Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-6431/2025 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iddiaçı4 nümayəndəsi (bacısı) nümayəndə2, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh MTK-ya qarşı “mənzil və kirayə pulu” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 (sonuncu dəqiqləşdirmədən sonra) iddia tələbi ilə məhkəməyə müraciət etmiş, “xxxx” MMC-dən, - Bakı şəhəri, Əliəşrəf Əlizadə küçəsində inşa edilən binada sahəsi 20 kv.m. olan 1 otaqlı tam təmirli mənzilin alınaraq iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 təhvil verilməsi barədə, - 16200 manat mənzilin kirayə haqqı məbləğinin tutularaq, vərəsəlik paylarına mütanasib şəkildə, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 ödənilməsi barədə, - 13642,25 manat əldən çıxmış fayda məbləğinin, 1000 manat vəkil qonorarı xərcinin və 177 manat dövlət rüsumunun tutularaq iddiaçı4 ödənilməsi barədə, - 133 manat dövlət rüsumunun dən tutularaq iddiaçı3, iddiaçı2 və iddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X5 ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli, ** saylı müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, Əliəşrəf Əlizadə küçəsində inşa edilən binada tam təmirli 1 otaqlı, sahəsi 20 kv.m. mənzilin “xxxx MTK tərəfindən iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 təhvil verilməsi, Sözügedən mənzilin təhvil verilənədək ödənilməmiş kirayə haqqı kimi 16200 manatın Cavabdeh MTK-dan tutularaq, vərəsəlik paylarına mütənasib şəkildə, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərcləri kimi 1000 manat vəkil qonorarı xərcinin 700 manat hissəsinin və 177 manat dövlət rüsumunun 138,6 manat hissəsinin cavabdeh “xxxx MTK-dən tutularaq iddiaçı4 ödənilməsi, 133 manat dövlət rüsumunun iddiaçı3 dövlət büdcəsindən qaytarılması qət edilmişdir. Cavabdeh Cavabdeh MTK həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmənin təşəbbüsü ilə aralarındakı mübahisə ilə barışıq sazişi bağladıqlarını bildirdilər və həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. Hər iki tərəf bəyan edir ki, Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı qətnaməsi üzrə X5 ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli ** saylı müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, Nərimanov Rayonu, Ə.Əlizadə küçəsində inşa edilən binada tam təmirli 1 otaqlı, sahəsi 20 kv.m mənzil və kirayə haqqı olaraq 16200 manat pul Cavabdeh MTK tərəfindən iddiaçı3, X2, iddiaçı2, iddiaçı4 təhvil verilməsi qət edilmişdr. Tərəflər aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. Cavabdeh MTK tərəfindən iddiaçı3, iddiaçı1, iddiaçı2, iddiaçı4 70.000 (yetmiş min) manat pulu 1 (br ay) müddətində ödəməyi ohdəsinə götürür. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 191.2ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-in 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Təqdim olunan barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər aralarındakı mənzil və pul mübahisəsini barışıq sazişi bağlamaq yolu ilə həll etmişlər. Həmin “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işin icraatına xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.2-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 261-263-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 və cavabdeh Cavabdeh MTK-nın bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. Hər iki tərəf bəyan edir ki, Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı qətnaməsi üzrə X5 ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli ** saylı müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, Nərimanov Rayonu, Ə.Əlizadə küçəsində inşa edilən binada tam təmirli 1 otaqlı, sahəsi 20 kv.m mənzil və kirayə haqqı olaraq 16200 manat pul Cavabdeh MTK tərəfindən iddiaçı3, X2, iddiaçı2, iddiaçı4 təhvil verilməsi qət edilmişdr. Tərəflər aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. Cavabdeh MTK tərəfindən iddiaçı3, iddiaçı1, iddiaçı2, iddiaçı4 70.000 (yetmiş min) manat pulu 1 (br ay) müddətində ödəməyi ohdəsinə götürür. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. İş üzrə apellyasiya instansiyasında keçirilmiş qiymətləndirmənin tədqiqat dəyəri olan 500 (beş yüz) manat pulun 250 (iki yüz əlli) manat hissəsi iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1, 250 (iki yüz əlli) manat hissəsi isə cavadeh Cavabdeh MTK-dan tutularaq “xxxx” MMC-nin hesabına (Benefisiarın adı «xxxx» MMC, Benefisiarın VÖEN-i 1505391571, hesab nömrəsi M/h-Az12PAHA40060AZNHC**********, müxbir bank “xxxx” ASC, SWIFT PAHSSZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i-1700767721, müxbir hesab AZ82NABZ01350100000000071944) ödənilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev