Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6442/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-736/2021 saylı işi üzrə 16.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 864 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: "təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.05.2020-ci il tarixli ******* saylı aktla iddiaçının yaşadığı ünvanda yerləşdirilmiş sayğacın "Azəriqaz” İB-nin rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkar olunmuş və dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır (iş.səh.6), Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı 17.02.2020-ci il tarixli akta əsasən baxış zamanı giriş borusunda yad cisim aşkarlanmışdır (səh.7), Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı 17.02.2020-ci il tarixli akta əsasən ödəniş etmədən qazdan istifdadə olunduğu qeyd edilmişdir (səh.8) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-736/2021 saylı işi üzrə 16.03.2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00640) hesablanmış 216 manat məbləğində borc silinməsiiddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13; «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.3 - 4.7, 4.8, 4.9; Mülki Prosessual Məcəlləsinin 77, 119.1 , 124.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, itirilmiş qazın dəyərinə görə hesablanmış 216 manat məbləğində borc silinməli, iddia tələbinin 669.1 manat borcun silinməsi hissəsinə qiymət verərək müəyyən edilir ki, həmin borc istehlak edilmiş lakin ödənilməmiş borc məbləğidir. İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 500 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9, 13.1, 16; “Qazdan istifadə Qaydaları”nın 4.8; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8; Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 360, 385.1.1, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi daşıya bilməz. Sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları"n və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır. təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması “Azəriqaz" İstehsalat Birliyinin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmis (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X6”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarsı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlərenerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189- 1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1096, 1097.1, 1098, 1115; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77, 80-82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, təmin olunan hissədə iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından kollegiya yolverilməz hesab edir, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, şəxsin pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə müvafiq tədqiqatlar aparılmamış və qərarlar qəbul edilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən tələblərə qiymət verilməsi sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-736/2021 saylı işi üzrə 16.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6442/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6442/2021
12.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver