Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-643/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X15 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-177/2022 nömrəli qətnaməsindən cavabdehin apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" X10 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank, yeni adı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti) 3 saylı filialı ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmanət müqaviləsinə əsasən sonuncu tərəfindən Banka 3-83478130-41210 saylı əmanət hesabı üzrə 24 aylıq müddətinə illik 13.3 faiz dərəcəsi ilə 5.000 manat əmanət yerləşdirilmişdir.
2. Bankın 3 saylı filialı ilə X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 3-83478100-41220 saylı əmanət hesabı üzrə 36 aylıq müddətinə illik 12.1 faiz dərəcəsi ilə 25.000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir.
3. X9 xx.xx.2016-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili, Bankın 5 saylı filialına Müqavilə № D13/218, hesab nömrəsi 15-83478-101-41220; Müqavilə № D14/023, hesab nömrəsi 15-83478-110-41220; xx.xx.2015-ci il tarixli Müqaviləsi hesab nömrəsi 3-83478-130-41210, Müqavilə № 1430 hesab nömrəsi 3-33478-100-41220; "xxxx" ASC-nin 1 saylı filialı Müqavilə № 2021 hesab nömrəsi 2-99996-2, “Unibank” Kommersiya Bankı” ASC-nin Müqavilə № D0015815 hesab nömrəsi AZ29UBAZ**********1210AZN001 olan depozitləri qızı İddiaçı vəsiyyət etmişdir.
4. X9 xx.xx.2016-cı il tarixdə ölmüşdür.
5. xx.xx.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vəsiyyətnamə üzrə qalan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili, Bankın 3 saylı filialında hesab nömrə 3-83478-100-41220 yerləşən 25.000 ABŞ dolları və faizindən; Bankın 5 saylı filialında hesab nömrə 15-83478-110-41220 yerləşən 28.500 ABŞ dolları və faizindən; Bankın 5 saylı filialında hesab nömrə 15-83478-101-41220 yerləşən 50.000 ABŞ dolları və faizindən; Bankın 3 saylı filialında hesab nömrə 3-83478-130-41210 yerləşən 5.000 manat və faizindən; "xxxx" ASC-nin 1 saylı filialında hesab nömrə 2-99996-2 yerləşən 25.000 ABŞ dolları və faizindən; “Unibank” Kommersiya Bankı” ASC-nin hesab nömrə AZ29UBAZ**********1210AZN001 yerləşən 6.000 manat və faizindən ibarət olan əmlakın vərəsəsi İddiaçı tanımışdır.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(006)- 3183/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Banka və X4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və X16 göstərilməklə) iddiası təmin edilərək, Bankın 5 saylı filialı ilə X9 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, D13/218 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478- 101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankın 5 saylı filialı ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-1-0-158-15 saylı Əmanətin girov müqaviləsi və Bankın 5 saylı filialı ilə X9 arasında bağlanmış xx.xx.2014cü il tarixli, D14/023 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478- 110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları məbləğində pulun girov qoyulmasına dair Bankın 5 saylı filialı ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15-D-2-0-180-15 saylı Əmanətin girov müqaviləsi etibarsız hesab edilmiş, D13/218 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15- 83478-101-41220 nömrəli bank hesabına qoyulmuş 50.000 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin və D14/023 nömrəli Müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabına qoyulmuş 28.500 ABŞ dolları məbləğində əmanət və onun üzərinə hesablanmış faizlərin Bankdan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
7. İddiaçı Bankın 3 saylı filialına ünvanladığı və sonuncu tərəfindən xx.xx.2021ci il tarixdə qəbul edilmiş ərizədə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 ABŞ dolları əmanətin, 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 manat əmanətin və onların üzərinə hesablanmış faiz məbləğinin ona verilməsini, eyni zamanda həmin vəsaitlərin Banka əmanət qoyulması ilə əlaqədar bağlanmış bank əmanət müqavilələrinin və bu barədə aparılmış sənədləşmə ilə əlaqədar materialda olan bütün sənədlərin surətinin rəsmi qaydada ona təqdim olunmasını xahiş etmişdir.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bankın cavabdeh X7 qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunaraq xx.xx.2013-cü il tarixli, 3-D5-120-250- 13 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdeh X6 hüquqi varisi İddiaçı Bankın xeyrinə həmin müqavilə üzrə 1.900,46 manat faiz borcunun tutulması qət edilmiş, həmin qətnamədən cavabdehin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilmiş, mərhum X6 mirası qəbul etmiş vərəsələrinə qarşı ümumi qaydada ayrıca iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşməsi) ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250- 13 saylı kredit müqaviləsinin və xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən "Nikoyl” İKB ASC-nin 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25.000 ABŞ dolları əmanət pulun və "xxxx" İKB ASC-nin 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 manat əmanət pulun, həmçinin əmanət pullarının banka daxil olduğu günün növbəti günündən başlayaraq onların qaytarıldığı günün əvvəlki gününədək 25.000 ABŞ dolları əmanət pulun üzərinə illik 12.1 faiz və 5.000 manat əmanət pulun üzərinə isə illik 13.3 faiz hesablanılmaqla faiz məbləğlərinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli vəsiyyətnamə ilə 25.000 ABŞ dolları və 5.000 manat əmanət, onların üzərinə hesablanmış faiz məbləğləri mərhum atası X9 tərəfindən ona vəsiyyət edilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Banka rəsmi qaydada müraciət edərək, əmanətlərin və onların üzərinə hesablanmış faizlərin ona verilməsini, eyni zamanda həmin vəsaitlərin banka əmanət qoyulması ilə əlaqədar bağlanmış bank əmanəti müqavilələrinin və bu barədə aparılmış sənədləşmə ilə əlaqədar materialda olan bütün sənədlərin surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Lakin bu günədək sözügedən əmanət məbləğləri ona ödənilməmiş və müraciətinə rəsmi qaydada cavab verilməmişdir.
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının atası X9 xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi əsasında Bankdan 89.000 manat kredit götürmüş, iddiaçının tələb etdiyi əmanət müqavilələri üzrə vəsaitlər həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi girov qoyulmuş, öhdəlik yerinə yetirilmədiyindən xx.xx.2015-ci il tarixdə 25.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə 5.000 manat əmanət məbləğləri kredit müqaviləsi üzrə borca silinmişdir. Kredit və girov müqavilələrindəki imzaların kimin tərəfindən imzalandığı onlara da məlum deyildir. Bu səbəbdən də xüsusi qərardad çıxarılmasını istəyirlər. Nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(004)- 5244/2021 nömrəli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1737 nömrəli, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində “Alıcı” qrafalarındakı imzalar X9 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "xxxx" İKB ASC ilə X6 adlarında olan xx.xx.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və 97-101-ci vərəqlərində olan xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsində “Girovqoyan” qrafalarındakı imzalar X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 177/2022 nömrəli qərardadı ilə təkrar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/285 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-2-ci vərəqlərin "Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində "Alıcı” qrafasındakı və "Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar; 87-ci vərəqində olan xx.xx.2010-cu il tarixli 36 nömrəli məxaric orderində "Müştərinin imzasi" qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 95-96-cı vərəqlərində "Nikoil” İKB ASC ilə X9 arasında olan 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250- 13 nömrəli kredit müqaviləsində "Borcalan” qrafalalarındakı və 97-101-ci vərəqlərində olan xx.xx.2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) "Girovqoyan” qrafalarındakı imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 84-86-cı vərəqlərində olan 9 sentyabr 2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 1-2-ci vərəqlərin "Alıcı” qrafalarındakı imzalar, 3-cü vərəqində "Alıcı” qrafasındakı və "Məhərrəmov” soyadından əvvəl yerləşən imzalar, 87-ci vərəqində olan xx.xx.2010-cu il tarixli 36 nömrəli məxaric orderində "Müştərinin imzasi" qrafasındakı imza ilə mülki işin 95-96-cı vərəqlərində "Nikoil” İKB ASC ilə X9 arasında olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində "Borcalan” qrafalarındakı imzalar, 97-101-ci vərəqlərində olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində (05 ədəd) "Girovqoyan” qrafalarındakı imzalar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 177/2022 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia tələbi təmin edilmişdir.
16. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2013-cü il tarixli, 3-D5-12- 0- 250-13 saylı kredit müqaviləsinin və xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqaviləsinin (müqavilələrinin) etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
17. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə istinadla qeyd etmişdir ki, cavabdeh tərəfinin iddiaya etirazın əsası olaraq istinad etdiyi, sözü gedən xx.xx.2013-cü il tarixli, 3D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və eləcə də, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələrində “Girovqoyan” qrafalarındakı imzalar X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyindən, X2 arasında bağlanmış 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli əmanətin girov müqavilələri etibarsız hesab edilməlidir.
18. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, hətta xx.xx.2013-cü il tarixli, 3D5- 12-0-250-13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələri X9 tərəfindən icra edilmiş olsaydı belə, sözü gedən bu hal iddianın əmanətlərin və ona hesablanmış faiz məbləğlərinin qaytarılması tələbinə dair hissəsində rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, məhkəmə araşdırması zaman Bankın 3 saylı filialı ilə X9 arasında bağlanıldığı iddia edilən 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89.000 manat məbləğinin girov predmeti kimi sonuncuya məxsus, Bankda olan 3-83478-18 saylı hesabındakı 15.000 manat, 3-83478-54 saylı hesabındakı 17.500 ABŞ dolları, 3-83478-21 saylı hesabındakı 40.000 manat, 3-83478-71 saylı hesabındakı 25.000 manat və 3-83478-84 saylı hesabındakı 6.000 manat məbləğində pul vəsaitinin girov qoyulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mübahisəli xx.xx.2015-ci il tarixli və xx.xx.2014-cü il tarixli əmanət müqavilələri üzrə qoyulmuş pul məbləğlərinin X6 3-D5-12-0- 250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 89.000 manat məbləği üzrə silinməsini bildirsə də, məhkəməyə bu barədə sübutlar təqdim etməmiş, bunun əksi olaraq iş materialları ilə həmin müqavilələr üzrə olan məbləğlərin X6 Bankda olan digər əmanətlər üzrə qoyulmuş məbləğlər ilə fərqlilik təşkil etdiyi müəyyən edilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 337.4, 359.1, 359.3, 365.1.7, 442, 445.1, 445.2.1. 439.1, 439.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı atasının adına bankda əmanətin olmasından məlumatlı olmuş və həmin əmanət üzrə onun adına vəsiyyətnamə olmasına baxmayaraq, bu barədə Bankı məlumatlandırmamış və əmanət ilə bağlı Banka rəsmi müraciət etməmişdir. Vəsiyyətnamənin verilməsindən və əmanətin kredit borcuna silinməsindən bir neçə il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da, kəsici iddia müddətini tətbiq etməklə iddia rədd edilməlidir. Qeyd olunan maddələrin tətbiqindən də göründüyü kimi məhkəmə tərəfindən qərar qəbul edilərkən hərtərəfli araşdırma aparılmamış, təqdim edilən sübutlara qiymət verilərkən kredit və əmanətin girov müqavilələrinin iddiaçının qardaşı X4 atası X9 tərəfindən verilən etibarnamə ilə imzalanması nəzərə alınmamış, bu səbəbdən məhkəmə xəttşünaslıq ekspertizası zamanı mərhum X9 tərəfindən imzalanmadığı aşkar edilsə də, imzanın oğlu X8 tərəfindən imzalanması faktı aydınlaşdırılmamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-(006)-3183/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə də təsdiq olunur ki, iddiaçı hazırkı iddia tələbi üzrə əmanət müqavilələrindən xəbərdar olmuş, müqavilənin etibarsızlığına dair 1 illik kəsici müddəti buraxmışdır. Həmçinin hazırkı apelyasiya şikayətinə əlavə edilmiş əmanətinin girov müqavilələrindən və iddia tələbi üzrə qeyd edilən 3-D5-12-0-250-13 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən də göründüyü kimi hər bir müqaviləni mərhum X6 etibarnamə üzrə nümayəndəsi və iddiaçının qardaşı X8 tərəfindən imzalanmışdır. Hazırkı iddia tələbi üzrə əsl cavabdeh Bank yox, X8 olmalı və sonuncu barədə xüsusi qərardad çıxarılmaqla araşdırma üçün hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Bütün bunları nəzərə alaraq qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, ekspert rəyi nəticəsində məlum olmuşdur ki, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “borcalan" qrafalarındakı imzalar, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0- 250-13 nömrəli əmanətin girov müqavilələrində “girov qoyan” qrafalarındakı imzalar, xx.xx.2014-cü il tarixli 1430 nömrəli və xx.xx.2015-ci il tarixli nömrəsiz müddətli əmanət müqavilələrində “müştəri” qrafalarındakı imzalar X8 tərəfindən icra edilmişdir. Bu halda kredit müqaviləsi yenə də etibarsızdır. Belə ki, həmin müqavilədən göründüyü kimi, X8 həmin müqavilələri X1 nümayəndəsi kimi deyil, birbaşa onun adından imzalamış və müqavilənin məzmununda hər hansı etibarnaməyə istinad olunmamışdır. Bir sözlə, bu müqavilə təmsilçiliklə bağlanılan müqavilə olmamışdır. Bundan əlavə, bankın istinad etdiyi etibarnamədə X9 tərəfindən X4 onun adından kredit müqaviləsi bağlamaq (imzalamaq) səlahiyyəti etibar olunmamışdır. Kredit müqaviləsinin etibarlı əqd olması fərz olunsa belə (halbuki elə deyildir), hər bir halda mübahisələndirilən əmanətlərin və onlara hesablanmış faizlərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi təmin edilməlidir. Belə ki, cavabdeh bildirir ki, İddiaçı tələb etdiyi əmanət məbləğləri yəni, 25.000 ABŞ dolları və 5.000 manat xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250- 13 saylı kredit borcuna görə silinmişdir. Bank bunu təsdiq edən sənədlər kimi məhkəməyə eyni tarixli (xx.xx.2013-cü il tarixli) və eyni nömrəli (3-D5-12-0-250-13) 5 müqavilə təqdim etmişdir.Həmin müqavilələrdən isə görünür ki, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsi əsasında verilən 89.000 manat kreditin təminatı olaraq 40.000 manat, 17.500 ABŞ dolları, 15.000 manat, 6.000 manat və 25.000 manat əmanət banka girov qoyulmuşdur. Göründüyü kimi, iddiaçının geri qaytarılmasını tələb etdiyi əmanət məbləğləri, yəni 25.000 ABŞ dolları və 5.000 manat cavabdehin təqdim etdiyi müqavilələrə əsasən girovla yüklü edilməmişdir. Girov qoyulmadığı halda həmin vəsaitlər xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli kredit borcuna görə silinə bilməz. Həmçinin, keçirilən ekspertiza nəticəsində mübahisələndirilən 25.000 ABŞ dolları əmanətin silinməsi müəyyən edilməmişdir. 5.000 manat əmanətin silinməsi ekspertiza rəyində qeyd olunsa da, yuxarıda göstərildiyi kimi, həmin əmanət məbləği girovla yüklü edilməmişdir. Belə olan halda, silinmə əsassız olmuşdur. Bundan başqa, cavabdeh apellyasiya şikayətinin dəlillərində kəsici müddətin keçməsinə görə “kredit müqaviləsi və əmanətin girov müqavilələrinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbinin rədd edilməli olduğunu bildirmişdir. işdən də göründüyü kimi, İddiaçı hazırki iş üzrə məhkəməyə müraciət edərkən xx.xx.2017ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməyə istinad edərək iddia ərizəsində yalnız mübahisələndirilən 25.000 ABŞ dolları və 5.000 manat əmanətin ona geri qaytarılmasını tələb etmişdir. Lakin məhkəmə prosesləri gedişində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və eyni tarixli 5 ədəd əmanətin girov müqaviləsi təqdim edilmiş və tələb olunan əmanət məbləğlərinin sözügedən əmanətin girov müqavilələri əsasında sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası məqsədi ilə silindiyi bildirilmişdir. Bundan sonra İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və eyni tarixli 5 ədəd əmanətin girov müqaviləsindən məlumatı olmuş və o, iddia tələbinin həcmini artıraraq həmin müqavilələrin etibarsızlığını tələb etmişdir. Bunun əksini təsdiq edən, yəni daha əvvəldən iddiaçının kredit müqaviləsindən məlumatlı olmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, kredit müqaviləsi mübahisələndirilən əsaslarla əhəmiyyətsiz əqdlər kateqoriyasına aid olduğuna görə kəsici müddət hazırkı mübahisəyə tətbiq edilə bilməz.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4710/2022 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5634-4/1158 nömrəli ekspert rəyinə əsasən məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş mülki işin 95- 96-cı vərəqlərində olan 24 may 2013-cü il tarixli 3-D5-12-0-250-13 nömrəli kredit müqaviləsində “Borcalan" qrafalarındakı imzalar, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250- 13 nömrəli əmanətin girov müqavilələrində (i.v.97-101) “Girovqoyan” qrafalarındakı imzalar, xx.xx.2014-cü il tarixli 1430 nömrəli (141-142) və xx.xx.2015-ci il tarixli nömrəsiz müddətli əmanət müqavilələrdə (i.v. 139-140) “Müştəri” qrafalarındakı imzalar - X8 tərəfindən icra olunduğu; məhkəmə-mühasibatlıq ekspertizası üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən X6 xx.xx.2022-ci il tarixə (qərardadın tarixinə) 13.704,83 AZN məbləğində artıq ödəniş müəyyən edildiyi qeyd edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, əmanətlərin iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 5.000 manat məbləğində müddətli (nömrəsiz) əmanətin 24 may 2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə borca silindiyi, 1430 nömrəli müddətli 25.000 ABŞ dolları məbləğində əmanətin isə silinmədiyi (təyinatının müəyyən etmək mümkün olmadığı) müəyyən edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4710/2022 nömrəli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, təqdim edilmiş hesabdan çıxarış iş materiallarında olan hesabdan çıxarışın təkrarı olması səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-257/2023 nömrəli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanov və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli, 2V-71 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları məbləğində əmanət və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1 % hesablanmış pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) Bankdan iddiaçının xeyrinə tutulması, qalan hissələrdə iddia tələbinin təmin edilməməsi, iş üzrə (apellyasiya icraatı zamanı) keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul vəsaitinin Bankdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır, apellyasiya şikayəti və onun sübutedici dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, müqavilələrin bağlandığı anda etibarsızlılığına dəlalət edən və bu hissədə bankın cavabdehlik daşımasına dair hallar müəyyən edilmir. İddianın əsası müqavilələrin Məhərrəmov Məhərrəm tərəfindən imzalanmaması olmuşdursa, apellyasiya icraatı zamanı (ekspert rəyi ilə) mübahisələndirilən müqavilələrin Məhərrəmov Məhərrəmin vəkalətli nümayəndəsi – oğlu Məhərrəmov İsmayıl tərəfindən imzalanması müəyyən edilmişdir. Kredit və əmanətin girov müqavilələrinin iddiaçının qardaşı X4 atası X9 tərəfindən verilən etibarnamə ilə imzalanması nəzərə alınmamışdır. Hazırkı mülki münasibətlər üzrə mülki məsuliyyəti mərhumun verdiyi etibarnamə ilə hərəkətlər edən təmsilçisi (delikt sübuta yetirildiyi təqdirdə) daşıya bilər. Lakin belə tələblər olmadığından məhkəmə bu hissədə tələbin əhatəli araşdırılması və prosessual səlahiyyətlər həddində (tələbdən kənar) qiymət verilməsini yolverilməz hesab etmişdir.
27. Göründüyü kimi, iddiaçının mövqeyinə görə də X6 adından qanunla icazə verilmiş bütün əqdləri bağlamaq səlahiyyətinin X4 etibar edilməsi qeyd olunsa da, əqdlərin bağlanması səlahiyyəti məhz X6 əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi ilə bağlıdır. Bu müstəvidə yanaşanda belə və pul vəsaitlərinin dövriyyəsinin şəxsin əmlak hüquqlarına aid olduğunu nəzərə alaraq, müqavilədə vəkalətli şəxsin adının qeyd edilməsindən asılı olmayaraq, onun etibarsızlığına aidiyyətin olmadığı müəyyən edilir.
28. Ekspert rəyi ilə 5.000 manat məbləğində müddətli (nömrəsiz) əmanətin xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə borca silindiyi, 1430 nömrəli müddətli 25000 ABŞ dolları məbləğində əmanətin isə silinmədiyi (təyinatının müəyyən etmək mümkün olmadığı) müəyyən edilmişdir. Qeyd edilən ekspertizanın nəticəsinə uyğun, habelə xx.xx.2014-cü il tarixli, 3-D-6-0-828-14 saylı əmanətin girov müqaviləsi nəzərə alınmaqla xx.xx.2014-cü il tarixli, 3-D-6-0-828-14 saylı (yaxud digər) kredit müqaviləsi əsasında xx.xx.2014-cü il tarixli 1430 nömrəli müddətli əmanət müqaviləsi (3-83478-100-41220 saylı əmanət hesabı) üzrə məhz 25000 ABŞ dolları məbləğində əmanətin aidiyyəti (silinməsi) müəyyən edilmir.
29. Beləliklə, apellyasiya şikayəti üzrə əlavə araşdırmanın nəticəsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaətin əsasları düzgün müəyyən edilməmiş və işin halları əhatəli araşdırılmamışdır. Ona görə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməklə, “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Bankın 3 saylı filialının 3-83478-100-41220 nömrəli bank hesabına qoyulmuş 25000 ABŞ dolları məbləğində əmanət və əmanətin banka daxil olduğu günün növbəti günündən başlayaraq onun qaytarıldığı günün əvvəlki gününədək illik 12.1 % hesablanmış pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsinə uyğun manatla) Bankdan iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 324-336, 337-354, 359.1, 362.1, 366, 384.0.2, 425, 943, 944, 945.2, 948.1, 948.2, 948.3, 949.1, 949.2, 950.1, 950.3, 950.4, 951, 952.1, 952.2, 952.3, 953, 963.1, 963.2, 964.1, 964.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh də ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-3646/2023 tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynovun məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədov və Z.B.Babayevdən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-257/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
34. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsindən məhz cavabdehdə olan tədqiqat obyektlərinin təqdim olunması barədə ekspert vəsatəti təmin edilmədiyi üçün imtina olunmuşdur. Belə olan halda MPM-in 97.5-ci maddəsinə əsasən tərəf zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməklə ekspertizanın keçirilməsinə mane olduğuna görə məhkəmə ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab etməkdə haqlı olmuşdur.
36. Cavabdeh tərəfindən mübahisələndirilən hissə ilə bağlı kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən – iddianın təmin olunmayan hissəsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
38. Baxılan iş üzrə iddiaçı kredit və girov müqavilələrinin etibarsızlığı tələblərini onunla əsaslandırmışdır ki, həmin müqavilələr onun atası tərəfindən imzalanmamış, atası bu müqavilələrdən xəbərsiz olmuşdur. Məhkəmə keçirilmiş ekspert rəyləri ilə müəyyən etmişdir ki, mübahisələndirilən müqavilələrdə əks olunmuş imzalar həqiqətən də miras qoyan tərəfindən icra edilməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə etiraz etsə də, müqavilələrdəki imzaların iddiaçının atası X7 aid olmadığını qəbul etmiş, müqavilələrin əslində kim tərəfindən imzalandığının onlara (cavabdeh tərəfə) da məlum olmadığını bildirmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
39. Cavabdeh tərəf yalnız apellyasiya şikayətində mübahisələndirilən müqavilələrin X6 verdiyi etibarnamə əsasında oğlu X8 tərəfindən imzalandığını bildirmiş və miras qoyan tərəfindən ümumi səlahiyyətlərlə 10 il müddətinə sonuncuya verilmiş xx.xx.2008-ci il tarixli etibarnamənin surətini apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.
40. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla apellyasiya baxışında yeni tələblərin və sübutların təqdim edilməsinin yolverilməz olduğu barədə qayda MPM-də həmişə mövcud olmuşdur (372-ci maddə). xx.xx.2021-ci il tarixdə MPM-ə edilmiş dəyişikliklərlə isə sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək təqdim edilməsi ilə bağlı yeni qayda müəyyən edilmişdir. Yeni sübutlar və tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 372.2-ci maddəsi). İşdə iştirak edən şəxslər tərəfindən belə əsaslandırma təqdim olunmadığı və ya məhkəmənin bunu əsassız hesab etdiyi halda birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra, o cümlədən, apellyasiya baxışı zamanı yeni sübutlar və yeni tələblər qəbul edilə və məhkəmə araşdırmasının predmeti ola bilməz.
41. Lakin hazırkı iş üzrə apellyasiya baxışı zamanı cavabdeh apelyasiya instansiyası məhkəməsinə birinci instansiya məhkəməsində irəli sürmədiyi yeni etiraz dəlilləri və həmin dəlilləri əsaslandıran yeni sübutlar təqdim etmiş, məhkəmə həmin sübutların apellyasiya baxışı zamanı verilməsinin mümkünlüyü barədə məsələni müzakirə etmədən və bununla bağlı mövqeyini əsaslandırmadan həmin sübutları qəbul etmiş, işə əlavə etmiş və onlar əsasında işə baxmışdır.
42. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Mülki Məcəllə əqdin təmsilçi vasitəsilə də bağlana bilməsini nəzərdə tutur. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Maddə 359.1).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında etibarnamə əsasında bağlanan əqdlərə münasibətdə ifadə edilmiş hüquqi mövqelərə görə belə mübahisələr üzrə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin müəyyənləşdirilməsidir. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
44. Baxılan iş üzrə mübahisələndirilən müqavilələrin borcalan (girovqoyan) qismində birbaşa X6 adından imzalandığı, müqavilələrin mətnində sonuncunun nümayəndəsinə və hər hansı etibarnaməyə istinad olunmadığı mübahisəsiz hallardır.
45. Lakin apellyasiya instansiyası məhkəməsi sadalanan hallarla bağlı heç bir hüquqi dəyərləndirmə aparmadan belə qənaətə gəlmişdir ki, mübahisələndirilən müqavilələr X6 ümumi səlahiyyətlərlə 10 il müddətinə oğluna xx.xx.2008-ci il tarixdə verdiyi etibarnamə əsasında vəkalətli nümayəndəsi – oğlu İsmayıl Məhərrəmov tərəfindən imzalanmış, bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki münasibətlər üzrə mülki məsuliyyəti mərhumun verdiyi etibarnamə ilə hərəkətlər edən təmsilçisi (delikt sübuta yetirildiyi təqdirdə) daşıya bilər.
46. Halbuki məhkəmənin gəldiyi bu qənaət cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmunu, mübahisələndirilən müqavilələrdə və kredit dosyelərində nümayəndəliyə və hər hansı etibarnaməyə istinad olunmadığı barədə işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə açıq-aşkar ziddiyyət təşkil edir.
47. İddia tələbinin 5.000 manat həcmində əmanətə dair tələbi də kredit və əmanət müqavilələri tələbinin mahiyyəti üzrə həllindən asılı olduğu üçün məhkəmə kollegiyası həmin hissədə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Lakin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianı ekspert rəyinə istinad edərək, qeyd olunan məbləğin kredit borcuna silindiyi ilə əsaslandırsa da, işə baxılarkən cavabdeh tərəfindən həmin əmanət müqaviləsi ilə bağlı ümumiyyətlə hər hansı girov müqaviləsinə istinad olunmadığı, məhkəmənin əsaslandığı ekspert rəyində 13.704 manat artıq ödəmə olduğunun müəyyən edildiyi barədə iddiaçı tərəfin dəlillərinə qiymət verməmiş, bununla bağlı ortaya çıxan ziddiyyətlərə aydınlıq gətirməmişdir.
Proses iştirakçılarının izahatları
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, birinci apellyasiya baxışı zamanı təqdim edilmiş etibarnamə başqa bir məhkəmə işindən əldə olunduğu üçün birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
49. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
50. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işin hallarını və qanunvericiliyin tələblərini, habelə hazırkı iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3646/2023 nömrəli qərarında şərh edilən göstərişləri nəzərə alaraq apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 945.2. Hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Maddə 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Maddə 963.1. Hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblərinə, habelə pul vəsaitindən istifadə üçün faizlərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvəzləşdirilir. Maddə 963.2. Bank aparılmış əvəzləşdirmə haqqında müştəriyə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər müvafiq şərtlər razılaşdırmayıblarsa, müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında müştərilərə məlumat verilməsinin bank praktikası üçün adi olan qaydada və müddətlərdə məlumat verməlidir. Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Maddə 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 02 aprel tarixli Qərarı: Qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları: Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
58. Hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-257/2023 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edildiyindən hazırda apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının kredit və əmanətin girov müqavilələrinin etibarsız hesab edilməsi, 5.000 manat məbləğində əmanət pulunun və üzərinə hesablanmış faizlərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddianın təmin edilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
61. İşdə olan sənədlərdən müəyyən olunur ki, iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr borcalan (girovqoyan) qismində birbaşa X6 adından imzalanmış, müqavilələrin mətnində sonuncunun nümayəndəsinə və hər hansı etibarnaməyə istinad olunmamışdır.
62. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi kredit və girov müqavilələrindəki imzaların kimin tərəfindən imzalandığının onlara da məlum olmadığını bildirmişdir.
63. Apellyasiya baxışı zamanı cavabdeh kredit və əmanətin girov müqavilələrinin iddiaçının qardaşı X4 atası X9 tərəfindən verilən etibarnamə ilə imzalanmasına dair birinci instansiya məhkəməsində irəli sürmədiyi yeni etiraz dəlilləri və həmin dəlilləri əsaslandıran yeni sübutlar təqdim etmişdir. Lakin cavabdeh tərəf qeyd edilən sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.
64. Nəzərə alınmalıdır ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, qətnamə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, cavabdehin sübutları birinci instansiya məhkəməsinə təqdim etmək üçün kifayət qədər vaxtı olmuşdur.
65. Belə olan halda, həmin sübutların apellyasiya icraatı zamanı qəbul edilməsi prosessual hüquq normalarının tələblərinə ziddir.
66. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr borcalan (girovqoyan) qismində birbaşa X6 adından imzalanmış, həmin müqavilələrin mətnində sonuncunun nümayəndəsinə və hər hansı etibarnaməyə istinad edilməmişdir.
67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli, 3-D5-12-0-250-13 nömrəli əmanətin girov müqavilələri X9 tərəfindən imzalanmadığı üçün etibarsız hesab edilməlidir. Belə ki, həmin əqd əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticələr yaratmamışdır.
68. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən cavabdeh tərəfindən həmin müqavilənin 8.2-ci maddəsinə əsaslanaraq xx.xx.2015-ci il tarixli müddətli əmanət müqaviləsi üzrə hesaba qoyulmuş 5.000 manat məbləğində vəsait akseptiz qaydada kredit borcunun ödənilməsinə yönələ bilməz.
69. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5634-4/1158 nömrəli ekspert rəyində də müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli, 3- D5-12-0-250-13 saylı kredit müqaviləsi üzrə 13.704,83 manat məbləğində artıq ödəniş edilmişdir.
70. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ASC-nin ("xxxx" İKB ASC) 3 saylı filialının 3-83478-130-41210 nömrəli bank hesabına qoyulmuş 5.000 manat məbləğində əmanət pulunun və pulun banka daxil olduğu günün (xx.xx.2015-ci il) növbəti günündən başlayaraq illik 13.3% hesablanmaqla qətnamə icra olunanadək əmanətin üzərinə hesablanmış faiz məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi qənaət düzgün olmuşdur.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən müqavilənin etibarsızlığına dair 1 illik kəsici müddətin buraxıldığı dəlili ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər.
72. İddiaçının hazırki iş üzrə kredit və əmanətin girov müqavilələrinin əhəmiyyətsizliyinin təsbiti barədə tələbi bank hesabına qoyulmuş 5.000 manat məbləğində əmanət pulunun və ona hesablanmış faizlərin əldə edilməsi ilə bağlıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər və bu müddət iddia müddətidir. İddia müddətinin tətbiqi ilə bağlı isə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilməmişdir.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin . Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-177/2022 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: