Məhkəmə qərarları › İş №2(103)-6463/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6463/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6463/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdehqarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2680/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019- cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********22720 olan X4 markalı telefon üçün 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə gözəşt olunaraq 127 (yüz iyirmi yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********96743 olan İphone 11 Pro Max markalı telefon üçün 2805 (iki min səkkiz yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 280 (iki yüz səksən) manat cərimə pulu, ümumilikdə, 4488 (dörd min dörd yüz səksən səkkiz) manat borc və 64,88 (altmış dörd manat səksən səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********22720 olan X4 markalı telefon və İMEİ kodu **********96743 olan İphone 11 Pro Max markalı telefon almış və nəticədə 4488 (dörd min dörd yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat (yəni 18 ay x 221 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********22720 olan X4 markalı telefon üçün ümumilikdə, 1403 (bir min dörd yüz üç) manat olmaqla ondan 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə gözəşt olunaraq 127 (bir yüz iyirmi yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4775 (dörd min yeddi yüz yetmiş beş ) manat (18 ay x 255 manat - 185 manat ilkin ödəniş) olan, İMEİ kodu **********96743 olan İphone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 3085 (üç min səksən beş) manat olmaqla ondan, 2805 (iki min səkkiz yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 280 (iki yüz səksən) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4672 (dörd min altı yüz yetmiş iki) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2680/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, 127 (bir yüz iyirmi yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2805 (iki min səkkiz yüz beş) manat ödənilməmiş hissə, 280 (iki yüz səksən) manat cərimə, ümumilikdə 4488 (dörd min dörd yüz səksən səkkiz) manat borc və 64,88 (altmış dörd manat səksən səkkiz qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 462.1, 463.1, 465.2, 600.1 və 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz mülki hüquqlarından sui istifadə edərək, həddən artıq şişirdilmiş məbləğin cavabdehdən ödənilməsini tələb edir. Cavabdeh öhdəliklərin icrasından yayınmamışdır və cavabdeh tərəfindən müqavilə üzrə müvafiq ödənişlər olmuşdur. Sadəcə üzrlü səbəbdən müəyyən gecikmələr olmuşdur və bu barədə iddiaçıya məlumat vermişdir. Lakin iddiaçı mülki hüquqlarından sui istifadə etmiş, cavabdeh tərəfindən ödənilmiş məbləğləri nəzərə almadan, müqavilə şərtlərinə zidd faizlər hesablamaqla cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə iddiaçı cavabdehə maddi ziyan vurulmasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərini pozulmasına səbəb olmuşdur. İş materiallarından göründüyü kimi məhkəmə müvafiq mühasibatlıq ekspertizası təyin edərək, cavabdehdən tələb olunan məbləğin əsaslı olub-olmamasını və faiz borclarının düzgün hesablanmasını təmin etməmişdir. Yalnız iddiaçının verdiyi məlumatlara əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

8. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

9. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

10. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

11. Maddə 462.1 dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

12. Maddə 463.1 dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır;

13. Maddə 465.2 əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;

14. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

15. Maddə 600.4 əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

16. Maddə 601.1 əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Maddə 394-1.3. kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2680/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir.

28. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********22720 olan X4 markalı telefon üçün 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə gözəşt olunaraq 127 (yüz iyirmi yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********96743 olan İphone 11 Pro Max markalı telefon üçün 2805 (iki min səkkiz yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 280 (iki yüz səksən) manat cərimə, ümumilikdə, 4488 (dörd min dörd yüz səksən səkkiz) manat borc və 64,88 (altmış dörd manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.

29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən öz mülki hüquqlarından sui istifadə edildiyini, həddən artıq şişirdilmiş məbləğin cavabdehdən ödənilməsini tələb etdiyini, cavabdeh öhdəliklərin icrasından yayınmadığını qeyd etsə də, iş materialları ilə bunun tam əksi sübut olunur. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********22720 olan X4 markalı telefon üçün 1276 (bir min iki yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə gözəşt olunaraq 127 (bir yüz iyirmi yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********96743 olan İphone 11 Pro Max markalı telefon üçün 2805 (iki min səkkiz yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 280 (iki yüz səksən) manat cərimə, ümumilikdə, 4488 (dörd min dörd yüz səksən səkkiz) manat borc və 64,88 (altmış dörd manat səksən səkkiz qəpik) manat dövlət rüsumu olmaqla borc yaranmışdır.

30. Kollegiya apellyasiya şikayətinin mülki iş üzrə ekspertiz keçrilməsi ilə bağlı dəlilini də əsaslı hesab etmir. Belə ki, iş materialları ilə cavabdehin iddiaçıya olan borcu tam təsdiq edilir və cavabdeh bu halın əksini təsdiq edəcək hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri onun müqavilə üzrə üzərinə götürmüş öhdəliyin yerinə yetirilməsindən azad etmir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2680/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar