Məhkəmə qərarları › İş №2(103)-6496/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6496/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6496/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü çəxslər "xxxx" KB ASC-nə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4535/2019 saylı işi üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ev 94B, 17 nömrəli mənzilin 01 iyul 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar "hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokol”un və "hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqavilə”nin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 iyul 2019-cu il tarixli 46 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə ptotokol və əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilini 76500 manata "Unibank” X8 Səhmdar Cəmiyyəti almışdır (səh.50,51), "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 iyun 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə, "Unibank” X8 Səhmdar Cəmiyyətinə, İddiaçı, X5, X2 və X3 ünvanladığı açıq hərracın keçirilməsinə dair 02/63 nömrəli bildirişlə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinin 120000 manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat İddiaçı göndərilmiş və poçt məntəqəsinin "bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır, "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 iyul 2018-ci il tarixli Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinə, "Unibank” X8 Səhmdar Cəmiyyətinə, İddiaçı, X5, X2 və X3 ünvanladığı açıq hərracın keçirilməsinə dair 02/63-1 nömrəli bildirişlə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinin 102000 manat qiymətə (ilkin satış qiyməti olan 120000 manat məbləğində dəyərdən 15% aşağı qiymətinə) 24 avqust 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılması barədə məlumat İddiaçı göndərilmiş və poçt məntəqəsinin 26 iyul 2018ci il tarixli "bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır (səh.52-56), "Kaspi” qəzetinin 15-20 iyun 2018-ci il tarixli və 04 iyun 2019-cu il tarixli buraxılışlarında "Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir(səh.65,68,70). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-736/2021 saylı işi üzrə 16.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1828/2020 saylı işi üzrə 06.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətiin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(005)- 4535/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyət hüququ ilə məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ev 94B, 17 nömrəli mənzilin 01 iyul 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar "hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokol”unun və "hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqavilə”sinin etibarsız sayılması qət edilmişdir. Cavabdeh MMC-nə, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü çəxslər "xxxx" KB ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1828/2020 saylı işi üzrə 06.08.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Ali Məhkəmənin 2(102)-1668/2021 saylı ii üzrə 26.04.2021-ci il tarixli qərarı ilə Cavabdeh "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Unibank” X8 Səhmdar Cəmiyyətinin kassasiya şikayətlərinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1828/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.Qərarda Mülki Məcəllə 416.1, 416.2; “İpoteka haqqında” Qanun 41.1, 42.1, 43.1.1, 43.7, 43.8, 44; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.3, 407.2, 416, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin bir əsası kimi hərrac barədə iddiaçıya məlumat verilməməsinə istinad etmiş, mövcud qanunvericiliyə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair bildiriş göndərməli, ünvan sahibi bildirişi almasını təsdiq edən müvafiq sənədi imzalamalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu dəlili ilə də razılaşmır. Belə ki, işin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halından da görünür ki, hərracın keçirilməsi barədə iddiaçının ipoteka predmeti olan mənzil üzrə ünvanına bildirişlər göndərilmiş, lakin bildiriş "bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır. Göründüyü kimi, apellyasiya instansiyası bir tərəfdən hərrac barədə bildirişlərin borcluya çatdırlmamasına istinad etmiş, başqa tərəfdən də bildirişin "bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmasını qeyd etməklə ziddiyyətli mövqe göstərmişdir. Çünki bildirişin "bu ünvanda yaşamır” qeydi ilə geri qayıtması, hərracın keçirilməsi barədə bildirişin borcluya göndərilməməsi halını təkzib edir. Bundan əlavə, iddiaçı nə iddia ərizəsində, nə də apelyasiya şikayətində ipoteka predmeti olan mənzildə yaşamadığını göstərməmişdir. Belə olan halda həmin ünvana göndərilmiş bildirişlərin hansı səbəbdən geri qaytıması halı müəyyən edilməli idi. Lakin qeyd edilən bildirişlərin "bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmasının səbəbləri, iddiaçının ipoteka predmeti olan evdə yaşayıb-yaşamaması hallarına apellyasiya məhkəməsi aydınlıq gətirməmişdir. Halbuki məhz qeyd edilən bu halların müəyyən edilməsi iddiaçının tələbinin qanuni həlli baxımından zəruri olmuşdur.Həmçinin iddiaçı iddia ərizəsində hərracın qanunsuzluğu ilə bağlı faktiki əsas kimi ilkin olaraq yalnız hərrac barədə ona məlumat verilməməsinə istinad etsə də, sonradan apellyasiya şikayətində daha bir faktiki əsas kimi ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsini də pozuntu kimi göstərmişdir. Halbuki işdə üçüncü şəxs olan Nizami rayon İcra və Probasiya Şöbəsinin mənzilin açıq hərracda satışının dayandırılması barədə 07 avqust 2018-ci il tarixli, satışın yenidən təşkil edilməsi ilə bağlı 08 may 2019-cu il tarixli məktublar var. Apellyasiya məhkəməsi isə iddiaçının, ümumiyyətlə, apellyasiya instansiyasında yeni faktiki əsasa istinad etməsinin mümkünlüyü məsələsini müzakirə etmədən, yeni faktiki əsas üzrə hər hansı araşdırma aparmadan, həmin məktublar əsasında mənzilin açıq hərracda satışının hansı səbəbdən dayanmasını araşdırmadan iddia tələbini həm də ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsi əsası ilə təmin etmişdir. Buna görə də apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışında yeni faktiki əsasa istinad edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkünlüyü məsələsinə qiymət verilmədən və bundan sonra mənzilin açıq hərracda satışının dayanma səbəbləri araşdırılmadan, ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsi nəticəsinə gəlinməsi və əlavə olaraq həmin əsasla da iddianın təmin edilməsini məhkəmə kollegiyası düzgün saymır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 12000 manat və 50000 ABŞ dolları olmaqla 2 müqavilə bağladığını, ödənişləri vaxtında etdiyini, hər iki müqavilənin təminatının həmin əmlak olduğunu, qeydiyyatda olduğu ünvana bütün bildiriş və məktubların çatdığını, ipoteka predmeti olan mənzildə yaşadığını, lakin hərrac barədə bildirişlərin gəlmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, məhkəmə qərarının olmasına baxmayaraq bankın cərimə yazmağa davam etdiyini, qeydiyyatda olduğu ünvana bildirişlər gələn zaman evdə kiminsə olmamağının mümkünsüz olduğunu, icraatın dayandırılmasından sonra olan proseslər barədə xəbırsiz olduqlarını, qəzetlərin satışda olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh MMC, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" KB ASC və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Konstitusiya …Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 62-67, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139-158, 269, 294, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41- 46,48; Mülki Prosesual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390,420-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və kassasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən əsaslara dair təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Qeyd edilməlidir ki, ipoteka predmeti olan evdə yaşayışın olması bildirişlərin hansı səbəbdən geri qaytıması əsaslarının müzakirəsini istisna edir. Bundan əlavə, məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə yüksək qanunvericiliyin göstərişləri iddiaçının məsuliyyət həddindən kənar səbəblərdən öncə öz vəzifələrinin vicdanla yerinə yetirilməsini sübut etməlidir. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4535/2019 saylı işi üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar