Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6386/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, əmlakın naturada bölgüsü, istifadə qaydasının müəyyən edilməsi və mənzilə köçürelmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, işin aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayırlar. Mübahisəli əmlak da Quba rayonunda yerləşir. Digər tərəfdən də yaşları 70 ötmüş və səhhətləri ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə gediş-gəlişi də demək olar ki, mümkünsüz olacaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim A.Məmmədov, iş № 2(004)-3523/22) vəsatət təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin vəsatətin rədd edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir (31.1). Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (maddə 39.1). Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin predmeti olan daşınmaz əmlaklardan biri - Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfayət Mehtiyev küçəsi, ev 95 a, 47 saylı mənzil Yasamal rayonu ərazisində yerləşdiyindən, iddiaçı daşınmaz əşyaya mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı iddia ərizəsi ilə Bakı şəhərinin Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Bu baxımdan iddiaçı hazırkı iddia ərizəsi ilə əmlakın yerləşdiyi yer üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğv olunması və işin aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6386/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6386/2022
14.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver