Məhkəmə qərarları › İş №2(103)-6412/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6412/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6412/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4819/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1550 manat məbləğində pulun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35,85 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh arasında xx.xx.2024-cü il il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və "Honda Accord" markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə "Honda Accord” markalı 77- MZ-236 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nizami rayon Özbəkistan küçəsi ilə Tofiq Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 220” markalı **-XT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1550 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(007)- 2080/2025 nömrəli qərarına əsasən Quliyev X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin məhkəmənin müvafiq qərarında Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Honda Accord” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Nizami RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4819/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4819/2025 nömrəli, 04 dekabr 2025-ci il tarixli məktubu ilə mülki iş üzrə qətnaməyə düzəliş edilməsi məsələsinə baxılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4819/2025 nömrəli, 04 dekabr 2025-ci il tarixli məktubu ilə mülki iş üzrə qətnaməyə düzəliş edilməsi məsələsinə baxılması üçün mülki işin sorğu edilməsi barədə məktubu nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar