Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6394/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, X54 qızının katibliyi, İddiaçı Zəkəriyyə oğlunun, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlər X10, X11, Üçüncü şəxslər X7, X27 və X36 iştirakları ilə, İddiaçı Zəkəriyyə oğlunun cavabdehlər Cavabdeh1, X21, Cavabdeh3, X16, Azərbaycan Respublikasının Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə (İİİ şəxslər X17, X39, X40 və X47) qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X39 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı və onun bacı-qardaşları X28, X29, Cavabdeh3, X22, X18, X3 X31 vərəsələri olmuşlar. Vərəsələrin atası X12 - xx.xx.1996-cı ildə, anası Useynova Şövkət xanım Rüstəm qızı xx.xx.2016-cı ildə ölmüşdür. X12 24 iyul 1992-ci ildə ünvan 1 ünvanında yerləşən əmlakını ölümündən sonra Cavabdeh1 vəsiyyət etmişdir. İddiaçı Zəkəriyyə oğlu xx.xx.1996-cı il tarixdə vəfat etmiş atası X1 miras qalan Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilinə olan miras payından imtina etmişdir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı sahə X2 ölümündən sonra xx.xx.2019-cu il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan kecmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 12 saylı notariat ofisi tərəfindən verilmiş İddiaçı Zəkəriyyə oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli 2780 saylı məktubdan görünür ki, onun vərəsəlikdən imtinasına dair ərizəsi olduğu üçün vərəsəlikdən pay verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Zəkəriyyə oğlu ərizə ilə məhkəməyə müraciət edərək, X6 öldükdən sonra ünvan 3 mirasın qəbul edilmə faktının müəyyən edilməsi və həmin miras əmlaka vərəsəlik qaydasında mülkiyyət hüqunumun tanınaraq müvafiq çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edildməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 onun atası X6 şəxsi mülkiyyətində olmuşdur. Atası 25 mart 1996-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra o, ünvan 3 tərəfindən faktiki olaraq qəbul edilərək idarə edir. Atası vəfat etdikdə sonra atasına məxsus olan Bakı şəhəri, Kiyev prospekti 7 saylı evin 2 saylı mənzili bacısı Cavabdeh1 vəsiyyət etmişdir. Bu səbəbdən də tərəflərindən həmin mənzili qəbul etməkdən imtina edib, bu barədə notariat kontoruna ərizə ilə müraciyət etmişlər. Bacısı da həmin mənzili öz adına rəsmiləşdirmişdir. Hazırda mübahisəli ünvan 3 ünvanı ilə əlaqədar bacısı məhkəməyə müraciət edərək, bu mənzilin də onun adına rəsmiləşdirilməsini tələb etmişdir. İki vərəsə olan qardaşları X18 və X30 vəfat etmişlər. Lakin onların övladları vardır Məhkəmənin qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndiriliən əmlak miras qoyanın ölümü vaxtı miras kütləsinə daxil olmadığı üçün digər vərəsələrin məcburi paydan imtinalarını gələcəkdəki əmaka imtinaları kimi qəbul etmək yolverilməzdir. Bu əmlak X6 öldükdən sonra miras kütləsinə daxil edilməmişdir. Bu əmlak 08 aprel 2019-cu ildə X6 adına ilkin qeydiyatdan keçmişdir. Hazırda tərəfindən vərəsəlik haqda şəhadətnamə almaq üçün 12 saylı notariat kontoruna müraciət etdikdə ona imtina verərək bildirmişlər ki, onlar tərəfindən ancaq bacısı yeganə vərəsə kimi tanınmışdır və digər vərəsələrə şəhadətnamə verə bilməyəcəkdir. O miras mülki qəbul edərək idarə edir. Ona görə də, miras mülkə vərəsə o sayılırlar. Digər vərəsələr notariat kontoruna getmirlər ki, onları da vərəsə kimi tanınmağına maneəçilk edirlər. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun atasından qalan miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsinə və 1/6 paya onun vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsi DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin 1/6 paya onun vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsi DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi hissəsindən xitam verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Zəkəriyyə oğlunun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli küçəsi 5 saylı evə dair mirası qəbul etməsi faktı müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X1 öldüyü günə miras kütləsinə daxil olan əmlak Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzil olmuşdur. Həmin əmlakı ölən şəxs sağlığında qızı Cavabdeh1 vəsiyyət etmişdir, İddiaçı Zəkəriyyə oğlu və digər məcburi paya almaq hüququna malik olan vərəsələr vəsiyyətnamə əsasında onlara düşən məcburi paydan imtina etmişlər və Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilə dair Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. X1 miras qalan əmlaklardan Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzil vəsiyyətnamə üzrə vəsiyyət edilsə də, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı evə dair vəsiyyətnamə olmadığından, qanun üzrə miras kütləsinə daxil edilmişdir və həmin miras əmlak qanun üzrə vərəslər üzrə bölüşdürülməlidir. İddiaçı Zəkəriyyə oğlu vəsiyyət üzrə məcburi paydan imitna etməsi, onun qanun üzrə miras əmlakdan imtina etməsi kimi qiymətləndirilməsi yolverilməzdir və iddiaçının qanun üzrə düşən miras əmlaka hüquqları qanuni və əsaslıdır. X4 ölümü ilə ondan qalan vəsiyyət üzrə Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilə dair vərəslərin məcburi paylaran imtinası onların miras qoyanın gələcək miras əmlakdan imtinası kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1166, 1172, 1202.1, 1243, 1246, 1255 və 1259-ci maddələrinə istinadla əsaslandırılmışdır. Qətnamədən cavabdeh X39 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 3 onun atası X6 şəxsi mülkiyyətində olmuşdur. Atası 25 mart 1996-cı ildə vəfat etmişdir. O, atasının vəfatından sonra ünvan 3 ünvanında yerləşən əmlakı faktiki olaraq qəbul etmiş və idarə edir. Atası vəfat etdikdə sonra atasına məxsus olan Bakı şəhəri, Kiyev prospekti 7 saylı evin 2 saylı mənzili atası tərəfindən ona vəsiyyət edilmişdir. Bu səbəbdən də iddiaçı və digər vərəsələr də həmin mənzili qəbul etməkdən imtina edib, bu barədə notariat kontoruna ərizə ilə müraciət etmiş, o həmin mənzili öz adına rəsmiləşdirmişdir. Hazırda mübahisəli ünvan 3 ünvanı ilə əlaqədar məhkəməyə müraciət edərək, həmin mənzilin də onun adına rəsmiləşdirməsini tələb etmişdir. Məhkəmə əsaslı araşdırma aparmadan bu iş üzrə məhkəmə qətnamələrini nəzərə almadan qeyri-qanuni qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı ünvan 4 ünvanda yerləşən evin miras əmlak kimi qəbul edilməsi barədə Xəzər rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, onun iddiası Xəzər rayon məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(003)- 31/2018 №-li qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı Xəzər rayon məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(103)-7332/2018№li qətnaməsi ilə təmin edilməmiş, 1-ci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. ünvan 4 ünvanda yerləşən mərhum atalarından qalmış evə İddiaçı Zəkəriyyə oğlunun miras əmlakın qəbuluna dair iddiası həm Xəzər rayon məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir və həmin qətnamələr hazırda qüvvədədir. Mübahisəli evə dair qüvvədə olan qətnamələrin olmasına baxmayaraq məhkəmə nəzərə almamış, sübut növü kimi qiymətləndirməmişdir. Apellyasiya icraatı zamanı X39, X47, X40 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qisməndə cəlb olunmuşlar. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasında iclasında iştirak edən cavabdehlər X21 və X24 apellyasiya şikayətinin təmin edilməsini və eyni zamanda onların da vərəsə olmasının nəzərə alınmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X17 və X15 Useynovun iddia tələbinə etiraz etmədiklərini bildirdilər və Nazimin mübahisəli bağ sahəsində yaşamasını təsdiq etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X47 atalarına pay müəyyən olunarsa həmin payın ona verilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X40 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq miras payından imtina edərək payının bibisi Cavabdeh1 verilməsini bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və gələməməsinin səbəbinin üzürlü olması ilə bağlı məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1172. Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1259. Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə araşdırması və işin halları ilə müəyyən edilir ki, İddiaçı Zəkəriyyə oğlu, X28, X29, Cavabdeh3, X22, X38 orlu, X3 X31 vərəsələri olmuşlar. Bakı şəhəri 19 saylı Dövlət Notariat kontorunda saxlanılan xx.xx.1992-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 1 X9 tərəfindən Cavabdeh1 vəsiyyət edilmişdir. İddiaçı Zəkəriyyə oğlu və digər məcburi paya almaq hüququna malik olan vərəsələr vəsiyyətnamə əsasında onlara düşən məcburi paydan imtina etmişlər və Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilə dair Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seruya RX ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı sahə X2 mülkiyyətindədir. İddiaçı hazırki tələbinin əsası kimi ünvan 6 ünvanda bağ sahəsi tərəfindən atası öləndən sonra faktiki qəbul edilmiş və hazırki günə kimi də idarə olunmasına istinad edir, sübut kimi onun bu torpaq sahəsində tikilidə yaşamağının “X19 intihar edərək ölməsi faktı” əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi üzrə icraata xitam verilməsi haqqında Xəzər rayon prokurorluğunun 02 noyabr 2012-ci il tarixli qərarını göstərir. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd edilən mübahisə üzrə qüvvədə olan qətnamə olmasına, həmin mübahisəli bağda hazırki mülki iş üzrə cavabdeh olan Leyla, Yeganənin yaşamasına, həmçinin iddiaçının miras əmlakın qəbulundan digər vərəsənin, yəni Cavabdeh1 xeyrinə imtina etməsinə və qüvvədə olan mülki qanunvericiliyə görə miras əmlakdan qismən imtinanın nəzərdə tutulmamasına, buna görə də iddiaçının mirasdan imtinasının mərhum Zəkəriyyə Useynovdan miras qalmış bütün əmlaklara şamil edilməli olmasına istinad edərək iddianın əsassız olmasını göstərir. Cavabdeh tərəf apellyasiya şikayətində mübahisə üzrə qüvvədə olan qətnaməyə, yəni, Xəzər rayon məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(003)-31/2018 №-li qətnaməsinə istinad edir və göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(103)-7332/2018№li qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış bu qətnamə ilə İddiaçı ünvan 4 ünvanda yerləşən evin miras əmlak kimi qəbul edilməsi barədə Xəzər rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, onun iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirlik küçəsi 5 ünvan üzrə digər məhkəmə qətnamələri də mövcuddur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 92/2021 nörməli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 qarşı ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin 7/8 hissəsində onun payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 3863/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-92/2021 nörməli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 92/2021 nörməli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6115/2021 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 3863/2021 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3863/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 qarşı ünvan 8 ünvanında yerləşən. torpaq sahəsinin 7/8 hissəsində onun payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, İddiaçı ünvan 4 ünvanda yerləşən evin miras əmlak kimi qəbul edilməsi barədə iddiasının rədd olunması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu hazırki iddianın əsassız olması anlamına gəlmək üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6115/2021 nömrəli qərarından görünür ki, həmin iş üzrə apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 7332/2018 nümrəli qətnaməsinə əsasən İddiaçı Zəkəriyya oğlunun miras əmlak - ünvan 8 ünvanında yerləşən bağ evinin qəbulu və vərəsələr arasında bölüşdürülməsi barədə ilkin iddia tələbi rədd edilmişdir. Sözügedən qətnamədə qeyd edilmişdir ki, mübahisələndirilən ünvan 8 ünvanında yerləşən ev X5 adına daşınmaz əmlakın dövlət reyestrində nə onun sağlığında, nə də ölümündən sonra mülkiyyət hüququ ilə qeydə alınmadığından həmin evin onun tərəfindən qoyulmuş miras kütləsinə aid edilməsi və bu əmlakdan tərəflərin vərəsəlik hüququ əsasında paylarının müyyən edilməsi hüquqi baxımdan əsassızdır. Göründüyü kimi, 2018-ci ildə İddiaçı Zəkəriyya oğlunun miras əmlak-ünvan 8 ünvanında yerləşən bağ evinin qəbulu və vərəsələr arasında bölüşdürülməsi barədə ilkin iddia tələbi mübahisəli sahə X5 adına daşınmaz əmlakın dövlət reyestrində nə onun sağlığında, nə də ölümündən sonra mülkiyyət hüququ ilə qeydə alınmaması əsası ilə rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan - qəsəbəsi Əncirli küçəsi 5 saylı sahə X2 mülkiyyəti kimi qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nümrəli çıxarış xx.xx.2019-cu il tarixlidir və iddiaçı bu çıxarış veriləndən sonra atasından qalan miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı sahə miras kütləsinə 08 aprel 2019-cu ildən daşınmaz əmlakın dövlət reyestrinə X4 adına qeydiyyata alındığı andan daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, X1 öldüyü günə miras kütləsinə daxil olan əmlak Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzil olmuşdur və X1 öldüyü günə miras kütləsinə daxil olan digər əmlak olmamışdır. Buna görə də məhkəmə kollegiyası İddiaçı Zəkəriyyə oğlu vəsiyyət üzrə məcburi paydan imtina etməsi, onun qanun üzrə miras əmlakdan imtina etməsi kimi qiymətləndirilməsinin yolverilməz olmaqla iddiaçının qanun üzrə düşən miras əmlaka hüquqlarının qanuni və əsaslı olmasına və X4 ölməsi ilə ondan qalan vəsiyyət üzrə Bakı şəhəri A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzilə dair vərəsələrin məcburi paylaran imtinası onların miras qoyanın gələcək miras əmlakdan imtinası kimi qiymətləndirilə bilməməsinə dair nəticələri ilə razılaşır. Lakin məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, X1 miras qalan əmlaklardan Bakı şəhəri, A.Abbasov küçəsi 7 saylı evin 12 saylı mənzili vəsiyyətnamə üzrə vəsiyyət edilsə də, mübahisələndirilən əmlaka dair vəsiyyətnamə olmadığından, həmin əmlakın qanun üzrə miras kütləsinə daxil olduğundan onun qanun üzrə vərəslər üzrə bölüşdürülməli olmasını birinci instansiya məhkəməsi düzgün göstərsə də, qətnamə qəbul edərkən iddia tələbinin dəqiqləşdirilməsinə tam diqqət yetirməmişdir. Belə ki, tələbində iddiaçı atasından qalan miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirli küçəsi 5 saylı ev deyil, sahə X2 mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qanunun tələbi baxımından baxılan iş üzrə miras əmlakının ev deyil, sahə olmasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Zəkəriyyə oğlu miras əmlak olan ünvan 9 ünvanında yerləşən əmlakı, yəni sahəni faktiki qəbul etmişdir. Miras əmlaka da ev deyil, sahə daxildir. Həmin sahədə isə faktiki olaraq yaşayış evi mövcuddur ki, iddiaçının da həmin evdə yaşamaqla miras əmlak olan sahədən istifadə etməsi və miras əmlakı faktiki olaraq qəbul etməsi işin halları öz təsdiqini tapır. Belə ki, hazırki iş üzrə dindirilmiş üçüncü şəxslər izahatlarında İddiaçı Zəkəriyyə oğlunun ünvan 10 ünvanında uzun müddətdir ki, yaşamasını təsdiq etmişlər. Həmçinin iş materiallarından görünür ki, Əzizbəyov(Xəzər) Qaz istismarı İdarəsi ilə İddiaçı Zəkəriyyə oğlu arasında müqavilələr bağlanmış, müxtəlif illərdə qaz sayğacı istismara qəbulu iddiaçının adına rəsmiləşdirilmişdir. Habelə işdə olan Xəzər rayonu prokurorluğunun “X19 intihar edərək ölməsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi üzrə icraata xitam verilməsi haqqında 02 noyabr 2012-ci il tarixli Qərarında iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, Mərdəkan qəsəbəsi Əncirli 5 ünvanında iki ev olmuş, onlardan birində Nazim anası Şövkət Useyova ilə birlikdə yay aylarında gəlib yaşamışlar. Eyni zamanda Xəzər Rayon Hərbi Komissarlığından verilmiş xx.xx.2011-ci il tarixli 59 nömrəli arayışdan da görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı Zəkəriyyə oğlu həqiqətən Bakı şəhəri Əzizbəyov rayon komissarlığı tərəfindən xx.xx.1975-ci ildə Mərdəkan qəsəbəsi Əncirli 5 ünvanından hərbi xidmətə çağırılmışdır. Qanunvericiliyə əsasən faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyəti öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməklə ünvan 9 ünvanında yerləşən mərhum Zəkəriyyə Nəcəfqulu oğlundan qalmış miras əmlak olan sahənin 1/6 hissəsinin İddiaçı Zəkəriyyə oğlunun qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının faktiki qəbul etdiyini miras əmlakdakı payının 1/6 hissədə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsin haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Qeyd edilən Konstitusiya qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş vərəsələrdən - xx.xx.2009-cu ildə vəfat etmiş X38 oglunun övladları X13 ilə X25 notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, onlar xx.xx.1996-cı ildə ölmüş babaları X1 miras qalmış əmlak hüquqlarından onlara çatası hissələrindən imtina etmələrini göstərmişlər. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X39 və X17 tərəflərindən notarial qaydada təsdiq olunmuş ərizələrin surətlərindən görünür ki, onların gələcəkdə nənələri X8 qarşı ünvan 11 ünvanında yerləşən torpaq sahəsinə və evə dair heç bir iddia və tələbləri olmayacaqdır. Apellyasiya instansiyası məhkəməsində dindirilmiş Yaşar Useynovun vərəsələri, yəni X39, X47 və X17, məhkəmə kollegiyasına teleqram ünvanlamış X40 arasında miras əmlakdan imtina edilməsinə dair fikir ayrılıqları olduğundan X39 və X7 notarial qaydada təsdiq edilmiş ərizələri nəzərə alınmır. X39 və X17 tərəflərindən notarial qaydada təsdiq olunmuş ərizələrdə məhz X1 miras qalmış əmakdan imtina edilməsi göstərilməmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsinin onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilməsini və həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraqı xx.xx.1996-cı ildə ölmüş babaları X4 ölümündən sonra 7 vərəsənin (sağ qalan 5 və ölən 2 vərəsəlinin övladları) olmasına baxmayaraq vəfat etmiş X38 oglunun övladları X13 ilə X25 notarial qaydada təsdiq edilmiş ərizələri nəzərə alınmaqla iddiaçının miras əmlakın-sahənin 1/6 hissəsinin qəbul edilmə faktı müəyyən edilməklə həmin hissəyə də payı müəyyən edilməsini məqsədəuyğun sayır. Kollegiya digər vərəsələrə münasibətdə qeyd edir ki, hazırki qətnamənin qüvvəyə mindikdən sonra digər vərəsələr miras payının alınması üçün notarit orqanına müraciət etdiyi zaman miras qalmış əmlak hüquqlarından digər vərəsələrin xeyrinə imtina etmələri hüquqlarından istifadə edə bilərlər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, ünvan 9 ünvanında yerləşən mərhum Zəkəriyyə Nəcəfqulu oğlundan qalmış miras əmlakın-sahənin 1/6 hissəsinin İddiaçı Zəkəriyyə oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilərək həmin hissəyə pay müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh X14 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-286/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 9 ünvanında yerləşən mərhum Zəkəriyyə Nəcəfqulu oğlundan qalmış miras əmlakın-sahənin 1/6 hissəsinin İddiaçı Zəkəriyyə oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilərək həmin hissəyə payı müəyyən edilsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Şeyda Məhərrəmova Namiq Cəfərov