Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6397/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1912/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən Cavabdeh 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır.
2. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********44 olan, 0,0378 ha torpaq sahəsindən ibarət sahə 1-1128 Cavabdeh mülkiyyətindədir.
3. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A 264545 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 1-1128 sənəd üzrə sahəsi 0,1 ha, faktiki 0,0622 ha-dır.
4. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********2 nömrəli mütəxəssi rəyində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 75 m2 hissəsi reyestr nömrəsi **********44 olub Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi qeyd edilmişdir.
5. İş materiallarında olan, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı AN-İ № ******* saylı, 27 aprel 2018-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh verilmiş **********95 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan 0,0622 ha torpaq sahəsindən 0,0322 ha hissəsini X1. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında ünvan ünvanda yerləşən 0,0378 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iş üzrə cavabdehə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən 21 may 2003-cü il tarixli 28 saylı Əmrdən çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılıb. Cavabdeh həmin torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün müraciət etmiş, həmin 0,10 ha torpaq sahəsinin yalnız 0,0622 ha sahəsi qeydiyyata alınmış və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, A 264545 saylı torpaq sahəsinin plan və ölçüsünə dair rəsmi sənəd verilmişdir. Qalan 0,0378 ha torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin keçdiyi əraziyə aid olduğu üçün çıxarış verilməsindən imtina edilmişdir. Cavabdeh Buzovna qəsəbəsi, sahə 1.1128 saylı, 0,0622 ha torpaq sahəsindən 0.0322 ha torpaq sahəsini onun atası X3, digər sahəni isə başqa bir şəxsə satmışdır. Yerdə qalan 0,378 ha torpaq sahəsini isə yuxarıda qeyd edildiyi kimi yüksək gərginlikli elektrik xətlərinin altına düşdüyünə görə qeydiyyata alınmasından imtina edildiyinə görə sənədsiz ona satmışdır. Aralarındakı faktiki alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmayan torpaq sahəsi ona Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin KTM-nin xx.xx.2003-cü il tarixli, 28 saylı əmri ilə ayrıldığına görə razılaşmış və razılaşmaya görə o cavabdehə ayrı-ayrılıqda müxtəlif vaxtlarda 5000 (beş min) manat pul vermişdir. Bunun müqabilində cavabdeh ona notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci ildə Bakı şəh., 7 saylı DNKda 7 E -3792 nömrəsi ilə qeydə alınmış 82 il müddətinə etibarnamə vermişdir və gələcəkdə torpaq sahəsini cavabdeh tərəfindən və ya onun tərəfindən qeydiyyata alınacağı təqdirdə aralarında alqı-satqı müqaviləsi bağlanacağına söz vermişdir. Həmin vaxt sənədsiz torpaq sahəsinin bir sot bazar qiyməti təxminən 1500-2000 manat təşkil edirdi. Atası da ondan 0,0322 ha torpaq sahəsi alarkən torpağın sənədləri olduğu üçün 12.000 manat pul vermişdir. Ona satdığı sahənin sənədləri olmadığına görə 5000 manata razılaşmışdır. Aralarında mübahisə başlandıqdan sonra ona verdiyi etibamaməni ləğv etdirmişdir. Etibarnamə məhkəmə çəkişməsi başlamamışdan qabaq etibarlı idi. Onlar arasındakı razılaşmada dayısı oğlu və digər şəxslər iştirak edib. Cavabdeh tərəfindən isə həyat yoldaşı və özü iştirak edib. Bu razılaşmadan sonra o, həmin sahəni mişar (kubik) daşı ilə hasara almaqla kürsülü bir mərtəbəli ev tikmişdir. Müvafiq icazələr əsasında evə su, işıq xətləri çəkdirmiş və sayğaclar quraşdırmış və müqavilələr onun adınadır. Hər ay vaxtlı-vaxtında da ödənişlər edir. Mübahisəli torpaq sahəsində hasarın və evin onun tərəfindən inşa edilməsini tikintidə çalışan bütün usta və fəhlələrdə təsdiq edə bilər. Onlar arasında torpağın alqı-satqısına dair razılaşma əldə olunub və ona qeyd etdiyi məbləğdə pul verdikdən sonra cavabdeh xx.xx.2017-ci il tarixdə 82 il müddətində Buzovna qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, çıxarış almağı, əmlakı özəlləşdirib çıxarışı aldıqdan sonra 0,03 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və s. hərəkətlər etməyə dair etibarnamə vermişdir. Əgər, onlar arasında şifahi razılaşma əsasında alğı-satqı müqaviləsi olmayıbsa və o cavabdehə 5000 manat pul verməmişdirsə, bəs onda cavabdeh ona nəyə və hansı səbəbə görə məhz həmin torpaq sahəsi olan əmlak üzərində sərəncam vermək hüququ verən etibarnamə verirdi. Mübahisəli 0,0378 ha torpaq sahəsinə görə cavabdehə çıxarış xx.xx.2019-cu il tarixdə verildiyi halda etibarnaməni cavabdeh ona xx.xx.2017-ci ildə, yəni torpaq sahəsinə dair öz adına çıxarış almamışdan 2,8 il əvvəl vermişdir. Əgər onların arasında hər hansı bir qohumluq, dostluq, qonşuluq, yoldaşlıq münasibətləri və razılaşma olmadığı bir halda cavabdeh nəyə görə ona etibarnamə verirdi. Bu tikinti onun gözü qarşısında aparıldığı halda nəyə görə müvafiq orqanlara və məhkəməyə o vaxt müraciət etməyib. Nəzərə alsaq ki, o orada 2017-ci ildə ev inşa edərkən torpaq sahəsinə onun hər hansı bir hüquqverici sənədi olmadığına görə iddia qaldıra bilməyib. Ona görə müraciət etməyib ki, həmin vaxt yəni, o evi tikərkən həmin torpağa onun mülkiyyət hüququ olmayıb və onun özünə aid olmayan torpaq sahəsinə etibarnamə vermişdir.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)-1912/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev), İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında ünvan ünvanda yerləşən sahəsi 0,0378 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir, bundan başqa daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün tərəflər arasında daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə olmalıdır. Daşınmaz əmlaka dair əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında ünvan ünvanda yerləşən sahəsi 0,0378 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasını Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddiası rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 144.1, 146.1, 324.1, 331.1, 334-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 4.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
13. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
14. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sənədləri, materialları, sübutları hər tərəfli və obyektiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş,tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmiş iddia ərizəsində göstərilənlərə nəin ki, hüquqi qiymət verməmiş, hətta hər hansı bir münasibət bildirməmiş, nəticədə tam əsassız qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında onun mübahisəli torpaq sahəsini faktiki olaraq 5 min manata aldığını və pulun verilməsində iştirak edən şahidlərin verdiyi izahatlara, 82 il müddətinə 0,0783 torpaq sahəsinə görə etibarnamə verməsinə, həmin torpaq sahəsinə cavabdehin hüququ olmadığı vaxt orada evin tikliməsinədə hüquqi qiymət verməmiş və münasibət bildirməmişdir. O, ilk olaraq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasına dair iddia ərizəsi verilmiş, sonradan iddianın həcminin azaldaraq təkcə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmaını xahiş etmişdir. Buna baxmayaraq məhkəmə yenədə hər iki tələbə dair qətnamə çıxarmışdır. Görüldüyü kimi, məhkəmə maddi hüquq normalarını pozmuş, göstərildiyi dəlilləri işin hallarına uyğun gəlmir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
16. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə verdikləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 22.Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
23. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. Maddə 331. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
26. Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iclasında onun mübahisəli torpaq sahəsini faktiki olaraq 5 min manata aldığını və pulun verilməsində iştirak edən şahidlərin verdiyi izahatlara, 82 il müddətinə 0,0783 torpaq sahəsinə görə etibarnamə verməsinə, həmin torpaq sahəsinə cavabdehin hüququ olmadığı vaxt orada evin tikliməsinədə hüquqi qiymət verməmiş və münasibət bildirməmişdir. O, ilk olaraq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə qeydiyyata alınmasına dair iddia ərizəsi verilmiş, sonradan iddianın həcminin azaldaraq təkcə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmaını xahiş etmişdir. Buna baxmayaraq məhkəmə yenədə hər iki tələbə dair qətnamə çıxarmışdır.
37. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
39. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etmək, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərmək, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etmək notariusun əsas vəzifələridir.
40. İddiaçı 0,0378 ha torpaq sahəsinin cavabdehin ona satdığını iddia etsədə bunu təsdiq edən mötəbər sübutları ya birinci instansiya məhkəməsinə, ya da ki, apelyasiya məhkəməsinə təqdim edə bilməmişdir.
41. Bundan başqa İddiaçı apelyasiya şikayətində iddianın həcminin azaldaraq təkcə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmaını xahiş etdiyini bildirsə də, iş materiallarında iddia tələbinin azaldılmasına dair iddiaçının ərizəsi müəyyən edilməmişdir.
42. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən müqavilələrin etibarsız olması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, müqavilələrin etibarsız olmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür.
44. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, daşınmaz əmlak üzərində sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir, bundan başqa daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün tərəflər arasında daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə olmalıdır. Daşınmaz əmlaka dair əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.
46. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir.
47. Göründüyü kimi İddiaçı apelyasiya şikayətində istinad etdikləri hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətdə göstərdikləri hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər.
48. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir.
49. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
50. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
51. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1912/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.