Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-648/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh X3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Qaçqınların və X6 üzrə Komitəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(006)-2941/2021 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC, X8, X12 və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nəsimi rayon Şöbəsinə qarşı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzillə bağlı 01.08.2018-ci il tarixdə Cavabdeh MMC, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nəsimi rayon Şöbəsi, X8 və onun qardaşı X12 arasında bağlanılmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hal-hazırda müqavilədə göstərilmiş şərtlərlə onunla və Cavabdeh MMC arasında bağlanmış hesab edilməsi və təzminat kimi Cavabdeh MMC-dən 100000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi, 01 avqust 2018-ci il tarixdən hal-hazıadək kirayə haqqı kimi hər ay 400 manat, cəmi 13200 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə, “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilədə göstərilmiş 400 manat kirayə haqqının hal-hazırki vaxtdan sonra ona məxsus evin yerində inşa edilən mənzil hazır olanadək Cavabdeh MMC-dən tutularaq ev sahibi kimi onun hesabına ödənilməsinə, cavabdehlərdən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nəsimi rayon Şöbəsi üzrə sektor müdiri Bəyverdi Novruzovun, X3 və X4 hər birindən 10000 manat, cəmi 30000 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ünvan 2 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 06088511 nömrəli hüquqların Dövlət Qeydiyyat haqqında çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, həmin mənzil qanunsuz olaraq, cavabdeh tərəfindən sökülüb və yerində hündür mərtəbəli bina inşa edilir. Azərbaycan Respublikası Konstitusiyasında belə xüsusi mülkiyyətin toxunulmazlığına təminat verildiyi halda cavabdeh həmin qanunu kənara ataraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Mənzil tikinti şirkət tərəfindən sökülərkən ona heç bir məlumat verilməyib və onun razılığı alınmamışdır. Cavabdehdən ona məxsus mənzilin nəyə görə ondan icazəsiz sökülməsini soruşduqda, onlar ona bildirdilər ki, “yaxşı edib sökmüşük, sənin bu ərazidə mənzilin yoxdur”. Bununla da cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozmuşdur. Cavabdeh MMC-yə qarşı iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərov küçəsi, ev 187, mənzil 8 ünavanında yerləşən mənzilinin yerində inşa edilən qanunsuz tikilinin sökülməsi, sökülmüş mənzilinin cavabdehin hesabına bərpa olunması, təzminat kimi 100000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə iddia qaldırmışdır. Həmin iddia üzrə baş tutmuş məhkəmə iclası zamanı Cavabdeh X7 Cəmiyyətin nümayəndəsi məhkəməyə “qəzali vəziyyətdə olan binanin mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair müqavilə”ni təqdim etdi. Bundan sonra məlum oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 06088511 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərov küçəsi, ev 187, mənzil 8 ünavanında yerləşən mənzili lə bağlı 01 avqust 2018-ci il tarixdə Cavabdeh MMC, Dövlətqaçqınkomun Nəsimi rayonu üzrə sektor müdiri Bəyverdi Novruzov və X8 və onun qardaşı X12 arasında “qəzali vəziyyətdə olan binanin mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair müqavilə” bağlanmışdır. Göstərilən müqavilə bağlanarkən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra MM) və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlərə müqaviləni bağladılar. Müqavilənin şərtləri ilə bağlı qanunsuzluqları şərh etməmişdən əvvəl onu qeyd edə bilər ki, cavabdehlər arasında mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair müqavilə MM-yə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq bağlanmamışdır. Onuda qeyd etmək istəyir ki, qanunsuz müqavilə üzrə “tərəflər”, ayrılıqda “birinci tərəf” Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh MMC, “ikinci tərəf” Dövlətqaçqınkomun Nəsimi rayonu üzrə sektor müdiri Bəyverdi Novruzov, “üçüncü tərəf’ X8 və onun qardaşı X12 adlandırılmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, bu müqaviləyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 086 saylı, 25 fevral 2016-cı il tarixli Qərarı Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayon ərazisində yerləşən qəzalı vəziyyətdə olan yaşayış evlərinin sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi rayon İcra Hakimiyyətinin bu işlərə rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi Cavabdeh MMC tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən “birinci tərəf” Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əskərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əskərova 187-də 2 (iki) mərtəbəli evin 1-ci mərtəbəsində yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzili olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59,40 kv.m təmirli mənzil “üçüncü tərəfin” istifadəsinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, yeni binanın mülkiyyətçilərinə aid hissəsinin tikintisi başa çatanadək və mənzil təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə məcburi köçkünə aylıq 400 manat kirayə haqqını X3 bank hesabına köcürülməsi tələb etmək hüququ var. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “üçüncü tərəfin” müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “üçüncü tərəfə” 300 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Bu zaman sual olunur: ”Draft Construction” MMC sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59,40 kv.m təmirli mənzil “üçüncü tərəfin” istifadəsinə verməyi öhdəsinə hansı əsasla götürür. Ümumiyyətlə bu Müqavilə Azərbaycan Respublikası Qanunlarına zidd olan müqavilədir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(006)-2941/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzillə bağlı 01.08.2018-ci il tarixdə Cavabdeh MMC, Dövlət Qaçqınların və X6 üzrə Komitəsi və X8 və onun qardaşı X12 arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin halhazırda müqavilədə göstərilmiş şərtlərlə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış hesab edilməsi, 01.08.2018-ci il tarixdən hal-hazıradək kirayə haqqı kimi hər ay 400 manat, cəmi 13.200 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, müqavilə bağlandıqdan sonra kirayə haqqının İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(006)-2941/2021 saylı qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 01 avqust 2018-ci il tarixli müqaviləyə əsasən, sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59,40 kv.m təmirili mənzil “üçüncü tərəfin” istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə iştirakçıları üçün hüquq və vəzifələr yaratmış, onların hüquqlarının həyata keçirilməsi isə heç bir halda İddiaçı mükiyyət hüquqlarına xələl gətirməmişdir. Müqaviləni 1.1-ci bəndinə əsasən birinci tərəf (Cavabdeh MMC) sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59,40 kv.m təmirli mənzil “üçüncü tərəfin” (X8 və onun qardaşı X4) istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilədən də göründüyü kimi, yeni tikiləcək binada 59,40 kv.m təmirli mənzil mülkiyyətçi üçün tikiləcək, mülkiyyətçinin mülkiyyət hüquqları saxlanmaqla “üçüncü tərəfin” (X8 və onun qardaşı X4) istifadəsinə veriləcəkdir. Beləliklə, Cavabdeh MMC 2001-ci ildən etibarən X8 və onun qardaşı X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində istifadə hüquqlarının olmasını nəzərə alaraq haqlı olaraq onlarla sözügedən müqaviləni bağlamışdır. Belə ki, X8 və xəstə qardaşı X4 mübahisəli mənzildən Cavabdeh MMC tərəfindən həmin mənzil sökülənə qədər istifadə hüquqları yaranmışdır və 22 il ərzində orada yaşamış və həmin əmlakdan istifadə etmişlər. Əgər həmin mənzil sökülməsəydi hal-hazırda cavabdehlər orada yaşasaydı və mübahisəli mənzildən Ağdam şəhərinə köçürülənə qədər istifadə edərdilər. Lakin Cavabdeh MMC tərəfindən həmin mənzilin söküntüsü ilə əlaqədar ayda 400 manat kirayə haqqı verilməklə oradan çıxarılmışdılar. Nəsimi rayon Məhkəməsinin 2(006)- 2941/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi qəbul ediləndən sonra kirayə haqqı qismində 400 manatın verilməsi tikinti şirkəti tərəfindən dayandırılmışdır. Beləliklə, qanunvericilikdən də görünür ki, Nəsimi rayon Məhkəməsi tərəfindən mübahisə həll edilərkən hüquq normalarının düzgün tətbiq edilməməsi və iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi nəticəsində cavabdehlər X3 və onun qardaşı X4 mənzildən istifadə hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə mübahisəni Mülki Məcəllənin 228.3 və 228.4-cü maddələrinə əsasən həll etməli idi. Cavabdehin həmin mənzilə olan istifadə hüququ mahiyyət etibarı ilə servitutdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh X8, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti müdafiə etdilər, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilmiş hissədə ləğv edilərək, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi X5 iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul edərək, həmin şikayətin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin vəzifəsidir. İddiaçı, cavabdehlər X12 və Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qətnamənin ləğv edilməsi ilə bağlı nəticəyə gələrək, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, yekun məhkəmə aktı ilə qiymət verilməli olan “təzminat kimi Cavabdeh MMC-dən 100000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi” ilə bağlı tələbi qeyd etməmiş, həmin tələbə qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarar. Lakin hakim qanunda göstərilən hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bir hissəsinə qiymət verilməməsi, Prosessual pozuntu ilə nəticələndiyindən, apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, digər dəlillərdən asılı olmayaraq, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 yanvar 2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən apellyasiya şikayətindən imtina olunduğu üçün, həmin imtina qəbul edilərək, Cavabdeh MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin “01 avqust 2018-ci il tarixdən hal-hazıadək kirayə haqqı kimi hər ay 400 manat, cəmi 13200 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi” hissəsində iddiadan imtina etdiyi üçün, həmin hissədə imtina qəbul olunaraq, iş üzrə icraata xitam verilmişdir. Beləliklə, apellyasiya baxışının predmetində qalan iddia tələbi ünvan 1 ünvanında yerləşən mənzillə bağlı 01.08.2018-ci il tarixdə Cavabdeh MMC, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nəsimi rayon Şöbəsi, X8 və onun qardaşı X12 arasında bağlanılmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hal-hazırda müqavilədə göstərilmiş şərtlərlə onunla və Cavabdeh MMC arasında bağlanmış hesab edilməsi və təzminat kimi Cavabdeh MMC-dən 100000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi, “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilədə göstərilmiş 400 manat kirayə haqqının hal-hazırki vaxtdan sonra ona məxsus evin yerində inşa edilən mənzil hazır olanadək Cavabdeh MMC-dən tutularaq ev sahibi kimi onun hesabına ödənilməsinə, cavabdehlərdən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nəsimi rayon Şöbəsi üzrə sektor müdiri Bəyverdi Novruzovun, X3 və X4 hər birindən 10000 manat, cəmi 30000 manat pul vəsaitinin alınması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı notarial qaydada təsdiq edilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 187, mənzil 08 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1382 nömrəli reyestr kitabının 126376 nömrəli vərəqində 05.03.2015-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş birinci tərəf Cavabdeh MMC, ikinci tərəf Dövlət Qaçqınların və X6 üzrə Komitəsi, üçüncü tərəf X8 və onun qardaşı X12 arasında bağlanmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” 01.08.2018-ci il tarixli müqaviləsindən görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova 187-də 2 mərtəbəli evin, 1-ci mərtəbəsində yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzili olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59,40 kv.m təmirli mənzil üçüncü tərəfin istifadəsinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “üçüncü tərəfin” müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “üçüncü tərəfə” 300 manat vəsait ödəməklə bağlı birinci tərəf öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 27.02.2001-ci il tarixli qətnaməsindən görünür ki, X2 cavabdehlər X9 və X10 qarşı mənzildən çıxarılması və mənzilə köçürülməyə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədən müəyyən olunur ki, Bak şəhər Məhkəməsinin 02 iyul 1999-cu il tarixli qətnaməsi ilə Hümbətovlar Əhməd, Sevil və İdris Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 154 saylı evin, 11 saylı mənzilindən çıxarılaraq, C.Əskərova küçəsi, 187 saylı evin 8 saylı mənzilinə köçürülmüş və işğal olunmuş ərazilər azad olunana qədər orada müvəqqəti yaşamaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 29 sentyabr 1999-cu il tarixli qərardadı ilə Bak şəhər Məhkəməsinin 02 iyul 1999-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nəsimi rayon İcra Hakimiyyəti başçısının 27.12.2016-cı il tarixli, 245 saylı “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamından görünür ki, Nəsimi rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binalarıfn sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi sifarişçiyə tapşırılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti və "xxxx" MMC arasında bağlanmış 28.02.2017-ci il tarixli “Qəzalı vəziyyətdə olan binanın sökülüb, yenidən qurulması barədə” 28.02.2017-ci il tarixli, 02 saylı müqavilənin 1.2-ci bəndinə əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə sakinlərlə Şirkət arasında tikinti müddətində müvəqqəti yaşayış yeri ilə təmin edilməsi üçün xərclərin müəyyən edilmiş həddə qarşılanması, əşyaların köçürülməsi üçün birdəfəlik müavinatın verilməsinə və tikiləcəku binada və ya sakinin razılığı əsasında sakinlərə onların rəsmi mövcud yaşayış sahəsi həddində və ona əlavə 15%-dək artıq mənzil sahəsini Dövlət sifarişi kimi onlara təqdim edilməsinə dair razılaşmalar əldə olunduqdan və bu barədə müqavilələr imzalandıqdan sonra sökülərək yenidən tikiləcək binnın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrə tələb olanan razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi təmin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəsimi rayon İcra Hakimiyyəti başçısının 30.11.2018-ci il tarixli, 356 saylı “Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarı əsasında Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, isitsmar müddəti başa çatmış, mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərov küçəsi, 187 saylı evin, 08 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdehlər X8, X12 məcburi köçkün kimi müvəqqəti olaraq həmin mənzildə məskunlaşmışlar. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxsin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onların bərabər tutulan şəxlərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli, 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 2-ci və “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü bəndlərində göstərilir ki, “Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və ya rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. “Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatından asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər”. Qərarda göstərilmişdir ki, hətta mənzilə yaşayış orderinin verilməsi və onun nəticəsində yarana biləcək hüquqlar özü-özlüyündə Konvensiya baxımından mülkiyyət kimi qiymətləndirilməlidir. Həmin qərarla müəyyən edilmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilməsi ərizəçinin mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması deməkdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”. Cavabdehlərin məcburi köçkün kimi iddiaçının mülkiyyətində olan mənzildə yaşaması iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməklə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulmasına səbəb olmuşdur. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya ğz və ya daha zoxtərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir.(Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Birinci tərəf Cavabdeh MMC, ikinci tərəf Dövlət Qaçqınların və X6 üzrə Komitəsi, üçüncü tərəf X8 və onun qardaşı X12 arasında bağlanmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” 01.08.2018-ci il tarixli müqavilə əsasında Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova 187-də 2 mərtəbəli evin, 1-ci mərtəbəsində yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzili olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, sökülmüş mənzilin mülkiyyətçisi üçün tikiləcək yeni binada 59,40 kv.m təmirli mənzil üçüncü tərəfin istifadəsinə verməyi birinci təərəf öhdəsinə götürmüşdür. Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzillə bağlı bağlanmış müqavilə mülkiyyətçi kimi iddiaçı ilə deyil, həmin mənzildə müvəqqəti məskunlaşmış məcburi köçkünlə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Kollegiya hesab edir ki, “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” 01.08.2018-ci il tarixli müqavilə mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində olan mənzillə bağlı, mənzildə müvəqqəti məskunlaşmış məcburi köçkünlə bağlandığından, bununla da, həmin əqd subyektiv tərkibinə və iradə ifadəsinə görə qüsurlu olduğundan, etibarsız hesab edilməlidir. Kollegiya iddiaçının həmin müqavilənin hal-hazırda müqavilədə göstərilmiş şərtlərlə onunla və Cavabdeh MMC arasında bağlanmış hesab edilməsi və təzminat kimi Cavabdeh MMC-dən 100000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, MM-nin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Hazırki halda MM-də nəzərdə tutulmuş hal və tərəflərin öz üzərlərinə könüllü götürülmüş öhdəliyi olmadığından, müqavilə bağlamağa məcburetməyə yol verilmədiyindən, müqavilə bağlanmış hesab edilə bilməz. Kollegiya iddianın 100000 manat təzminat hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının onun mülkiyyətində olan mənzillə bağlı yeni inşa ediləcək mənzildən təmirli mənzilin verilməsinə iradə ifadəsi olmaqla, Cavabdeh MMC tərəfindən qeyd olunan qaydada müqavilə bağlamaqdan imtina olunacağı təqdirdə, ona müvafiq təzminatın ödənilməsini tələb etmək hüququ olduğundan, qeyd olunan hissədə iddia əsaslı hesab oluna bilməz. Kollegiya iddianın “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqavilədə göstərilmiş 400 manat kirayə haqqının hal-hazırki vaxtdan sonra ona məxsus evin yerində inşa edilən mənzil hazır olanadək Cavabdeh MMC-dən tutularaq ev sahibi kimi onun hesabına ödənilməsi hissəsində iddianı əsassız hesab edərək, qeyd edir ki, iddiaçının müqavilə bağlamaq iradəsi olmaqla, qeyd olunan hal gələcəkdə tərəflər arasında bağlanacaq, onların iradə ifadəsini ifadə edən müqavilə şərtlərinə aid olduğundan təmin oluna bilməz. Belə ki, Nəsimi rayon İcra Hakimiyyəti və "xxxx" MMC arasında bağlanmış 28.02.2017-ci il tarixli “Qəzalı vəziyyətdə olan binanın sökülüb, yenidən qurulması barədə” 28.02.2017-ci il tarixli, 02 saylı müqavilənin 2.3-cü bəndinin b) yarımbəndində Cavabdeh MMC tərəfindən köçürülən sakinlərə kirayə haqlarının ödənilməsi nəzərdə tutulmuşdur. Kollegiya iddianın cavabdehlərdən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nəsimi rayon Şöbəsi üzrə sektor müdiri Bəyverdi Novruzovun, X3 və X4 hər birindən 10000 manat, cəmi 30000 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılması hissəsində qeyd edir ki, qeyd olunan tələb birinci instansiya məhkəməsi tərəfindən təmin olunmadıqda, iddiaçı həmin hissədə apellyasiya şikayəti verməmişdir. Hazırki halda da, kollegiya hesab edir ki, qeyd olunan hissədə tələb əsaslandırılmadığına görə təmin edilməməlidir. MM-nin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddi əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə kollegiya apellyatorun bağlanmış müqaviləni əsaslı hesab etməsi ilə bağlı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri yuxarıda qeyd olunanlara əsasən əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(006)- 2941/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi apellyasiya baxışı predmetində qalan hissədə qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 187 saylı evin, 08 saylı mənzili ilə bağlı birinci tərəf Cavabdeh MMC, ikinci tərəf Dövlət Qaçqınların və X6 üzrə Komitəsi, üçüncü tərəf X8 və onun qardaşı X12 arasında bağlanmış “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” 01.08.2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-648/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-648/2022
05.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver