Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6476/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Cavabdeh İddia tələbi İddiaçı «xxxx» MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli müqaviləyə əsasən 2089.80 manat ödənilməmiş hissə, 208.98 manat cərimə, cəmi 2298.78 və 42.99 manat dövlət rüsumu alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə «xxxx» MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 2569.8 manat olan “LG LED TV” almış və 480 manat ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 2089.80 manat ödənilməmiş hissə, 208.98 manat cərimə olmaqla, cəmi 2298.78 manat borcu yaranmışdır. İddia tələbinə qarşı təqdim edilmiş Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim etiraz edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025tərəfindən qəbul edilmiş ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi məhkəmə aktı təmin edilərək, Cavabdeh ##.##.2022-ci il tarixdə ******** saylı müqavilə üzrə 2089.80 manat ödənilməmiş hissə, 208.98 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 42.99 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin məhkəməsinin hüquqi 385.1, 442, 600.1, 600.4, 462.1-ci maddələri əsaslandırması APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Apellyasiya şikayəti verən şəxs Cavabdeh Cavabdeh Apellyasiya şikayətinin Cavabdehin apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, qətnamə əsassızdır, çünki məhkəmə tərəfindən təqdim olunmuş sübutlar tam və obyektiv araşdırılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, həmçinin onun məhkəmə iclasında iştirak hüququ təmin edilməmişdir. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətinə qarşı etiraz onunla təqdim edilmiş etiraz əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, LG LED 65UQ81006LB markalı televizoru cavabdeh, yəni Cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI Cavabdeh Cavabdeh Apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR İddiaçı tərəfindən təqdim edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında ##.##.2022sübutlar ci1)il tarixdə ******** saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 2569.8 manat olan “LG LED TV” nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 116.1 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. 2) Cavabdehin ##.##.2022-ci il tarixli müqavilə üzrə 2089.80 manat ödənilməmiş hissə, 208.98 manat cərimə borcu, cəmi 2298.78 manat borcu mövcuddur. 3) Cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Cavabdeh tərəfindən təqdim Cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 442, 600.1, Məcəlləsinin 14, 77, 119.1, 384, 392, 393 və 600.4, 462.1-ci maddələri 402.1 ci maddələri Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 2089.8 manat ödənilməmiş əsas borcu və 208.98 manat dəbbə pulu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-6476/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6476/2025
06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver