Məhkəmə qərarları › İş №2(103)-643/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-643/2022

19.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-643/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(011)-5140/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin 148 saylı mənzili barəsində Cavabdeh1 ilə iddiaçı arasında rəsmiləşdirilmiş, Bakı şəhəri 53 saylı Notariat Ofisində 16 aprel 2021-ci il tarixində təsdiq edilmiş, reyestrdə 4Ə-897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küşəsində yerləşən 45 saylı evin 148 saylı mənzili iddiaçıya məxsus olmaqla daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçı 2016-cı ildən Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş və orada yaşayır. O, 2018-ci ildə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, sahəsi 1200 kv.m olan torpaq sahəsini satmaq üçün Cavabdeh2 10 aprel 2018-ci il tarixdə Bakı şəhərində yerləşən 18 saylı notariat kontorunda etibarnamə vermiş və Rusiya Fedarasiyasına qayıtmışdır. Elə həmin notariat kontorunda da Cavabdeh2 etibarnamə əsasında bağ sahəsini sənədləşdirmək üçün X2 etibarnamə vermişdir. Son vaxtlar cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailə münasibətlərinə uyğun olmayan, azərbaycanlı ailəsinə ləkə gətirən hərəkətləri üzündən tərəflərin münasibətləri pozulmuşdur. Məhz münasibətlərin kəskinləşməsi ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzili ələ keçirmək fikrinə düşmüş və bağ sahəsini sənədləşdirmək üçün iddiaçının verdiyi etibarnamə əsasında mülkiyyətində olan mənzili iddiaçının iradəsinə zidd olaraq, iddiaçının xəbəri olmadan Bakı şəhəri 53 saylı notariat ofisində cavabdehin adına bağışlama müqaviləsi ilə sənədləşdirmişlər. Onların bu qanunsuz hərəkətləri barədə iddiaçıya məlumat çatan kimi o, dərhal 10 aprel 2018-il tarixli etibarnaməni ləğv etdirmiş və pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, həmin bağışlama müqaviləsi mülkiyyətçi kimi onun iradəsini əks etdirmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 339-cu maddələrinə əsasən etibarsız hesab edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(011)-5140/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 2017-ci ildə cavabdehlərin YouTube kanalında əxlaqsız videogörüntüləri yayıldıqdan sonra iddiaçı ilə onların arasında münasibətlər pisləşmiş, son 1 ildə isə münasibətlər həddindən artıq gərgin olmuşdur. Buna görə də İddiaçı heç bir halda mülkiyyətində olan mənzili qızı Cavabdeh1 bağışlamazdı. İddiaçının arvadı Cavabdeh2 münasibətlərin gərginləşməsinə görə ona verilmiş etibarnamədən istifadə edib mənzili onun adından qızları Cavabdeh1 bağışlamışdır. Birinci instansiya məhkəməsi bu müqavilənin iddiaçının iradə ifadəsini əks etdirmədiyini nəzərə almadan, təqdim olunmuş videogörüntüyə qiymət vermədən əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil1 və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Vəkil1 izahatında həmçinin bildirdi ki, tərəflər arasında münasibətlərin 2021-ci ilin əvvəllərindən gərgin olması Cavabdeh2 İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi barədə iddia ərizəsində də qeyd olunmuşdur. Buna görə də bu dövrdə İddiaçı öz mənzilini qızı Cavabdeh1 bağışlaması ağlabatan deyil. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi Vəkil2 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Vəkil2 izahatında həmçinin göstərdi ki, İddiaçı 10 aprel 2018-ci il tarixli etibarnaməni verməklə özünə məxsus daşınmaz əmlakın bağışlanması barədə müqaviləni imzalamaq səlahiyyətini Cavabdeh2 vermiş, Cavabdeh2 məhz həmin etibarnamə ilə ona verilmiş səlahiyyət həddində hərəkət etmiş, heç bir qanunsuz hərəkət etməmiş, bağışlama müqaviləsini təmsilçi qismində imzalamaq səlahiyyətində olmuşdur. Həmin mənzil birgə nikah dövründə əldə edildiyinə görə Cavabdeh2 ən azı mənzilin yarısına iddia edə bilərdi. O, mənzili iddiaçının iradəsinə zidd olaraq əldə etmək məqsədi olsaydı, 10 aprel 2018-ci il tarixli etibarnamənin verdiyi səlahiyyətlərdən istifadə edərək həmin mənzili başqa şəxsə sata və ya bağışlaya, nəticədə maddi gəlir əldə edə bilərdi. Cavabdeh2 iddiaçının iradəsinə zidd hərəkət etməmiş və qanunvericiliyin tələblərini pozmamışdır. Bakı şəhəri 53 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə 53 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(011)- 5140/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 22 mart 1990-cı ildə rəsmi nikaha daxil olmuş, rəsmi nikah münasibətləri hal-hazırkı dövrə qədər pozulmamışdır. Həmin nikahdan onların 3 övladları, o cümlədən cavabdeh 1993-cü il təvəllüdlü Həsənova (Əliyeva) Sevinc İlham qızı doğulmuşdur. Birgə nikah dövründə---28 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri 18 saylı Notariat Kontorunun xüsusi notariusu Başirov Anar Dağbəyi oğlu tərəfindən təsdiq edilmiş, 7E-7521 reyestr nömrəli 10 aprel 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar və daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və girovu qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmağı və sairə səlahiyyətləri etibar etmişdir. Bakı şəhəri 53 saylı Notariat Ofisində təsdiq olunmuş 16 aprel 2021-ci il tarixli 4ə- 897 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Həsənov X4 Sevinc İlham qızına ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 bağışlamışdır. Müqavilə İddiaçı adından 10 aprel 2018-ci il tarixli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. Notariat işində olan Cavabdeh2 16 aprel 2021-ci il tarixli ərizəsinin, habelə X5 və X6 etibarnamə üzrə nümayəndələri Cavabdeh2 tərəfindən imzalanmış 16 aprel 2021-ci il tarixli ərizələrin surətlərindən görünür ki, həmin şəxslər İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh1 bağışlanmasına etiraz etmirlər. 22 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, 16 aprel 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasında Bakı şəhəri M.Hadi küçəsi ev 45 giriş 2 mənzil 148 Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Mülki iş materiallarında olan “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 18 saylı Notariat Kontorunun xüsusi notariusu Başirov Anar Dağbəyi oğlu tərəfindən təsdiq edilmiş, 7E-7521 reyestr nömrəli 10 aprel 2018-ci il tarixli etibarnaməyə 18 may 2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Elektron Notariat” X1 Çıxarışdan görünür ki, mülkiyyətçi İddiaçı etibar edən Cavabdeh2 vasitəsilə etibar edilən X3 28 dekabr 2018-ci il tarixli 5327 reyestr nömrəli etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair etibar edəni Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarında, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Ərazi İdarəsində və digər aidiyyəti orqanlarda etibar edənin nümayəndəsi olmağı, adından sənədləşmə işlərini aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, lazımı sənədlərdə imza etməyi, adından ərizələr verməyi, ərizələrdə imza etməyi, dövlət rüsumu ödəməyi, adına olan torpaq sahəsinin sənədləşmə işlərinin rəsmiləşdirilməsi ilə bağlı onu təmsil etməyi, kadastr planı, reyestrdən çıxarış almağı və ya dəyişdirməyi, əvəzindən imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi etibar edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, bağışlama müqaviləsi imzalanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, Cavabdeh2 mülkiyyətçi İddiaçı etibarnamə əsasında ona verilmiş səlahiyyətlər çərçivəsində təmsil edərək onun adından müqaviləni imzalamışdır. Müqavilə notarial qaydada təsdiq olunmuş, müqavilənin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Müqavilənin bağlanmasında iddiaçının iradə ifadəsinin olmamasına gəldikdə isə, kollegiya qeyd edir ki, İddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, İddiaçı 10 aprel 2018-ci il tarixli etibarnamə əsasında arvadı Cavabdeh2 mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara dair geniş səlahiyyətlər vermiş, özünə məxsus olan torpaq sahəsi ilə bağlı X3 28 dekabr 2018-ci il tarixdə etibarnamə verildiyini bildiyi halda, Cavabdeh2 verdiyi etibarnaməni yalnız 18 may 2021-ci il tarixində ləğv etdirmişdir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd edir ki, cavabdehlərin 2017-ci ildə YouTube kanalında əxlaqsız görüntüləri yayıldıqdan sonra münasibətləri korlanmışdır. Bununla belə o, 10 aprel 2018-ci il tarixdə Cavabdeh2 özündə geniş səlahiyyətləri əks etdirən etibarnamə vermişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanan bağışlama müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(011)-5140/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar