Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6483/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3413/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilən şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "özbaşına tikilinin sökülməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, Bakı şəhəri, Həsən Məcidov küçəsi, 34-38 ünvanında yerləşən özbaşına tikili olan avtoyuma məntəqəsinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək üçün iddia ərizəsində göstərilən özbaşına avtoyuma məntəqəsini bağlayaraq, onun fəaliyyətinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3413/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini və iddianın təmin tədbiri barədə iddiaçının ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3413/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, şikayət təmin edilmiş, Bakı şəhəri, Həsən Məcidov küçəsi, 34-38 ünvanında yerləşən avtoyuma məntəqəsi bağlanılaraq, onun fəaliyyətinin dayandırılması qərara alınmışdır. Hazırda Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəmənin 2(004)-3413/2020 saylı, xx.xx.2020-ci qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qanunvericiliyin normaların tələblərinə əsasən iddianın təmin tədbirinin yeganə məqsədi iddianın gələcəkdə icrasını təmin edilməsidir. Nəzərə alsaq ki, hazırki iddia tələbinin əsasını “tikilinin sökülməsi” təşkil edir belə olan halda hazırki, təmin etmə tədbirinin həmin tələb üzrə gələcəkdə qətnamənin icra, edilməsi- məsələsinə ° heç bir aydiyyatı və əlaqəsi yoxdur. Bundan əlavə iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək əsaslandırılmamış və heç bir əsası olmayan tələb irəli sürdüyü halda obyektin fəaliyyətinin dayandırılması qanuni hesab edilə bilməz və yolverilməzdir. Qeyd edilən avtoyuma məntəqəsi onun ailə üzvlərinin yeganə qazanc və dolanışıq yeridir. Hazırda məhkəmənin sözü gedən qərardadı nəticəsində yeganə qazanc və gəlir yerini itirmiş və ailəsi çox ağır maddi vəziyyətə düşmüşdür. Nəzərə alınmalıdır ki, yeni tipli COVİD-19 koronavirus pandemiyasının yayılması nəticəsində ölkəmiz və vətəndaşlarımız acınacaqlı vəziyyətdədir. Hazırda dövlətimiz bu səbəbdən maddi imkanı ağır olan ailələrə yardım və kömək edir. Hazırki məhkəmə qərardadı isə onun ailəsinə münasibətdə COVİD-19 koronavirus pandemiyasının daha aqır nəticələr verməkdədir. Bundan əlavə məhkəmə 2(004)-3413/2020 saylı xx.xx.2020ci il tarixli qərardadında ərizənin nə üçün təmin edilməməsini lazımı qaydada əsaslandırsa da (məhkəmə qeyd edir ki, iddianın təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə qoyulur, avtoyuma məntəqəsini bağlayaraq, onun fəaliyyətinin dayandırılması qətnamənin gələcəkdə icrasını təmin etmək tədbiri daşımadığından ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir), lakin sonradan qərardadında şikayəti nə üçün təmin etməsi, ilk mövqeyinin hansı səbəbdən dəyişməsi və bu məhdudiyyətlərin zərurəti və nəyə xidmət etməsini əsaslandırmamışdır. Qeyd etdiyi hallar və qanunvericiliyin normaları göstərir ki, məhkəmənin 2(004)-3413/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin vəkili və nümayəndələrini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası iddianın əsaslılığına hüquqi qiymət vermədən nəzərə alır ki, iddianın predmeti qanunsuz inşa edilmiş avtoyuma məntəqəsinin sökülməsidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(004)-3413/2020-li iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6483/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6483/2020
06.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver