Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6464/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh və X21 arasında bağlanmış 27.05.2009-cu il tarixli 274 №-li, X16 ilə bağlanmış 27.05.2009-cu il tarixli 275 №-li, X10 ilə bağlanmış 27.05.2009cu il tarixli 276 №- li, X20 ilə bağlanmış 27.05.2009-cu il tarixli 277 №-li və X2 bağlanmış 27.05.2009-cu il tarixli 278 №-li "Kredit müqavilələri”nin etibarsız hesab edilməsi, cavabdeh və X20 ilə bağlanmış 27.05.2008-ci il tarixli 65 №-li "İpoteka müqaviləsi”nin etibarsız hesab edilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış (tarixi qeyd olunmayan) 01 №-li “Razılaşma”nın etibarsız hesab edilməsi, 09.12.2019-cu il tarixdə iddiaçıdan cavabdeh tərəfindən alınmış 18.750 ABŞ dolları məbləğində pul, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, mərhum X11 arvadıdır. Murad Babayev 22 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. 05.06.2012-ci il tarixdə iddiaçı mərhumun yeganə hüquqi varisi kimi tanınmışdır. Bu barədə iddiaçının adına Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən mərhum ərindən qalan miras əmlak, ona məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsidir. Sözügedən şəhadətnamə əsasında torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə adına ********** nömrəli çıxarış verilmişdir. 2019-cu ilin dekabr ayında pula ehtiyacı olduğuna görə, sözügedən torpaq sahəsini özgəninkiləşdirmək qərarına gəlmişdir. Həmin əmlaka dair alğı-satqı müqaviləsi bağlamaq istərkən müəyyən edilmişdir ki, torpaq sahəsi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı iddiaçı, cavabdehə müraciət etmişdir. Cavabdehdən iddiaçıya bildirilmişdir ki, mübahisəli torpaq sahəsinə dair güya mərhum əri Murad Babayev və Bank arasında 27.05.2008-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən torpaq sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsində göstərilmişdir ki, müqavilə Bankla (mərhum ərinin tanışı) X21 arasında bağlanmış 27.05.2009-cu il tarixli 274 №-li, (əvvəllər tanımadığı) X16 ilə bağlanmış 27.05.2009-cu il tarixli 275 №-li, (əvvəllər tanımadığı) X10 ilə bağlanmış 27.05.2009-cu il tarixli 276 №-li, habelə mərhum əri ilə bağlanmış 27.05.2009-cu il tarixli 277 №-li və (qardaşı) X2 bağlanmış 27.05.2009-cu il tarixli 278 №-li kredit müqavilələri üzrə borcalanlar tərəfindən götürülmüş öhdəliklərin icrasının təminatı kimi bağlanmışdır. Bank və mərhum əri arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından iddiaçının ümumiyyətlə məlumatı olmamışdır. Mərhum, cavabdehdən kredit borcu götürməsi barədə evdə heç bir söz danışmamışdır. Bank tərəfindən iddiaçıya 2020-ci ilin sentyabr ayında ipoteka müqaviləsinin surəti verilsə də, çoxsaylı təkidlərinə baxmayaraq kredit müqavilələrinin verilməsindən imtina edilmişdir. O vaxt təcili pul vəsaitinə ehtiyacı olduğuna görə, torpaq sahəsinin satılması üçün əmlakın ipotekadan azad edilməsini xahiş etmişdir. Bankda isə iddiaçıya göstərilən kredit müqavilələri üzrə yaranmış yalnız əsas borcun ödənilməsi təqdirdə torpaq sahəsinin ipotekadan azad edilməsinə razılıq verəcəklərini bildirmişlər. İddiaçı da çıxılmaz vəziyyətdə olduğundan təklif olunan şərtlərlə müqavilə bağlanmasına razılıq vermişdir. Beləliklə də, Bank iddiaçını aldadarıq, onun ağır vəziyyətdə olmasından istifadə edərək, qeyd olunan kredit müqavilələri üzrə pul öhdəliklərini öz üzərinə götürməsi barədə 01 saylı razılaşma imzalamağa məcbur qalmışdır. Həmin Razılaşmanı bu yaxınlarda çoxsaylı təkidlərindən sonra 2020-ci ilin sentyabr ayında əldə etmişdir. Razılaşmanı oxuyanda iddiaçıya məlum olmuşdur ki, iddiaçı, Samir Hüseynliyə, İsmayıl Məmmədova və Teymur Bağırova ayrı-ayrılıqda hesablanmış 5.000 ABŞ dolları, Vladimir Naumovla hesablanmış 1.250 ABŞ dolları, Murad Babayevə hesablanmış 2.500 ABŞ dolları məbləğində borcu ödəməyi, Bank isə kredit müqavilələri üzrə faiz borcunu bağışlayacağını, habelə mübahisəli torpaq sahəsini ipotekadan azad etməyi barədə öhdəliklər götürmüşlər. Razılaşma bağlandıqdan sonra iddiaçı 09.12.2019-cu il tarixdə Banka cəmi 18.750 ABŞ dolları məbləğində pul ödəmişdir. Halbuki, mərhum əri cavabdeh Bankla kredit müqaviləsi bağlamasından və onun Banka borcu olmasından iddiaçıya heç bir məlumat verməmişdir. Daha sonra Bank torpaq sahəsi üzərində məhdudiyyəti götürdükdən sonra 13.12.2019-cu il tarixdə iddiaçı ilə X17 arasında torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Bu yaxınlarda, 2020-ci ilin yay aylarında iddiaçı, cavabdeh Banka əvəzinə 5.000 ABŞ dolları məbləğində ödədiyi Samir Hüseynli ilə rastlaşmış və söhbət əsnasında iddiaçıya məlum olmuşdur ki, Bank iddiaçını aldatmış, heç bir hüquqi əsas olmadan iddiaçıdan cəmi 18.750 ABŞ dolları məbləğində pul almışdır. Belə ki, Samir Hüseynlinin iddiaçıya bildirdiklərinə görə, onunla cavabdeh Bank arasında 27.05.2009-cu il tarixdə 274 №-li kredit müqaviləsi bağlanmamış, o Bankdan hər hansı məbləğdə borc almamışdır. 2017-ci il tarixdə isə Bankdan ona zəng edilərək, onunla Bank arasında bir il müddətinə 27.05.2009-cu il tarixli 274 №-li kredit müqaviləsinin bağlandığını, həmin müqavilə üzrə onun ödənilməmiş borcunun olduğu bildirilmiş və borcun ödənilməsi ondan tələb olunmuşdur. Samir Hüseynli isə Bank qarşısında hər hansı öhdəlik götürmədiyinə görə, yaranmış mübahisə ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və onunla bağlanması qeyd olunan 27.05.2009-cu il tarixli 274 №-li kredit müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə pul öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Samir Hüseynovun iddiası əsasında başlanmış mülki işin məhkəmə baxışı zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 27.05.2009- cu il tarixli 274 №-li kredit müqaviləsi üzrə güya cavabdeh Bank tərəfindən Samir Hüseynliyə 5000 ABŞ dollarının ödənilməsi barədə kassa məxaric orderindəki imza Samir Hüseynliyə deyil, başqa şəxsə aiddir. Bunları müəyyən edən Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.11.2017-ci il tarixli 2(006)-1070/2017 saylı qətnamə ilə Samir Hüseynli və Cavabdeh ASC arasında bağlanmış 27.05.2009-cu il tarixli 274 №-li kredit müqaviləsinin ləğv edilməsini, X18rşısında yaranmış pul öhdəliyinə xitam verilməsini qət etmişdir. Samir Hüseynlinin iddiaçıya bildirdiklərindən və göstərilən məhkəmə qətnaməsinin surətini 2020-ci ilin avqust ayında iddiaçıya verdikdən sonra, iddiaçı, qardaşı Vladimir Naumovla əlaqə saxlayaraq, "Kapital Bank” ASC-dən hər hansı məbləğdə borc alıb-almadığı barədə soruşmuşdur. Lakin qardaşı iddiaçıya bildirmişdir ki, o da, Bankdan hər hansı məbləğdə borc pul vəsaiti almamışdır. Bundan sonra cavabdeh Bank tərəfindən imzalamağa məcbur edildiyi 01 №-li Razılaşmada adları qeyd olunan Teymur Bağırov və İsmayıl Məmmədovu tapmağı cəhd etsə də, cəhdləri uğurla nəticələnməmişdir. Bundan sonra "Kapital Bank” ASC-yə gedərək, ipoteka müqaviləsini, kedit müqavilələrini və razılaşmanı tələb etmişdir. "Kapital Bank” ASC-dən həmin sənədlərin surətlərini 2020-ci iilin sentyabr ayında uzun sürən get-gəldikdən sonra əldə etmişdir. İddiaçıya həmin sənədlərin yalnız kserosurətləri verildiyinə görə, sənədlərin əslinin əldə etmək üçün Banka və Notariat Kontoruna müvafiq sorğular ilə müraciət etmişdir. İddiaçıya məlum olmuşdur ki, 27.05.2009-cu il tarixdə cavabdeh X25 arasında 274 №-li, Teymur Bağırov arasında 275 №-li, İsmayıl Məmmədov arasında 276 №-li, Murad Babayev arasında 277 №-li, Vladimir Naumov arasında 278 №-li müqavillər bağlanmamış, həmin müqavilələr üzrə müqavilələrdə borcalan kimi adları qeyd edilən şəxslərə borc verilməmişdir. Bunlardan başqa, iddiaçıya verilən məlumatlardan bəlli olur ki, sözügedən kredit müqavilələrində müqavilələrin bağlandığı tarix - "27.05.2009-cu il” qeyd olunmuş, müqavilələrin qüvvədə olma müddəti isə bir il müəyyən edilmişdir. Göründüyü kimi, bütün bunlardan təfərrüatı ilə məlumatlı olan cavabdeh Bank, iddia müddəti artıq 9 il keçməsinə baxmayaraq, saxta müqavilələr üzrə iddiaçıya 09.12.2019-cu il tarixdə Banka cəmi 18.750 ABŞ dolları məbləğində pul ödətdirmişdir, iddiaçının hesabına Bank əsassız olaraq varlanmış, iddiaçının pulumnu mənimsəmiş, ələ keçirmişdir. Kredit müqavilələrinin heç olmasa kserosurətlərinin iddiaçıya təqdim edilməsi barədə dəfələrlə cavabdeh Banka müraciət etsə də, iddiaçıya bu müqavilələr təqdim edilməmişdir. Bank müqavilələrin saxğalaşdırılmasından çox gözəl məlumatlı olduğuna görə, həmin sənədləri iddiaçıya təqdim etmək istəməmişdir. Beləliklə də, qeyd etdiyi halların hamısı onu təsdiq edir ki, cavabdeh "Kapital Bank” ASC və cavabdeh X27 arasında bağlanmış 27.05.2009-cu il tarixli 274 №-li, Teymur Bağırov arasında bağlanmış 27.05.2009-cu il tarixli 275 №-li, İsmayıl Məmmədov arasında bağlanmış 27.05.2009-cu il tarixli 276 №-li, Murad Babayev arasında bağlanmış 27.05.2009-cu il tarixli 277 №-li, Vladimir Naumov arasında bağlanmış 27.05.2009-cu il tarixli 278 №-li müqavilələr məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Bunlardan başqa, mərhum əri Murad Babayev və cavabdeh Bank arasında bağlanması qeyd olunan 27.05.2008-ci il tarixli 65 №-li ipoteka müqaviləsi də etibarsız əqdir. Həmin razılaşmaya iddiaçı oxumadan imza etmişdir. O sənədi imzalayarkən iddiaçı üçün vacib olan - pul lazım olduğuna görə evini, torpağını satmaq olmuşdur. Bank da iddiaçının rus milliyətindən olmasını, azərbaycan dilində oxuya və danışa bilmədiyindən çox məharətlə istifadə edərək, teztələsik razılaşmanı iddiaçlıya imzalatdırmışdır. Belə ki, ipoteka müqaviləsindən görünür ki, həmin müqavilənin bağlanma tarixi "27.05.2008-ci il” göstərilmişdir. Düzdür mülki qanunvericilikdə ipoteka hüququnun həm mövcud, həm də gələcək tələb üçün verilməsini qadağa edən norma yoxdur. Lakin müqavilənin 1.4-cü bəndindən görünür ki, ipoteka ilə yüklü edilən torpaq sahəsi, 27.05.2009cu il tarixdə imzalanmış 274 №-li, 275 №-li, 276 №-li, 277 №-li, 278 №-li kredit müqavilələri üzrə ayrı-ayrılıqda götürülmüş 5.000 ABŞ dolları məbləğində borcun qaytarılmasının təminatıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olaraq, iddia tələbinin təmin edilməsinə yönəldilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən, cavabdehin nümayəndəsi X22 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, 06.12.2019-cu il tarixli 01 saylı Razılaşmanın surətindən görünür ki, iddiaçı, X14 5000 ABŞ dolları, X9 5000 ABŞ dolları, X4 5000 ABŞ dolları, X11 2500 ABŞ dolları və X3 1250 ABŞ dolları kredit borclarını razılaşma imzalandığı tarixdən 5 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. 27 may 2009-cu il tarixli 65 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, müqavilə cavabdeh ilə X20 arasında bağlanmış və müqaviləyə əsasən X11 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsi 27 may 2009-cu il tarixli 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələri üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 27 may 2009-cu il tarixli 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələrinin surətlərindən görünür ki, kredit müqavilələri cavabdeh ilə müvafiq olaraq X21, X16, X10, X20 və X2 bağlanmış və müqavilələrə əsasən cavabdeh tərəfindən X19 5000 ABŞ dolları, X12 5000 ABŞ dolları, X7 5000 ABŞ dolları, X15 2500 ABŞ dolları və X5 1250 ABŞ dolları məbləğlərində kreditlər verilmişdir. 09.12.2019-cu il tarixli 5 ədəd qəbzin surətlərindən müəyyən olunur ki, iddiaçşı tərəfindən X14 5000 ABŞ dolları, X9 5000 ABŞ dolları, X4 5000 ABŞ dolları, X11 2500 ABŞ dolları və X3 1250 ABŞ dolları məbləğlərində kredit borcları cavabdehin hesabına ödənilmişdir. Bundan başqa iddiaçı ilə X20 arasında 03.06.2008-ci il tarixdə nikah bağlanmışdır. X20 16.09.2010-cu il tarixdə ölmüşdür. 05.06.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçı, X11 vərəsəsidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı 20.11.2017-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X14 Cavabdeh "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 27 may 2009-cu il tarixli 274 saylı kredit müqaviləsi ləğv edilmiş və iddiaçı X14 Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında həmin kredit müqaviləsi üzrə pul öhdəliyinə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli 2(006)-2685/2020 saylı qətnaməsi ilə İddiaçı X1 qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən görünür ki, S.Hüseynlinin bank qarşısında hər-hansı öhdəliyi mövcud olmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04.12.2019-cu il tarixli Ərizədən müəyyən olunur ki, X14, X9, X4 və X3 adlarına rəsmiləşdirilmiş kreditlərin onlarla heç bir əlaqəsi yoxdur və həmin kreditlər əri X15 məxsusdur. Eyni zamanda iddiaçı həmin kreditlərin öhdəliyini üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı cavabdeh ilə X21, X16, X10 və X8 arasında bağlanmış "Kredit müqavilələri”ni mübahisələndirmək hüququna malik deyildir. İddiaçı, vərəsəsi olaraq yalnız X20 ilə cavabdeh arasında bağlanmış kredit və ipoteka müqavilələrini mübahisələndirmək hüququna malikdir. Bu halda iddiaçı tərəfindən həmin müqavilələri mübahisələndirmək üçün iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. İddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini isə ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Bundan başqa Məhkəmə iddia tələbinin 18.750 ABŞ dolları məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, həmin borcun ərinə məxsus olmasını etiraf etmiş, müqavilə ilə borcun ödənilməsi öhdəliyini üzərinə götürməklə ödəmişdir. Buna görə də ödənilmiş 18.750 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən cavabdehdən tələb oluna bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı 20.11.2017-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X14 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 27 may 2009-cu il tarixli 274 saylı kredit müqaviləsi ləğv edilmiş və iddiaçı X14 Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qarşısında həmin kredit müqaviləsi üzrə pul öhdəliyinə xitam verilmişdir. Buna baxmayaraq, bank tərəfindən iddiaçıya X14 bank qarşısında öhdəliyinin olması bildirilmiş və 09.12.2019-cu il tarixli qəbzlə iddiaçı tərəfindən X14 olmayan öhdəliyi üzrə 5.000 ABŞ dolları məbləğində pul vəsaiti qəbul etmişlər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Kollegiya hesab edir ki, “06.12.2019-cu il tarixli 01 saylı Razılaşma” X19 münasibətdə etibarsız hesab edilməli, cavabdeh iddiaçının hesabına əsassız olaraq varlandığından həmin 5.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq, İddiaçı ödənilməlidir. Kollegiya qeyd edir ki, qanunvericilikdə əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia müddəti müəyyən edilsə də, iddiaçı S.Hüseynliyə münasibətdə üzərinə götürdüyü öhdəlik üzrə məhkəmə mübahisələri başlanmış, buna dair məhkəmə qətnaməsi qəbul edilmiş və qüvvəyə minmişdir. İddiaçının pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanğıcını düzgün müəyyənləşdirməmiş, iddiaçının məhkəməyə müraciət üçün müddətin buraxılıb-buraxılmaması, buraxılıbsa, bunun üzürlü səbəbdən baş verib-verməməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə qəbul etdiyi qətnaməni yalnız iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Halbuki, kollegiyanın qənaətinə görə iddia müddətinin ötürülməsindən asılı olmayaraq işə baxan məhkəmə iddia tələblərinin qanuniliyinə də hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Belə olan halda qeyd olunan mübahisə üzrə tərəflər arasında məhkəmə mübahisələri olduğundan kollegiya hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, kollegiya hesab edir ki, iddia tələbi qalan hissəsədə təmin edilə bilməz. Belə ki, iddiaçı mübahisəli razılaşmanı imzalayaraq, bank qarşısında digər borcluların öhdəliklərini üzərinə götürmüşdür. Digər borcluların bank qarşısında olan öhdəliklərinin icra edilməsi və ya mövcud olmaması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməli, “06.12.2019-cu il tarixli 01 saylı Razılaşma” X19 münasibətdə etibarsız hesab edilməli, cavabdeh "xxxx" ASC-dən 5.000 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. “06.12.2019-cu il tarixli 01 saylı Razılaşma” X19 münasibətdə etibarsız hesab edilsin. Cavabdeh "xxxx" ASC-dən 5000 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6464/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6464/2021
13.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver