Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6479/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan “X12” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-367/2021 saylı 17 mart 2021-ci il tarixli qətnaməsindən ləğv prosesində olan “X12” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan “X12” Açıq Səhmdar Cəmiyyətinə, ləğv prosesində olan “X12” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4052/2013 saylı, 27.01.2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu,H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddiaçının Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbəri olmamışdır. Həmçinin Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclar barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçıya məxsus mənzilin açıq hərracdan bank tərəfindən əldə edilməsi barədə ona məlumat bankın nümayəndəsi tərəfindən verilmişdir. Bundan sonra Hərrac təşkilatçısına etdiyi müraciətə cavab olaraq hərracdan keçirilməsinə dair sənədlərin surətləri iddiaçıya təqdim edilmişdir. Hərrac təşkilatçısının 13.12.2019-cu il tarixli bildirişdən müəyyən edilmişdir ki, mənzil açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 90.000 manat olmaqla 13.01.2019-cu il tarixində 11.00-da birinci hərrac keçirilmişdir. Hərrac təşkilatçısının 17.01.2020-ci il tarixli bildirişdən müəyyən edilmişdir ki, mənzil təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 55.250 manat olmaqla 27.01.2019-cu il tarixinə 11.00-da birinci hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “FM Ekspress” məktub və poçt daşıma xidmətinin qaimələrindən məlum olur ki, Hərracın yeri və vaxtı barədə bildirişlər ipoteka qoyan olaraq iddiaçının ünvan 1 ünvanına deyil, tamamilə fərqli ünvanlara ünvan 3aylı mənzillərinə göndərilmiş və həmin mənzillərdə tanımadığı şəxslər (Şəfiyeva və Gəraylı) tərəfindən qəbul edilmişdir. Halbuki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4052/2013 saylı, 27.01.2013-cü il tarixli icra vərəqəsində iddiaçının ünvanı ünvan 4 İddia ərizəsinə əlavə edilmiş mötəbər sübutlardan aydın olur ki, Hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin birbaşa tələbləri pozularaq hərracın keçirilməsi barədə ipoteka qoyan İddiaçı heş bir məlumat verilməmişdir. İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar “X12” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında 02.03.2020-ci il tarixli, 12/01 saylı protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqaviləsi bağlanmışdır. Göründüyü kimi qanunvericilik hərracın keçirilməsi zamanı elanların verilməsi ilə bildirişlərin göndərilməsinin təyinatını fərqləndirərək, elanın verilməsinin bildirişin göndərilməsi istisna edən hala aid olmadığını müəyyən etmişdir. Göstərilənlərə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar “X12” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında bağlanmış 02.03.2020-ci il tarixli, 12/01 saylı protokolun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-367/2021 saylı 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilnin açıq hərracdan ləğv prosesində olan «X12» ASC-yə satılması haqqında "xxxx" MMC tərəfindən 02 mart 2020-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 12/01 saylı protokolun etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan “X12” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə iddiaçının ərizəsində göstərilən xüsusatlara əsaslanıb qərar qəbul etmişdir ki, bu da Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4052/2013 saylı, 27.01.2013-cü il tarixli qətnaməsi üzrə tələbkar ləğv prosesində olan "X12” ASC-nin maraq və mənafeyinə ziddir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4052/2013 saylı, 27.01.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı "X12” ASC-nin xeyrinə cəmi 60.072 min manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda ilkin satış qiyməti 90.000 manat olmaqla satılaraq əldə olunan pul vəsaiti hesabına İddiaçı "X12” ASC-yə olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra İddiaçı və onun 3 nəfər ailə üzvlərinin ən geci bir ay ərzində tərk etməsi qət olunmuşdur. İcra sənədi icraya yönəldildikdən sonra Nəsimi rayon icra şöbəsinin sifarişi əsasında sözügedən mənzil “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən 13.01.2020-ci il tarixdə ilkin satış qiyməti 90.000 manat olmaqla açıq hərraca çıxarılmış, satılmadığından ilkin satış qiyməti 90.000-15%=76500 manat müəyyən edilməklə təkrar hərraca çıxarılmış, hərracın keçirilməsi 27.01.2020-ci il tarixə təyin edilmişdir. Mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 07.02.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Bundan sonra “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57.375 manat olmaqla ipoteka saxlayana təklif olunmuş, “Hərracın yekunları barədə” 02.03.2020-ci il tarixli, 12/01 saylı protokolla İpoteka predmeti Bakı şəhəri Nəsimi rayonu H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzili 57.375 manata ləğv prosesində olan “X12” ASC-yə satılmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-367/2021 saylı 17.03.2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, “hərrac mərkəzinin hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyan tərəfindən alınmadan hərracın həyata keçirilməsi barədə hərəkətləri qanuni hesab edilə bilməz. Çünki, yuxarıda qeyd kimi qanunvericilik hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini hərrac mərkəzinin üzərinə qoymuşdur. Lakin, hərrac mərkəzi ipoteka qoyanın şəxsən həmin bildirişləri almamasını təsdiq edən sübutlar olduğu halda hərracın keçirilməsini təşkil etdiyindən, həmin hərrac qanunun tələblərini pozulmaqla keçirilmiş hesab edilməlidir.” Beləliklə, məhkəmə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan mənzilin satılması ilə bağlı keçirilmiş hərracın qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmaması müəyyən olunduğundan keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Hesab edirlər ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-367/2021 saylı 17.03.2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı öz ərizəsində göstərmişdir ki, icra sənədi üzrə icra hərəkətlərindən, o cümlədən hərracın keçirilməsindən xəbəri olmamış, ona məxsus mənzilin açıq hərracdan bank tərəfindən əldə edilməsini bankın nümayəndəsindən öyrənmişdir. Bildiririk ki, Nəsimi rayon Məhkəməsinin 2(006)- 4052/2013 saylı, 27.01.2013-cü il tarixli qətnaməsinə əsasən verilən icra sənədi üzrə borclu İddiaçı məhkəmə qətnaməsindən və hərrac hərəkətlərindən məlumatı olmuşdur. O, hətta icra sənədi üzrə əmlaka qoyulmuş ilkin satış qiymətini məhkəmədə mübahisələndirmiş, Binəqədi rayon Məhkəməsinin 19.01.2015-ci il tarixli, 2(001)-414/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Bundan başqa nəzərinizə çatdırılır ki, icra sənədi üzrə İcra mərhələsinin gedişində tələbkarla borclu arasında razılıq əldə olunaraq icra sənədi məhkəməyə geri qaytarılmış, lakin sonradan borclu öhdəliklərini yerinə yetirmədiyindən tələbkarın ərizəsinə əsasən yenidən icraya yönəldilmişdir. Həmçinin, bildirilir ki, İddiaçı ərizəsində göstərildiyi kimi, hərrac bildirişləri əgər səhv ünvanlara göndərilmişdirsə də, həmin bildirişləri alan şəxsin sonradan məktubun içərisində göstərilən düzgün ünvana çatdırılması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, bildirişin səhv göndərildiyi ünvanlar məhz qonşu binalarda yerləşir. Həmçinin, məhkəmə cavabdehin iddiaya qarşı olan dəlillərinə münasibət bildirmədən, həmçinin, İcra şöbəsinin də prosesdə iştirakını təmin etmədən yalnız iddiaçı tərəfin maraqlan üzrə qanunsuz qətnamə qəbul etmişdir. Əgər İcra şöbəsinin nümayəndəsi məhkəməyə dəvət olunardısa, icra məmuru tərəfindən borcluya göndərilmiş bildiriş məktublarına əsasən görmək olardı ki, iddiaçı mahiyyəti üzrə işdən nə dərəcədə məlumatlı olmuşdur. Bütün bunları nəzərə alaraq hesab edilir ki, borclunun bütün icra və hərrac hərəkətlərindən xəbəri olmuşdur, ona görə də iddiası rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan “X12” ASC-nin nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd olunan cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçı X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh tərəf qeyd edilən hissədə mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-367/2021 saylı 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4052/2013 saylı, 27.11.2013-cü il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı “X12” ASC-nin xeyrinə 45.000 manat məbləğində əsas borcun, 15.072 manat faiz borcun, cəmi 60.072 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinin tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilə yönəldilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilin açıq hərracda satılması, Bakı şəhəri,Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 24 nömrəli mənzilin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi, satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı “X12” ASC-yə olan borcun ödənilməsi, İddiaçı və onun ailə üzvləri X4, X6 və X7 Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 20 nömrəli mənzili satıldıqdan sonra ən geci 1 ay ərzində tərk etməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tələbkar LPO «X12» ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı «hərracın keçirilməsinə dair» 13.12.2019-cu il tarixli, 01 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 13 yanvar 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tələbkar LPO «X12» ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı «hərracın keçirilməsinə dair» 27.12.2019-cu il tarixli, 01/2 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 13 yanvar 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tələbkar LPO «X12» ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı «hərracın keçirilməsinə dair» 17.01.2020-ci il tarixli, 02 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000-15%=76.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq təkrar hərraca çıxarılmış, hərracın keçirilməsi 27 yanvar 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tələbkar LPO «X12» ASC-yə, borclu İddiaçı və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ipoteka predmetinin əldə olunmasına dair 07.02.2020-ci il tarixli təklifindən görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi 20752/36270/14-5-6 saylı, 04.12.2019-cu il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 07.02.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57.375 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun 13.12.2019-cu il tarixli surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı bildiriş göndərilmiş, həmin qəbzin «Alanın ünvanı» qrafasında “ünvan 6ş və bildiriş “Gəraylı” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun 27.12.2019-cu il tarixli surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı bildiriş göndərilmiş, həmin qəbzin «Alanın ünvanı» qrafasında “ünvan 7iş və bildiriş “X11” adlı şəxs tərəfindən 09.01.2020-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin «Hərracın yekunları barədə» 02 mart 2020ci il tarixli, 12/01 №-li protokoldan görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Nəsimi rayon Məhkəməsinin 27.01.2013-cü il tarixli 2(006)-4052/2013 saylı icra vərəqəsinin və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 20752/36270/14-6-5-6 saylı, 04.12.2019-cu il tarixli sifariş məktubunun icrası ilə əlaqədar İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilin hərracı keçirilmiş və ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzil təkrar hərracdan sonra 57.375 manata ləğv prosesində olan «X12» ASC-yə satılmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzil kredit müqaviləsinin təminatı kimi «X12» ASC-nin xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığı üçün bank tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlamış və Nəsimi rayon Məhkəməsinin 27.11.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı tutulmalı olan cəmi 60.072 manat məbləğində pul iddiaçının mülkiyyətindəki mənzilinə yönəldilmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Nəsimi rayon Məhkəməsinin 27.11.2013-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və şöbə tərəfindən ipoteka predmeti satılması üçün "xxxx" MMC-yə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən 02 mart 2020-ci il tarixdə keçirilən təkrar hərracda əmlakın alıcısı olmadığından, əmlak 57.375 manata ipoteka saxlayan ləğv prosesində olan «X12» ASC-yə təklif edilmiş və sonuncu əmlakı qəbul etdiyindən 02.03.2020-ci il tarixdə hərracın yekunları barədə protokolu imzalanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mülkiyyətindəki evə dair hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, hərracın keçirilməsi barədə ona məlumat verilməyərək onun iştirakı olmadan keçirilmişdir. Bu səbəbdən iddiaçı keçirilmiş hərracın və hərracda bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti «İpoteka haqqında» Qanunun 42-ci maddəsi ilə tənzimlənir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Qeyd olunan normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində qanundan irəli gələn hüququn dayışıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Diqqətə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Odur ki, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən hərracın keçirilməsi zamanı ipoteka qoyan kimi ona hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsi tələbinə riayət olunacağından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənildən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun yuxarıda vurğulanan qaydasına əməl edilməməsi (yəni hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi) hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətəçisi olan, ipoteka qoyanın əmlak mənafeyini pozulması ilə də nəticələnə bilər. Belə ki, ipoteka qanunvericiliyində bir nəfərin iştirakı hərracın baş tutmamış elan edilməsinə səbəb kimi çıxış etsə də, bu hal təkrar hərracda ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilmədən saxlanılması üçün də əsas kimi müəyyən edilmişdir. Hazırki işdən görünür ki, ipoteka qoyan İddiaçı hərracın keçirilməsinə dair bildirişlər göndərilməmiş, göndərilən bildirişlər iddiaçının ünvanına deyil tamam başqa bir ünvana (“ünvan 8 göndərilmiş, bildirişlər isə fərqli şəxslər tərəfindən qəbul edilmişdir. Həmin bildirişlərdən görünür ki, birinci dəfə İddiaçı ünvanı “ünvan 9ldirişi «Gəraylı» adlı şəxs tərəfindən, ikinci dəfə İddiaçı ünvanı “ünvan 10ildirişi “X11” soyadlı şəxs tərəfindən alınmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hərrac mərkəzinin hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyan tərəfindən alınmadan hərracın həyata keçirilməsi barədə hərəkətləri qanuni hesab edilə bilməz. Çünki yuxarıda qeyd olunduğu kimi, qanunvericilik hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini hərrac mərkəzinin üzərinə qoymuşdur. Lakin hərrac mərkəzi ipoteka qoyanın şəxsən həmin bildirişləri almamasını təsdiq edən sübutlar olduğu halda hərracın keçirilməsini təşkil etdiyindən, həmin hərrac qanunun tələblərini pozulmaqla keçirilmiş hesab edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin satılması ilə bağlı keçirilmiş hərracın qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmaması müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməli, keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, borclu İddiaçı məhkəmə qətnaməsindən və hərrac hərəkətlərindən məlumatı olmuşdur. O, hətta icra sənədi üzrə əmlaka qoyulmuş ilkin satış qiymətini məhkəmədə mübahisələndirmiş, Binəqədi rayon Məhkəməsinin 19.01.2015-ci il tarixli, 2(001)-414/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Bundan başqa nəzərinizə çatdırılır ki, icra sənədi üzrə İcra mərhələsinin gedişində tələbkarla borclu arasında razılıq əldə olunaraq icra sənədi məhkəməyə geri qaytarılmış, lakin sonradan borclu öhdəliklərini yerinə yetirmədiyindən tələbkarın ərizəsinə əsasən yenidən icraya yönəldilmişdir. Həmçinin, bildirilir ki, İddiaçı ərizəsində göstərildiyi kimi, hərrac bildirişləri əgər səhv ünvanlara göndərilmişdirsə də, həmin bildirişləri alan şəxsin sonradan məktubun içərisində göstərilən düzgün ünvana çatdırılması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, bildirişin səhv göndərildiyi ünvanlar məhz qonşu binalarda yerləşir. Həmçinin, məhkəmə cavabdehin iddiaya qarşı olan dəlillərinə münasibət bildirmədən, həmçinin, İcra şöbəsinin də prosesdə iştirakını təmin etmədən yalnız iddiaçı tərəfin maraqlan üzrə qanunsuz qətnamə qəbul etmişdir. Kollegiya apelasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar qanunvericiliyin imperativ qaydada müəyyən etdiyi qaydasına əməl edilməməsinə əsas ola bilməz. Belə ki, iddiaçının icra hərəkətlərindən məlumatlı olması, iddiaçının hərracın keçirilməsindən də məlumatlı olması anlamına gəlmir. Cavabdehin qeyd etdiyi kimi, iddiaçının hərracın keçirilməsindən məlumatlı olması iş materialları ilə sübut olunmur. Əksinə iş materiallarından görünür ki, ipoteka qoyan İddiaçı hərracın keçirilməsinə dair bildirişlər göndərilməmiş, göndərilən bildirişlər iddiaçının ünvanına deyil, tamam başqa bir ünvana (“ünvan 8 göndərilmiş, bildirişlər isə fərqli şəxslər tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-367/2021 saylı 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ləğv prosesində olan “X12” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-367/2021 saylı 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6479/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6479/2021
04.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver