Məhkəmə qərarları › İş №2(103)-639/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-639/2025

16.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-639/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X10 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X3 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (“Enerji X3 publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(008)-5136/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazın istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli, 080678 nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt, xx.xx.2019- cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt;xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt X1 adına ünvan 1 ünvanı üzrə tərtib olunmuşdur.

2. X2 08 fevral 1980-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu üzrə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 13276,28 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərc olaraq 300 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda qeydiyyatda olsa da, ünvan 4 ünvanında yaşayır. Həmin ünvanda abonent kodu mərhum qaynatası X1 adınadır, sonuncu 08 fevral 1980-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda abonent kodu üzrə qaynatasının adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən, mərhum qaynatası barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən, guya mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə aşkarlanmış və dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyildir, çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2016-2021-ci illərdə təbii qazdan sayğacsız qaz xəttindən qeyriqanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(008)- 5136/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh İB tərəfindən **********00000 abonent kodu üzrə əsassız hesablanmış 13276,28 manat borcun silinməsi, iddiaçının hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərc olaraq 300 manat məbləğində pulun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları bu aktların yazılmasına suni şəkildə şərait yaratmışdır. Aktların heç biri abonent tərəfindən imzalanmamışdır. Təbii qazdan istifadə qaydaları pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” na əsasən cavabdeh təşkilat üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Belə ki, abonent barədində təbii qazın talanmasına görə dəfələrlə akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsinində vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırki iddia üzerə Cavabdeh İB tərəfindən məlum aktlar əsasında çoxsaylı kənar qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilibedilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Məhkəmə hesab edir ki, aktlar üzrə hesablanmış bu məbləğ Cavabdeh İB əməkdaşlarının təqsiri üzündən yaranmışdır. Belə ki, qanunvericiliyin də tələbinə uyğun olaraq əgər ki, vətəndaşın qanunsuz qoşulma halı aşkar edilmişdirsə bu barədə müvafiq olaraq inzibati orqana xəbər verilməklə kənar xət dərhal qaynaqla ayrılmalı idi. Lakin iş materiallarından göründüyü kimi buna əməl olunmayaraq hər ay göstərilən ünvana Cavabdeh İB əməkdaşları gəlib gəlməməsi də məlum olmadan akt tərtib edilərək eyni görüntünü əks etdirən fotoşəkillər əlavə edilməklə kifayətlənmişlər.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1092-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2- ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir

10. Şikayətin dəlillərinə görə Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçıya məxsus ünvanda 2016-2022-ci illər ərzində davamlı olaraq qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu və s) birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (onun nümayəndəsinə) təqdim edilmişdir və həmin şəxsin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar (birinci instansiya məhkəməsinə təqdim edilib) tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı(xx.xx.2024-cü il tarixli 2(102)- 424/2024 saylı qərarı) mövqeyi də nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, “aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Aşağı instansiya məhkəmələri həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi (Qərarın 51-52-ci bəndləri)”. Buna baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində (4-cü səhifənin 5 və 6-cı abzaslarında) qeyd etmişdir ki, “Belə ki, abonent barəsində təbii qazın talanmasına görə dəfələrlə akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan RespublikasıCinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsinində vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırki iddia üzrə Cavabdeh İB tərəfindən məlum aktlar əsasında çoxsaylı kənar qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilibedilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Qanunun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir.” Göstərilənlərdən məlum olur ki, tərəfimizdən kifayət qədər təsdiqedici sübutlar təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuş və Ali Məhkəmənin yuxarıda göstərilən qərarında formalaşdırdığı mövqeni də nəzərə almamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə bağlı əlavə olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixində qanunvericiliyə edilmiş məlum dəyişikliklərə qədər qanunvericilikdə paylayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda mütləq qaydada inzibati xəta haqqında iş üzrə icraat başlanılması ilə bağlıməsələyə baxılması üçün müvafiq icra hakimiyyətinə orqanına müraciət edilməsinə dair hər hansı bir məcburi norma yox idi. Hazırki iş üzrə iddiaçı barəsində tərtib edilmiş aktların böyük əksəriyyəti də xx.xx.2022-ci il tarixindən əvvəlki dövrləri əhatə edir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini bu nöqteyi-nəzərdən də əsassız hesab edirik. Qətnamədə qeyd olunanlardan da məlum olduğu kimi iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında təbii qazdan qeyri-qanuni istifadə etmədiyini bildirmiş, birinci instansiya məhkəməsi də onun dediklərinə istinad edərək və cavabdeh tərəfindən təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Bununla bağlı bildiririk ki, məhkəmə tərəfindən iddiaçıya məxsus ünvana tərəflərin iştirakı ilə yerli baxış keçirilsin. Lakin məhkəmə yerli baxış keçirilməmiş, məhkəmə trasoloji ekspertizasının təyin edilməsi ilə bağlı da hər hansı bir hərəkət etməmişdir. Hesab edirik ki, iddiaçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi ilə bağlı tərəfimizdən məhkəməyə kifayət qədər sübutlar təqdim edildiyi üçün ən azından həmin sübutların yerində yoxlanılması üçün məhkəmə tərəfindən yerli baxış keçirilməli, yaxud da ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim edilməmişdir. Halbuki yuxarıda da qeyd etdiyimiz kimi fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur və hər dəfə qanunsuz qoşulma aşkar edilən zaman həmin qoşulma tərəfimizdən ləğv edilmiş, bununla bağlı da aktlar tərtib olunmuşdur (iş materiallarına əlavə edilib). Ən əsası isə qanunsuz qoşulmaya dair aktların tərtib edildiyi 2016-cı ilin iyun ayından 2022-ci ilin avqust ayına qədər iddiaçı həmin ünvanda yaşadığını bildirsə də qeyd olun dövrdə, yəni 6 il ərzində təbii qazdan sayğac vasitəsilə istifadəyə görə cəmi 251 manat ödəniş etmişdir. Elə bu fakt da bir daha təsdiq edirik ki, qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə edilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual normaların tələblərini işə düzgün tətbiq etməmiş və yuxarıda qeyd etdiyimiz hallara, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda 1-ci instansiya məhkəməsi mötəbər olmayan sübutlara istinad etməklə səhv nəticəyə gələrək, iddia tələbini təmin etmişdir. Həmçinin şikayətin 6-cı bəndində (Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) də göstərdiyimiz kimi birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri ilə bağlı sübutların qiymətləndirilməsinə dair Ali Məhkəmənin Mülki Kollegiyasının formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı, xüsusilə də qərarın 51-54-cü bəndləri) mövqeni də nəzərə alınmamışdır. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2016-2021-ci illərdə təbii qazdan sayğacsız qaz xəttindən qeyri - qanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. Həmin aktlar 1980-ci ildə vəfat etmiş şəxsin adına yazılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilən sözügedən qətnamə qanuni və əsaslıdır, mövcud sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi arqumentlər əsassızdır və reallığı əks etdirmir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X3 nümayəndəsi X9 borcun mütəxəssis rəyində göstərilən qaydada hesablanmalı olduğunu bildirdi.

14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 2(103)-639/2025 nömrəli qərardadına əsasən məhkəmə tikinti - texniki ekspertizası ekspertizası təyin olunmuşdur.

16. 16 may 2025-ci il tarixli, 3/341 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

17. Azərbaycan Respublikası Enerji X3 tərəfindən verilmiş 05 avqust 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca mudaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dovrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nomrəli Qərarı ile təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nomrəli Qerarı ilə müəyyən edilmişdir. Bu baxımdan "Azəriqaz" İB-nin 2016-2022-ci il üzrə hesabatlarının həqiqi və düzgünlüyünə rəy vermək mümkün deyi. Lakin, hazırda qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alsaq, qazdan qanunsuz istifadə halında qazpaylayıcısına dəymiş zərər aşağıdakı kimi hesablana bilər: Təqdim olunan sənədlərdə cavabdeh tərəfindən aşağıda gosterilən qaz qurğularından istifadə edildiyi gostərilmişdir: 1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 1 ədəd dəmir soba maksimal qaz sərfiyyatı 1.4 m3 1 ədəd qeyri standart su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m3 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasrnda təqsirli olması müəyyən edildikdə, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci va 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işəmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla ("Qazdan istifadə Qaydaları"-nın 3.1.11 maddəsinin tələbinə goreə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması agağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2m3 + 1.4 m3 + 1.5 m3) x12 saat x 30 gün =1476m3. Yay ayları üçün ayda (1.2 m3+1.5 m3) x 12 saat x 30 gün = 972 m3. İtirilmiş qazın həcmi: 2016-cı ildə tərtib edilmiş 1 akt üzrə: 3 yay ayı x 972 m3 = 2916 m3 2018-ci ildə tərtib edilmiş 6 akt izre: 5 qış ayı x 1476 m3 +1 yay ayı x 972 m3 = 8352 m3 2019, 2020 va 2021-ci illərdə hər il üçün: 5 qış ayı x 1476 m3 +7 yay ayı x 972 m3= 14184 m3 2022-ci ildə tərtib edilmiş 7 akt üzrə: 2 qış ayı x 1476 m3 +5 yay ayı x 972 m3= 7812 m3. Azzrbaycan Respublikası Tarif (qiymet) Şurasının "Təbii qazın olkə daxili tariflərinin Tənzimlənməsi barədə" Qərarına esasən əhali istehlakçılarını istehlak tariflərini nəzərə alsaq iddiaçıya dəymiş ziyanın məbləği: 2016-ci il üzrə - 1700 x 0.10 + 1216 x 0.20 = 413,20 manat. 2018-ci il üzrə - 1700 x 0.10 + 6652 x 0.20 =1500,40 manat. 2019, 2020 ve 2021-ci i illərdə hər il üçün: 1700 x 0.10+12484 x 0.20 =2666.80 manat. 2022-ci il üzrə - 1200 x 0.10 + 1300 x 0.20 + 5312 x 0.25 =1732 manat olmaqla cəmi 11655,50 manat təşkil edə bilər. Beləliklə, istehlakçı tərəfindən bu məbləğdən heç bir ödəniş edilmədiyini nəzərə alsaq, qazdan qanunsuz istifadə halında ondan tutula biləcək məbləğ 11655,20 manat təşkil edə bilər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir;

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

23. Cavabdeh apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması xahiş edildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmalıdır.

25. İş materiallarından görünür ki, abonentin saldosunda xx.xx.2018-ci il tarixli akt əsasında 194,40 manat və xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 291,60 manat borc hesablansa da, həmin aktlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu aktlar hesablama aparılarkən nəzərə alınmamalıdır.

26. 01 may 2022-ci il tarixdən qanunvericilikdə olan dəyişikliyə əsasən qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

27. 2022-ilin may ayından sonra aşağıdakı aktlar tərtib olunaraq zərər hesablanmışdır: xx.xx.2022-ci il tarixli akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli akt əsasında 298,08 manat; xx.xx.2022- ci il tarixli akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli akt əsasında 362,88 manat. Bu aktlar əsasında hesablanmış ümumi məbləğ 1321,92 manat (298,08 + 298,08 + 362,88 + 362,88 = 1321,92) təşkil edir.

28. İşin hallarından görünür ki, qeyd olunan 4 akt üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, bu norma qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən tərtib edilmiş aktlardan birinin 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.

29. Buna görə məhkəmə kollegiyası hesab edir ki, borcun məbləği hesablanarkən bu aktlar da nəzərə alınmamalıdır.

30. Digər aktlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, aktların tərtib olunduğu dövrdə qaz xəttinə qeyri-qanuni qoşulmanın olması iş materiallarında olan fotoşəkillər ilə (qaz xəttinə boru vasitəsilə qoşulma) öz təsdiqini tapır. Hazırkı dövrdə bu halın mövcud olub – olmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Məhkəmə kollegiyası rəylə bağlı qeyd edir ki, bu rəy hazırkı vəziyyəti əks etdirir, sonuncu akt 2022-ci ilin avqust ayında tərtib olunmuşdur, 3 ildən sonra aparılan tədqiqat zamanı borunun üzərində hər hansı bir zədə və ya izin olmaması həmin dövrdə qoşulmanın olmaması qənaətinə gəlməyə əsas verə bilməz.

31. Həmçinin məhkəmə kollegiyası aktların tərtib olunduğu və bundan sonrakı dövrdə olan sayğac göstəricilərinin məlumatlarını da təhlil edərək qeyd edir ki, aktların tərtib olunduğu dövrdə sayğac göstəricisinə əsasən 2016-cı ildən 2020-ci ilin mart ayına qədər sayğac göstəricisi “0”, bundan sonra maksimum 200 kub metr qaz istifadə olunması qeyd olunurdusa, aktların tərtib olunmasından sonrakı dövrlərdə bu göstərici minimum 1286 kub metr, maksimum 4569 kub metr olmuşdur. Bu xüsusatın özü də onu təsdiq edir ki, sonrakı aylarda qaz sərfiyyatının göstəricisi yüksək həddə olduğu halda aktların tərtib olunduğu dövrdə bu göstərici təxminən 10-20 dəfə aşağı ola bilməzdi, sərfiyyatın sayğac göstəricisində məhz bu cür əksini tapması qanunsuz qoşulma faktınının olduğunu sübuta yetirir.

32. Digər aktlara münasibətdə alınmış mütəxəssis rəyində qeyd olunmuşdur ki, itirilmiş qazın həcmi: 2016-cı ildə tərtib edilmiş 1 akt üzrə: 3 yay ayı x 972 m3 = 2916 m3 2018-ci ildə tərtib edilmiş 6 akt izrə: 5 qış ayı x 1476 m3 +1 yay ayı x 972 m3 = 8352 m3 2019, 2020 va 2021-ci illərdə hər il üçün: 5 qış ayı x 1476 m3 +7 yay ayı x 972 m3= 14184 m3 2022-ci ildə tərtib edilmiş 7 akt üzrə: 2 qış ayı x 1476 m3 +5 yay ayı x 972 m3= 7812 m3. Azərbaycan Respublikası Tarif (qiymet) Şurasının "Təbii qazın olkə daxili tariflərinin Tənzimlənməsi barədə" Qərarına esasən əhali istehlakçılarını istehlak tariflərini nəzərə alsaq iddiaçıya dəymiş ziyanın məbləği: 2016-ci il üzrə - 1700 x 0.10 + 1216 x 0.20 = 413,20 manat. 2018-ci il üzrə - 1700 x 0.10 + 6652 x 0.20 =1500,40 manat. 2019, 2020 və 2021-ci i illərdə hər il üçün: 1700 x 0.10+12484 x 0.20 =2666.80 manat. 2022-ci il üzrə - 1200 x 0.10 + 1300 x 0.20 + 5312 x 0.25 =1732 manat olmaqla cəmi 11655,50 manat təşkil edə bilər.

33. Məhkəmə kollegiyası qeyd edir ki, 2016, 2018-2021-ci illər və 2022-ci ildə tərtib edilmiş 7 akt üzrə mütəxəssis rəyində olan məbləğlər bəzi aktlar üzrə hesablanmış məbləğlərdən artıq olduğundan rəydə gəlinən nəticə üzrə borcun hesablanması qanuni və ədalətli hesab oluna bilməz. Buna görə də hər bir il üzrə aşağdıakı formada müqayisəli tədqiqat aparılaraq silinməli olan borcun məbləği dəqiqləşdirilməlidir.

34. 2016-cı ildə tərtib olunmuş mütəxəssis rəyindəki məbləğ (413,2 manat) akta əsasən hesablanmış məbləğdən (172,80 manat) çoxdur, buna görə də borcun məbləği hesablanarkən akta əsasən hesablanmış məbləğ əsas götürülərək həmin il üçün borcun məbləği 172,8 manat müəyyən olunmalıdır.

35. 2018-ci ildə tərtib olunmuş aktlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 25-ci bənddə qeyd olunduğu kimi xx.xx.2018-ci il tarixli akt əsasında 194,40 manat və xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 291,60 manat borc hesablansa da, həmin aktlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Digər aktlar xx.xx.2018-ci il tarixli akt əsasında 647,40 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 214 manat, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 91,20 manat məbləğində borc hesablanmışdır. Mütəxəssis rəyində isə 2018-ci il üçün 1500,4 manat borc hesablanmalı olduğu qeyd edilmişdir. Borcun məbləği hesablanarkən mütəxəssis rəyinə əsasən 3 qış ayı x 1476 kub metr = 4428 kub metr = 885,6 manat müəyyən olunduğundan akta əsasən hesablanmış məbləğ əsas götürülərək 2018-ci il üçün borcun məbləği 885,6 manat müəyyən olunmalıdır.

36. 2019 və 2020-ci illər üzrə aktlar üzrə yaranmış borc 1063,8 manat göstərilsə də, mütəxəssis rəyində göstərilən məbləğ 2666,8 manat olduğundan aktlara əsasən hesablanmış məbləğ əsas götürülərək bu il üçün borc 1063,8 manat müəyyən olunmalıdır.

37. 2021 – il üzrə aktlara əsasən 3481,42 manat borc hesablansa da mütəxəssis rəyində bu aktlar üzrə borcun 2666,8 manat olması qeyd olunur, buna görə də həmin il üçün borcun məbləği 2666,8 manat müəyyən edilməlidir.

38. 2022 –ci ildə tərtib olunmuş aktlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 29-cü bənddə qeyd olunduğu kimi 2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlar üzrə borcun hesablanması əsaslı hesab olunmur və hesablama xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlar üzrə apapılmalıdır. Qeyd olunan aktların 2-si qış ayı, 1-i isə yay aylarını əhatə etdiyindən mütəxəssis rəyinə əsasən hesablama aparıldıqda borcun məbləği aşağıdakı kimi müəyyən olunur: 2 qış ayı x 1476 kub metr + 1 yay ayı x 972 kub metr = 3924 kub metr x 0,2 manat = 784,8 manat

39. Beləliklə müqayisəli təhlil əsasında aparılmış tədqiqata əsasən müəyyən olunur ki, borcun məbləği 2016-cı il üçün 172,8 manat, 2018-ci il üçün 885,6 manat, 2019 –cu il üçün 1063,8 manat, 2020-ci il üçün 1063,8 manat, 2021-ci il çün 2666,8 manat, 2022-ci ildə tərtib olunmuş aktlar üzrə 784,8 manat, ümumilikdə 6637,6 manat təşkil edir və hissədə borcun mövcudluğu təsdiqini tapır.

40. Abonentin saldosunda olan məlumatlara əsasən müəyyən edilir ki, 2016-cı ildən 2022-ci ilin avqust ayına qədər aktlar üzrə hesablanmış borc məbləği 13276,28 manat təşkil edir, həmin dövr üçün sayğac göstəricisinə əsasən hesablanmış borc (3833 kub metr x 0,2 = 766,6 manat təşkil edir), abonent tərəfindən aparılmış ödənişlər qrafasında isə bu dövr üçün hesablamalar aparıldıqda isə 2016-cı ilin noyabr ayında 172,8 manat, 2018-ci ilin avqust ayında isə 1055,8 manat, ümumilikdə 1228,6 manat ödəniş aparılması müəyyən olunur. Sayğac göstəricilərinə əsasən yaranmış borc (766,6 manat) aparılmış ödənişlərin məbləğindən (1228,6 manat) çıxıldıqda isə 462 manat məbləğində pul vəsaitinin də aktlara görə hesablanmış zərərin məbləğindən çıxılması aşkardır. Həmin məbləğ (462 manat) isə aktlara əsasən müəyyən olunmuş məbləğdən (6637,6 manat) çıxıldıqda iddiaçı tərəfindən cavabdehə ödənilməli olan pul vəsaitinin məbləği 6175,6 manat təşkil edir. Abonentə hesablanmış 13276,28 manat borc məbləğindən 6175,6 manat çıxıldıqda isə silinməli olan məbləğ 7100,68 manat təşkil edir.

41. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tələb 6175,6 manat məbləğində borcun silinməsi hissəsi əsaslı deyildir və bu hissədə iddia rədd, qalan hissədə (4909,02 manat) isə təmin olunmalıdır.

42. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia yuxarıda göstərilən məzmunda qismən təmin olunmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(008)- 5136/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(008)- 5136/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərəfindən **********00000 abonent kodu üzrə hesablanmış 4909,02 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədiqatının aparılmasına sərf olunan 65 manat məbləğində pul vəsaitinin 35 manat məbləğində hissəsi Cavabdehndən, 30 manat məbləğində hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hüquqi yardıma görə ödənilmiş 300 manat məbləbğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar