Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6488/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-6188/2023 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6188/2023 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 100 manat ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbi Cavabdeh qarşı irəli sürülsə də, cavabdehin məlumatları iddia ərizəsində mülki prosessual qanunvericiliyin tələb etdiyi həcmdə göstərilməmiş, ünvanı natamam – “Binəqədi rayonu, Biləcəri qəsəbəsi kimi qeyd olunmuşdur. İddia ərizəsində cavabdehin ünvanının faktiki olaraq göstərilməməsi, məhkəmə sənədlərinin cavabdehə çatdırılmasını və cavabdehin 20 gün müddətində iddiaya etirazının məhkəməyə təqdim edilməsini mümkünsüz edir. Hazırkı işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq hər bir halda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olsa da, cavabdehin faktiki ünvanı qeyri-müəyyən olduğu təqdirdə, iddia ərizəsində ən azı qeydiyyat ünvanının göstərilməsi çəkişmə prinsipinin gözlənilməsi üçün zəruridir.” İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir. İddia ərizəsi elektron məhkəmə sistemi vasitəsilə verilərkən şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar daxil edilmədikdə iddia ərizəsinin elektron təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, elektron qaydada təqdim edilmiş iddia ərizəsinə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən lazımı məlumatlar (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, mobil telefon nömrəsi) daxil edilmişdir. Həmçinin şəxsiyyət vəsiqəsinin surəti də iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin cavabdehin mobil telefon nömrəsi də iddia ərizəsində qeyd edilmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilən məlumatlar və ya təqdim edilən şəxsiyyət vəsiqəsinin surəti əsasında məhkəmə elektron məhkəmə sistemindən müəyyən edə bilərdi ki, cavabdehin yaşayış ünvanı ünvan 3ni zamanda cavabdehə məxsus tikili qanunsuz tikili olduğundan həmin tikili üzərində hüquq qeydiyyatdan keçmədiyindən rəsmi ünvan verilməmişdir. Bu səbəbdən faktiki ünvan olaraq, rayon və qəsəbə, küçə adları qeyd edilmişdir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, qərardad ləğv edilməli və iş icraata qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-6188/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-6188/2023 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 149.2-ci maddəsinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi qanunvericilik iddia ərizəsinin icraata qəbul edilməsi üçün hansı məlumatların iddia ərizəsində qeyd edilməli olması nəzərdə tutmuşdur. Hazırki iddia ərizəsinə nəzər yetirdikdə isə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən lazımı məlumatların, yəni şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsinin, mobil telefon nömrəsinin ərizədə qeyd olunduğu görünür. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən birinci instansiya məhkəməsi elektron məhkəmə informasiya sistemində məlumati görə bilərdi. Həmçinin, iddiaya cavabdehin vəsiqəsinin surəti də əlavə edilmişdir. Eyni zamanda cavabdehə məlumat verilməsi üçün mobil telefon nömrəsi də qeyd edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, iddia ərizəsi göründüyü kimi elektron məhkəmə sistemi vasitəsilə elektron qaydada verilmişdir və belə olan halda şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar daxil edilməzsə, iddia ərizəsinin elektron təqdim edilməsi mümkün deyildir. Elektron məhkəmə insormasiya sistemi vasitəsilə cavabdehin şəxsiyyət vəsiqəsi üzrə eyniləşdirmə aparıldıqda cavabdehin yaşayış ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi ev 86 kimi göstərilir. Cavabdeh istifadəsində olan tikilinin hüquqi sənədləri olmadığından ünvanın dəqiq olmaması mümkün ola bilər. Bu hal özbaşına tikililərdə rast gəlinən haldır. Hazırki halda iddiaçı mümkün ola biləcək vasitələrdən istifadə edərək məhkəmənin cavabdehə məlumat verə biləcəyi məlumatları qeyd etmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar birbaşa olaraq məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hal kimi qəbul edilməməlidir. Nəzərə alınmalıdır ki, prosesual qanunvericilin tələblərinə əsasən məhkəmə zəruri hesab edərsə iddianın mümkünlüyünə tərəflərin iştirakı ilə baxa və iddianın mümkünlüyünü istisna edən halları tərəflərlə birlikdə müzakirə edərək aradan qaldırılmasını təmin edə bilər. Bu baxımdan da birinci instanisiya məhkəməsi iddianın mümkünlüyünü yoxlamaqla qənaətə gələ bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-6188/2023 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-6188/2023 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6488/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6488/2023
18.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver