Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6439/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh İB tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş N 2(003)-550/20) iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəf xx xxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vemişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, A.Hüseynov, X.Cəmilova) İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilmiş və apelyasiya şikayəti mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-550/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh İB həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birlik üzrə dövlət rüsumları hökümət ödəniş portalı vasitəsilə ödənilir və heç bir iş üçün ayrıca ödəmə aparılır. Hər bir qəbz təyinatı üzrə (apelasiya üçün) ümumilikdə ödənilir və şikayət verilən hər bir işə ayrı-ayrılıqda əlavə edilir. Qeyd olunan məbləğ dövlət büdcəsinə əvvəldən ödənilib və onlar bu rüsumlardan vaxtlı-vaxtında istifadə edirlər. Qəbzin şikayətdən əvvəl ödənilməsini qadağan edən heç bir qanunvericilik aktı yoxdur. Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi və Bakı Apelyasiya Məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilməsi göstərilən həmin dövlət rüsumuna dair qəbzin həqiqiliyini (doğruluğunu), onun məhz bu iş üzrə ödənilmiş dövlət rüsumu barədə qəbz olduğunu aydınlaşdırmaq qeyri-mümkündür. Belə ki, apelyasiya şikayətin verilməsindən ötrü dövlət rüsumunun ödənilməsinə dair qəbzdən (qəbz № 522171359) görünür ki, həmin rüsum xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Halbuki İddiaçı Cavabdeh İB qarşı “borcun silinməsi” barədə iddia ərizəsi Xəzər Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş və qeydiyyatdan keçmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-550/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə verilmişdir. Göründüyü kimi, apelyasiya şikayətinin verilməsinə dair dövlət rüsumu şikayətdən bir il əvvəl ödənmişdir ki, bu da mümkün deyildir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3. maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verilməmiş, həmin qərardad hazırda qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh İB-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6439/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6439/2020
05.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver