün araşdırmamışdır. İddianın cavabdehə münasibətdə mümkünsüz sayılması, cavabdehin əvəzində əsl cavabdehi müəyyən etmək və yaxud qanunu yolla əldə edilən sübutlara söykənmək əvəzinə, artıq təqdim etdiyi tələbi üzrə sənədləri cavabdehin sahəsinə aid olmayan iddiaçının xeyrinə qanunu pozmaqla sübutlar əldə edilmişdir. Məhkəmə zərurət olmadığı halda, ekspertiza qarşısında sual qoymuşdur ki, “Bakı şəhərində 95 mərtəbəli bina mövcuddurmu?”. Halbuki, iş materiallarında cavabdehin adına olan digər müqavilələrdən, maliyyə arayışından, cizgi-planda, ekspertiza rəylərində, izahatlarda, vəsatətlərdə birmənalı göstərilir ki, cavabdehə məxsus qeyriyaşayış sahəsi 95,4 kv metr olmaqla, binanın qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində göstərilir. Birinci instansiya məhkəməsi həm yerli baxışda, həm işdə olan sənədlərdə hamıya aşkar olan dəlillərə, aksioma gücündə olan sübutları qətnaməsinə daxil etmir. Yəni cavabdeh binanın qeyri-yaşayışının ikinci mərtəbəsində məskunlaşıb və təmirsiz sahə 95,4 kv metr təşkil edir. ikinci mərtəbədəki sahələr qeyri-yaşayış təyinatlıdır. Üstəlik artıq məhkəmədə bir dəfə belə bir mübahisə barədə qanuni qüvvəli qətnamə çıxarılıb. Xətai Rayon Məhkəməsinin həmin qətnaməsində Cavabdeh1 MTK-nın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə binasının birinci mərtəbəsində nə 120 kv metr ölçüdə, nə 80 kv metr ölçüdə mənzil sahəsinin olmadığı, tikilmədiyi barədə mötəbər sənədlər, qanuni qüvvəli qətnamə var. Xətai Rayon Məhkəməsi isə bu hüquqi əhəmiyyətli halları nəzərə almamışdır. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında iddiaçıya satılan birinci mərtəbədə ümumi sahəsi 80 kv metr olan, iki otaqlı mənzil binanın layihəsində nəzərdə tutulmadığından, deməli Mülki Məcəllənin 405-ci maddəsinə əsasən bu müqavilə bağlanmamış sayılır, yaxud da bağlanmış sayılmır. Belə ki, predmet ya yoxdur, ya nəzərdə tutulmayıb, ya da müəyyən etmək mümkün deyil. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya satılan birinci mərtəbədə 80 kv metr sahəsi olan 2 otaqlı mənzil binanın layihəsində nəzərdə tutulmamışdır. İddiaçı ilə xx.xx.2016-cı il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğunu müəyyən etmək mümkün deyildirsə, müqavilə bağlanmış sayılmır. Bu halda iddia rədd edilməli idi. İddiaçının bu işdə iddia ərizəsi üzrə mülki iş 18 noyabr 2020-ci ildən sonra başlanmışdır. Məhkəmənin iddiaçının iddia ərizəsinin mümkünsüz hesab edilməsi və iddiasının rədd edilməsi barədə nəticə üçün iş materiallarında mötəbər sübutlar, ekspertiza rəyləri, ünvan 4 ünvanda çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 5 ildir ki, sahiblik etdiyi qeyriyaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarının tanınması barədə Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi, Cavabdeh1 MTKdan bu sahənin alınması, həmin sahənin 95,4 k v.m ölçüdə olmaqla, hər kv metr 500 manatdan hesablanmaqla dəyərinin tam ödənilməsi barədə verilmiş Cavabdeh1 MTK-nın direktoru C.Alışovun imzası ilə təsdiq olunmuş, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş maliyyə arayışı, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sahənin cizgi-planı, iddiaçının və MMCnin qanuni sahibi olduğu qeyri-yaşayış sahəsinin 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışlarının etibarsız sayılması barədə iddialarının rədd edilməsi barədə Xətai Rayon Məhkəməsinin və yuxarı instansiya məhkəmələrinin qanuni qərarların mövcudluğuna Xətai Rayon Məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.

36. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04 oktyabr 2021ci il tarixli qətnaməsinin qismən, yəni MMC ilə cavabdeh arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə və cavabdehin adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi hissəsində ləğv olunması və həmin hissələrdə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

37. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə mübahisələndirilən hissədə iş üzrə sübutlara, o cümlədən iş üzrə alınmış xx.xx.2021-ci il tarixli rəyə, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə, MMC-nin təsisçisi və direktoru olan S.Alışovun və digər şahid ifadələrinə, digər təsisçi X.Baxışovun izahatına, möhürün məhv edilməsi barədə aktlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçıya aid mənzil cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh özünün xx.xx.2021-ci il tarixli müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsaslanaraq iddiaçıya məxsus əmlakı qaytarmaqdan imtina edir. İşə məhkəmədə baxılan zaman, cavabdehlər arasında müqavilənin bağlanması üçün MMC-nin iradə ifadəsinin mövcud olmadığı, yəni müqavilənin etibarsız olması, maliyyə arayışının isə qeyri-qanuni sənəd olması işdəki sübutlarla tam təsdiq olunmuşdur. Lakin məhkəmə bu halları düzgün müəyyən etsə də, özünün iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində müqavilə və maliyyə arayışını etibarsız hesab etməmişdir. Bununla da, müəyyən edilir ki, məhkəmənin müzakirə olunan hissədə gəldiyi nəticə işin hallarına uyğun deyildir.

38. Apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(103)-3297/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh1 MMCnin direktoru C.H.Alışov tərəfindən İddiaçı1 satılmışdır. Belə ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X3 və digər təsisçisi olan Bağışov Xaləddin Vəkil oğluna məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 MMC-nin direktoru X7 ifadəsində göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120.kv.m. olan mənzil İddiaçı1 satılmışdır. C.Alışov həmçinin təsdiq etmişdir ki, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. Məhkəmə iclasında iştirak etmiş Bağışov Xaləddin Vəkil oğlu Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, həmin şəxsi sonradan 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini, Cavabdeh2 onun qətnaməsinin icrası vaxtı gördüyünü bildirmişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı1 istifadə və sahiblik hüququ tanınmalıdır. Bununla yanaşı məhkəmə baxışında müəyyən edilmişdir ki, mübahisənin predmeti olan iddiaçıya məxsus mənzillə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan qeyri yaşayış sahəsi (market) eynilik təşkil etmir. Belə ki, mülki işdə olan 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilmişdir ki, həmin müqavilənin predmeti olaraq "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri yaşayış sahəsini (market) alıcıya verməyi, alıcı isə həmin qeyri yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə mülki qanunverilikdə nəzərdə tutulmuş qaydada dəyişikliyin edilməsi ilə bağlı qanuni və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2623 nömrəli 26 avqust 2021-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, mübahisəli mənzil layihədə nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın birinci mərtəbəsində) yerləşir və ümumi sahəsi 80,0 kv.m təşkil edir. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəsində 95.4-cü mərtəbənin mövcud olmadığı müəyyən olunur. Qeyd olunur ki, yaşayış binasında mərtəbələr tam rəqəmlərlə nömrələnir və sözügedən yaşayış binası faktiki olaraq zirzəmi mərtəbəsindən, 20 yerüstü mərtəbədən və texniki mərtəbədən ibarətdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət arasında 06 iyun 2016cı il tarixdə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin” predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzili yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzillə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri-yaşayış sahəsinin (market) eynilik təşkil etmədiyi işdə olan sübutlarla təsdiq edildiyindən iddia tələbi cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Kollegiya həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilə dair hər hansı hüququ mövcud olmadığından, o, həmin mənzildən çıxarılmalı, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli, həmin mənzildən iddiaçının istifadəsinə cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Belə ki, iddiaçı mübahisəli mənzilin yerləşdiyi binada mənzil satmaq səlahiyyəti məxsus olan şəxslə müqavilə bağlamış, mənzilə görə razılaşdırılmış məbləğ ödəmişdir. Müqavilənin tərəfi olan, müqaviləni imzalayan və möhürlə təsdiq edən şəxs Cavabdeh1 MMC-nin direktoru (hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir) Cahangir Alışov həm birinci instansiya məhkəməsində vermiş olduğu izahatında, həm də apellyasiya icraatı zamanı məhkəməyə ünvanladığı ərizəsində mübahisəli mənzilin məhz İddiaçı1 satıldığını, müqavilədə müəyyən edilmiş öhdəliklərin onun tərəfindən icra edildiyini təsdiq etmiş, Cavabdeh2 tanımadığını bildirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iş üzrə şahid qismində dindirilmiş və apellyasiya icraatı zamanı məhkəməyə ərizə ünvanlamış Cavabdeh1 MMCnin direktoru X7 ifadəsində göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120.kv.m olan mənzil İddiaçı1 satılmışdır. C.Alışov bildirmişdir ki, Cavabdeh1 MMC əvvəllər MTK formasında fəaliyyət göstərmiş, 2016-cı ilin iyul ayında təşkilati-hüquqi forması dəyişdirilmiş və Cavabdeh1 MMC kimi fəaliyyət göstərməyə başlamışdır. Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə 06 iyun 2016-cı il tarix göstərilməsi texniki səhv ucbatından baş vermişdir, belə ki, həmin müqavilə bağlanarkən Cavabdeh1 artıq MMC formasında fəaliyyət göstərirdi. Həmin texniki səhvin yol verilməsində İddiaçı1 təqsiri yoxdur, səhvə MMC-nin işçiləri yol vermişdir. Bundan əlavə, C.Alışov bildirmişdir ki, İddiaçı1 tərəfindən alınmış mənzillərə dair daşınmaz əmlak reyestrindən bir vahid çıxarış almaq üçün sonradan hər iki mənzilə dair ümumi 200 kv.m. sahəlik mənzilə dair bir müqavilə tərtib edərək, İddiaçı1 vermişdir. Daha sonra C.Alışov göstərmişdir ki, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. Ona görə də Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə və maliyyə arayışı saxtadır. Belə ki, həbs olunduqdan sonra Cavabdeh1 MMC-nin digər təsisçisi olan Bağışov Xaləddin Vəkil oğluna bir paçka imzalı möhürlü blank vermişdir, aralarında saziş bağlanmışdır və Cavabdeh1 MMC-nin adından toplanılacaq 800000 manat pul vəsaitinin toplanılmasını ona həvalə etmişdir. Həmçinin C.Alışov məhkəməyə binanın layihəsini təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının ilkin layihəsində 7.20 m hündürlükdə olan qeyriyaşayış sahəsi nəzərdə tutulduğundan İddiaçı1 satılmış mənzil həmin qeyriyaşayış sahəsindən sonra gələn mərtəbədə yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşirdi. Sonradan layihədə dəyişiklik edilmiş, qeyri-yaşayış sahəsi hündürlüyü 3.60 sm ibarət olan iki mərtəbəyə bölünmüşdür. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində Bağışov Xaləddin Vəkil oğlu da Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, həmin şəxsi sonradan 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini bildirmişdir. Bağışov Xaləddin Vəkil oğlu eyni zamanda bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi yer 2014cü ildə Əhmədov Zaur adlı şəxsə satılmışdır, o, da həmin yeri iki yerə bölüb hər bir 95 kv.m. olmaqla başqa şəxslərə satmışdır. Bağışov Xaləddin Vəkil oğlu həmçinin qeyd etmişdir ki, Cavabdeh2 təxminən bir il yarım əvvəl onun qətnaməsinin icrası vaxtı görmüşdür. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri iş materiallarında olan sənədlərlə və iş üzrə dindirilmiş şahid ifadləri ilə təkzib olunur. Kollegiya həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab etmişdir ki, iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 390.2, 390.5, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575, 752.1 və 752.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2502/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı1 (bir işdə iddiaçı, digər işdə müstəqil tələb irəli sürən 3-cü şəxs) kassasiya şikayətinin qismən təmin edilməsi, həmin iş üzrə apellyasiya instansiya məhkəməsinin 2 iyul 2021-ci il tarixli qətnaməsi İddiaçı1 iddia tələblərinin rədd edilməsi hissəsində (hər iki iş üzrə) ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün qaytarılması, İddiaçı2 kassasiya şikayətinin təmin edilməməməsi, kassasiya şikayətlərinə əsasən qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 42.Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 42.1 Apellyasiya məhkəməsi İddiaçı2 tələbinin əsası kimi istinad etdiyi müvafiq sənədlərin etibarlı sənədlər olmaması barədə qənaətə gəlməkdə haqlı olmuşdur. 42.2 Belə ki, iddiaçının dəlilləri keçərli deyil. Əvvəla, qeyd olunur ki, tərəflər arasında analoji öhdəliklərin yaranması üçün etibarlı müqavilə olmalıdır. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında etibarlı müqavilə olmamışdır. Mülki hüquq və vəzifələrin dairəsi müqavilə ilə müəyyən edilir. Nə qədər ki, belə bir müqavilə mövcud deyil (təqdim edilmiş müqavilə saxtadır), iddiaçının həmin müqavilə əsasında əmlak tələbi əsaslı hesab oluna bilməz. 42.3 Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin saxta olduğu təsdiq olunduğundan iddiaçının digər dəlilləri ilə bağlı ətrafı araşdırma aparılması zərurəti aradan qalxır. O cümlədən, onun istifadəsində olan sahənin İddiaçı1 verilmiş sahə ilə üstüstə düşməməsi, həmin sahənin qeyri-yaşayış sahəsinə aid olan hissədə yerləşməsi, mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilməsi dəlilləri iddianın təmin olunması üçün əsas ola bilməz. Tərəflər arasındakı müqavilənin saxta olması məhkəməyə qanuni əsaslar vermişdir ki, Cavabdeh1 MTK-nın İddiaçı2 qarşı iddiası təmin edilsin. 42.4 Tərəflərin mübahisələndirdikləri eyni sahələrlə bağlı məhkəmələrin icraatında bir neçə mülki iş olmuş və həmin işlərlə bağlı məhkəmə qərarları işə əlavə edilmişdir. İş üçün əhəmiyyət kəsb edən sübutlar olduğu halda işə baxan məhkəmələr eyni sahələrlə bağlı çıxarılmış və bir biri ilə ziddiyət təşkil edən məhkəmə qərarlarını öyrənib onlara sübutların məcmusu qaydasında qiymət verməmişlər. 42.5 Belə ki, işdə olan sənədlərlə təsdiq olunduğu kimi, İddiaçı1 verilmiş eyni sahələrlə bağlı üç müqavilə bağlanmışdır. 1-ci mərtəbədə ümumi sahəsi 120 kv metr olan 3 otaqlı mənzil, ümumi sahəsi 80,0 kv metr 2 otaqdan ibarət mənzillə bağlı müqavilə və binanın 1ci mərtəbəsində yerləşən 200 kv metr qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə. İlk iki müqavilənin əvəzində sonradan bir müqavilə bağlanmasını hər iki tərəf təsdiq etmişdir. Cavabdeh1 MMC-nin adından müqaviləni bağlamış C.Alışov özü də bu halı təsdiq etmişdir. Məhkəmələr qeyd olunan məsələlərlə bağlı heç bir hüquqi dəyərləndirmə aparmamış, həmin sahənin binanın hansı mərtəbəsində yerləşməsini (yaşayışın 1-ci mərtəbəsində, yoxsa qeyri-yaşayışın 1-ci mərtəbəsində) aydınlaşdırmamışlar. Halbuki, həmin məsələ baxılan mübahisənin əsas dəlillərindən biri olmuşdur. 42.6 Digər tərəfdən, həmin mübahisəli məsələ ilə bağlı işdə olan ekspert rəyi isə binanın faktiki inşa vəziyyəti nəzərə alınmadan ilkin layihəsi əsasında verilmişdir. Tərəflərin heç biri, nə İddiaçı2, nə İddiaçı1, Cavabdeh1 MTK və nə də digər işdə həmin sahə ilə bağlı tələbi olan Cavabdeh2 öz mövqelərini müdafiə etmək üçün qeyd olunan dəlilə istinad etməmişlər. İddiaçı2, başqa işdə isə Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı iddia tələbi üzrə qətnamədən də görünür ki, onların mübahisələndirdikləri sahə İddiaçı1 ayrılmış sahələrdir. Hətta, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı qeyriyaşayış sahəsinə pay hüququnun, istifadə və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsinə baxılarkən onun iddiası təmin edilməmiş və birinci instansiyanın qətnaməsindən Cavabdeh1 MMC apellyasiya şikayəti verərkən şikayətinin dəlili kimi ona əsaslanmışdır ki, həmin sahə İddiaçı1 satılmış sahədir. Özüdə həmin işə hazırkı işdən əvvəl baxılmış və apellyasiya məhkəməsinin qətnaməsi 01 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Hazırkı işdə isə Cavabdeh1 MMC qeyd olunan məsələ ilə bağlı tamamilə əks mövqe nümayiş etdirərək QəribQəriblinin iddiasını etiraf etməmişdir. 42.7 Həmin işdə hazırkı işdə iddianın rədd edilməsinin əsası kimi qəbul edilmiş İddiaçı1 ayrılmış sahənin binanın layihəsində nəzərdə tutulmaması ilə bağlı məsələ ilə əlaqədar fərqli mövqe nümayiş etdirilmiş və İddiaçı1 müqaviləsi etibarlı müqavilə kimi qəbul edilmişdir. Hazırkı işdə məhkəmə hesab etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasındakı xx.xx.2016-ci il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğu müəyyən edilmədiyindən müqavilənin predmetini müəyyən etmək mümkün deyildir və ona görə müqavilə bağlanmış sayılmır. Göründüyü kimi eyni mübahisəli sahələrlə bağlı məsələyə baxan məhkəmələrin müxtəlif mövqelər nümayiş etdirilməsinə dair məhkəmə qərarları mövcuddur və bu halı işdə olan ekspertiza rəyinin mötəbərliliyini şübhə altına alır. 42.8 Eyni zamanda hazırkı işdə İddiaçı1 ayrılmış sahələrin binanın layihəsində nəzərdə tutulmaması ilə bağlı hallar ətraflı araşdırılmamışdır. Tərəflər özləri həmin sahələrin mövcudluğunu mübahisələndirmədikləri halda məhkəmələr binanın inşasına dair layihəni əsas tutaraq iddianı rədd etmişlər. Həmin sahənin mövcudluğu, binanın 1-ci və 2-ci mərtəbələri arasında örtük vasitəsi ilə iki hissəyə ayırdığı, həmin sahə ilə bağlı tərəflərin, o cümlədən digər mülki işdə Cavabdeh2 ilə mübahisə açdıqları işin mübahisəsiz hallarıdır. 42.9 Tərəflərin birinin müqaviləsində binanın 1-ci mərtəbəsi, digərində binanın 2-ci mərtəbəsi qeyd olunması səbəbləri araşdırılmalı, bununla bağlı irəli sürülən dəlillər yoxlanmalıdır. İddiaçı ona ayrılan sahələrin yaşayışın 1-ci mərtəbəsi, hesablayanda 2-ci mərtəbə kimi oxunduğunu israr edir. Sonradan baxılmış mülki işdə (İddiaçı1 Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı işində) məhkəmələr bununla bağlı araşdırma aparmaqla İddiaçı1 iddiasını təmin etmişlər. 42.10 İşə yenidən baxılarkən məhkəmə müxtəlif cavabdehlər arasında eyni sahələrlə bağlı mövcud olmuş mübahisələrə dair məhkəmə qərarlarını öyrənməli, həmin qərarların hansı hissədə preyudisial əhəmiyyət kəsb edib-etməməsini aydınlaşdırmalı, eyni məsələ ilə bağlı məhkəmə qərarları arasındakı ziddiyyətli halları aşkar etməli, onların hansının istinsa edilməsi imkanlarını yoxlamalı, lazım gələrsə başqa mülki iş üzrə məhkəmə qərarlarının qanuni qüvvəyə minməsini gözləməklə (əgər həmin məhkəmə qərarının müəyyən etdiyi hallar hazırkı işdə preyudisial əhəmiyyət kəbs edirsə) mübahisəyə hüquqi qiymət verilməlidir. 42.11 Həmçinin, İddiaçı1 onunla bağlanmış müqavilənin əslini məhkəməyə təqdim edilməməsi əsası ilə iddianın rədd edilməsi də düzgün olmamışdır. Əvvəla, yuxarıda qeyd olunan məhkəmə qərarlarının mövcudluğu iddiaçının müqaviləsinin mövcudluğu və bunun tərəflər arasında mübahisə predmeti olmadığı qənaətini formalaşdırır. Çünki həmin qətnamələr İddiaçı1 adına müqavilələrin mövcudluğun ilə bağlı açılmış mübahisələrdən ibarət olmuşdur. 42.12. İddiaçı1 iddiası üzrə birinci instansiya instansiya məhkəməsinin araşdırma materiallarından görünür ki, həmin prosesdə cavabdeh tərəf iddiaçının təqdim etdiyi müqavilələrin mövcud olmamasına istinad etməmiş, onların mövcudluğunu mübahisələndirməmişdir. Eyni zamanda həmin məsələ apellyasiya icraatına baxılması zamanı da mübahisə predmeti olmamışdır. 42.13 Həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərindən biri müqavilənin əslinin mövcudluğu ilə bağlı olsa da, işə mahiyyəti üzrə baxan məhkəmə bu dəlillə bağlı heç bir araşdırma və müzakirə aparmadan qərar qəbul etmişdir. Hansı ki, iddianın rədd olunmasının yeganə əsası həmin hal olmuşdur. 42.14 Eyni zamanda apellyasiya məhkəməsi sübut qismində təqdim edilmiş müqavilənin surətinin mötəbər sənəd kimi qəbul edilib-edilməməsi (cavabdeh tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi) ilə bağlı tərəflərlə hər hansı müzakirə aparmamış, təqdim olunan müqavilənin əslinin məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etməmişdir. 42.15 İddiaçı1 tələbi ilə bağlı işə yenidən baxılarkən onun İddiaçı2 qarşı mövcud tələbinə də qiymət verilməlidir. Çünki məhkəmələr Cavabdeh1 MTK-nın İddiaçı2 qarşı tələbini təmin etmiş, lakin İddiaçı1 iddiasını həmin hissədə təmin etməmişlər. Qəbul ediləcək qərarda ziddiyyətlərə yol verilməməsi üçün işə yenidən baxılarkən İddiaçı1 İddiaçı2 qarşı iddia tələbi dəqiqləşdirilməli, Cavabdeh1 MTK-nın İddiaçı2 qarşı tələbinin təmin olunması fonunda (həmin hissə qanuni qüvvəsini alıb və təmin olunan hissə İddiaçı1 iddiası ilə üstüstə düşürdü) İddiaçı1 İddiaçı2 qarşı tələbinə yenidən qiymət verilməsi zərurəti yaranacaqdır.

Üçüncü iş üzrə:

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5111/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

44. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 44.1 Məhkəmə iddia tələbini təmin edərkən bu müqavilə üzrə iddiaçının subyektiv hüququna istinad etsə də, cavabdeh iddiaçının mübahisəli yaşayış sahəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olduğuna istinad etməklə iddianın mümkün sayılmamalı olduğunu bildirir və apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə qiymət verməmişdir. 44.2 Belə ki, işə baxmış məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan halların hazırki işə preyudisiallıq baxımından təsirini araşdırmamış, mübahisəli mənzilin sözügedən binanın layihəsində nəzərdə tutulmaması barədə əvvəl gəldiyi nəticə ilə nəyə görə razılaşmadığını əsaslandırmamışdır. 44.3 Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbi rədd olunduğu halda, iddiaçının hazırki iş üzrə Cavabdeh1 MMC-yə qarşı iddia tələblərinə (istifadə və sahiblik hüququnun tanınması, mənzildən istifadə edilməsinə törədilən maneələrin aradan qaldırılması) baxılmasının MPM-nin 261.0.2-ci maddəsinin göstərişləri baxımından mümkünlüyünü əsaslandırmamışdır 44.4 Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 saylı xx.xx.2020- ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, iddiaçı eyni binada eyni saylı mənzillə bağlı (120 kv metr. sahəsi olan) daha bir müqaviləsi mövcuddur və həmin müqavilə əsasında iddia tələbi rədd edilmişdir”. Lakin iş materiallarında bu qətnamə yoxdur və həmin iş üzrə müəyyən olunan hallarla hazırki işdə məhkəmənin müəyyən etdiyi hallar arasında ziddiyyət olubolmaması müəyyən deyildir. 44.5 Cavabdeh2 yazılı vəsatət verərək, işdə olan, onunla MTK arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin “mərtəbəsi” və “sahəsi” qrafalarında texniki səhvə yol verilərək mərtəbənin 95,4-cü və sahənin “İİ” qeyd olunduğunu, işə həm də səhvsiz müqaviləni əlavə etdiyini bildirmiş və işə baxılarkən iş materiallarına əlavə etdiyi səhvsiz müqaviləyə istinad olunmasını xahiş etsə də, məhkəmə cavabdehin bu vəsatətini nəzərə almamış, iddiaçıya verilmiş «mənzillə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv metr dən ibarət olan qeyri-yaşayış sahəsinin (market) eynilik təşkil etmədiyi işdə olan sübutlarla təsdiq edildiyi» nəticəsinə gəlmişdir. 44.6 İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, "xxxx" MTK-nın sədri olmuş X2 barəsində olan cinayət işi üzrə bu mübahisə tərəflərinin zərərçəkmiş şəxs qismində tanınıb-tanınmamasını, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırki işin bağlılığını, Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsini araşdırıb mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

45. Apellyasiya instansiyası məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərardadı ilə hər üç mülki iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-820/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə ddiaçı İddiaçı1 apellyasiya şikayətləri tam, Cavabdeh2 apellyasiya şikayətinin isə qismən təmin olunması, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qətnamələrinin hazırkı apellyasiya baxışının predmeti olan həmin hissələrində ləğv edilməsi və həmin hissələrdə birləşdirilmiş iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “120 kv metr və 80 kv metr (cəmi 200 kv metr) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kv metr olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 saylı və sahəsi 120 kv metr təşkil edən 3 otaqlı 9A saylı mənzillər, yəni cəmisi 200 kv metr yaşayış sahəsi üzərində İddiaçı1 istifadə və sahiblik hüququnun tanınması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 saylı mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 saylı və sahəsi 120 kv metr təşkil edən 3 otaqlı 9A saylı mənzillərdən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

47. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1 hər üç iş üzrə tələbləri ümumiləşdirilməklə hazırki apellyasiya baxışının predmeti olan 120 kv metr və 80 kv metr (cəmi 200 kv metr) yaşayış sahələri üzərində İddiaçı1 sahiblik və istifadə hüququnun tanınması, həmin sahələrdən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh2 sahəsi 80 kv metr olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb İddiaçı1 təhvil verilməsidir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 ilə bağlanmış müqavilələrin həqiqiliyi qəbul edilməli, həmin müqavilələrdə nəzərdə tutulan mənzillər üzərində onun istifadə və sahiblik hüququ tanınmalıdır. Cavabdeh2 mübahisəli 80 kv metr sahəyə hər hansı hüququ olmadığından oradan çıxarılmalı və həmin sahə İddiaçı1 təhvil verilməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsi 1-ci və 2-ci işlər üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi 2-ci işə baxarkən İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməmişdir ki, bu da Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə özlüyündə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsasdır. 3-cü işin apellyasiya baxışının predmeti olan hissədə isə maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunsa da, işlərin vahid icraatda birləşdirilməsi, birləşdirilmiş işlər üzrə tələblərin də ümumiləşdirilməsi və vahid tələb üzrə işə baxılması zərurəti yarandığından məhkəmə kollegiyası qətnamənin həmin hissədə ləğv edilməli olduğu qənaətinə gəlmişdir. Belə ki, İddiaçı1 80 kv metr yaşayış sahəsinə dair müqavilənin əslini məhkəməyə təqdim etsə də, Cavabdeh2 həmin sahə ilə bağlandığını iddia etdiyi xx.xx.2016-cı il tarixli müqavilənin əslini nə birinci instansiya məhkəməsində, nə apellyasiya baxışı zamanı təqdim etməmişdir. Apellyasiya baxışı zamanı ona müqavilənin əslini təqdim etmək təklif olunmuş, lakin o, müqavilənin əslinin hazırda onda olmadığını, hansısa ədliyyə orqanına şikayət ərizəsi yazarkən ərizəyə əlavə edib göndərdiyini, sonradan geri ala bilmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası göstərilənləri, iddiaçının Cavabdeh2la bağlanmış müqavilənin saxta olmaqla əslinin mövcud olmadığını iddia etdiyini, müxtəlif məzmunlu iki müqavilənin kserosurətinin iş materiallarına əlavə olunduğunu və cavabdeh tərəfindən müqavilənin əslinin təqdim edilə bilmədiyini nəzərə alaraq həmin müqavilənin əslinin ümumiyyətlə mövcud olmasına şübhə ilə yanaşmış, hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçı həmin mənzilə dair özü ilə bağlanmış müqavilənin əslini təqdim etdiyindən, sübutların mötəbərliyinə qiymət vermək baxımından cavabdeh də məhz bu mənzilə hüququ olduğunu sübut etməlidir. Həmçinin, məhkəmə işdə olan çoxsaylı sənədlərə, həmçinin binanın digər sakinlərinin müqavilələrinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, 120 kvm və 80 kvm yaşayış sahələrinin mövcudluğu işin mübahisəsiz halıdır. Əvvəla, tərəflər özləri həmin sahələrin mövcudluğunu mübahisələndirmirlər. Digər tərəfdən, müəyyən olunur ki, binanın inşası layihə üzrə aparılmamışdır. O cümlədən, həmin sahələrin ölçülərinin faktiki olaraq müqavilədə göstərilən ölçüdən az olması həmin müqavilələrin mötəbərliyini şübhə altına ala bilməz. Məhkəmə təcrübəsində MTK-lara məxsus mənzilllərlə bağlı mübahisələrə baxılarkən mənzillərin faktiki ölçüsünün müqavilədə göstəriləndən fərqli olması ilə bağlı kifayət qədər çoxlu misallar var. Digər tərəfdən, Cavabdeh1 MMC-nin sədri olmuş C.Alışov məhkəmə iclasındakı izahatı, 26 avqust 2021-ci il tarixli ekspert rəyi, şə baxan məhkəmələr tərəfindən keçirilmiş yerində baxış protokolları təsdiq etmişdir ki, İddiaçı1 müqavilə üzrə ayrılmış sahələr binanın yaşayış hissəsinin 1-ci mərtəbəsində, yəni faktiki yaşayışın birinci mərtəbəsində yerləşir və 120 kv metr sahə İddiaçı2 tərəfindən, 80 kv metr sahə isə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Bundan əlavə, Cavabdeh2 və İddiaçı2 pay haqqının ödənilməsi barədə verilmiş birgə arayış isə hazırkı işdə mötəbər sübut kimi qəbul edilə bilməz. Əvvəla, həmin maliyyə arayışının etibarlılığının yoxlanılması hazırkı apellyasiya baxışının predmeti deyil. Digər tərəfdən, məhkəmə xətşünaslıq ekspertizasının 18 iyul 2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, həmin maliyyə arayışın verilmə (tərtib olunma) tarixini göstərən “12 iyul 2016” yazısındakı “6” rəqəminin altında əvvəl başqa rəqəm olmuşdur. Sonradan üstündən ağardıcı maddə çəkilərək indiki rəqəm, yəni “6” yazılmışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 müqaviləsi həqiqi olmuş olsa belə, ona və İddiaçı1 verilmiş sahələr eynilik təşkil etmir. Əvvəla, 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, həmin müqavilənin predmeti "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95,4-cü mərtəbəsində ümumi sahəsi İİ kv metr dən ibarət olan (market) qeyriyaşayış sahəsidir. Halbuki, ekspert rəyində də qeyd olunduğu kimi, mübahisəli mənzillərin yerləşdiyi binada 95,4-cü mərtəbə mövcud deyil. İddiaçı1 ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə isə mənzilin sahəsi 80 kv metr, otaqların sayı 2, mənzilin nömrəsi isə 9 qeyd olunmuşdur. Digər tərəfdən, Cavabdeh2 təqdim etdiyi kserosurət müqavilədə rekvizitlərin bu cür göstərilməsinin texniki yanlışlıq olduğu qəbul edilmiş olsa belə, yenə də Cavabdeh2 binada faktiki yaşayışın 1-ci mərtəbəsində olan həmin 80 kv metr yaşayış sahəsinə hər hansı hüququ yaranmır. Belə ki, əvvəla, mənzilin faktiki ölçüsü 80 kv metr olmaqla Cavabdeh2 deyil, İddiaçı1 müqaviləsində olan sahə ilə eynidir. İkincisi, qeyd olunduğu kimi, bina layihəyə uyğun tikilmədiyi üçün mənzillərin müqavilədə göstərilən mərtəbələri onların faktiki yerləşdiyi mərtəbəyə uyğun gəlmir. Müqavilədə 1-ci mərtəbədə yerləşdiyi göstərilən mənzil daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 2-ci mərtəbə kimi, 2-ci mərtəbədə yerləşdiyi göstərilən mənzil isə 3- cü mərtəbədə olan mənzil (sahə) kimi qeydiyyatdan keçmişdir. Eləcə də, bütün digər mərtəbələrdə yerləşən mənzillər də eyni qaydada qeydiyyatdan keçmişlər. Bununla bağlı digər sakinlərin müqavilə və çıxarışlarının surətləri iş materiallarına əlavə olunmuşdur. Həmçinin, Cavabdeh2la bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbi hazırkı apellyasiya baxışının predmeti olmadığından və hazırkı işdə bu tələbə artıq qiymət verildiyindən məhkəmə kollegiyası həmin tələbə münasibət bildirməmişdir. Hazırkı iş üzrə mübahisə tərəfləri olan İddiaçı1 və Cavabdeh2 Cavabdeh1 MTK-nın sədri olmuş X2 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışlar və ümumiyyətlə onların adları həmin cinayət işi üzrə hər hansı formada keçmir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il və 25 fevral 2020-ci il tarixli qətnamələrinin preyudisiallığı ilə bağlı müəyyən etmişdir ki, həmin işlər hazırkı apellyasiya baxışının predmeti olan hissədə bir icraatda birləşdirilmiş və həmin qətnamələrin qeyd olunan hissələrinin əsaslılığı yalnız bu icraatda yoxlanılır və qiymət verilir. Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı 95,7 kvm qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair iddiası Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh1 MMC müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması barədə qarşılıqlı iddia vermiş, lakin qarşılıqlı iddia yalnız bir əsasla - Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş kəsici müddətin keçməsi əsası ilə rədd edilmişdir. Yəni, həmin işdə müqavilənin və maliyyə arayışının həqiqiliyi ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Həmin qətnamədə Cavabdeh2 iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsü də hazırkı işdə olduğu kimi 95,4 kv metr yox, 95,7 kv metr göstərilmiş, İddiaçı1 isə həmin iş üzrə işdə iştirak edən şəxs olmamışdır.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1, 337, 385.1, 389.1, 390.1, 390.2, 404.1, 404.2, 404.3, 405.1, 442, 448.1, 448.3, 452.1, 567, 568.1, 752.1 və 752.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4 və 387.2.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

49. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-820/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsinin qismən, yəni İddiaçı1 iddiası üzrə Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 95,4 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən həmin mənzildən İddiaçı1 istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasının təmin olunması hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

50. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 50.1 Mübahisələndirilən hissədə iddianı təmin edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış 80 kv metrlik yaşayış sahəsinin alqı-satqısına dair 06 iyun 2016-cı il tarixli “Yaşayış binasında mənzili tikintisi haqqında” müqavilənin və həmin tarixli maliyyə arayışının həqiqiliyi qəbul edilməli, Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış 95,4 kv metrlik qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 06 may 2016-cı il tarixli “Yaşayış binasında mənzili tikintisi haqqında” müqavilə və maliyyə arayışları isə həqiqiliyinə və mübahisənin predmeti olan 80 kv metr yaşayış sahəsnə aidiyyatına şübhə ilə yanaşılmalıdır. 50.2 İddiaçı Qərib Qərbilinin adına olan 06 iyun 2016-cı il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının həqiqiliyini qəbul edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin sənədlərin imzalanmasının və möhürlə təsdiq olunmasının satıcı Cavabdeh1 MMC-nin səlahiyyətli şəxsləri tərəfindən həyata keçirilməsi ekspert rəyləri, MTK-nın sədri işləmiş Cahangir Alışovun ifadəsi, onun məhkəməyə ünvanladığı çoxsaylı ərizələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh2 adına olan sənədlər isə həmin tələblərə cavab verməmiş, cavabdeh adına olan sənədlərin əslini təqdim edə bilməmiş, kserosurət kimi təqdim olunmuş sənədlərdə isə düzəlişlər olunması aşkar edilmişdir. 50.3 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi və iddianın təmin edilməsi üçün əsas kimi göstərilən sübutlara hərtərəfli və tam baxmadan hüquqi qiymət vermişdir ki, bu da düzgün olmyan qətnamənin çıxarılması ilə nəticələnmişdir. 50.4 İşdən görünür ki, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış ümumi sahəsi 80 kv metrdən ibarət 2 otaqlı mənzilə dair "xxxx" 06 iyun 2016-cı il tarixli Müqavilə və həmin mənzilə görə MMC-yə 52000 manat ödənilməsi barədə 06 iyun 2016-cı il tarixlə maliyyə arayışı C.H.Alışov MMCni direktoru kimi imzalamış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin sənədlər gələcəkdə mövcud olacaq MMC-nin blanklarında tərtib edilmişdir. 50.5 Cavabdeh1 Mənzil Tikinti Kooperativi təsisçilərinin ümumi yığıncağının 10 iyun 2016cı il tarixli Protokol qərarına görə Mənzil Tikinti Kooperativinin təşkilati-hüququ forması dəyişdirilərək Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmiş və nizamnaməsi təsdiq edilmişdir. Təşkilati-hüquqi formasının dəyişdirilməsi il əlaqədar Yüksəliş-C” Mənzil Tikinti Kooperativinə məxsus bir ədəd möhür 05 iyul 2016-cı il tarixdə məhv olunmuşdur. 50.6 Kommersiya qurumunun dövlət reyestrilən çıxarışa görə Cavabdeh1 MMC Cavabdeh1 MTK-nın çevrilməsi nəticəsində onun hüquqi varisi kimi 12 iyul 2016-cı il tarixdə yaradılmış və fəaliyyətə başlamışdır. 50.7 Belə olan halda İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış ümumi sahəsi 80 kv metrlik mənzilə dair 06 iyun 2016-cı il tarixli Müqavilə və həmin mənzilə görə MMC-yə 52000 manat ödənilməsi barədə 06 iyun 2016-cı il tarixli maliyyə arayışının əvvəlki tarixə tərtib olunmasına dair kifayət qədər əsaslar yaranır. 50.8 Həmin sənədin əvvəlki tarixə təritb olunması MMC-nin direktoru X2 istintaq təcridxanasından məhkəməyə ünvanlanmış ərizəsindən də görünür. Həmin ərizəsində o göstərmişdir ki, yaşayış binasının yaşayışın birinci mərtəbəsində 200 kv metr boş sahənin 120 kv metrini 12 noyabr 2016-cı il tarixdə Qəribli Qərbliyə satmış və bu barədə onlar arasında həmin tarixli müqavilə bağlanmışdır. Həmin sahənin yanında olan 80 kv metrlik boş sahəni də İddiaçı1 təklif etmiş, lakin İddiaçı1 bu sahəni almaqdan imtina etmişdir. Lakin bir müddət sonra İddiaçı1 80 kv metr sahəni də almaq istədiyini bildirmiş, qiymətdə razılaşdıqdan sonra həmin sahəni də İddiaçı1 52000 manata satmış və bu barədə müqavilə bağlanmışdır. 50.9 MMC-nin direktoru Cahangir Alışovun izahatına görə 80 kv metrdən ibarət 2 otaqlı mənzilə dair "xxxx" 06 iyun 2016-cı il tarixli müqavilə İddiaçı1 ilə 12 noyabr 2016-cı il tarixdən sonra bağlanmışdır. 50.10. Göründüyü kimi mübahisənin qanuni həlli üçün apellyasiya instansiyası məhkəməsi İddiaçı1 hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüquqa malik olubolmaması ilə bağlı onun tərəfindən təqdim olunmuş sübutlara tam və hərtərəfli baxmamışdır. 50.11 İşdən daha sonra görünür ki, mübahisənin predmeti olan 80 kv metrlik sahə MTK ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqaviləyə əsasən 95,4 kv metr sahənin içərisində olmaqla sonuncunun sahibliyindədir. Cavabdeh həmin sahəni təmir etdirməklə oradan yaşayış sahəsi kimi istifadə edir. Göstərilən müqavilənin 16 yanvar 2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş surəti iş materiallarına əlavə olunmuşdur(C.1.v.1). Məhkəmə işin bu hallarına, yəni cavabdehin hərəkətlərinin və adına olan sənədlərin həmin vaxt qüvvədə olmuş qanunveriliyə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. 50.12 İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv metr təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən həmin mənzildən İddiaçı1 istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasının təmin olunması hissədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə göstərilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

52. Məhkəmə iclasında iştirak edən üçüncü iş üzrə Cavabdeh2 izahatında bildirir ki, keçən apellyasiya baxışında ona qarşı tam haqsızlıq oldu, hakim şahidləri və izahatları dinləmədi. Hakim çıxardığı qətnamədə şahidlərin məhkəmə iclasında iştirak etməsinə baxmayaraq onların iştirakı olmadan məhkəmə iclasını keçirdiyini yazmışdır.O ev onun evidir, o alıb. Qarşı tərəfin nümayəndəsinin mənzili 1-ci mərtəbədə, onun evi 2-ci mərtəbədə yerləşir. Sonradan birinci mərtəbədən sonra Cahangirin göstərişi ilə qarşı tərəf onun yerinə iddia qaldırdı. Sənədlərdə əvvəldən onun yerinin 2-ci mərtəbədə, onun yerinin 1-ci mərtəbədə yerləşməsi göstərilib. Onlarda çox sənəd var, 3-4 müqavilə var. 120 kv.metrlik müqavilə, 200 kv.metrlik müqavilə və qeyri-yaşayış müqaviləsi var. Onun yerinə qarşı tərəfin heç bir aidiyyatı yoxdur,o, birinci mərtəbədə qeyri-yaşayış sahəsi alıb, kimdən alındığını özü də təsdiq edib. Qarşı tərəf birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini Cahangir adlı şəxsdən alıb,o yeri Cahangir 4 nəfərə satıb,onun biri də Şəhla xanımdır. Bayram adlı şəxslə 324.000 manata razılaşıblar. Onun müqaviləsinin əsli var, amma qarşı tərəfin müqaviləsinin əsli yoxdur. Mənzil 5 ildir ki, onun istifadəsindədir. 7 ildir oradan istifadə edir,amma ehtiyacı olduğuna görə qeyri-yaşayış sahəsini təmir etdirərək 5 ildir orada yaşayır. Onun evi ikinci mərtəbədə yerləşir. İddiaçının iddiasında 1-ci mərtəbə 9 nömrəlidir, onda da 9 yazılıb. Amma onun mənzilinə heç bir aidiyyatı yoxdur. Qeyriyaşayış sahəsini təmir edərək orada yaşayıb. O müqavilənin surətini məhkəmənin dəftərxanasına təqdim edib. İddiaçı yalan məlumat verir. Onun təqdim etdiyi sənədlər iş materiallarında yoxdur,sənədlər elə bir günə qoyulub ki,oxumaq qeyri-mümkündür. Onun sənədlərində heç bir düzəliş yoxdur, qarşı tərəf düzgün ifadə vermirlər. Ekspertiza keçirilməsinə etiraz edir. Şəhla xanım düzgün ifadə vermir. X24 Cinayətlər Məhkəməsində izahatında bildirmişdir ki, bina 1 girişli, 2 qeyri-yaşayış, 18 yaşayış mərtəbəsindən ibarətdir.

53. Məhkəmə iclasında iştirak edən üçüncü iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirir ki, 2016-cı ildə oranı Cavabdeh2 alıb və təmir edib.2020-ci ildən mübahisələr başlayıb, 2016-cı ildən mübahisələr başlamayıb. Ali Məhkəmənin Cavabdeh2 yeriylə bağlı qərarı da var ki, həmin qərar predusial hüquqa malikdir. 2016-cı ilin may ayının 6-da alğı-satqı müqaviləsi bağlanılıb. Alğı-satqı müqaviləsi etibarldır. Apellyasiya qətnaməsində hansı səbəblə 2 yerin birləşdirdiyini bilmir. Həmin o ikinci mərtəbə qeyriyaşayış sahəsinin ikinci mərtəbəsidir. Həmin mənzil 2 qeyri-yaşayış sahəsinə bölüb, 1-2 mənzil ediblər. 2019-cu ildə mənzilə çevirilib. Digərlərinə çıxarış verilib, amma Cavabdeh2 deyiblər ki, icra hakimiyyətinə müraciət et. Amma icra hakimiyyətinin qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirmək ixtiyarı yoxdur. İddiaçıya yaşayış sahəsinin 1-ci mərtəbəsində 9 saylı mənzil verilib. İki payçı qərardan razıdır. İddiaçı ilə mübahisələndirilən mərtəbə, sahə yer hamısı ayrıdır. 5 ekspert rəyi var. 2014-cü ilin 29 mayında Cahangir müəllimlə müqavilə də var. Ekspertizanın keçirilməsi barəsində vəsatət əsassızdır, Ekspertiza Mərkəzi bu yerin, Şəhla xanıma aid olmadığını bildirib. Onlar binanın 2-ci mərtəbəsində qeyri yaşayış sahəsi alıblar, qeyri-yaşayış sahəsinə İddiaçı1 heç bir aidiyyatı yoxdur. İddiaçı1 "xxxx" MMC-nin qarşısında iddia qaldıra bilər. İş materiallarında 7 ekspertiza rəyi var. Şəhla xanım birinci mərtəbədə, onlar binanın 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsində yerləşirlər. Həmin yerə baxış keçirilib, Ali Məhkəmədə həmin hissədə qüvvədə saxlayıb. Orada bu yerin harada yerləşdiyi göstərilib. Hakim yerli baxış keçirərək mübahisəli yerin binanın 2-ci mərtəbəsində yerləşən qeyriyaşayış obyekti olmasını qeyd edib. Həmin yer 2008-ci ildə lahiyələndirilib, qeyri-yaşayış sahəsi 7.2 metr hesablanıb. 2019-cu ilə qədər Şəhla xanım məhkəmələrə sənədləri gətirərək bu işi yekunlaşdırmaq istəyir. Onlara çıxarışı veriblər, amma onlara verməyiblər. 2015-2016-cı illərdə Zauru birinci mərtəbəyə keçiriblər. Onlarda çıxarış var, bu da o sahənin qeyri-yaşayış sahəsi olduğunu təsdiq edir. Ora qeyri-yaşayış sahəsi olduğundan layihədə 95.4 kvadrat metrdir. Sadəcə təmir edildikdə 80 kvadrat metrə düşüb. X22 iclasında İddiaçı1 nümayəndəsi və vəkili iştirak etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi bir dəfə iştirak etmişdir.İmzalarla bağlı vəsatət verilmişdir, amma vəsatət təmin edilməmişdir. "xxxx" MTK-nın maliyyə arayışı iş materiallarında var, qiymət verilmişdir. İndiki MMC-MTK-nın hüquqi varisidir. Onlar müqavilənin əslini də məhkəməyə təqdim ediblər. Notairal təsdiq edilmiş sənədlər, 7 ekspertiza rəyi iş materiallarında var. İddiaçı1 subyektiv hüququ yoxdur, ona görə də iddia qaldıra bilməzdi. Onun hüququmüəyyən edici sənədi yoxdur. Ekspertiza keçirilməsini etiraz edir. Hazırda İddiaçı1 subyektiv hüququ araşdırılır, həmin şəxsin ekspertiza təyin edilməsi barədə vəsatət verməsi əsassızdır. Təqdim etdikləri müqavilədə əslində səhv yoxdur.

54. Məhkəmə iclasında iştirak edən üçüncü iş üzrə İddiaçı1 nümayəndəsi X1 izahatında bildirir ki, xx.xx.2016-cı il tarixdə qarşı tərəfin əlində maliyyə arayışı olub. Maliyyə arayışında yazılıb ki, Cavabdeh2 və İddiaçı2 95 kv.metrlik ev alınıb və bu evlərə Cavabdeh1 MTK-nın heç bir iddia tələbi olmayacaq. Bu məsələ ilə bağlı İddiaçı2 işində ekspert rəyi olub. xx.xx.2014-cü ildə X10 müəllimi arasında müqavilə bağlanaraq notariat qaydada təsdiq edilmişdir. Orada yazılıb ki, bu yerlər kimə məxsusdur. Onlar razılığa gəlirlər ki, bu yerin satışı, onların aldığı yer Cahangir müəllimə məxsusdur. Cahangir Alışova məxsus olan yeri xx.xx.2016-cı ildə 120 kv.metrlik yeri alıblar. Qarşı tərəf yeri onlara təklif etdikdə almayıblar. Sonra onlar qərara gəliblər ki, bu yeri də alsınlar və sonra 1-ci mərtəbədə Bayram Adıgözəlovun yerini də alıb birləşdirsinlər. Cahangir Alışova zəng edib almaq istədiklərini bildiriblər. O notarius ola-ola oğlu gedib müqaviləni imzaladı. Onlar müqaviləni 2016-cı ilin sonlarında imzalayıblar, onlar müqavilədə 2016-cı ilin 6 iyun tarixini qeyd ediblər. Həmin vaxt MTK ləğv edilərək MMC yaradılıb. Onlar MMC-nin möhürüylə sənədlərini alıblar. Vətəndaş hansısa dövlət orqanından sənəd alırsa, sənəddə səhv yazıldıqda vətəndaş məsuliyyət daşımır, sənədi verən orqan məsuliyyət daşıyır. Ali Məhkəmənin qərarında qeyd edilib ki, Cahangir Alışovun da xx.xx.2016-cı ildən sonra müqaviləni alması barədə izahatı var,amma onlar 6 iyun yazıblar. İşçisi Habilin səhvi ilə ora 6 iyun yazıblar. Onu məhkəmə prosesində bilib, bu günahın hamısı onundur. Onların evində oğurluq hadisəsi baş vermişdi. Notariusa gələndə onu aldadan qıza sənədləri verib, bu da onun səhvi olub. Ona həcc ziyarətinə getdiyini dediyinə görə inanıb. Sənədlərdən də məhkəmələrdə istifadə edirlər. Onların sənədi ola-ola saxta sənəd düzəldiblər. Müqavilədə 6 iyun tarixini görüb bundan istifadə ediblər. Oraya gedib tez-tez baxırdılar, orada da Cəmşid adında biri var idi. Cəmşid qarşı tərəfin qardaşı oğluymuş, onlar bunu indi biliblər. Cəmşidə həmişə pul verib ora nəzarət etməyini tapşırırdılar. Təmirə başlamaq istəyən zaman bacısı oğlu, xalası qızı, qaynı rəhmətə getdiyindən onlar ruhdan düşüb ora gedib baxmayıblar. Birdə görüblər ki, Akif oranı təmir etdirir. Akifin yoldaşının və uşaqlarının səs yazısı var, Musanın yerinin ona təklif etməsinə baxmayaraq almadığını və oğlu isə cavabında bu yerin onların olmasını deyir. Səsdə bu yeri Xaləddin müəllimin, vəkil İlqarın vasitəçiliyi ilə satdığını deyir. Xaləddin Baxışov 2 dəfə məhkəmə iclasına gəldi,sonra təcridxanadan məktublar yazdı. 2019-cu il 17 aprel tarixində Xətai Rayon Məhkəməsində məhkəmə prosesi baş verib. Cahangir Alışov tutulan zaman 2014cü il notariusda təsdiq edilən sazişdə qeyd edilmişdir ki, Cahangir Alışov vətəndaşlardan pul almalıdır və 800.000 manatı Xaləddin Baxışova çatmalıdır. Cahangir Alışov məhkəmədə Xaləddin Baxışova möhürlü blanklar verdiyini və başqa məqsədlər üçün istifadə etməməsini xahiş etdiyini demişdir. Blankdan 1 ədəd qalmışdır. Onun adına 5 məhkəmə qərarı var. Qarşı tərəf saxta sənədlər təqdim ediblər, bircə maliyyə arayışı doğrudur. Ayrı-ayrı rayondan İsmayıllı və Biləsuvar rayonundan olan,heç bir qohumluq əlaqəsi olmayan şəxslərə eyni maliyyə arayışı verilsin. Həmin maliyyə arayışı tələskənliklə yazıblar. Bütün məhkəmələri maliyyə arayışının olmasını deyərək aldadıblar. Musanın işində Akifin sənədlərini müzakirə ediblər. Akifin ekspert rəyini Musaya tədbiq ediblər. Əgər ikisinə də eyni arayış verilibsə, arayışın əsli təqdim edilməlidir. Ekspertizada sənədin üzərində 8 rəqəminin üzərindən xətt çəkərək 6 rəqəmi yazıblar.190 sakin çıxarış alıb.Qonşunun evinin videogörüntüsünü də gətirib. Xaləddin Baxışov özü onu şəxsən tanıyır, o özü sənədi verərək özünə quyu qazıb. Pərviz Zamanlı işə baxakən heç kəs iştirak etməyib. Həmçinin, Cəmşid məhkəmədə ora heç bir kəsin gəlmədiyini deyərək şahidlik edib. Emin Mehdiyev işə baxanda İddiaçı2 işinə Şərafət Məmmədova baxırdı. Eyni tərkib olublar. Oğlu və vəkil Gülsabah xanımı şəxsən tanıyıblar və Cavabdeh2la bağlı onların bir işinin də olduğunu deməyiblər. Çünki, Cavabdeh2la bağlı Pərviz Zamanlının qərarından şikayət veriblər, onlara xəbər verməyiblər. İş Ali Məhkəmənin icraatında olanda biliblər. O 180 maliyyə arayışı, çıxarış təqdim edib. 1-ci mərtəbə yaşayış yazılıb. Şərafət Məmmədova ora yerli baxış keçirib,Pərviz Zamanlının yerli baxış protokolu var və orada mənzilin təmirsiz vəziyyətdə olması qeyd edilib. Sənədləri saxtalaşdırıblar. Əgər 12 iyulda maliyyə arayışı verilirdisə, elə MMC-nin möhürü vurulardı. Ali Məhkəmə o sənədi tanıya bilməz, o sənəd cinayət xarakterli sənəddir. Akif İskəndərovun qərarında onların korrupsiyaya müraciət etməməyi yazılıb, onun vəkilinin rəsmi müraciəti də var. Cahangir Alışovun köməkçisi Samir müəllimdir, Samir müəllimin şahid ifadəsi mötəbər şahid ifadəsi hesab olunmalıdır. Kazım müəllim Xaləddin Baxışova zəng edib,onlardan yerin kimə məxsus olduğunu soruşduqda hər ikisi yerin İddiaçı1 məxsus olduğunu da dedi. Sənədlərin əsilləri təqdim edilməmişdir. Müqavilədə çəkilən imza saxtadır. Bu sənədi ekspertizaya göndəriblər və ekspertiza sənədin surəti olduğunu müəyyən edib. Ali Məhkəmənin qərarında onların subyektiv hüququnun araşdırılması yazılıb, bu işə 39 hakim baxıb.Müqavilədə nədənsə başqa müqavilənin vaxtını götürərək 6 iyunu qeyd ediblər. Cahangir Alışov tərəfindən nə qədər ərizələr gəlib. Məhkəmə iclaslarında iştirak etməmişdir. O MMC-dən mənzil alıb. Onun subyektiv hüququ yox, Cavabdeh2 subyektiv hüququ araşdırılmalıdır, çünki iş materiallarında cinayət xarakterli maliyyə arayışı var. 12 iyulda MMC var idi, MTK yox idi.12 iyulda MTK guya arayışı verib ki, guya 15.700 manatı Cahangir Alışova ödəyib. Niyə MMC-nin möhürü ilə təsdiq edilib. Hakim İddiaçı2 işi ilə bağlı qərar çıxaranda məhkəmə ekspertizasına gediblər və möhürün də,imzanın da saxta olduğu ortaya çıxdı.Onunla bağlı iş materiallarında da var, xüsusi qərardadı iş materiallarına əlavə edib. Onlar o evə nəzarət etmək üçün adam qoymuşdular, həmin adam Xaləddinin qardaşı oğluymuş. Bunu bilmirdilər. Pərviz Zamanlı işə baxarkən onların iştirakı təmin edilməyib. "xxxx" MTK-nın nümayəndəsi olmaya-olmaya 17 aprel 2019-cu ildə iclas keçirilib. Cahangir Alışov həmin adamları tanımadığını deyir. Məhkəmə iclasına da gəlib deyə bilər. Onun yoldaşı ilə oğlu ora gedəndə Akifin ailə üzvləri 5 ay bundan əvvəl buranı aldığını bildirdiyi səs yazıları barədə disk yazısı var. 5 ay bundan qabaq 2018-ci ilin oktyabr ayına uyğun gəlir, yanvarda da gedib etibarnamə veriblər. Cavabdeh2 yeri onlara təklif edildi. X25 disk yazılarındakı fikirləri qərarında qeyd edib.Diskdə olan səs yazısında kimdən aldığını soruşduqda Xaləddin Baxışovdan aldığı bildirilib. 2014-cü ildə hansı hissəni Cahangir müəllimin,hansı hissəni Xaləddin müəllimin satmasını müəyyən edərək notariusda saziş bağlayıblar. Onlara satılan hissə Cahangir müəllimin hissəsidir. Xaləddin saxta sənəd düzəltmişdir. İş materiallarında o yerin Xaləddinə yox, Cahangirə məxsus olmasını göstərən sənəd var. Xaləddin saxta sənəd düzəldərək onlara satıb. İddiaçı2 sənədi ekspertizaya getdi və sənədin saxta olduğu müəyyən edildi. Maliyyə arayışı 12 iyulda tərtib edilibsə, MMC-nin möhürü vurulmalı idi. 12 iyulda MTK-nın möhürü yox idi. Müqavilələri ekspertizaya göndərib və ekspertiza rəy verdi. Bundan əlavə şahid ifadələri var. Hakim İlahə xanım şahid ifadələrini yazmayıb. Əvəz Nemətovun məktubunu da alıb. Orada yazılıb ki, İddiaçı1 yerinə heç kimin tələbi yoxdur. Əgər 2018-ci ilə qədər qarşı tərəf almışdısa müraciətlər edə bilərdilər. Yanında Kazım müəllim Xaləddin bəyə və Samirə zəng edib,ikisi də bu yerin İddiaçı1 məxsus olduğunu bildirib. O ikinci mərtəbəni alıb, birinci mərtəbəni də almaq istəyirdi. Qız onu aldadaraq 324.000 manatı verəcəyini dedi. Ona inanaraq pulu ona verib. Bayram Adıgözəlov ikinci mərtəbənin ona məxsus olduğunu məhkəmədə demişdir. O demişdir ki, İddiaçı1 ikinci mərtəbəni almışdı,o birinci mərtəbəni də alıb birləşdirmək istəyirdi.Hətta demişdir ki, məhkəməyə gələndə Xaləddin müəllim onun qarşısını kəsərək yalan ifadə verməyini istədi. 190 sakin arasında sorğu keçirdib, onların 188-i cizgi-sxeminin olmadığını bildiriblər. Qarşı tərəf bütün məhkəmələrdə ekspertizanın keçirilməsinə etiraz etmişdir.Ekspertlər yerli baxış etmişdir.Hamısında qarşı tərəf etirazlar etmişdir. O sübutlar təqdim edib. 180 sakinin müqaviləsini yığıb. 1-ci mərtəbə 2-ci mərtəbə deməkdir. X19 tərəfindən imzalanmamışdır. Qarşı tərəfin saxtalaşdırması 2018-ci oktyabr-noyabr ayında olmuşdur. Cavabdeh2 müqaviləsi saxtadır, ekspertiza təyin edilsə, hər şey aydın olacaq.Saxta olduğuna görə ekspertizanın keçirilməsinə etiraz edirlər. Şahidin dindirilməsini və xüsusi qərardad çıxarılmasını xahiş edir.

55. Məhkəmə iclasında iştirak edən üçüncü iş üzrə İddiaçı1 vəkili X4 çıxış edərək bildirir ki, 5 il ərzində heç bir məhkəmə prosesində İddiaçı1 subyektiv hüququ sual altına alınmayıb.Əslində Cavabdeh2 subyektiv hüququ araşdırılmalıdır, çünki hazırki işə Xətai Rayon Məhkəməsində baxılarkən Cavabdeh2 məhkəməyə müqavilə təqdim etmişdi. Həmin müqavilədə mənzilin mərtəbə hissəsində 2-ci mərtəbə,kvadrat hissəsində isə 95 kvadrat yazılmışdır. Onlar da bu səhvləri ilk vaxtlar aşkar edə bilmədiyini etiraf edirlər. Məhkəmə prosesində hakim bu səhvləri aşkar edib məhkəmə prosesində bildirdikdən sonra Cavabdeh2 digər iclasda yeni nüsxə gətirdi,həmin müqavilənin əsli yoxdur. Tələb etsələr belə, müqavilənin əslini gətirə bilməyəcəklər. Onlar müqavilədəki imzanın "xxxx" MMC-nin qanuni təmsilçisinin məxsus olub-olmamasını müəyyən etmək üçün X15 müraciət ediblər, həmin imzanın Cahangir Alışov tərəfindən imza edilmədiyini təsdiq etdi. Onlar mənzilin onlara satıldığından əmin idilər. Bu görünməmiş haldır ki, iki şəxsə başqabaşqa vaxtlarda alınmış mənzillərlə bağlı vahid maliyyə arayışı verilir. Maliyyə arayışındakı 2018-ci il tarixindəki 8 rəqəmi silinərək 6 rəqəm ilə əvəz edərək 2016-cı il qeyd edilib. Bunu da, mənzilin İddiaçı1 əvvəl alındığı görüntüsünü yaratmaq üçün ediblər. Ekspertizanın təyin edilməsini xahiş edirlər. Cahangir Alışov bütün izahatlarında mənzili İddiaçı1 satdığını bildirib və Cavabdeh2 yanlız məhkəmə mübahisələri zamanında tanıdığını deyib. 1-ci mərtəbədən axıra kimi hansıların qeyri-yaşayış və yaşayış sahəsinin olması barəsində cədvəl tərtib ediblər. Qeyri-yaşayış sahəsi kimi orada çıxarış verilməyib, həmin çıxarış Qönçəgül xanımın adınadır. Cavabdeh2 iddia elədiyi mərtəbədə 10 ədəd çıxarış verilib.12 iyul tarixində artıq MTK yox idi. Onlar rəsmi arayış təqdim ediblər ki, həmin dövrdə rəsmi möhür təhvil verilib. Ümumiyyətlə, MTK fəaliyyət göstərmirdi, hüquqi şəxs hüquqi təşkilat formasını dəyişib. 6 iyulda fəaliyyət göstərməyən MTK-nın möhürü necə vurula bilərdi. Xaləddin Baxışovun hal-hazırda cinayət işi var, barəsində xüsusi qərardad çıxarılıb.. Onlar Cavabdeh2 adına 2 maliyyə arayışı təqdim ediblər, 1 müqavilə təqdim ediblər. 2016-cı il iyun ayında necə bağlana bilərdi ki, onlar həmin müqavilələrin mübahisələndirək saxtalığını iddia edirlər. Müqavilənin tarixi 2018-dən 2016-ya yazıla bilməzdi. Cahangir Alışov işdə kifayət qədər imza nümunələrinin olduğunu qeyd edib. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili də bildirmişdir ki, Cavabdeh2 ilə müqavilə bağlamayıblar. MMC-nin və ya MTK-nın o müqavilənin bağlanılmasında iradə ifadəsi olmayıb. Xaləddin Baxışov öz xahişi ilə ekspertizanın keçirilməsini xahiş edib. Xaləddin Baxışov cinayət xarakterli çoxlu müqavilələr bağlayıb. Hətta, barəsində 4 sentyabr 2014cü il tarixli hökm də var. İş materiallarında hakim işə baxana kimi Cavabdeh2 müqavilə təqdim edib,hansı ki, göstəriş belə olmuşdur ki, 2-ci mərtəbədə və mənzilin sahəsi 95 kv.metr olub. Müqavilənin də surətləri təqdim edilib, keçən iclasda Cavabdeh2 onların müqaviləni oğurladığını bildirdilər. Heç bir məhkəmə iclaslarında belə fikir bildirməyiblər. Alternativ ekspertiza keçirilib. Daha sonra qarşı tərəf müqavilə təqdim edib və müqavilədə 2-ci mərtəbə, sahə isə 94.5 kv.metr göstərilib.Birdən-birə belə bir müqavilə ortaya çıxıdğı üçün müqavilənin də saxta olacağı fikri yarandı. Ekspertiza təyin edildi və müqavilədəki imzanın Cahangir Alışova məxsus olmadığı aydın oldu. Onlar onsuzda müqavilədəki imzanın saxta imza olduğunu bilirdilər. Cavabdeh2 ilə bağlanan müqavilədə Cavabdeh1 MMC-nin iradə ifadəsi mövcud deyil. Ekspertiza rəyi kollegiyada şübhə doğurursa, o halda ekspertiza təyin edilsin. Həmin sahə ümumi 200 kv.metrdir, eyni mərtəbədə yerləşir, İddiaçı2 və Cavabdeh2 israrla qeyri-yaşayış sahəsi olduğunu və onlara satıldığını bildirirlər.Artıq qanuni qüvvəsini almış məhkəmə qərarları var ki, o sahənin 120-i İddiaçı1dir və mənzil kimidir. Ali məhkəmə İddiaçı1 subyektiv hüququnun araşdırılmalı olduğunu yazıb. İddiaçı1 subyektiv hüququ yoxlanılıb və təsdiq edilmişdir. Həmin mərtəbələrdə satılmış olan yer İddiaçı2 və Cavabdeh2 tərəfindən zəbt edilib. Onların subyektiv hüququ var, onların müqavilələri saxtadır, onlar yeri zəbt ediblər. X22 sədrliyi ilə keçirilən apellyasiya baxışında İddiaçı1 iştirakı təmin edilməmişir. Ekspertizaya təqdim edilən müqavilə Xaləddin Baxışovun qızının Nurlanənin müqaviləsi olub. Nurlanənin sənədi ilə bağlı heç bir məhkəmə qərarı yoxdur ki, həqiqətən, o imza Cahangir Alışova məxsusdur və ya onlarda olan şübhənin aradan qaldırılması üçün onlara və məhkəməyə heç bir ikinci sənəd təqdim etməyiblər. Zaur Əhmədovun şahid qismində dindirilməsini istəyirlər, digər şahid hazırda məhkəmə iclasında iştirak edir. Zaur 2014-cü ildə o sahəni müqavilə əsasında alıb, sonradan imtina edib.

56. Məhkəmə iclasında iştirak edən üçüncü iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağışov Xaləddin Vəkil oğlu izahatında bildirir ki, Şəhla xanım səhv və yalan məlumatlar verdi. O binanı tikən və xanım üçün alğı-satqı edən odur. Şəhla xanım yeri onun iştirakı ilə Adıgözəlov Bayramdan alıb. Şəhla xanımın yeri binanın birinci mərtəbəsində yerləşir. Adıgözəlov Bayrama məxsus olan yeri Şəhla xanım onun iştirakı ilə hal-hazırda onun yerini oğurlayan Familə xanımın iştirakı ilə alıb. Ona kömək edərək Adıgözəlov Bayramla tanış edib. 2017-ci ilin təqribən sentyabr ayında həmin yeri Adıgözəlov Bayramın yerini xanımın aldığı bilindi. Bayram onun ofisinə dəvət edib, onun yanında Şəhla xanıma zəng elədi. O xanımı tanımırdı və xanım onunla da danışdı. Özünün əlyazmalarında Adıgözəlov Bayrama 1-ci mərtəbəyə görə 67.000 manat Familəyə verməsi, 2016-cı ilin avqust ayında 77.000 manat Familəyə verməsi yazılıb. 326.000 manat Familəyə həmin yerə görə pul verib. O uzun müddət MTK-nın sədri, təsisçisi və sahibi olub. Şəhla xanım özü xahiş etdiyinə görə xanımla görüşdü. O yerin xanımdan başqalarına da satıldığı məlum olduqda xanım məhkəməyə gəlməkdən imtina etdi. Xanımın yeri 2-ci mərtəbədə olmayıb. 2-ci mərtəbə Əhmədov Zaura 285.000 manata satılmışdır. 2016-cı ildə Əhmədov Zaur məhkəmədə iddia qaldıraraq birinci mərtəbəyə qaytarılmasını xahiş etmişdir. Onun haqqında heç bir xüsusi qərardad yoxdur. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən arayışları da təqdim edib. Onun haqqında heç bir cinayət işi olmayıb,bu sənədlərdən onun xəbəri yoxdur. O 2018- 2019-cu illərdə məhkəməyə çağırdıqda bu hadisədən məlumatı olub. Xanım özü izahatında birinci və ikinci mərtəbənin onun yeri olduğunu dedi, 7 il ərzində buna görə müraciət edə bilərdi.

57. Məhkəmə iclasında iştirak edən üçüncü iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirir ki, o, Cahangir Alışovun cinayət işində vəkili olduğuma görə onunla görüşür. O, onunla görüşəndə bu işin hələ də getdiyini bildirib. Ona bildirdi ki, onun izahatları və ifadələri iş materiallarında var. O, ona həmin müqavilənin İddiaçı1 ilə bağlandığını və Cavabdeh2 tanımadığını bildirdi. Hansı şəraitdə maliyyə arayışının əldə edildiyini bilmir. Cahangir Alışovun MMC-nin direktoru olaraq mövqeyi budur. İddiaçı1 müqaviləsini qəbul edir və məhkəmədən iddianın bu hissədə təmin xahiş edir. Müqavilə 2016-cı ilin noyabr ayında, ilk olaraq 120 kv.metrlik sahəyə görə müqavilə bağlanılıb, ondan sonra 80 metrlik də təklif edilib. İkinci müqavilə birinci müqavilədən bir neçə gün sonra bağlanılıb. Müqavilədə 6 iyun tarixinin qeyd olunmasına gəldikdə isə müqaviləni tərtib edən adamın texniki səhvi ilə əlaqəlidir. Oranın hündürlüyü 7 metr 20 sm olub, sonra bunun çox hündür olacağını düşündüklərindən iki hissəyə bölüblər. Birinci 3 metr 80 sm qeyri-yaşayış, ikinci 3 metr 60 sm yaşayış sahəsi olub.

58. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə İddiaçı2 çıxış edərək bildirir ki, keçən apellyasiya baxışında düzgün qərar verilməmişdir.

Tətbiq edilən hüquq normaları:

59. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 178.8.(xx.xx.2018-ci il tarixə kimi qüvvədə olmuş redaksiyada). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin vediyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

60. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya baxışının hədləri

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

63. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

65. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC ünvan 2-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv metrdən ibarət 2 otaqlı 9 saylı mənzili alıcı İddiaçı1 verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.

66. Cavabdeh1 Mənzil Tikinti Kooperativi təsisçilərinin ümumi yığıncağının 10 iyun 2016cı il tarixli Protokol qərarına görə Mənzil Tikinti Kooperativinin təşkilati-hüququ forması dəyişdirilərək Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmiş və nizamnaməsi təsdiq edilmişdir.

67. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa görə Cavabdeh1 MMC Cavabdeh1 MTK-nın çevrilməsi nəticəsində onun hüquqi varisi kimi 12 iyul 2016-cı il tarixdə yaradılmış və fəaliyyətə başlamışdır.

68. MMC-nin direktoru X7 istintaq təcridxanasından məhkəməyə ünvanlanmış ərizəsində göstərmişdir ki, yaşayış binasının yaşayışın birinci mərtəbəsində 200 kv metr boş sahənin 120 kv metrini 12 noyabr 2016-cı il tarixdə Qəribli Qərbliyə satmış və bu barədə onlar arasında həmin tarixli müqavilə bağlanmışdır. Həmin sahənin yanında olan 80 kv metrlik boş sahəni də İddiaçı1 təklif etmiş, lakin İddiaçı1 bu sahəni almaqdan imtina etmişdir. Lakin bir müddət sonra İddiaçı1 80 kv metr sahəni də almaq istədiyini bildirmiş, qiymətdə razılaşdıqdan sonra həmin sahəni də İddiaçı1 52000 manata satmış və bu barədə müqavilə bağlanmışdır. 7 ci cild, v 233

69. MMC-nin direktoru Cahangir Alışovun izahatına görə 80 kv metrdən ibarət 2 otaqlı mənzilə dair "xxxx" 06 iyun 2016-cı il tarixli müqavilə İddiaçı1 ilə 12 noyabr 2016-cı il tarixdən sonra bağlanmışdır.

70. Məhkəmə kollegiyası qeyd edir ki, Yüksəliş C” MTK ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqaviləyə görə, MTK ünvan 1də yerləşən və tikilməkdə olan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 95,4 kv metrdən ibarət qeyriyaşayış sahəsini alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsinin müqabilində 47700 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür.

71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh2 faktiki sahibliyində olan sahə mənzildir və həmin sahənin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.2008-ci il tarixdə razılaşdırılmış layihədə binanın 1-ci və 2-ci mərtəbələri arasında nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə mövcud olan mərtəbələrarası örtük inşa edilməklə yaradılmış sahədə, 20 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində (faktiki yaşayışın 1-ci mərtəbəsində) yerləşdiyi və ümumi sahəsinin 80 kv.m təşkil etdiyi müəyyən olunur. (8-ci cild, v.71)

72. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016- cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia tələbi işə baxan birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

73. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, Yüksəliş-C” MMC də Cavabdeh2 ilə bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin etibarlılığını daha əvvəl məhkəmə qaydasında mübahisələndirmişdir.

74. Belə ki, Xətai rayon məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı 06 may 2016-cı il tarixli müqavilə əsasən qeyri-yaşayış sahəsindən istifadə və maneənin aradan qaldırılması, ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 qeyri-yaşayış sahəsinin dəyərini xx.xx.2016-cı il tarixdə tam ödəmiş, cavabdeh də qeyri yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Məhkəmə hesab etmişdir ki, qeyri yaşayış sahəsi təhvil verildiyindən və maneəyə dair sübut təqdim edilmədiyindən iddia təmin edilməməlidir. ( 7-ci cild, v 39).

75. Daha sonra, Xətai rayon məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia və Cavabdeh1 MMC-nin Cavabdeh2 qarşı alğı satqı müqaviləsi və maliyyə arayışlarının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən müəyyən olunur ki, qarşılıqlı iddia tələbinin əsası kimi MMC qeyd etmişdir ki, müqavilədəki imza və möhürlər Alışov Cahangirə aid deyil. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, bu halları təsdiq edəcək sübutlar təqdim edilməmiş, həmçinin kəsici müddət də ötürülmüşdür. O cümlədən, işin müəyyən edilmiş halları kimi məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə pay haqqı xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir. İddiaçının sahibliyindədir, maneə müəyyən edilməmişdir. ( 7-ci cild, v 24).

76. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin Qərardan da müəyyən olunur ki, işin faktiki halları kimi Yüksəliş C” MTK ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixdə , Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində 95,4 kv metr sahədən ibarət qeyri-yaşayış sahəsininın alğı satqısı barədə müqavilənin bağlanması, həmin müqavilənin dəyərinin 47700 manat təşkil etməsi, 06 may 2016-cı il tarixli maliyyə arayışına əsasən 15000 manat, 04 iyun 2016-cı il tarixli maliyyə arayışına əsasən 17000 və 12 iyul 2016-cı il tarixli maliyyə arayışına əsasən 15700 manat olmaqla tam ödənildiyi qeyd edilmişdir.

77. Göründüyü kimi, Cavabdeh1 MMC-nin Cavabdeh2 qarşı alğı-satqı müqaviləsi və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin əsasını müqavilədəki imza və möhürlərin Alışov Cahangirə aid olmaması təşkil edirdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilərkən qeyd edilmişdir ki, əqdin və maliyyə arayışının etibarsız hesab edilməsini təsdiq edən sübutlar təqdim edilməmiş, həmçinin kəsici müddət də ötürülmüşdür. Qətnamə qanuni qüvvəsini almışdır.

78. Nəticədə, müəyyən olunur ki, Cavabdeh2 06 may 2016-cı il tarixli müqavilə üzrə pay haqqını 12 iyul 2016-cı il tarixdə tam ödəmiş və qeyri yaşayış sahəsi ilk öncə Cavabdeh2 sahibliyinə verilmişdir. Cavabdeh2 həmin sahəni təmir etdirməklə oradan yaşayış sahəsi kimi istifadə edir.

79. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 718/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.

80. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

81. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

82. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, işə baxarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarıldığı halda bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki baxış həddində belə hal müəyyən edilməmişdir.

83. Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-718/2021 nömrəli, 04 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən İddiaçı1 istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar