Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6477/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4289/2024 nömrəli 20 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən “HYUNDAİ ACCENT” markalı, **-SB- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər icbari qaydada sığortalanmışdır.
2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən idarə olunan “HYUNDAİ ACCENT” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “BMW 750” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.
3. xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyə verən “Alfa Rent a Car MMC” icarəyə götürən Cavabdeh1 “HYUNDAİ ACCENT” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadəsinə verməyi, icarəyə götürən isə müqavilə əsasında müəyyən edilmiş şərtləri və ödənişləri ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əlavəyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh1 “HYUNDAİ ACCENT” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixədək istifadə etmək üçün yol vərəqəsi verilmişdir.
5. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “BMW 750” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın bazar qiyməti 2390 manat, işçilik xidmətləri isə 640 avtomobilə dəymiş cəmi zərər 3030 manat müəyyən edilmişdir.
6. 24.07.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən cinayət işinin başlanılması rədd edilməsi və qərarın surətinin “HYUNDAİ ACCENT” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
7. 03.08.2021-ci il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən “BMW 750” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri aradan qaldırmaq üçün zərər dəymiş avtomobilin sahibinə 3030 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
8. 24.07.2024-cü il tarixli Sumqayıt şəhər Pİ-nin DYPŞ tərəfindən ünvanlanmış məktuba əsasən HYUNDAİ ACCENT markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xətaya yol verdiyi üçün toplanmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.
9. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-276/2022-ci il nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 5234 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun "xxxx" MMCnin xeyrinə tutulması qət edilmişdir.
10. 22.07.2024-cü il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehlərə "xxxx" ASC tərəfindən həyata keçirilən 3030 manat məbləğində sığorta ödənişini 5 gün müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3030 manat məbləğində sığorta ödənişinin, 50.3 manat məbləğində dövlət rüsumunun və 0.4 manat məbləğində xidmət haqqının, cəmi 3080.7 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” Qanuna uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, Cavabdeh3 məxsus olan, yol vərəqəsi əsasında Cavabdeh1 istifadəsinə verilmiş və Cavabdeh2 idarə etdiyi “Hyundai Accent” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Novxanı kəndi ərazisində Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə “BMW 750” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Həmin zərərin aradan qaldırılması üçün ASC tərəfindən 3030 manat məbləğində sığorta ödənişi edilmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 sentyabr 2024-cü il tarixli 2(004)-4289/2024 nömrəli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 “BMW 750” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 3030 manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 50,3 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 ("xxxx" MMC-nin direktoru) arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “HYUNDAİ ACCENT” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmışdır. "xxxx" MMC icarə müqaviləsi əsasında “HYUNDAİ ACCENT” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 icarəsinə vermişdir. İcarə müddətində icarəçi Cavabdeh1 avtomaşını Cavabdeh2 idarəçiliyinə vermiş və Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində “BMW 750” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3030 manat məbləğində maddi zərər dəymiş və "xxxx" ASC tərəfindən 3030 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə iddiaçı "xxxx" ASC-yə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Məhkəmə gəldiyi nəticəni “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3, 25.2, 63.1, Mülki Məcəllənin 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələrinə, “Yol hərəkəti haqqında” Qanuna, ''Sığorta haqqında'' Qanuna, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, o, etibarnamə əsasında öz avtomobilini "xxxx" MMC-yə istifadəyə vermişdir. 16 iyun 2021-ci il tarixli, 125 saylı “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi” əsasında “icarəyə verən” "xxxx" MMC “Hyundai Accent” markalı, “**-SB-***” dövlət qeydiyyat nişanlı, Ban nömrəsi: 3KPC24A32JE024302, Ağ mirvari rəngli, buraxılış ili 2018-ci il olan avtomobili “icarəyə götürən” Cavabdeh1 xx.xx.2021-ci il saat 13:00-dan 18 iyun 2021-ci ilsaat 13:00-dək müvəqətti icarəyə verilmişdir (icarə müqaviləsi qoşma olaraq əlavə edilir). İcarəyə verilmiş yuxarıda qeyd edilən avtomobili başqa üçüncü şəxs - Cavabdeh1 tanışı Cavabdeh2 idarə edərkən 16 iyun 2021-ci il tarixdə Sumqayıt şəhərində qəza törətmişdir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
24. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə Cavabdeh3 aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən –mübahisələndirilən hissədə ləğv edilməlidir.
43. Göründüyü kimi Cavabdeh3 ("xxxx" MMC-nin direktoru) icarə müqaviləsi əsasında “HYUNDAİ ACCENT” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 iyun 2021-ci il saat 13:00-dan 18 iyun 2021-ci il saat 12:00-dək Cavabdeh1 icarəsinə vermişdir. Həmçinin sonuncuya yol vərəqəsi verilmişdir.
44. İcarə müddətində icarəçi Cavabdeh1 avtomaşını Cavabdeh2 idarəçiliyinə vermiş, sonuncunun sürücülük hüququ olmamışdır və yol nəqliyyat hadisəsi 17 iyun 2021-ci il tarixdə baş vermişdir.
45. Göründüyü kimi avtomobilin mülkiyyətçisi olan Cavabdeh3 ("xxxx" MMC-nin direktoru) qanuni əsaslarla, yəni icarə müqaviləsinə əsasən avtomobilini Cavabdeh1 vermiş və icarə müqaviləsi və yol vərəqəsi qüvvədə olduğu müddətdə yol nəqliyyat hadisəsi baş vermişdir.
46. Belə olan halda, subroqasiya qaydasında sığorta ödənişinin Cavabdeh3 də tutulması qanunvericiliyin tələbinə əsasən yolverilməzdir.
47. Odur ki, apellyasiya şikayəti təmin edilməklə, qətnamə Cavabdeh3 aid hissədə ləğv edilməklə, iddia tələbi ona aid hissədə rədd edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4289/2024 nömrəli iş üzrə 20 sentyabr 2024-ci il tarixli qətnaməsi qismən (mübahisələndirilən) – Cavabdeh3 aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.