Məhkəmə qərarları › İş №2(103)-647/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-647/2025

19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-647/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı mülki iş üzrə (açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X19 ibarət tərkibdə, Şadiyev Namik Ənvər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (oğlu) Nümayəndə və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1043/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 035467 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 7-ci Xreptovıy küçəsi 8 saylı (hazırda S.Dadaşov küçəsi ev 20) fərdi yaşayış evinin 2\3 hissəsinə X3, 1\3 hissəsinə X8 mülkiyyət hüquqları xx.xx.1957-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli AZ 133880 saylı evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X37 ilə X38 xx.xx.1969-cu il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli İV- JQ 270333 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X38 xx.xx.1992-ci il tarixdə ölmüşdür. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti olan mərhum X6 (1962-ci ildə vəfat etmişdir) məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (oğlu) X21 miras payıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 E saylı fərdi yaşayış evinə dair X21 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti olan mərhum X29 məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (qızı) Cavabdeh2 miras payıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 E saylı fərdi yaşayış evinə dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39 və X40 cəlb edilməklə cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” tələbinə dair iddiası iddia tələbi üzrə subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)13595/2018 nömrəli qətnaməsinə əsasən, şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-13595/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi miras payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” hissəsinə aid olan hissədə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 4004/2024 saylı qərardadına əsasən şikayət təmin edilməmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7024/2019 saylı qətnaməsinə əsasən, iddia təmin olunaraq xx.xx.1931-ci il təvəllüdlü X15 xx.xx.1960cı il tarixdə Bakı şəhərində doğlumuş X17 atası olması faktı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında iddia tələbinin hüquqi və faktiki əsasları məhkəməyə aydın şəkildə təqdim edilməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, İddiaçı iddia edir ki, mübahisə predmeti olan ünvan 1 ünvanı onun nənəsi X30 miras əmlakıdır. İddiaçı məhkəmə iclasınında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1043/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. İddiaçı tərəfindən aktiv sübutetmə prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin dəlilləri əsaslandırılmamış, hətta tələb üzrə faktiki münasibətlər barədə də məhkəməyə sənəd, sübut və ya materiallar təqdim edilməmişdir. İddiaçı məhkəmədən müstəqil araşdırma aparılmasını tələb etsə də, sözügedən tələbin mülki prosessual qanunvericiliyin prinsiplərinə zidd olması (məhkəmə mülki prosesdə tərəf ola bilməz və yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar qəbul etməlidir) ilə yanaşı ümumiyyətlə nəzərdə tutduğu araşdırma istiqamətləri barədə məhkəməyə şifahi də olsa vəsatət verməmiş, bu barədə fikir bildirməmişdir. Məhkəmənin tərəflər, qohumlar arasında uzun illər əvvəl mövcud olmuş hüquqi və ya faktiki vəziyyətlə bağlı hər hansı məlumatı olmadan öz təşəbbüsü ilə araşdırma aparması ağlabatan deyildir. Odur ki, məhkəmə istəsə belə araşdırma aparmaq istiqamətini müəyyən edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan məhkəmə mülki iş üzrə icraata sözügedən hissədə xitam verilməsini və bu barədə ayrıca qərardad qəbul edilməsi əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi (məhkəmə təcrübəsini müəyyən edən müvafiq üç ulduzlu qərar) əsas götürməklə etibarsızlıq və ləğv anlayışlarına formal əsaslarla yanaşmır, hər ikisinin mahiyyəti üzrə eyni xarakterli və eyni hüquqi nəticələrə səbəb olduğunu nəzərə alır. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1151.1, 1151.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1043/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2024-ci il tarixli 2(004)-1043/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı notariat kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnamənin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Qətnamə belə əsaslandırılmışdır ki, nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında iddia tələbinin hüquqi və faktiki əsasları məhkəməyə aydın şəkildə təqdim edilməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, İddiaçı iddia edir ki, mübahisə predmeti olan ünvan 1 ünvanı onun nənəsi X31 miras əmlakıdır. Qeyd edir ki, 23 fevral 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin həcminin artırılmasına dair ərizə və ona əlavə etdiyi sənədlərin surətlərindən iddia tələbinin hüquqi və faktiki əsasları məhkəməyə aydın şəkildə təqdim edilmişdir. Məhkəmə iclasılarında geniş şifahı izahatlar da verilmişdir. Belə ki, əlavə edilmiş sənədlərin biri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddiaçı X21 cavabdeh X52 və qeyrilərinə mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin, vərəsəliyin, mülkiyyət hüquqların və payın müəyyən edilməsi, çıxarılma, köçürülmə və öz başına inşa edilmiş tikintilərin sökülməsi haqqında qarışıqlı iddia ərizəsinin ikinci vərəqində göstərilib ki, miras qoyan X2 (1962-ci ildə vəfat etmişdir) vəfatından sonra aşağıda qeyd olunan birinci növbədə vərəsələri qalmışlar. 1. əri – X37 – xx.xx.1981-ci ildə vəfat etmişdir. 2. oğlu – X35 – xx.xx.2004-cü ildə vəfat etmişdir. Varisi – X42. 3. oğlu – X39. 4. oğlu – X40. 5. qızı – X22. 6. qızı – X23. Həmin iddia ərizəsini iddiaçılar X40, X42, X39, X22 öz imzaları ilə təsdiq ediblər. Həmin ərizəyə notariat qaydasında təsdiq olunmuş vərəsəliyə aid olunan bütün sənədlərin surətlərini qoşma edərək məhkəməyə təqdim ediblər. Məhkəmə iclasında 15 mart 2024-cü il tarixdə məhkəməyə həmin sənədlərin surətlərini təqdim edərək vəsatət vermişdir ki, Yasamal Rayon Məhkəməsinin arxivində olan yuxarda qeyd olunan 2(004)-41/08, 2(103)- 3851/2013 nömrəli X21, X24, cavabdeh Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı işini tələb edib sənədlərə baxış keçirilsin. Vəsatəti təmin olundu, iş tələb edildi. Qeyd edir ki, məhkəmə iclas protokolunda göstərilib ki, həmin sənədləri və sübutları təqdim edəcəkdir. Məhkəmə iclasında 15 aprel 2024-cü il tarixdə sədirlik edən hakim tələb etdiyi işi qaldırıb göstərmiş və demişdir ki, işi məkəmədədir, sonra işlə bağlı sual verib, cavab alıb və qərar qəbul etmək üçün müşavirə otağına qedib. Təqdim etdiyi sübutlarla və Yasamal Rayon Məhkəməsinin arxivində olan yuxarda qeyd olunan 2(004)- 41/08, 2(103)-3851/2013 nömrəli işdə olan sübutlarla tam sübut olunmuşdur ki, X37 X2 əri idi X40 isə və qeyriləri onların uşaqlarıdır. Beləliklə, X37, 1962-ci ildə vəfat etmiş miras qoyan X2 vəfatından sonra birinci növbədə vərəsəsi qalmışdır və həmin evdə qeydiyyatda olmaqla və faktiki yaşamaqla vərəsəliyi faktiki qəbul etmişdir. Bu faktı digər vərəsələr və işdə olan sənədlər (doğun haqqında, nikah haqqında, olüm haqqında şəhadətnamələr və arayışlar) təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MMnin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. MM-nin 1159-cu maddəsinə əsasən birinci növbədə qanun üzrə vərəsələr sayılan-ölənin uşaqları, ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər). X25 mirası qəbul edib və X13 ilə 1969-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onu özü ilə mübahisəli Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 20 nömrəli evinə gətirərək, həmin evə rəsmi qeydiyyata düşüb ömrünün axrına qədər orada yaşamışdır. X25 1981-ci ildə vəfat etmişdir və onun qanun üzrə vərəsəsi nənəsi X44 faktiki olaraq X1 qalmış mirası qəbul etmişdir. Uşaq yaşlarından nənəsi Bilqeyizin himayəsində olmaqla X11 razılığı ilə mübahisəli evə qeydiyyata düşub ailə üzvü kimi yaşayır. Hərbi xidmətdə olduğu vaxt 1981ci ildə İbrahim Cəfərov vəfat etmiş, əsgəri xidmətdən sonra 1983-cü ildən mübahisəli evdə yenidən pasport qeydiyyata alınaraq orada nənəsi Bilqeyizlə yaşamışdır. Sonradan ailə qurmuş, arvadı Təranə və oğlu Fərxad 1988-ci ildən həmin evdə pasport qeydiyyatdadır və həmin ünvanda yaşayırlar. Mübahisəli ev İbrahim Cəfərovun arvadı X4 adına olmuşdur. İbrahim Cəfərovun oğlanları Teymur, Sabir və Əhməd tərəfindən müxtəlif adamlara mirasdan qalan öz paylarını satmışdırlar. Teymur öz payını Qurbanəliyə, Əhməd öz payını Tofiq Əskərova (sonradan Tofiq aldığı hissəni Bilala satmışdır). Sabir öz payını İsmayıl Abdullayevə satmışdır. Həmin vaxtdan onlar mübahisəli evdən qeydiyyatdan çıxıblar ayrı yerlərdə özlərinə ev alıb ora köçüblər. İbrahim Cəfərovun oğlanları öz paylarını satdığı üçün 1970-ci illərdə onun təkidi ilə satdıqları evdən passport qeydiyyatdan çıxmışdırlar. Onun uşaqlarından heç kim həmin mənzildə qalmamışdır və indiyə qədər yaşamırlar. O vaxtdan evin 1/3 hissəsi Qurbanəli Babayevin, 2/3 hissəsində isə İsmail Abdullayev ailəsi ilə, Bilal Zeynalov ailəsi ilə və o, öz aləsi ilə yaşayır. Evdə kommunal xidmətlər və bütün kommunikasiyaya görə xərclər bu üç ailə tərəfindən o vaxtdan bu günə qədər ödənilir. Beləliklə, 45 ildən artıq müddətdə fasiləsiz mübahisəli evdə yuxarda qeyd olunan ailələr yaşayırlar. Son 45 ildir ki, X2 və X11 uşaqları onların sırasında X40, Cavabdeh2 mübahisəli evdə yaşamırlar. X13 1969-cu ildən X25 ilə rəsmi nikaha daxil olduğu vaxtdan mübahisəli Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 20 nömrəli evdə, ömrünün axrına qədər orada qeydiyyatda olmuş, yaşamış və 1992-ci ildə vəfat etmişdir. Onların xəbəri olmadan X40 2016-cı il tarixində Bakı şəhəri 12 saylı Notariat Kontoruna ərizə yazaraq qanunazidd olaraq vərəsəlik hüququ əldə etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mərhum X9 (1962-ci ildə vəfat etmişdir) məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (oğlu) X21 miras payıdır. Yasamal Rayon Məhkəməsinin arxivində olan yuxarıda qeyd olunan 2(004)-41/08, 2(103)-3851/2013 nömrəli mülki işdə olan qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddiaçı X21 cavabdeh X52 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin, vərəsəliyin, mülkiyyət huquqların və payın müəyyən edilməsi, çıxarılma, köçürülmə və öz başına inşa edilmiş tikintilərin sökülməsi haqqında qarışıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin vaxtda qüvvədə olan qanunlara əsasən mirası qəbul edilməsi üçün vərəsəlik açıldığı gündən müəyyən edilmiş 6 ay müddətində notariat kontoruna mirasın qəbul oluması barədə ərizə ilə müraciət etməklə və ya məhkəmənin qətnaməsi ilə əldə etmək olar. X14 54 ildən sonra məhkəmə onun iddiasını rədd edəndən sonra notariat kontorundan ərizə əsasında mübahisəli evə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanunsuz olaraq alır. Sonradan o vəfat edir və həmin mübahisəli ev iş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mərhum X29 məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (qızı) Cavabdeh2 miras payıdır. Beləliklə subut olunur ki, X40 və Cavabdeh2 qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə ediblər. İş materiallarına müvafiq çıxarışlar əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39 və X40 cəlb edilməklə cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” tələbinə dair iddiası iddia tələbi üzrə subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir və həmin qətnamə qüvvədədir. Bunun əsasında məhkəmə hesab edib ki, mülki iş üzrə icraata hissəvi xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əsasən iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə hüquqi qiymət verilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan məhkəmə mülki iş üzrə icraata sözügedən hissədə xitam verilməsini və bu barədə ayrıca qərardad qəbul edilməsi əsaslı hesab edib. Qeyd edir ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş qətnamədən görünür ki, orda iddiaçı X50 oğlu olub. Hazırki iş üzrə isə İddiaçı oğlu keçir. X50 oğlu Yasamal Rayon Məhkəmənin 31 oktyabr 2019-ci il tarixli qətnaməsi ilə X50 oğlunun ərizəsi təmin edildi. 31 oktyabr 1931-ci il təvəllüdlü X26 xx.xx.1960-ci il təvəllüdlü X12 atası olması faktı müəyyən edildi. Bunun əsasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi 20 fevral 2020-ci il tarixdə ona atalığın müəyyən edilməsi haqqında şəhadətnamə vermişdir. Həmin qeydiyyat şöbəsi 11 iyun 2020-ci il tarixdə, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə əsasında X50 oğlu soyadını “Əlimərdanov” dan “Ələkbərov”a, dəyişdirdi. Beləliklə onun tək soyadı dəyişmədi hüququ statusu belə dəyişdi. Ona görə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilmiş 7-66 nömrəli arxiv arayışından görünür ki, X16 anası Bilqeyiz Məmməd-Şəfi qızıdır. Bu da onu təsdiq edir ki, İddiaçı oğlu X50 oğlu ilə eyni tərəf deyil. MM-nin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Həmin qanuna əsasən İddiaçı X18 vərəsəsidir. X16 Bilqeyiz Məmməd-Şəfi qızının oğlu və vərəsəsidir. Bununla belə İddiaçı iddia ərizəsini vermək üçün subyektiv hüququ Yasamal Rayon Məhkəmənin 31 oktyabr 2019-ci il tarixli qətnaməsi qüvvə mindiyi andan yaranıb. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39 və X40 cəlb olunmuşdurlar. Hazırki iş üzrə isə cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Kontoru, Cavabdeh2 və maraqlı şəxlər X45, X32 cəlb olunanlardır. Bu da onu təsdiq edir ki, cavabdehlər də maraqlı şəxslər də fərqlidir, eyni deyillər, iddianın əsası da fərqlidir. Yuxarda göstərinlərə əsasən, Azərbaycan Respublikası MM-nin 1136, 1157, 1159, 1162, 1243, 1270, 1322, 1324-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 357.1, 384.0.2., 388, 389, 390 maddəsinə uyğun olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(004)- 1043/2024 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş ounur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi (oğlu) Nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayıb şikyətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinə rəsmi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29.Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1136. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs öllən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələrdilər. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.

2. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 7024/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Ələkpərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlu ərizəsində 1960-cı ildə anadan olmasını, atası ilə anasının el adəti ilə toy edib evlənmələrini, aralarında rəsmi nikahlarının olmadığından doğum akt qeydləri kitabında atasının adının yazılmamasını, soyadının anasının atası Əlimərdanın adı ilə verilməsini, iki yaşında olarkən atası X66-Rza Seid-Qafar oğlunun vəfat etməsini bildirmişdir. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçının nənəsi X7 İbrahim Cavad oğlu ilə xx.xx.1969-cu il tarixdə nikaha daxil olmuş, xx.xx.1992-ci il tarixdə ölmüşdür. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 E saylı fərdi yaşayış evində uzun müddət yaşamaqla həmin evə dair nənəsindən miras qalan əmlakı faktiki olaraq qəbul etməsini bildirsə də, atası X66-Rza Seid-Qafar oğlunun öz anasından, yəni X20 mirası qəbul etməsi faktını sübuta yetirə bilməmişdir. Bundan başqa iddiaçının atasının və nənəsinin öldüyü vaxtda qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən, qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqları vərəsə ola bilərdi, mirası əldə etmək üçün isə vərəsə onu qəbul etməli idi. İddiaçının təqdim etdyi sübutlardan isə onun atasının 1962-ci ildə, nənəsinin isə 1992-ci ildə ölməsi, yəni X66-Rza Seid-Qafar oğlunun öz anasından hər hansı bir mirası qəbul etmədiyi müəyyən olunur. Göründüyü kimi xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilərkən hazırda qüvvədə olan müki qanunvericiliyin tələblərinə əməl edilmiş, iddiaçı həmin şəhadətlər üzrə miras qoyanların vərəsələri sırasına daxil olmadığından vərəsəliyə çağırılmamışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxarkən Məhkəmə kollegiyası ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdıraraq belə nəticəyə gəlir ki, miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açıldığından, miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bildiklərindən, nəvə isə yalnız mirası qəbul etmiş valideynlərinin vərəsəsi olduğundan iddiaçının hazırkı iddia tələbləri üzrə subyektiv hüququ yoxdur. Odur ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar