Məhkəmə qərarları › İş №2(103)-6445/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6445/2025

24.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6445/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 İsmat oğlunun, Cavabdeh3 və onun nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(011)-583/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilə qeydiyyatlarının ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-583/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 ünvanından istifadə hüququna 18.000 (on səkkiz min) manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 (Yeni qaydalarla: AZ1126, ünvan 2 ünvanından çıxarılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, həmçinin bu qətnamənin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-583/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin “həmin mənzilə qeydiyyatlarının ləğv edilməsi” barədə hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qətnamədən Cavabdeh3 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(011)-583/2025 saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamə çıxarmaqla iddia tələbinin rədd edilməsi haqda qətnamə xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-583/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-583/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(011)-583/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, ötürülmüş müddətin üzürlü hesab edilərək,apellyasiya şikayətinin müvafiq instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi-vəkili X2 məhkəmə iclasında ərizəni müdafiə edərək, müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-583/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-583/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi və Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi-vəkili Vəkil1 qeyd olunan qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-583/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, ötürülmüş prosessual müddətin bərpa edilməməsi barədə və apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməklə geri qaytarılması barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-583/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-6445/2025 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə tərəflər dəvət edilməklə şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və onun nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 128.1, 133.1, 360, 362 və 363cü maddələrini nəzərə alaraq, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi qətnamə cavabdehin nümayəndəsi-vəkilinin elektron sisteminə xx.xx.2025-ci il tarixdə, yerləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verilmişdir, lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-583/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə görə geri qaytarılmışdır. Apellyasiya şikayətində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra cavabdehin nümayəndəsi-vəkili tərəfindən xx.xx.2025-ci il tarixində yenidən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi-vəkili ilkin olaraq məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra 1 ay müddətində apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Odur ki, cavabdehin nümayəndəsi-vəkili ilkin olaraq apellyasiya şikayətini qanunvericlikdə nəzərdə tutulmuş müddətdə, yəni 1 ay müddətində verdiyindən və cavabdehin nümayəndəsi-vəkili tərəfindən apellyasiya şikayətində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etdiyindən cavabdehin nümayəndəsi-vəkilinin apellyasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq verilmiş apellyasiya şikayətini geri qaytarsa da, göstərilən nöqsanların hansı müddətdə aradan qaldıraraq yenidən apellyasiya şikayətini məhkəməyə təqdim edilməsi barədə hərhansı qeyd qərardadda nəzərdə tutmamışdır. Odur ki, cavabdehin qısa, yəni ağlabatan müddətdə apellyasiya şikayətində göstərilən nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(011)-583/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar