Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6396/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il və 28 aprel 2021-ci il tarixli qərardadlarından İddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayətləri üzrə işin apellyasiya mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, işə baxılıb yekun qərar çıxarılanadək Cavabdeh MTK-nın adına olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 4 saylı mənzilin və digər cavabdeh X1 adına olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 50 saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh MTK Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadından şikayət vermiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, ev 17, 50 saylı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(011)-2387/2021 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadı qismən ləğv edilərək, cavabdeh X1 adına olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 50 saylı mənzilin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi hissəsində ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 50 saylı mənzilin özgəninkiləşdirilməsi barədə cavabdehin və digər şəxslərin üzərinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Cavabdeh MTK hazırkı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadının qalan hissədə də ləğv edilməsini, Cavabdeh MTK-nın adına olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 4 saylı mənzilin özgəninkiləşdirilməsi barədə cavabdehin və digər şəxslərin üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(011)-2387/2021 saylı qərardadı ilə Cavabdeh MTK-nın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadından vermiş olduğu şikayətin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, 4 saylı mənzilin özgəninkiləşdirilməsi barədə cavabdehin və digər şəxslərin üzərinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(011)-2387/2021 saylı qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2021-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin eyni tarixli, yəni 03 may 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(011)-2387/2021 saylı qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət rədd edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(011)-2387/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Xətai Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(011)-2387/2021 saylı qərardadından verilmiş şikayət iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə görə: 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır; 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: İddiaçı Cavabdeh MTK-nə qarşı pul tələbinə dair mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6396/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6396/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver