Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-645/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdehin iştirakı ilə, İddiaçı Nehməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2205/2024 saylı işi üzrə 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı Nehməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Nehməd oğlu Cavabdeh qarşı məhkəmədən Cavabdeh 1440 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun tutulub fiziki şəxs İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslnadırılmışdır ki, İddiaçı Nehməd oğlu ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 15 saylı Notariat kontorunda 3M-708 saylı ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 10464 manat dəyərində “Renault Megane” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 440 manat ödəniş etmiş və 14 ay müddətinə hər ay 440 manat ödəniş ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh cəmi 1 ay ödəniş etmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdır. O, ofisə dəvət edilmiş və avtomobili nasaz vəziyyətdə təhvil vermişdir. Avtomobili təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 1140 manat vəsait xərclənmişdir. Müqavilənin 18-ci bəndinə əsasən, avtomobil geri alınarkən, avtomobil texniki saz vəziyyətdə olmazsa, avtomobilin saz vəziyyətə gətirilməsi üçün çəkilmiş bütün xərclər alıcıdan tutulmalıdır.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2205/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehdan vurulmuş maddi ziyana görə 440 manatın alınaraq İddiaçı Nehməd oğluna verilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 manat məbləğində vəsaitin cavabdeh İddiaçı Nehməd oğlundan alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 567, 606, 1096.1, 1096.2, 1097.1, 1115; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 78.2, 78.3, 81, 107, 115, 115.0.1, 119, 124.1, 218.1, 218.3, “ Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8, 8.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında birinci alğı-satqı müqaviləsi xx.xx.2022-ci ildə bağlanmış və alıcı Cavabdeh **- FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir. Tərəflər arasında ikinci dəfə xx.xx.2023-cü ildə notarial qaydada Nəqliyyat vasitəsinin ilkin alqısatqısı müqaviləsi bağlanmış və burada birinci müqaviləyə əlavə şərtlər müəyyən edilmişdir. Qeyd edilən müqavilələr qeyd şərtlə bağlanmış, İddiaçı Nehməd oğlunun 77-FP735 dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində istifadə hüququ onun barəsində müqavilə imzalandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlməsi müəyyən olunmuşdur. Bəhs edilən 77-FP735 dövlət qeydiyyat nişanlı minik avtomobili 2022-ci il tarixindən cavabdehdə olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkilinin və cavabdehin izahatlarından görünür ki, Cavabdeh 2023-cü il oktyabr-noyabr aylarında həmin avtomobili ödəniş edə bilmədikdən könüllü şəkildə satıcıya geri qaytarmışdır. Təhvil alan şəxs isə avtomobilə zahirən baxış keçirdikdən sonra avtomobili götürmüş, lakin tərəflər arasında təhviltəslim aktı imzalanmamışdır. Bir müddət keçdikdən sonra, cavabdehə avtomobili servisə aparması barədə təkliflə bağlı telefon zəngi gəlmiş, o isə avtomobili təhvil verdiyi müddətdən həminki vaxta qədər avtomobilin nə kimi nasazlığının yarandığını bilmədiyi üçün bu təklifdən imtina etmişdir. İddiaçı “X5” (fərdi sahibkar X4 VÖEN: **********) tərəfindən verilmiş qüsur aktını təqdim etsə də, onlara ödənilmiş məbləği təsdiq edən qəbzi məhkəməyə təqdm etməmişdir. Həmçinin, həmin qüsur aktı çıxarılanda cavabdehin iştirakı təmin edilməmişdir. İddiaçı isə, “X5”-in nümayəndəsini, avtomobillə bağlı təmir işləri aparan şəxsi, avtomobili təhvil alan iddiaçının işçisini məhkəməyə dəvət etmək (sübut təqdim etmək) təklifindən imtina etmişdir. Bununla da, verilmiş qüsur akta mötəbər sübut kimi yanaşmaq olmur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində göstərilmişdir ki, verilmiş rəy “X5”-in qüsur aktına əsaslanır və sözügedən avtomobil ekspertin müayinəsində olunmayıbdır. Belə olan halda, ekspert rəyi ilə tam razılaşmaq mümkün deyildir. Belə ki, mülki hüquq pozuntusu (delikt) - zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət və hərəkətsizlikdir. Bu cür hərəkət (hərəkətsizlik) və baş vermiş ziyanlı nəticə ilə arasında səbəbli əlaqə mövcud olmalıdır. Lakin, iddiaçı avtomobilin qüsur aktında göstərilən ehtiyat hissələrinə məhz cavabdehin təqsirli hərəkətlərindən (hərəkətsizlikdən) zərər dəydiyini, iddiaçının isə bu zərərin öz hesabına aradan qaldırılmasını sübut edə bilməmişdir. Eyni zamanda, cavabdeh məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, avtomobilin istifadəsi nəticəsində qüsur aktında göstərilən mühərrik yağı, yanacaq filteri, hava filteri, yağ filteri, kitab radiatoru plasması, termostat kimi ehtiyat hissələri sıradan çıxa bilərdi və buna görə, onların əvəzini ödəməyə razıdır. Belə olan halda həmin bu ehtiyat hissələrin qiyməti ekspert rəyinə müvafiq olaraq, mühərrik yağı- 60 manat, yanacaq filteri-30 manat, hava filteri-10 manat, yağ filteri-10 manat, kitab radiatoru plasması-50 manat, termostat-80 manat, işçilik haqqı isə ekspert rəyində qeyd edilmiş 400 manat məbləğinin yarısı, yəni 200 manat olaraq müəyyən edilməli və iddia tələbi göstərilən hissədə təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddia qismən təmin edilməklə, Cavabdeh vurulmuş maddi ziyana görə 440 manat pul vəsaiti tutularaq İddiaçı Nehməd oğluna ödənilməlidir.
4. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - “X5” (fərdi sahibkar X4 VÖEN: **********) tərəfindən İddiaçı Nehməd oğluna təqdim edilən xx.xx.2023-cü il tarixli Qüsur Aktı ilə “Renault Megane” markalı, 77-FP735 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği: mühərik turbosuna görə 400 manat, Feredo Çaşka komplektinə görə 250 manat, Mühərik yağına görə 60 manat, Yanacaq filterinə görə 30 manat, Hava filterinə görə 10 manat, Yağ filterinə görə 10 manat, Ön sağ amartizatora görə 80 manat, Razval qoluna görə 50 manat, Şaravoya görə 20 manat, Kitab radiatoru plasmasına görə 50 manat, Termostata görə 80 manat, İşçiliyə görə 400 manat, ümumilikdə 1440 manat olaraq göstərilmişdir;- 539 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, fərdi sahibkar İddiaçı Nehməd oğluna 716 manat məbləğində ödəniş edilmişdir;- xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi üzrə 440 manat məbləğində ödəniş etmişdir;- Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 22 oktyabr 2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” markalı **-FP-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir;- xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, 1. Tərəflər Satıcı İddiaçı və Alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qll tərəfindən verilmiş xx.xx.2022-cl il tarixli BA 223664 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi: VF1KMSEC636932419, mühərrikin nömrəsi və buraxılış ili 2006 olan Satıcıya məxsus “Renault Megane” markalı **-FP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə göturdülər....8. Avtomobil tam saz vəziyyətdə alıcıya təhvil verilir və avtomobil və gələcəkdə avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır.... 9. Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində ilkin alqısatqı müqaviləsi imzalandığı andan, sahiblik və sərəcam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir.... 18. Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa yəni texniki saz vəziyyətdə olmazsa avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir;- İş materiallarında olan xx.xx.2022-ci il tarixli 38/2022 saylı Daşınar Əmlakın Nisyə AlqıSatqı Müqaviləsindən görünür ki, 1. Satıcı İddiaçı Nehməd oğlu özünə məxsus buraxılış ili 2006-cı il olan, “Reno Megan” markalı, VF1KMSEC636932419 ban nömrəli, 77- FP-735 dövlət qeydiyyat nişanlı minik avtomobilini 10540 manata alıcı Cavabdeh satır. 2. Alıcı isə avtomoilin dəyəri, yəni 10540 manatı 24 ay hissə-hissə hər ay 440 manat olmaqla, hər ayın müqavilə imzalandığı günü ödəməyi öhdəsinə götürür.... 5.Alıcının bu müqavilənin predmeti olan əmlak üzərində istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi imzalandığı andan, sahiblik və sərəncam vermək hüququ isə müqavilə öhdəliyinin tam yerinə yetirilməsindən sonra əmələ gəlir; - İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı Nehməd oğlunun bank kartına müxtəlif tarixlərdə müxtəlif ödənişlər həyata keçirilmişdir;- Azərbaycan Respublikası DİN BDYPİ Qİİ /Sumqayıt Asan Xidmət Mərkəzi tərəfindən 22 oktyabr 2022-ci il tarixdə verilmiş ƏN-Vİ№ 280707 nömrəli etibarnamənin surətindən görünür ki, “Renault Megane” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi İddiaçı Nehməd oğlu tərəfindən xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibar edilmişdir;- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4093 saylı rəyindən görünür ki, “X5” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2006-cı il buraxılışlı “Renault Megane” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1390 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 990 manat, təmir – bərpa işlərinin qiyməti – 400 manat təşkil edir;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli 9/4093 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119, 124.1-cü maddələrinə istinadən qeyd edilmişdir ki,qətnamə əssasızdır və ləğv edilməlidir. Belə ki, Servisdən verilmiş ziyan aktı, ekspert rəyi ilə dəymiş ziyan tam sübuta yetir və müqavilə şərtinə görə şəxs dəymiş ziyanı tam ödəməlidir, lakin məhkəmə cavabdehin avtomobildə o qədər ziyan olmaz, bu qədər olar sözünü ekspert rəyindən və aktdan üstün tutaraq cavabdehin qəbul etdiyi qədər ziyanı təmin edib. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. məhkəmə ziyan aktını şübhə altına alaraq qeyd edir ki, çəkilmiş xərclərə dair qəbzlər təqdim edilməmişdir. Lakin qanununda mənasından aydın olur ki, zərər çəkilmiş və ya çəkilməli olan xərclərdir. Yəni avtomobil təmir edilmədən saxlanılarsa və ya satılarsa hər bir halda geri verilərkən vurulmuş ziyan iddiaçıya dəymiş ziyandır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianı qismən təmin etmiş, lakin bütün xərcləri iddiaçıya aid etmişdir. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Lakin məhkəmə keçirdiyi ekspertizanın xərcini tam olaraq iddiaçıya aid etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəməyə heç bir sübut təqdim etməyi halda sadəcə sözləri sübut kimi qəbul edilmiş lakin iddiaçının təqdim etdiyi ziyan aktı və keçirilmiş ekspertiza və onun rəyi sübut kimi qəbul edilməmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları tədqiq etməli və hər tərəf öz istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə iclaslarının video yazısına baxsaq hakim sanki cavabdehin vəkilidir və onun sübut etməli olduğu halları da iddiaçının sübut etməsini tələb edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, cavabdehə avotmobilin tam saz vəziyyətdə təqdim edildiyini, lakin avtomobildə onun istifadəsində olduğu müddət ərzində nasazlıqlar yarandığını, məhkəməyə təqdim edilmiş qüsur aktında da bunun tam aydın şəkildə göstərildiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin qüsur aktının nəzərə alınmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının iddia etdiyi qədər avtomobilin təmirinə xərc çəkilməsinin ağlabatan olmadığını qeyd etmiş,birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduğunu və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 8.İddiaçının nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məlumatla müraciət edərək, cavabdeh keçən məhkəmə prosesindən sonra gəlib razılaşacağını və ödəniş edəcəyini bildirsə də, bu günə kimi bunu etmədiyini, odur ki, şikayətini müdafiə etdiyini və onun iştirakı olmadan məhkəmə iclasını keçirib yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 9.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 606, 1096, 1097; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. Kollegiya yuxarıda sadalanan maddi hüquq normalarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyini, iddiaçı tərəfindən məhkəmə təqdim edilmiş qüsur aktı cavabdeh tərəfindən imzalanmamış, həmçinin iddiaçı tərəfindən avtomobilin təmirinə nə qədər xərc çəkilməsi ilə bağlı qəbz məhkəməyə təqdim edilməmişdir. iddiaçı tərəfindən apellyasiya icraatında avtionəqliiyyat vasitəsini cavabdehə tam saz vəziyyətdə təqdim edildiyi qeyd edilsə də, iş materiallarından görünür ki, “Reno Megan” markalı, 77- FP-735 dövlət qeydiyyat nişanlı minik avtomobilin buraxılış ili 2006-cı ildir və nəqliyyat vasitəsinin cavabdehə təhvil verildiyi zaman onun tam saz vəziyyətdə olmasını təsdiq edən sübut təqdim edilməmiş, habelə geri təhvil alması zamanı onun qüsurları barədə mütəxəssis rəyinin tərtib edilməsi öz təsdiqini tapmamışdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 15.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 16.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2205/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.