Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6462/2025 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Balakişiyev İlqar Ağadadaş oğluna və cavabdeh2 (maraqlı şəxs Maraqlı şəxs Publik Hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinə) qarşı işi üzrə Açar sözlər: (“qanunsuz tikilinin sökülməsi”) hakimlər X7 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə Üzeir oğlu və cavabdeh cavabdeh2 nümayəndəsi vəkil vəkil1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı "xxxx” Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə və cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz hasar və tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1989-cu il Əzizbəyov rayon Xalq deputatları Sovetinin İcrayyə Komitəsinin ** saylı qərarına əsasən Buzovna qəsəbəsi, Bünyadov küçəsində torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində əl quyusu qazmışlar və bugünə kimi istifadə edirlər. Torpaq sahəsini setka ilə bölmüşdür, lakin cavabdeh onun xəbəri olmadan setkanı sökmüş və onun torpağına girərək hasar inşa etmişdir. Cavabdehin atası ilə aralarında dəfələrlə bu barədə söz söhbət düşmüşdür. Cavabdeh və qardaşına da etirazını bildirmişdir. Cavabdehin qardaşı həmin zəbt olunmuş torpağın dəyərini ödəməyi təklif etsə də, iddiaçı istəməmişdir. Ona pul lazım deyil, torpağını istəyir. Həmçinin həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Əzizbəyov Rayon xalq deputatları Sovetinin İcrayyə Komitəsinin ##.##.1989-cu il tarizli ** saylı qərarına əsasən X2 icraiyyə komitəsinin ## ###### 1989-cu il tarixli * saylı qərarına baxaraq və Bakqor Soveti icraiyyə komitəsinin ## ###### 1989-cu il tarixli **/*** nömrəli qərarını rəhbər tutaraq vətəndaş X3 ***/* saylı 600 kv.m torpaq sahəsi ayrılmışdır; - “xxxx“ ASC-nin ##.##.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın *a saylı bəndinə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi 6000 voltluq elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinə texniki xidmət göstərilməsinə, istismarına heç bir maneçilik törətmir. “xxxx” ASC-nin X3 ünvanlanmış ##.##.2021-ci il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadzadə küçəsində yerləşən torpaq sahəsinin ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xəttinin sahədən kənara köçürülməsi barədə müraciətə (##.##.2021-ci il tarixli, H-311) “xxxx” ASC-də baxılmışdır. Məlumat üçün bildirir ki, ərazidən “xxxx” ASC-nin balansında və xidmətində olan *****-*** nömrəli YS-dan çəkilmiş 6 kV-luq ehtiyat hava xətti keçir. Xəttin həyətyanı sahədən keçən hissəsinin yerinin dəyişdirilməsi üçün Sizin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamentinə müraciət etməyi tövsiyə olunur; - Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu Buzovna Bələdiyyəsinin ##.##.2024-cü il tarixli **/*** saylı məktubunun sürətindən görünür ki, ##.##.2024-cü il tarixdə Buzovna Bələdiyyəsinə müraciətinizlə əlaqədar bildirir ki, qonşuluqda yaşayan şəxs tərəfindən mülkiyyət sənədi olmadan hər hansı bir tikinti işləri aparması, sizə aid olan tikililəri sökməsi və həmin ərazidə cinayətə meyilli şəxslərin yığışması ilə əlaqədar aidiyyəti üzrə hüqüq mühafizə orqanlarına müraciət etməyini xahiş edir; - SSR Maliyyə Nazirliyinin **** saylı Tədiyə bildirişindən görünür ki, X3 qəsəbəsi, Orcenikidze küçəsi 35a ***/* saylı sahəyə görə cəmi 9,0 rubl vergi ödəməlidir. *************A* saylı abune haqqında arayışdan görünür ki, ünvan 2 ünvanına verilmiş kod X3 aiddir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Xəzə rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi ev 4A Balakişiyev İlqar Ağadadaş oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - İş üzrə təyin edilmiş tikintitexniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 469.0 kv.m təşkil edir. İddiaçı tərəfindən istifadəsində olan faktiki göstərilən (469.0 kv.m) torpaq sahəsinin sərhədləri şərtidir və həmin torpaq sahəsinin bir hissəsinə qonşu qarajına giriş çıxış kimi istifadə edir. İddiaçı yerdə qalan hissəsinin (131.0 kv.m) qonşu tərəfindən hasarlanaraq istifadə etdiyini idda edir. Sözügedən sahədə qaraj tikilisi var. Həmin torpaq sahəsinə daxil olmaq mümkün olmamışdır. Faktiki göstərilən istifadə edilən 469.0 kv.m torpaq sahəsində su quyusu, nasosxana və anbar tikilisi mövcuddur. Qeyd olunan qurğu və tikililərin iddiaçıya aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsinin araşdırılması üçün hər hansı sənəd əsası, cizgi təqdim olunmayıb. Həmçinin sahədə qeydiyyata alınan torpaq sahəsinin mövcüd olmadığı müəyyən edilmişdir. Bundan əlavə tikililərin qeydiyyatı barədə məlumatın olmadığı müəyyən edilmişdir.
3. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz hasar və tikililərin cavabdehlər Balakişiyev İlqar Ağadadaş oğlu və cavabdeh2 hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.2; Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 180.1, 180.2; Torpsq Məcəlləsinn 111; Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 101.3, 103.1, 217.4, 218.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı təqdim etdiyi sənədlərlə – o cümlədən, ##.##.1989-cu il tarixli Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ** saylı qərarı və digər aidiyyəti icra orqanlarının qərarları ilə – Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin ona ayrıldığını sübut etmişdir. Həmin torpaq sahəsi üzərində faktiki istifadəyə dair göstəricilər (su quyusu, anbar, nasosxana və digər qurğular) mövcuddur. Qeyd olunmalıdır ki, baxmayaraq ki, iddiaçının təqdim etdiyi torpaq sahəsinə dair çıxarış (dövlət reyestrindən) yoxdur, lakin onun mülkiyyət hüququnu təsdiq edən digər hüquqverici sənədlər və uzunmüddətli faktiki istifadə sübutları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və müvafiq normativ hüquqi aktlara əsasən, mülkiyyət hüququ yalnız çıxarışla deyil, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqi əsaslarla da sübut edilə bilər. Bu baxımdan, iddiaçının torpaq sahəsinə dair hüquqi statusunun qeydiyyata alınmamış olması onun hüquqlarını inkar etmir. Əksinə, cavabdehlər cavabdeh2 və Balakişiyev İlqar Ağadadaş oğlu tərəfindən iddia edilən torpaq sahəsi ilə bağlı hər hansı hüquqverici sənəd, o cümlədən həmin ərazidə qanuni tikinti aparmaq üçün icazə və ya reyestr çıxarışı təqdim olunmamışdır. Balakişiyev İlqar Ağadadaş oğlunun adına olan E.Bünyadov küçəsi ev 4A ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olması ilə yanaşı, bu sənədin konkret mübahisəli torpaq sahəsinə aidiyyəti ekspertiza və digər sübutlarla təsdiqini tapmamışdır. Bundan başqa işin tam və obyektiv həlli üçün iş üzrə əşyaların qiyymətləndirilməsi üçün aparılmış ekspertiza nəticəsində təqdim edilmiş rəyə əsasən, mübahisələndirilən torpaq sahəsinin zəbt olunması müəyyən olunmuşdur. Ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, torpaq sahəsinin 469 kv.m-lik hissəsində iddiaçının istifadə faktı təsdiq edilmiş, qalan 131 kv.m sahənin isə qonşu tərəfindən hasarlanaraq istifadə edildiyi bildirilmişdir. Ekspertiza həmin hasarlanmış sahədə qaraj tikintisinin olduğunu və ora baxışın mümkün olmadığını qeyd etmişdir. Bütün bunlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ qanuni əsaslara malikdir və cavabdehlərin müdaxiləsi nəticəsində bu hüququ pozulmuşdur. İddiaçının torpaq sahəsindəki hüququnun bərpası və qanunsuz tikililərin sökülməsi tələbini təmin etmək mülki hüquqların müdafiəsi baxımından zəruridir. Bu səbəbdən, iddia tələbi tam həcmdə təmin olunmalı və cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz hasar sökülməlidir. Məhkəmə habelə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul cavabdehlər Balakişiyev İlqar Ağadadaş oğlu və cavabdeh2 alınaraq X13 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 50,0 manat cavabdeh Balakişiyev İlqar Ağadadaş oğlu və cavabdeh2 tutularaq X13 hesabına keçirilməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş və Bakı şəhəri, Xəzər rayon məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1; Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinad etməklə qeyd edilmişdir ki, işin tədqiq olunmuş halları ilə müəyyən edilir ki, Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli ** saylı qərarına əsasən X2 İcraiyyə Komitəsinin ## ###### 1989-cu il tarixli * saylı qərarına baxaraq və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin ## ###### 1989-cu il tarixli **/*** nömrəli qərarını rəhbər tutaraq vətəndaş X3 ***/* saylı 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə mövcud olan “xxxx” ASC-nin ##.##.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın *a saylı bəndinə əsasən Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi 6000 voltluq elektrik veriliş xəttlərinin mühafizə zonasında yerləşir. Bu sənədlərin mövcudluğu belə bir məntiqi nəticəyə gətirir ki, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi torpağı vətəndaşa verilməyə müvəkkil edilmiş orqan həmin torpaq sahəsini vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün ayırmağa haqlı olmamışdır. “xxxx” ASC isə iddiaçıya torpaq sahəsinin elektrik verilişi xəttinə texniki xidmət göstərilməsinə, istismarına heç bir maneçilik törətmir məzmunlu arayış verməkdə haqlı olmamışdır. İddiaçı bu torpaq sahəsinin ona ayrılmasına dair dəlilləri əsassızdır və iş materialları ilə öz təsdiqini tapmır, habelə iddiaçı iddia edir ki, orada (torpaq sahəsində) qazılmış quyu onun tərəfindən inşa edildiyi göstərilsə də, bu təxminən 70 il digər şəxslər tərəfindən qazılmış quyudur. Məhkəmə işin həqiqi hallarını tam araşdırmamış, gəldiyi nəticəni subyektiv mülahizələri ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının belə tələb qaldırmaqda subyektiv hüququnun olubolmaması məsələsini düzgün aydınlaşdırmamışdır. Belə ki, iddiaçıya aid 40 sotdan çox torpaq sahəsi mövcud olsa da, mübahisəli torpaq sahəsinin özününkü hesab etməkdə haqlı olmamışdır. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ##.##.2025-ci il tarixli rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600 kv. metr olsa da, faktiki olaraq 469 kv. metr təşkil edir. İddiaçı tərəfindən istifadəsində olan faktiki göstərilən 469 kv. metr torpaq sahəsinin sərhədləri şərtidir və həmin torpaq sahəsinin bir hissəsinə qonşu öz qarajına giriş-çıxış kimi istifadə edir. Sözügedən sahədə qaraj tikilisi var. Həmin torpaq sahəsinə daxil olmaq mümkün olmadığından faktiki istifadə edilən 469 kv. metr torpaq sahəsində su quyusu, nasosxana və anbar tikilisi mövcuddur. Qeyd olunan qurğu və tikilinin iddiaçıya aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsinin araşdırılması üçün hər hansı sənəd əsası, cizgi təqdim olunmayıb. Həmçinin sahədə qeydiyyata alınan torpaq sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. Bundan əlavə, tikililərin qeydiyyatı barədə məlumatın olmadığı müəyyən edilmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni subyektiv mülahizələri ilə əsaslandırmışdır. Cavabdeh iş üzrə izahat verərkən mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığını, bu torpaq sahəsinin müvafiq sənədlərinin başqa şəxsin adına rəsmiləşdirilməsini bildirsə də, sənədlər hazır olmadığı üçün onları əldə edib məhkəməyə təqdim edə bilməmişdir. Zəbt olunmuş 131 kv. metr sahənin kim tərəfindən zəbt edilməsi müəyyən edilməmiş və həmin şəxs cavabdeh qismində işə cəlb edilməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni subyektiv mülahizələri ilə əsaslandırmışdır. Cavabdeh iş üzrə izahat verərkən mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmadığını, bu torpaq sahəsinin müvafiq sənədlərinin başqa şəxsin adına rəsmiləşdirilməsini bildirsə də sənədlər hazır olmadığı üçün onları əldə edib məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə X9 müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə məhkəmə tikinti- texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli və ##.##.2026-cı il tarixli məktubları ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixində məhkəməyə daxil olmuş məlumatına əsasən ekspertizasının aparılmasından imtina edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 469.0 kv.m təşkil edir. İddiaçı tərəfindən istifadəsində olan faktiki göstərilən (469.0 kv.m) torpaq sahəsinin sərhədləri şərtidir və həmin torpaq sahəsinin bir hissəsinə qonşu qarajına giriş- çıxış kimi istifadə edir. İddiaçı yerdə qalan hissəsinin (131.0 kv.m) qonşu tərəfindən hasarlanaraq istifadə etdiyini idda edir. Sözügedən sahədə qaraj tikilisi var. İddia edilən 131.0 kv.m torpaq sahəsinin 68.0 kv.m hissəsi ************ reyestr nömrəsi ilə qonşunun (cavabdeh2) xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə daxil olmaq mümkün olmadı. Bundan əlavə torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını təyin etmək mümkün deyildir. Faktiki olaraq göstərilən (istifadə olunan) 469.0 kv.m torpaq sahəsinin üzərində su quyusu, nasosxana və anbar tikilisi mövcuddur. Qeyd olunan qurğu və tikililərin iddiaçıya aid olubolmamasını müəyyən etmək mümkün olmadı. Sözügedən torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yol tərəfdən hasardan 2.0 metr məsafədən 325.0 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçir. Həmçinin sahədən 50.0 metr məsafədə ləğv olunmuş neft quyusunun məlumatı var. Sahəyə dair cizgi və ya sxem əlavə edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. Baş planda qeyd olunan 68.0 kv.m olan hissə ************ reyestr nömrəli torpaq sahəsinin bir hissəsidir.
7. Əmlak Məslələri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsi giriş 22 A torpaq sahəsi cavabdeh2 Ağadadaş oğlunun mülkiyyətindədir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə Üzeir oğlu apellyasiya şikayətinə etiraz etmiş və cavabdeh cavabdeh2 Ağadadaş oğlunun adına qanunsuz olaraq çıxarış alındığını qeyd etməklə, şikayətin təmin edilməməsini xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Balakişiyev İlqar Ağadadaş oğlu, maraqlı şəxs "xxxx” Publik Hüquqi şəxsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki mülki mübahisə zamanı iddia edilən torpaq sahəsinin iddiaçıya aidiyyəti baxımından qətnamənin tam yoxlanılması zərurəti nəzərə alınaraq ilk növbədə iddiaçının mübahisə edilən əraziyə subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hanı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 103.2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. 103.3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. 103.4. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. 103.5. Rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər. 108. Torpaq mübahisələrinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasını dayandırır. 108.2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin torpaq mübahisəsinə dair qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 108.3. Torpaq mübahisələrinə dair qərarların icrası qərar çıxaran orqan və ya yuxarı orqan tərəfindən dayandırıla və ya onun müddəti uzadıla bilər. 111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
16. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.2-1. Hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
17. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi yalnız ziddiyyətli dəlillərə və mötəbərliyi təsdiq edilməyən sübutlara əsaslanaraq (müəyyən edilməmiş hallardan irəli gələrək) və çəkişmə prinsipini pozmaqla səhv nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Bakı şəhəri, Xəzə rayonu, Buzovna qəsəbəsi, E.Bünyadov küçəsi ev 4A Balakişiyev İlqar Ağadadaş oğlunun adına, Elşad Bünyadov küçəsi giriş 22 A torpaq sahəsi cavabdeh2 Ağadadaş oğlunun mülkiyyətindədir. İddiaçının isə dövlət reyestrində qeydə alınmış əmlak hüquqlarını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Apellyasiya icraatı zamanı əlavə araşdırma zamanı da iddiaçının iddia etdiyi torpaq sahəsinin ona aidiyyətinin müəyyən etmək mümkün olmamış, mütəxəssisə torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənədin göstərilən sahənin, qurğu və tikililərin iddiaçıya aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 469.0 kv.m təşkil edir. İddiaçı tərəfindən istifadəsində olan faktiki göstərilən (469.0 kv.m) torpaq sahəsinin sərhədləri şərtidir və həmin torpaq sahəsinin bir hissəsinə qonşu qarajına giriş- çıxış kimi istifadə edir. İddiaçı yerdə qalan hissəsinin (131.0 kv.m) qonşu tərəfindən hasarlanaraq istifadə etdiyini idda edir. Sözügedən sahədə qaraj tikilisi var. İddia edilən 131.0 kv.m torpaq sahəsinin 68.0 kv.m hissəsi ************ reyestr nömrəsi ilə qonşunun (cavabdeh2) xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə daxil olmaq mümkün olmadı. Bundan əlavə torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını təyin etmək mümkün deyildir. Faktiki olaraq göstərilən (istifadə olunan) 469.0 kv.m torpaq sahəsinin üzərində su quyusu, nasosxana və anbar tikilisi mövcuddur. Qeyd olunan qurğu və tikililərin iddiaçıya aid olubolmamasını müəyyən etmək mümkün olmadı. Sözügedən torpaq sahəsi ilə bağlı koordinatları əks etdirən baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin yol tərəfdən hasardan 2.0 metr məsafədən 325.0 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçir. Həmçinin sahədən 50.0 metr məsafədə ləğv olunmuş neft quyusunun məlumatı var. Sahəyə dair cizgi və ya sxem əlavə edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmadı. Baş planda qeyd olunan 68.0 kv.m olan hissə ************ reyestr nömrəli torpaq sahəsinin bir hissəsidir.
20. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiası təmin edilməməlidir. İzah edilməlidir ki, iddiaçı ilk olaraq öz mülkiyyət hüququna gözləntisi olan iddia edilən əmlak hüquqların müvafiq dövlət reyestrində qeydə alınması üçün inzibati icraat qaydasında müraciətlər etməli və dövlət reyestrə məsul inzibati orqanın mərzlənmə və sair vəzifələr yerinə yetirilən zaman çatışmazlıqların aradan qaldırılması və reyestrdə düzəlişlərin aparılması ilə əlaqədar səlahiyyətlər həyata keçirilməlidir. Hazırki mülki icraat həddində müvafiq inzibati orqanı öz vəzifələrinin həyata keçirilməsini məcbur etmək isə səlahiyyətlərin aşması (diskression və ya dispozitiv imkandan sui-istifadə) kimi qiymətləndirilə bilər.
21. Tələb olmadığından apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər Balakişiyev İlqar Ağadadaş oğluna və cavabdeh2 (maraqlı şəxs Maraqlı şəxs Publik Hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsinə) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (yüz) manat iddiaçı İddiaçı tutularaq X13 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.