Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6425/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən tərkibdə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4227/2021 saylı, 03 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)- 4227/2021 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 23 avqust 2019-cu il tarixli, 2019/15 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 12200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə 16 mart 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadına əsasən, müddətin bərpasına dair vəsatət təmin edilmiş, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(103)-3676/2022 saylı qərardadına əsasən, mülki iş apellyasiya baxışından çıxarılaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə münasibət bildirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərardadına əsasən, 29 mart 2022-ci il tarixli, 2(001)-4227/2021 saylı qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(103)- 4989/2022 saylı qərardadına əsasən, İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdehin nümayəndəsinin məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4227/2021 saylı, 03 avqust 2022ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4227/2021 saylı, 18 avqust 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4227/2021 saylı, 03 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(103)-4989/2022 saylı qərardadında istinad edilən hallardan biri o olmuşdur ki, cavabdeh tərəfə qətnamə 10 avqust 2021-ci il tarixdə sifarişli poçt qəbzi ilə çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2021-ci il tarixdə baxılarkən, cavabdeh MMC-nin nümayəndəsi Hasan Abbaspour Hasankhanlou məhkəmə iclasında iştirak edərək, Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan sonra cavabdehin nümayəndəsi 15 mart 2022-ci il tarixdə qətnamənin surətini yenidən əldə edərək, 16 mart 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla və müddətin bərpa olunmasına əsaslar olmadığından prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında müddətin üzürlü səbəblərə görə buraxılmasını əsaslandıra bilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4227/2021 saylı, 03 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4227/2021 saylı, 03 avqust 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6425/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6425/2022
19.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver