Məhkəmə qərarları › İş №2(103)-6418/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6418/2021

24.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6418/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(003)-516/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı – borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 1) 18 noyabr 2016-cı il tarixli, ******* saylı, 2) 12 dekabr 2016cı il tarixli, ******* saylı, 3) 13 yanvar 2017-ci il tarixli, ******* saylı, 4) O7 fevral 2017-ci il tarixli ******* saylı, 5) 11 aprel 2017-ci il tarixli, ******* saylı, 6) 25 yanvar 2018-ci il tarixli, ******* saylı, 7) 23 fevral 2018-ci il tarixli, 0146 239 saylı, 8) 19 mart 2018-ci il tarixli, 01477070 saylı, 31 may 2018-ci iltarixli, 9) ******* saylı, 29 oktyabr 2018-ci il tarixli, ******* saylı, 10) 30 noyabr 2018-ci il tarixli ******* saylı, 11) 28 dekabr 2018-ci il tarixli 04961,621 şaylı, 12) 31 yanvar 2019-cu il tarixli ******* saylı, 13) 28 fevral 2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların etibarşız hesab hesab edilməsi və aktlar üzrə hesablanmış cəmi 4961,6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00000 olan) hesablanmış 4961,6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, o, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi ev 55-də yaşayır. Ona məxsus Bakı şəhəri Binə qəsəbəsi, Nizami Abbasov küçəsi ev 55 (müqavilədə ünvan 1) yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. Sonuncu ünvanda təbii qazdan istifadə etmək üçün karta pul yükləmək istəyərkən post terminalda kartın bloka salındığını görmüşdür. Bundan sonra ona bildirmişlər ki, guya onun 4687,9 manat ödənilməmiş borcu vardır, bu səbəbdən də kartı bloka salınmışdır. Borcun yaranma səbəbini soruşduqda ona bildirmişlər ki, ona məxsus yaşayış sahəsində təbii qazdan qeyri-qanuni, istifadə olunduğu üçün müxtəlif illərdə aktlar tərtib edilib və həmin aktlara əsasən ona 4687,9 manat cərimə yazılıb. ünvan 1-ə dair cavabdeh tərəfindən 1) 18 noyabr 2016-cı il tarixli, ******* saylı, 2) 12 dekabr 2016-cı il tarixli, ******* saylı, 3) 13 yanvar 2017-ci il tarixli, ******* saylı, 4) 07 fevral 2017-ci il tarixli ******* saylı, 5) 11 aprel 2017-ci il tarixli, ******* saylı, 6) 25 yanvar 2018-ci il tarixli, ******* saylı, 7) 23 fevral 2018-ci il tarixli, 0146 239 saylı, 8) 19 mart 2018-ci il tarixli, 01477070 saylı, 31 may 2018-ci iltarixli, 9) ******* saylı, 29 oktyabr 2018-ci 11 tarixli, ******* saylı, 10) 30 noyabr 2018-ci il tarixli ******* saylı, 11) 28 dekabr 2018-ci il tarixli 04961,621 saylı, 12) 31 yanvar 2019-cu il tarixli ******* saylı, 13) 28 fevral 2019-cu il tarixli ******* saylı qanunsuz aktlar tərtib olunmuşdur. O, sayğac göstəricisinə əsasən, istehlak olunmuş qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir borcu olmamışdır. Buna baxmayaraq, ondan abonentin saldosu üzrə qanunsuz olaraq əsassız borc tələb edirlər. O, qaz idarəsinə ərizə ilə müraciət edərək onun iştirakı olmadan müxtəlif evlərin şəkillərini sübut kimi qeydiyyat aparmalarını və aktlaşdırdıqlarını və əsassız borcun silinməsini tələb etsə də, onun bu tələbi cavabsız qalmışdır. Qeyd edir ki, aktlarda adı qeyd edilən X5 onun nənəsidir. Təqdim etdiyi qəbirdaşına aid fotoşəkildən göründüyü kimi, o, 1968-ci ildə rəhmətə getmişdir. Lakin aktlarda onun guya “imtina” etdiyi göstərilib. Təbii ki, ölmüş şəxs imtina edə bilməz, bu onu göstərir ki, aktlar etibarsızdır. Qeyd edir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktda göründüyü kimi istehlakçı kimi onun-İddiaçı adı qeyd edilmişdir. Belə olan halda cavabdeh onu yox, artıq 50 ildi dünyasını dəyişən nənəsinin adına əsassız aktlar tərtib edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız hesablanmış borca görə ailəsi həyəcan və əsəb keçirmiş, özünün səhhəti pisləmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(003)-516/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 2 ünvanı üzrə qaz sərfinə görə **********00000 abonent hesabına hesablanmış 4961,6 (dörd min doqquz yüz altmış bir manat altmış qəpik) manat məbləğində borcun silinməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş üzrə əhəmiyyətli halları özündə əks etdirən dəymiş ziyan aktları, fotoşəkillər, abonent saldosu məhkəməyə təqdim edilmişdir. Həmçinin cavabdehin 2014-2020-ci il tarixlərdə cəmi 57 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə edildiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır (qanunsuz qoşulma yazıldığı dövri əhatə edir). Xəzər rayon Məhkəməsi danılmaz bu faktlar qarşısında Birliyin iddia tələbini təmin etməmişdir. Həmçinin Birlik tərəfindən istehlakçının təbii qazdan istifadə etməsini sübut edən foto şəkillər, və aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq bunu sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını rədd etmişdir. Qeyd olunan fotoşəkillərə baxdıqda aydın görünür ki, dəfələrlə qazdan qeyr-qanuni istifadə olunmuşdur. Heç bir ekspertiza və yerli baxış keçirilmədən cavabdehin şifahi sözləri əsasında qanunsuz xəttdən istifadə nəticəsində yaranmış borc sillinmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan aktları sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, materialları mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulma harları olmuşdur. Belə olan halda, işin müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən də göründüyü kimi Cavabdeh İB tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. Birlik hesab edir ki, istehlakçı qazın alğı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Tərəflər arasında imzalanmış 06.09.2018-ci il tarixli, AKX0024500/09-2018 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə İddiaçı və Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş X2 adına tərtib edilmiş abonentin saldosundan və “Gasrep” məlumatlarından görünür ki, ünvan 1-ə təbii qazdan qeyri-qanuni istifadəyə görə ümumilikdə 4961,6 (1245,0 + 3716,0) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 noyabr 2016-cı il tarixli, ******* saylı, 12 dekabr 2016-cı il tarixli, ******* saylı, 13 yanvar 2017-ci il tarixli, ******* saylı, 07 fevral 2017-ci il tarixli ******* saylı, 11 aprel 2017-ci il tarixli, ******* saylı, 25 yanvar 2018-ci il tarixli, ******* saylı, 23 fevral 2018-ci il tarixli, 0146 239 saylı, 19 mart 2018-ci il tarixli, 01477070 saylı, 31 may 2018-ci iltarixli, ******* saylı, 29 oktyabr 2018-ci 11 tarixli, ******* saylı, 30 noyabr 2018-ci il tarixli ******* saylı, 28 dekabr 2018-ci il tarixli 04961,621 saylı, 31 yanvar 2019-cu il tarixli ******* saylı, 28 fevral 2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı ünvan 1-ə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış ümumilikdə 4684,0 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Bundan başqa X2 adına tərtib edilmiş “Gasrep” məlumatlarından görünür ki, ünvan 2 ünvanında sayğacda kənar təbii qazdan istifadəyə görə 2011-2013-ci illər üçün ümumilikdə 277,6 manat borc hesablanmışdır (sənədləri mövcud olmayan). Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə, cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə bağlandıqdan sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək 2016-cı il tarixdən 2019-cu il tarixədək ayrı-ayrı vaxtlarda aktlar tərtib edilmiş, həmin aktlar əsasında iddiaçıya ümumilikdə 4684,0 manat borc hesablanmışdır. Cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq iddiaçının ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda cavabdeh tərəf həmin aktlara görə, habelə onlardan əvvəl hesablanmış borcun ödənilməsini tələb edir. Bundan başqa 2011-2013-cü il tarixlərdə də iddiaçıya ümumilikdə 277,6 manat məbləğində borc hesablanmışdır ki, həmin hesablanmanın aparılmasına dair sənədlər mövcud deyildir. Bundan əlavə, müəyyən olunmuşdur ki, bununla bağlı tərtib edilmiş akt(lar) iddiaçının nənəsi, 1968-ci il tarixdə vəfat etmiş X2 adına tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 4961,6 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh təşkilat qarşısında məsuliyyət daşımır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş akt heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktın yaratdığı hüquqi nəticədir. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan haldır. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Göründüyü kimi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İB-yi istifadəçinin sayğacında sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə itirilmiş qazın bərpasına görə zərəri iddiaçıdan tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tərəfindən tələb olunan 4961,6 manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut edə bilmədi. Qeyd olunan aktların doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən aktları qəbul etmiş orqan kimi Cavabdeh İBnin üzərinə düşür. Eyni zamanda iş materiallarında olan 06 yanvar 1988-ci il tarixli aktın surətindən surətindən görünür ki, X4 20 may 1968-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, qeyd edilən akt(lar) Cavabdeh İB tərəfindən tərtib edilən zaman ölmüş şəxs barəsində tərtib edilməklə, heç bir normativ hüquqi akta əsaslanmadığından, qanuna zidd şəkildə tərtib edilmişdir. Lakin Cavabdeh İB tərəfindən Məcidova X1 kənar qaz xətdindən istifadə etdiyinə 2016-2019cu illər üçn təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş, həmin aktlarda Xanımana Məcidovanın aktları imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Göründyü kimi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunduğu zaman Xanımana Məcidova artıq 53 il əvvəl ölmüşdür. Bununla həmçinin müəyyən olunur ki, cavabdeh qurum tərəfindən tərtib edilmiş aktlar tamamilə formal xarakterli olmaqla abonentdən zərərin tutulması üçün əsas kimi qəbul edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə tikinti-texniki ekspertizasının 15 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən Bakı şəhəri, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində yerləşən 55 saylı yaşayış evinə sayğacdan kənar qaz xəttinə qoşulma halının olması müəyyən edilir. Lakin aktlara əlavə edilmiş mübahisə predmeti olan fərdi evə aid fotoşəkillərdə sayğacdan kənar qaz xəttinin çəkilməsi halını əks etdirən konkret faktlar müəyyən edilmədi. İş materialının 39, 42, 44, 46,47, 53, 63-cü səhifələrində olan fotoşəkillərin baxış zamanı təqdim olunan fərdi yaşayış evinə aid olması, 29, 38, 57, 62, 66-cı səhifələrində olan fotoşəkillərin təqdim edilən evə aid olmaması müəyyən edildi. İş materialının 25, 43, 48, 52, 64, 65 nömrəli səhifələrində olan fotoşəkillər keyfiyyətsiz və anlaşılan olmadığı üçün həmin fotoşəkillərin mübahisə predmeti olan ünvana aid olub-olmamasını müəyyən etmək mümkün olmadı. Mülki iş materialının 39, 42, 44, 46,47, 53, 63-cü səhifələrində Bakı şəhəri, Binəqədi qəsəbəsi, Nizami Abbasov küçəsi ev 55 (müqavilədə ünvan 3 ünvanına aid olan fotoşəkillərdə yaşayış evinə sayğacdan kənar qaz xəttinin çəkilməsi halını əks etdirən konkret faktlar müəyyən edilmir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertizaın rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd olunduqda, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(003)- 516/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdehndən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar