Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6475/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən, ümumi sahəsi 59.4 m2 olan qeyri yaşayış sahəsi xx.xx.2006-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2172.3 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələri yanbayan yerləşir. İddiaçının mülkiyyətində olan obyektdən cavabdehin mülkiyyətində olan obyektə dörd pəncərə açılır. Lakin bu pəncərələrin önü bütövlükdə yüngül konstruksiyadan inşa edilmiş divarla qapanmış, divarın üzərində dəmir konstruksiyadan talvar çəkilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 52 nömrəli binanın onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yan fasad divarında bağlanmış 04 ədəd pəncərənin açılması və həmin divarın önünə metal konstruksiyadan montaj olunmuş talvarın sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən 59.4 kv.metrlik qeyriyaşayış sahəsi xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, onun xüsusi mülkiyyətindədir. Göstərilən qeyri-yaşayış sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində keçmiş Məişət Xidmətinin 1 saylı Atelyesinin 1-ci mərtəbəsində yerləşir və hal-hazırda fəaliyyət göstərir. X8 2 mərtəbəli bina olmaqla, 1956-cı ildə inşa edilmiş, həmin binanın 2-ci mərtəbəsi bütünlüklə, 1-ci mərtəbəsinin isə 60 kv.metri dövlət mülkiyyətidir. Son aylar ərazidə qonşuluqda tikinti və quraşdırma işlərini icra edən Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin, eləcə də dövlətin müvafiq qurumlarının rəsmi razılığı olmadan avtomobil təmiri məntəqəsi hüdudlarından kənarda və qeyd edilən ünvanda qanunsuz tikinti işləri aparır. İki obyekt arasında ümumi istifadə üçün nəzərdə tutulmuş sərbəst torpaq sahəsi zəbt olunduğundan ümumilikdə istər binanın ona aid olan hissəsinə və eləcə də iki mərtəbəli binanın dövlət mülkiyyətinə aid olan hissəsinə gediş-gəliş məhdudlaşmışdır. Nəticədə binanın zirzəmisində mövcud olan mülki müdafiə məqsədi daşıyan sığınacaqların qapıları və pilləkən qəfəsinin qapı və pəncərələri tam bağlanmışdır. Bu azmış kimi, qanunsuz tikinti və yenidənqurma işlərinin nəticəsində onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 04 ədəd pəncərəsi tamamilə bağlanmışdır. Obyektin şərq tərəfindən yan fasad divarına müdaxilə etməklə metal konstruksiyalarla montaj işləri görməklə talvar qurulmuşdur. Dəfələrlə tikinti aparan Cavabdeh ilə onun tərəfindən işləri mübahisələri olmasına baxmayaraq, qanunsuz tikinti davam etdirilir. Qanunsuz tikintinin aparılması onun xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinə real təhlükə yaradır və obyekt tamamilə təbii işıqdan məhrum olunmuşdur.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən – S.Miriyeva) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yan divarında Cavabdeh tərəfindən yüngül konstruksiyadan inşa edilən hasarla bağlanmış dörd ədəd pəncərənin açılması, həmin hasarın üzərində dəmir konstruksiyadan inşa edilən talvarın sökülərək əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı, 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən, ümumi sahəsi 59.4 m2 olan qeyri yaşayış sahəsi xx.xx.2006-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2172.3 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələri yanbayan yerləşir. İddiaçının mülkiyyətində olan obyektdən cavabdehin mülkiyyətində olan obyektə dörd pəncərə açılır. Lakin bu pəncərələrin önü bütövlükdə yüngül konstruksiyadan inşa edilmiş divarla qapanmış, divarın üzərində dəmir konstruksiyadan talvar çəkilmişdir.
8. Birinci instanisya məhkəməsi iddianın təmin edilməsi üzrə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan obyektdən cavabdehin obyektinə dörd pəncərə açılır, lakin cavabdeh bu pəncərələrin önünü yüngül konstruksiyadan inşa edilmiş hasarla bağlamış, üzərinə də dəmir konstruksiyadan talvar çəkmişdir. Cavabdeh bütün bu tikinti işlərinin tərəfindən həyata keçirildiyini mübahisələndirmədən qəbul edir. Bununla belə o, qarşı tərəfin iddiasının əksinə, bu tikililərin tam qanuni şəkildə öz mülkiyyətində olan ərazidə inşa edildiyini bildirmişdir. İddiaçı iddiasını tikililərin qanunsuz olması ilə yanaşı, obyektin pəncərələrinin tam bağlanması səbəbindən obyektə daxil olan hava və işığın önünün tamamilə kəsilməsi, eləcə də obyektə gedən kommunikasiya xətlərinin cavabdeh tərəfindən qanunsuz olaraq çəkilmiş hasarın arxasında qalması, bu səbəbdən həm də təhlükəsizliklə bağlı riskli vəziyyətin yaranması ilə əsaslandırmışdır.
9. Tərəfər arasındakı mübahisəli məsələnin həll edilməsi üçün məhkəmə tərəfindən tikintitexniki ekspertiza təyin edilmiş, ekspertin qarşısında cavabdeh tərəfindən tikilmiş hasar və üzərindəki dəmir talvarın cavabdehin iddia etdiyi kimi qanuni əsaslarla inşa edilibedilməməsi, tikinti-texniki tələblərə cavab verib-vernəməsi, hasarla pəncərələr arasındakı boşluqdan kommunikasiya xətlərinin keçib-keçməməsi ilə bağlı suallar qoyulmuşdur. Ekspert tərəfindən tədqiqat predmeti olan tikililərə baxış keçirməklə müvafiq ölçü işləri aparılmış, cavabdehin avtoservis kimi işlətdiyi obyektin faktiki vəziyyəti texniki pasportun göstəriciləri ilə müqayisə edilmişdir. Aparılmış tədqiqatın nəticəsində verilmiş ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış keçirilən zaman sözügedən 52 A saylı qeyri-yaşayış sahəsinin (cavabdehin mülkiyyətində olan) faktiki vəziyyətinin texniki pasportun göstəricilərinə uyğun olmadığı, qeyri-yaşayış sahəsinin daxilində dəyişikliklər edildiyi, texniki pasportda göstərilmiş eyvan tikilisinin daxilində arakəsmə divarının inşa edildiyi, “B” literli keçid otağının qarşısında əlavə talvar tikilisinin inşa edildiyi, həmin otağın qarşısında iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarından 0.1 metr (10 sm) məsafədə yüngül konstruksiyalardan hündürlüyü 4.0 metr olan divar inşa edildiyi, “İİİ” literli dəmir darvazanın sökülərək, əlavə tikinti işləri aparılaraq 2 metr kənarda quraşdırıldığı müəyyən edilmişdir. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarının qarşısında yüngül konstruksiyalardan inşa edilmiş hasar tikilisi ilə fasad divarının arasında kommunikasiya (su, işıq və s.) xətlərinin keçdiyi müşahidə olunmuşdur.
10. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi tikililər (hasar və üzərindəki dəmir talvar) cavabdehin mülkiyyətində olan qeyri-yaşayış obyektinin texniki pasportundakı göstəricilərlə üst-üstə düşmür, bu tikililər sonradan inşa edilmiş, obyektin sahəsi genişləndirilmişdir. Buna baxmayaraq, ekspert rəyində istinad edilmiş Qaydaların (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları) tələblərinə riayət edilməmiş, müvafiq icra hakimiyyəti orqanlarından lazımi rəylər, icazələr alınmamışdır.
11. Bundan əlavə, rəydə qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 52 saylı qeyriyaşayış sahəsinin fasad divarından 0.1 metr (10 sm) məsafədə inşa edilmiş hasar tikilisinin hündürlüyünün 4.0 metr təşkil etdiyi nəzərə alınaraq, həmin hasar tikilisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinin tələbinə əsasən, 52 saylı qeyri-yaşayış sahəsinin fasad divarından 1.0 metr (4x0.25) məsafədə inşa edilməli idi. Hansı ki, Şəhərsalma və Tikinti Məcəlləsinin istinad edilmiş maddəsinə əsasən, binaların xarici divarlarının önündəki ara məsafəsi yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi olmaqla müəyyən edilir.
12. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi hər iki tikili (onun obyektinin pəncərələri boyunca yüngül konstruksiyadan tikilmiş hasar və üzərindəki dəmir talvar) cavabdehin iddia etdiyinin əksinə, qeyri-qanuni şəkildə tikilmişdir.
13. Məhkəmə ekspert rəyi ilə razılaşarkən onu da nəzərə almışdır ki, iş materiallarında olan vətəndaşın müraciətinə cavab məktubundan görünür ki, iş üzrə İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 4-cü Ərazi X5 İdarəsinin əməkdaşları tərəfindən müraciətdə qeyd olunan ünvanda baxış keçirilmiş, müayinə zamanı müraciətdə qeyd edilən faktlar öz təsdiqini tapmış, mövcud vəziyyətlə əlaqədar aidiyyəti müvafiq tədbirlərin görülməsi məqsədilə tərəflərindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktublar ünvanlanmışdır. Hansı ki, sonuncuya ünvanlanmış məktubun surəti də məhkəməyə təqdim edilmişdir. Həmin məktubda açıq şəkildə qeyd edilmişdir ki, qonşu qeyri-yaşayış obyektinin sahibi Ellnur Namazov tikinti norma və qaydalarının tələblərini pozmuş, öz divarını qonşu obyektin divarına birləşdirərək dörd ədəd pəncərə oyuqlarını bağlamışdır. Yekunda xahiş edilmişdir ki, gələcəkdə baş verə biləcək partlayış, yanğın və hər hansı fövqəladə hadisənin qonşu qeyri-yaşayış obyektinə verə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülsün və bu barədə 4-cü Ərazi X5 İdarəsinə məlumat verilsin.
14. Göründüyü kimi, cavabdehin tikinti-texniki tələblərə məhəl qoymadan inşa etdiyi tikililər aidiyyəti orqan tərəfindən yanğın təhlükəsizliyinə risk kimi qiymətləndirilmişdir. Bundan əlavə, mübahisəli hasarla iddiaçının pəncərələri arasında kommunikasiya xətlərinin qapalı vəziyyətdə qalması da riskli vəziyyət yaratmışdır. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin lazımi inzibati prosedura riayət etmədən özbaşına tikdiyi bu tikililər iddiaçının mülkiyyətindəki qeyri-yaşayış sahəsinin pəncərələrinin önünü tam qapamaqla onun hüquqlarına qanunsuz müdaxilə təşkil etmişdir. Odur ki, iddiaçı bu qanunsuz müdaxilə vəziyyətinin aradan qaldırılmasını, yəni iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə məxsus dörd pəncərənin önünün açılmasını və hasarın üzərində dəmir konstruksiyadan inşa edilmiş talvarın sökülərək əvvəlki vəziyyətə qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1, 165.2-ci; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.5, 69.5.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsin və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert qarşısında qoyulmuş 1-ci suala (ünvan 2 ünvanında yerləşən və avtoservis kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının giriş hissəsinin (yan tərəfdən qonşu obyektin pəncərəsini örtən sədd boyunca) yerləşdiyi torpaq sahəsi kimin mülkiyyətindədir? Bu ərazi Cavabdeh mülkiyyətində olan və həmin ünvanda 0.243840 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2172.30 m2 olan qeyri-yaşayış binasının ərazisinə daxildirmi?) ekspert cavab verməmişdir. Bu suala cavab verilməməsi məhkəmənin qəbul etdiyi qətnamənin əsassız olduğunu təstiq edir. Belə ki, mübahisə predmeti kimin mülkiyyətində olması müəyyən edilmədikdə cavabdehin həmin iddiaya aidiyyatı belə mümükünsüzdür, lakin, buna baxmayaraq məhkəmə bu faktları araşdırmadan hazırki qətnaməni qəbul etmişdir. Qeyd edilməlidir ki, məhkəmə ekspert rəyində 2-ci suala cavabı əsas götürmüşdür. Belə ki, ekspert qeyd edir ki, ünvan 2 ünvanında yerləşən və avtoservis kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının giriş hissəsinin (yan tərəfdən qonşu obyektin pəncərəsini örtən sədd boyunca) üzərindən çəkilmiş talvar tikilisinin və binanın giriş hissəsindən 2,0 metr kənarda quraşdırılmış darvazanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Halbuki, Mülki Məcəllənin 176.2-ci maddəsində torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisi ilə arasında olan möhkəm ayırıcı mərz çəkilməsi hüququna malikdir. Məhkəmənin yanaşması ondan ibarətdir ki, guya cavabdeh 4 metr hündürlüyündə mərz çəkərkən (4x0.25) 1 metr ara məsafəsi saxmalı idi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ümumiyyətlə mərzi yoxdur, belə olan halda cavabdehin 1 metr ara məsafəsi saxlamaqla çəkilməklə həyata keçirəcəyi mərz iddiaçının xeyrinə cavabdehin isə ziyanına xidmət etmiş olur. Beləliklə cavabdeh məhkəmənin istinad etdityi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin yerinə yetirdikdə torpaq sahəsi boyunca 1 metr sahəsini iddiaçıya vermiş olur ki, bunda onun hüquqlarının ciddi şəkildə pozumasına və mülkiyyətindən məhrum edilmsinə səbəb olur. Göründüyü kimi, məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin fiziki şəxsin hüquqlarına ziyan vurmasına və onun vəziyyətini pisləşdirməsinə tətbiq edərək həm Konstitusiyanın 149-cu madəsini həmdə Mülki Məcəllənin 7-ci madəsinin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozmuş tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə daha dəqiq 69.5.3-cü bəndinə istinad etmişdir. Lakin Maddənin premabulası başqa münasibətlərdən bəhs edir belə ki, 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmasından bəhs edir. Lakin hazırki vəziyyətdə mabahisə binaların arasında olan məsafədən getmir, bina və mərz (divar) arasında olan məsafədən bəhs edir ki, bu halda Şəhərsalma və Tikinti Məcəlləsinin maddəsinin 69.5.3-cü bəndinin tətbiqi mümükünsüzdür. İşin faktiki hallarında müəyyən edilir ki, məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir, Qeyd edilməlidir ki, iddaiaçya məxsus tikili Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MН № ******* Çıxarışın tarixli xx.xx.2006-cı il kimi qeyd edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsi isə 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Yəni mübahisə predmeti təşkil edən tikililər mübahisə predmetinin yaranması Şəhərsalma və Tikinti Məcəlləsindən illər öncə olmuşdur. Belə olan halda məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsini tətbiq etməli olmadığı halda bunu edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız hesab edilməsini xahiş etmişdir.
Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı tikinti başlanıldığı ilk dövrdə polisə, icra hakimiyyəti, şəhərsalma komitəsi, tikintiyə nəzarət agentliyinə və əmlak komitəsinə müraciət etmişdir. Bina 2 mərtəbəlidir, birinci mərtəbə özəlləşib, ikinci mərtəbə dövlət əmlakıdır. İddia ərizəsində də qeyd etdiyi kimi qanunsuz tikinti və yenidənqurma işlərinin nəticəsində onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 04 ədəd pəncərəsi tamamilə bağlanmışdır. Obyektin şərq tərəfindən yan fasad divarına müdaxilə etməklə metal konstruksiyalarla montaj işləri görməklə talvar qurulmuşdur. Ekspert rəyi hakim tərəfindən qərar qəbul edilərkən nəzərə alınır, apellyasiya şikayətində ekspert rəyinin mötəbər olmadığını bildirməsi qanunsuz və əsassızdır.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxslər akı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də bu barədə hər hansı bir sənəd təqdim etməmişdir. Üçüncü şəxsslər isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.
Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.
24.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Məhkəmə kollegiyasının mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən, ümumi sahəsi 59.4 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2006-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
31. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2172.3 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
32. Tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələri yanbayan yerləşir. İddiaçının mülkiyyətində olan obyektdən cavabdehin mülkiyyətində olan obyektə dörd pəncərə açılır. Lakin bu pəncərələrin önü bütövlükdə yüngül konstruksiyadan inşa edilmiş divarla qapanmış, divarın üzərində dəmir konstruksiyadan talvar çəkilmişdir.
33. İddiaçı cavabdeh tərəfindən aparılmış tikinti işləri nəticəsində iki obyekt arasında ümumi istifadə üçün nəzərdə tutulmuş sərbəst torpaq sahəsi zəbt olunduğundan ümumilikdə istər binanın ona aid olan hissəsinə və eləcə də iki mərtəbəli binanın dövlət mülkiyyətinə aid olan hissəsinə gediş-gəlişin məhdudlaşdığını, eləcə də iddiaçıya məxsus 4 ədəd pəncərənin tamamilə bağlandığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
34. İddianın təmin edilməsi üzrə məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin dəlilləri ondan ibarətdir ki, məhkəmənin istinad etdiyi normalar binaların xarici divarlarının önündə ara məsafəsi sahələrinin nəzərdə tutulmasından bəhs etdiyi halda hazırki vəziyyətdə mabahisə binaların arasında olan məsafədən getmir, bina və mərz (divar) arasında olan məsafədən bəhs edir.
35. Şikaytin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/1809 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanında yerləşən və avtoservis kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının giriş hissəsinin (yan tərəfdən qonşu obyektin pəncərəsini örtən sədd boyunca) üzərindən çəkilmiş talvar tikilisinin və binanın giriş hissəsindən 2.0 metr boyunca quraşdırılmış darvazanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1, 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 52 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin fasad divarından 0.1 metr (10 sm) məsafədə inşa edilmiş hasar tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmiş və iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarının qarşısında yüngül konstruksiyalardan inşa edilmiş hasar tikilisi ilə fasad divarının arasında kommunikasiya (su, işıq və s.) xətlərinin keçdiyi müşahidə edilmişdir.
36. Ekspert rəyindən göründüyü kimi cavabhin mülkiyyətində olan 52A saylı qeyri-yaşayış sahəsinin faktiki vəziyyətinin texniki pasportun göstəricilərinə uyğun olmadığı, qeyriyaşayış sahəsinin daxilində dəyişikliklər edildiyi, texniki pasportda göstərilmiş eyvan tikilisinin daxilində arakəsmə divarının inşa edildiyi, “B” literli keçid otağının qarşısında əlavə talvar tikilisinin inşa edildiyi, həmin otağın qarşısında iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarından 0.1 metr (10 sm) məsafədə yüngül konstruksiyalardan hündürlüyü 4.0 metr olan divar inşa edildiyi, “İİİ” literli dəmir darvazanın sökülərək, əlavə tikinti işləri aparılaraq 2 metr kənarda quraşdırıldığı müəyyən edilmiş, eyni zamanda rəydə qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarının qarşısında yüngül konstruksiyalardan inşa edilmiş hasar tikilisi ilə fasad divarının arasında kommunikasiya (su, işıq və s.) xətlərinin keçdiyi müşahidə olunmuşdur.
37. Beləliklə ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi tikililər (hasar və üzərindəki dəmir talvar) cavabdehin mülkiyyətində olan qeyri-yaşayış obyektinin texniki pasportundakı göstəricilərlə üst-üstə düşmür, bu tikililər sonradan inşa edilmiş, obyektin sahəsi genişləndirilmişdir. Buna baxmayaraq, ekspert rəyində istinad edilmiş Qaydaların (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları) tələblərinə riayət edilməmiş, müvafiq icra hakimiyyəti orqanlarından lazımi rəylər, icazələr alınmamışdır.
38. Bundan əlavə, rəydə qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 52 saylı qeyriyaşayış sahəsinin fasad divarından 0.1 metr (10 sm) məsafədə inşa edilmiş hasar tikilisinin hündürlüyünün 4.0 metr təşkil etdiyi nəzərə alınaraq, həmin hasar tikilisi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinin tələbinə əsasən, 52 saylı qeyri-yaşayış sahəsinin fasad divarından 1.0 metr (4x0.25) məsafədə inşa edilməli idi. Hansı ki, Şəhərsalma və Tikinti Məcəlləsinin istinad edilmiş maddəsinə əsasən, binaların xarici divarlarının önündəki ara məsafəsi yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi olmaqla müəyyən edilir.
39. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
40. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 4-cü Ərazi X5 İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan vətəndaş Nümayəndə tərəfindən FHN DYNX-nin 4-cü Ərazi X5 İdarəsində qeydiyyata alınmış xx.xx.2025-ci il tarixli, 3-18-62/1- M-xx-xx/2025 nömrəli müraciət (vətəndaş öz müraciətində bildirmişdir ki, keçmişdə məişət evi olmuş 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin 59.4 kv.metr sahəsi vətəndaş Nümayəndə mülkiyyətindədir. Qonşuluq təşkil edən və avtomobil təmiri adı altında yerləşən qeyriyaşayış obyektinin sahibi vətəndaş Cavabdeh mühəndis kommunikasiya xətlərinə, binanın dövlət əmlakına aid olan hissəsinin yan fasad divarına pilləkən qəfəsinə mülki müdafiə üçün nəzərdə tutulmuş sığınacaqların qapılarına müdaxilə etməklə vətəndaşın mülkiyyətində olan binanın yan fasadına açılan 04 ədəd pəncərəni və giriş qapısını tamamilə bağlamışdır. Vətəndaş bildirir ki, tikinti təmir işləri tikinti norma və qaydalarına və tikintidə təhlükəsizlik qaydalarına riayət edilməmişdir) əməkdaşlar tərəfindən araşdırılmış, müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmış, qonşu qeyri-yaşayış obyektinin sahibi vətəndaş Cavabdeh tikinti norma və qaydalarınının (AzDTN 2.6-1. Yanğın əleyhinə tələblər, 1 nömrəli məcburi əlavəsi) tələblərini pozaraq öz divarını vətəndaş Nümayəndə məxsus qeyri-yaşayış obyektinin divarına birləşdirərək 04 ədəd pəncərə oyuqlarını bağlamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, gələcəkdə baş verə biləcək partlayış, yanğın və hər hansı fövqəladə hadisənin qonşu qeyri-yaşayış obyektinə verə biləcək təhlükənin qarşısının alınması məqsədi ilə aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi və 4-cü Ərazi X5 İdarəsinə məlumat verilməsi xahiş edilmişdir.
41. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən həm iddiaçıya, həm də cavabdehə məxsus ünvan 5 ünvanlarında yerləşən yerləşən qeyri-yaşayış sahələrində yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, hər iki obyekt yanyana yerləşməklə qonşu obyektlərdir. Lakin aralarında yüngül konstruksiyadan inşa edilmiş bir hasar, üzərində isə dəmir konstruksiyadan talvar var.
42. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
43. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Göründüyü kimi, iddiaçının tələbi üzrə işin faktiki halları MM-nin 157.4-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqla iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən, ümumi sahəsi 59.4 m2 olan qeyri yaşayış sahəsinin yanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin mülkiyyətində olan qeyri-yaşayış obyektinin texniki pasportundakı göstəricilərlə üst-üstə düşmədiyi, bu tikililərin sonradan inşa edilərək, obyektin sahəsinin genişləndirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”-nın tələblərinə riayət edilmədiyi, müvafiq icra hakimiyyəti orqanlarından lazımi rəylər, icazələrin alınmadığı, iddiaçının mülkiyyətində olan 52 saylı qeyri-yaşayış sahəsinin fasad divarından 0.1 metr (10 sm) məsafədə inşa edilmiş hasar tikilisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinin tələbinə əsasən, 52 saylı qeyri-yaşayış sahəsinin fasad divarından 1.0 metr (4x0.25) məsafədə inşa edilməli olmasına baxmayaraq 0.1 metr (10 sm) məsafədə inşa edildiyi, cavabdehin öz divarını qonşu obyektin divarına birləşdirərək iddiaçıya məxsus mənzilin dörd ədəd pəncərə oyuqlarını bağladığı bütün bunların cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla iddiaçının qeyriyaşayış sahəsindən təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunan mənafeyinin pozuntusu kimi qəbul edilməlidir.
45. Cavabdeh həmçinin apellyasiya şikayətində qeyd edir ki, iddiaçıya məxsus tikili Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MН № ******* Çıxarışın tarixi xx.xx.2006-cı il kimi qeyd edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsi isə 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Yəni mübahisə predmeti təşkil edən tikililər mübahisə predmetinin yaranması Şəhərsalma və Tikinti Məcəlləsindən illər öncə olmuşdur.
46. Qeyd olunan dəlili də əsassız hesab edən kollegiya qeyd edir ki, hazırda mübahisə son dövrdə yüngül konstruksiyadan inşa edilən hasar və həmin hasarın üzərində dəmir konstruksiyadan inşa edilən talvarın sökülməsindən gedir.
47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli