Məhkəmə qərarları › İş №2(103)-6423/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6423/2022

01.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6423/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1061/2022 saylı iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın naturada bölgüsü və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1061/2022 saylı iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı (1/5 hissə), cavabdehlər Cavabdeh1 (1/5 hissə) və Cavabdeh2 (3/5 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137, 24 saylı mənzilin satış qiymətinin 115.000 (bir yüz on beş min) manat müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun iddiaçı və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 350 (üç yüz əlli) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etsə də, həmin pozuntuların nədən ibatər olmasını göstərilməmişdir. Kollegiya qeyd edir ki, şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş və apellyasiya şikayətini ümumiyyətlə əslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1061/2022 saylı iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1061/2022 saylı iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar