Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-649/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 73/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və həmin evə **********10190 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən istifadə edilir. İddiaçı barədə cavabdehin əməkdaşları tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi əsası ilə xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilən ünvan üzrə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmış və onların əsasında qəbul edilmiş müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli qərarlarla ümumilkdə (1.792,80 + 338,40 + 1.267,20 + 708,48 + 578,88 + 630,72 + 1.944 =7.260,48) 7.260,48 manat məbləğində maddi zərər hesablanmışdır. Həmin aktlar cavabdehin əməkdaşları tərəfindən imzalanmış, eyni zamanda, aktlarda iddiaçının aktları imzalamaqdan imtina etməsi barədə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/624 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmamışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən 2021-ci il aktlar üzrə 19.836 m3 qaz həcminin dəyərinin (2.200 m3 x 0,10 manat = 220), yerdə qalan 18.536 m3 x 0,20 = 3.707 manat, 2022-ci il aktlar üzrə 13.140 m3 qaz həcminin dəyərinin (2.200 m3 x 0,10 = 220) yerdə qalan 10.940 m3 x 0,20 = 2.188 manat hesabat aparıla biləcəyini nəzərə alaraq qeyri-qanuni qoşulma halında tərtib edilmiş aktlar üzrə ondan tutula biləcəyi məbləğ 6.335 manat müəyyən edilə bilər.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən ona hesablanmış 7.260,48 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimə yazılıbdır. Bunların heç birindən xəbəri olmayıbdır. Qaz idarəsində o, həmin aktları və şəkilləri tələb etsə də, aktları verilmiş, lakin şəkilləri verməmişlər.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-73/2024 nömrəli qətnaməsinə əsasən iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10190) dair İddiaçı hesablanmış 7.260,48 manat məbləğində borcun silinməsi, ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 65 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 92,60 məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X5)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı aktların tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakı hər hansı formada cavabdeh tətəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir. Digər tərəfdən, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Aktlarda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı maddi zərərin iddiaçıdan tələb etməsi əsassızdır.
6. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır. Odur ki, məhkəmə hesab etmişdir ki, 92,60 məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 448.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərəri sübut edir. Həmin aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa, abonentin Azəriqaz İB-yə vurduğu ziyan öz təsdiqini tapmış olardı. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində qeyd edilmiş borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, 2020-2021-ci illərdə onlar mübahisəli evdə yaşamamışlar, həmin vaxt yazılmış borc onlara aid deyil, 2022-ci ilin mart ayında da həmin evdə olmamışdılar. Belə ki, onlar daimi yaşadıqları fermada şərait olmadığından şəxsi təmizliklərinin təmin edilməsi üçün sudan istifadə məqsədi ilə mübahisəli ünvana gəlibgetmişlər və bu zaman təbii qazdan istifadə etmişdilər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
16. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabehin üzərinə qoyulmuşdur.
23. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, hazırda iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evi üzrə təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə aşkar edilmiş və bununla bağlı müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsas götürülməklə vurulmuş zərər məbləği hesablanmış və ümumilikdə (1.792,80 + 338,40 + 1.267,20 + 708,48 + 578,88 + 630,72 + 1.944 =7.260,48) 7.260,48 manat cərimə məbləği aktların tarixinə uyğun olaraq iddiaçının abonent hesabına (saldosuna) daxil edilmişdir.
25. Hazırda iddiaçı aktların əhatə etdiyi 2020-2022-ci illərdə həmin ünvanda yaşamadığını, daimi yaşadıqları fermada şəraitin olmaması səbəbindən şəxsi təmizliklərinin təmin edilməsi üçün sudan istifadə məqsədi ilə mübahisəli ünvana gəlibgetdiklərini və bu zaman təbii qazdan istifadə etdiklərini, lakin qanunsuz qoşulmaya yol vermədiklərini, buna baxmayaraq, cavabdehin əmlakdaşları tərəfindən əsassız olaraq ona məxsus olan evlə bağlı 7 dəfə akt tərtib edildiyini və həmin aktlara əsasən qanunsuz olaraq cərimə məbləği hesablamaqla ondan tutmalar aparıldığını iddia edir və aktlar əsasında hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh iddia ilə razılaşmır və iddiaçının ünvanı üzrə təbii qazdan qanunsuz (xətt) qoşulma vasitəsi ilə istifadə edildiyini bildirir və öz mövqeyinin təsdiqi olaraq fotoşəkillər təqdim edir, həmçinin iddiaçının abonent məlumatlarına istinad edir.
26. Lakin iddiaçı öz mövqeyinə uyğun olaraq daimi əsaslarla başqa ünvanda yaşamasını sübuta yetirə bilmir. Əksinə iddiaçının abonent məlumatlarına əsasən aktların tərtib edildiyi bütün dövr ərzində mübahisəli ünvan üzrə təbii qazdan istifadə edilmişdir. Bu hal aktların tərtib edildiyi aylarda təbii qazdan istifadə edilməsi məqsədi ilə ödəişlərin aparılması və təbii qazın sərf edilməsi həcmi ilə öz təsdiqini tapır. Bu da öz növbəsində iddiaçının həmin ünvandan yalnız çimmək məqsədi ilə istifadə edilmədiyini, bu ünvanda daimi əsaslarla yaşadığını təsdiq edir. Bu halın mövcudluğu və aparılmış ödənişlərin məbləği belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı həmin ünvanda ailəsi ilə birlikdə daimi əsaslarla yaşamaqla təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etmişdir.
27. Lakin məhkəmə kollegiyası aktların tarixini, onların əhatə etdiyi müddətləri, tərtib edilmə səbəblərini, aktda göstərilən cihazları və digər diqqətəlayıq halları nəzərə alıb, həmin aktlara əsasən hesablanmış zərərin məbləğini Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025ci il tarixli mütəxəssis rəyinə əsasən hesablanmış zərər məbləği ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, həmin rəy üzrə hesablanmış məbləğlər əsas götürülə bilməz.
28. Belə ki, bu qurum tərəfindən tərtib edilmiş ilk rəydə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə Cavabdeh tərəfindən ümumilikdə 7 akt tərtib edilməsinə baxmayaraq, hesablama 8, o cümlədən xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə aparılmışdır. Halbuki, cavabdeh tərəfindən belə bir akt tərtib edilməmişdir. Digər tərəfdən bütün aktlarda 1 ədəd PQ-4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3 olduğu göstərilsə də, rəydə bir sıra aktlar üzrə hesablama 1,5 m3 (xx.xx.2021-ci il tarixli akt) və 1,4 m3 (xx.xx.2022-ci il tarixli, ******* saylı akt, rəydə xx.xx.2022-ci il tarixli akt kimi göstərilmişdir) əsas götürülməklə aparılmışdır. xx.xx.2022-ci il tarixli aktda PQ-3 və onun maksimal saatlıq qaz sərfinin 0,8 m3 olduğu göstərilsə də, rəydə hesablama 1,2 m3 üzrə aparılmışdır. xx.xx.2021-ci il tarixli aktda radiator və onun maksimal saatlıq qaz sərfinin 0,8 m3 olduğu göstərilsə də, rəydə hesablama 2 ədəd dəmir soba (maksimal saatlıq qaz sərfi 1,4 m3 əsas götürülməklə) üzrə aparılmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edildiyindən növbəti ay, yəni xx.xx.2022-ci il tarixdə itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın 90 gün üzrə hesablanması isə əsassızdır, normalda hesablama 30 gün üzrə aparılmalı idi.
29. Bu səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təbii qazın sərfiyyatının hesablanması yenidən həmin quruma həvalə edilmişdir. Lakin qeyd edilən qərarın icrası qaydasında bu qurum tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli müətəxəssis rəyində qeyd edilən nöqsanlar tam aradan qaldırılmamış, o cümlədən xx.xx.2021-ci il tarixli aktda radiator göstərilsə də, hesablama 2 ədəd dəmir soba üzrə aparılmış, xx.xx.2022-ci il tarixdə akt tərtib edilməsinə baxmayaraq, növbəti ay, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt üzrə itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 90 gün üzrə hesablanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filial tərəfindən tərtib edilmiş rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və aktlar üzrə aparılmış hesablamaların düzgünlüyünə ayrıca hüquqi qiymət verilməlidir.
30. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tərtib edilmiş ümumilikdə 7 akt və onlar əsasında qəbul edilmiş qərarlarla bağlı qeyd edir ki, abonentin saldosunda iddiaçıya məxsus evdə təbii qazla işləyən 1 cihazın (4 gözlü qaz plitəsinin – PQ-4) göstərildiyi halda, həmin aktlarda və qərarlarda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan müxtəlif sayda (məsələn, xx.xx.2021-ci il tarixli aktda 7 cihaz, xx.xx.2021-ci il tarixli aktda 4 cihaz, xx.xx.2022-ci il tarixli aktda 5 cihaz) cihazlar üzrə hesablanmışdır. Lakin abonent saldosunda göstərilməyən cihazların həmin evdə olmasının cavabdeh tərəfindən hansı qaydada müəyyən edildiyi aydın deyil.
31. Bütün bu cihazların günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil.
32. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt üzrə itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan isə 90 gün üzrə hesablanmış, yəni xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə etmişdir. Halbuki, dekabr-fevral aylarını əhatə edən aktlar cavabdeh tərəfindən ayrıca tərtib edilmişdir.
33. Qeyd edilənlər öz növbəsində aktlar və onun əsasında qəbul edilmiş qərarlarda əks olunmuş məlumatların mötəbərliyini, aparılmış hesablamanın isə düzgünlüyünü şübhə altına alır. Bu səbəbdən məhkəmə kollegiyası aktların əhatə etdiyi dövrün əsasən ilin soyuq aylarına təsadüf etdiyini, habelə adi şəraitdə yaşayış sahəsində istifadə edilən cihazları nəzərə alıb, belə qənaətə gəlir ki, hesablama 1 ədəd PQ-4, 1 ədəd QSQ, 1 ədəd dəmir soba və 1 ədəd radiator üzrə aparılmalı, bu zaman 1 ədəd PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/ saat, orta günlük iş rejimi 12 saat, 1 ədəd QSQ-in maksimal saatlıq qaz sərfi 1,5 m3/ saat, orta günlük iş rejimi 12 saat, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/ saat, orta günlük iş rejimi 12 saat, 1 ədəd radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/ saat, orta günlük iş rejimi 12 saat götürülməli, 1 m3 təbii qazın dəyəri 0,12 manat həddində müəyyən edilməlidir.
34. Cavabdeh tərəfindən tərtib edilmiş 7 aktın 11 aylıq dövrü əhatə etməsi də nəzərə alınmaqla bu qaydada aparılmış hesablama nəticəsində iddiaçı tərəfindən həmin ünvan üzrə ümumilikdə (1 ədəd PQ-4 – /1,2 m3 x 12 saat x 330 gün x 0,12 manat = 570 manat/ + 1 ədəd QSQ - /1,5 m3 x 12 saat x 330 gün x 0,12 manat = 712,80 manat/ + 1 ədəd dəmir soba - /1,4 m3 x 12 saat x 330 gün x 0,12 manat = 665,28/ + 1 ədəd radiator - /0,8 m3 x 12 saat x 330 gün x 0,12 manat = 380,16 manat = 2.328,24 manat) 2.328,24 manat dəyərində təbii qazdan sayğacdan kənar istifadə edilməsi qənaətinə gəlinir. Başqa sözlə, məhkəmə kollegiyasının qənaətinə əsasən təbii qazdan sayğacdan kənar qaydada istifadə edilməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 2.328,24 manat məbləğində zərər vurulmuşdur. Bu səbəbdən həmin məbləğ çıxılmaqla, qalan (7.260,48 – 2.328,24 = 4.932,24) 4.932,24 manat əsassız hesablanmış məbləğ kimi iddiaçının abonent hesabından silinməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktların əhatə etdiyi dövr üzrə iddiaçı tərəfindən təbii qazdan qanunsuz qoşulma (xətt) vasitəsi ilə cavabdehə ümumilikdə 2.328,24 manat məbləğində zərər vurulmuşdur. Bu məbləğdən artıq yazılmış 4.932,24 manat əsassız hesablanmış məbləğ kimi iddiaçının abonent hesabından silinməlidir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, iddiaçının abonent hesabından 4.932,24 manat məbləğində borc (cərimə) silinməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan bu məbləğ üçün nəzərdə tutulmuş 69,32 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət mədaxilinə alınmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Cavabdehnə aid edilməlidir.
36. Ekspert tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pulun 25 manat hissəsi iddiaçıdan, 40 manat hissəsi isə cavabdehdən alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
37. Məhkəmə kollegiyası vurğulayır ki, saxlanılan və silinən məbləğ 5.000 manatdan az olduğundan tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-73/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə İddiaçı abonent hesabından (**********10190) 4.932,24 manat məbləğində borc (cərimə) silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumunun 69,32 manat hissəsi Cavabdehndən tutularaq dövlət mədaxilinə alınsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pulun 25 manat hissəsi iddiaçı İddiaçı, 40 manat hissəsi isə Cavabdehndən alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.