Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6501/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat baxaraq müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 saylı Notariat Ofisində iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, 14 saylı Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab ediləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixində notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və və 0,06 hektar torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində aparılmış ********** nömrəli qeydiyyatın və çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixində notarial qaydada bağlanmış AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və və 0,06 hektar torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixində aparılmış ********** nömrəli qeydiyyat və çıxarışın ləğv edilməsi, müqavilə üzrə Cavabdeh1 tərəfindən Cavabdeh2 ödənilmiş 21500 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq X2 ödənilməsi qət edilmişdir. Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilərək, şikayətin 2(011)-1562/2024 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadda heç bir əsaslandırma etmədən qeyd etmişdir ki, ərizə təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə nəzərə almalı idi ki, sözügedən qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkilinin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh isə qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdehin vəkilinin apelyasiya şikayəti vermək üçün faktiki şəraiti və yetərli vaxtı olmuşdur, lakin cavabdehin vəkili apellyasiya şikayəti ilə məhkəməyə vaxtında müraciət etməmişdir. Eyni zamanda göründüyü kimi, cavabdehin vəkili apelllyasiya şikayətini cavabdehdən xəbərsiz vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verildikdən sonra Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin ona verilməsini xahiş etmişdir və qətnaməni rəsmi qaydada almışdır. Beləliklə cavabdeh və onun vəkilinin istinad etdiyi hallar apellyasiya şikayətini vermək üçün nəzərdə tutulmuş müddətin buraxılması üçün üzrlü səbəb hesab edilə bilməz. Məhkəmə bütün bu qeyd edilənləri nəzərə almamış, qanunsuz və əsassız olaraq cavabdehin ərizəsini təmin etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh1 prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Birinci instansiya məhkəməsi müddətin bərpa edilməsi barədə ərizəni təmin edərkən onunla əsaslanmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh1 rəsmi qaydada göndərilmiş, lakin poçt zərfi geri qayıtmışdır. Sözügedən qətnamə Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza atmaqla təqdim edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi olaraq Vəkil2 tərəfindən xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsində nümayəndə və vəkil qismində Vəkil2 tərəfindən təmsil olunmuş və təmsilçilik barədə etibarnamə 15 yanvar 2025-ci ilə qədər qüvvədədir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, məhkəmənin qətnaməsi 13 iyun 2024-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə edilərək imzalanmışdır. Belə olduğu halda isə iş üzrə elektron kabineti olan məhkəmə iştirakçılarının elektron kabinetinə məhkəmə qətnaməsi həmin tarixdən yerləşdirildiyindən, məhkəmə qətnaməsindən şikayət verilmə müddəti də məhz həmin tarixdən hesablanmalıdır. Həmçinin Cavabdeh1 xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada verilməsi üçün ərizə ilə müraciət edərək həmin tarixdə qətnaməni rəsmi qaydada qəbul etsə də, xx.xx.2024-cü il tarixdə onun nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə qətnaməsi əlavə edilmişdir. Bu isə bir daha onu sübut edir ki, Cavabdeh1 məhkəmə qətnaməsindən daha əvvəl xəbərdar olmuşdur. Kollegiya qeyd edir ki, müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qəraradı ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: «qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin müddətinin bərpa edilməsinə dair ərizəsini təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh1 prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə Cavabdeh1tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6501/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6501/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver