Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6503/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 157 №-li evin 40 №-li mənzilin (bundan sonra – mübahisəli mənzil) cavabdeh MMC tərəfindən keçirilmiş hərracda satılması barədə xx.xx.2020-ci il tarixli, 40 nömrəli protokolun, habelə hərracın yekunlarıüzrə bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4949/2018 №-li, xx.xx.2018-ci il tarixli icra sənədinəəsasən iddiaçıya məxsus mübahisəli mənzil ucuz qiymətə iddiaçının məlumatı olmadan cavabdeh MMC tərəfindən hərracdan satılmışdır. Ona görə də həmin hərracın nəticələri etibarsız hesab edilməlidir. İddiaçı həmçinin Rayon Məhkəməsinə“iddianın təmini tədbiri barədə”ərizə təqdim edərək, hazırki işüzrə iddianın təmini tədbiri kimi mübahisəli mənzilə münasibətdə hər hansı hərəkətin (özgəninkiləşdirmənin) edilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə”ərizəyə baxmış Rayon Məhkəməsi işüzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı iləərizəni təmin etməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinəşikayət verərək qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq işüzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılmasıüçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsindəşikayət verilmiş qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şhəəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnamədən (İş № 2(006)-4949/2018) görünür ki, həmin qətnamə ilə mübahisəli mənzilin açıq hərracda satılması və satış pulunun mənzilin mülkiyyətçiləri (hazırki iş üzrə iddiaçı və işüzrə tərəf olmayan X1 və Babayeva MinayəŞamil qızı) arasında paylarına uyğun bölünməsi qət edilmişdir. Qeyd edilən qətnamə qüvvəyə mindiyi üçün onun əsasında icra vərəqəsi tərtib edilmiş və icra edilməsi üçün Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli protokoldan və“Hərracın yekunlarıüzrəəmlakın alğı-satqısı barədə” eyni tarixli müqavilədən görünür ki, mübahisəli daşınmaz əmlak (hazırki iş üzrə 3-cüşəxs) X2 tərəfindən alınmışdır. Göründüyü kimi, iddiaçı verdiyi “iddianın təmini tədbirinin görülməsi barədə”ərizə ilə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həyata keçirilən icra hərəkətlərinin faktiki olaraq dayandırılmasını xahiş edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin mənasına görə, icraatda olan işüzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır (maddə 17.1.7.). Həmin Qanunun 19-cu maddəsinin mənasına görə, icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda – mübahisəyə mahiyyəti üzrə baxılanadək icraat dayandırılır (maddə 19.1.3.). Qeyd edilən maddi hüquq normalarının hazırki məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş№ 2(006)-4949/2018) ilə həyata keçirilən icra hərəkətləri hazırki mülki işin baxılması ilə bağlı qəbul olunacaq məhkəmə aktı ilə dayandırıla bilməz. Odur ki, Məhkəmə, şərh edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddianın təmini tədbirinin görülməsi barədə”ərizəsi təmin edilməməlidir. Məhkəmə, qeyd edilənlərəəsasən şikayətin dəlillərini əsaslı saymır və hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Qərardad qanuni vəəsaslıdır. MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinəəsaslanan Məhkəmə hesab edir ki, barəsindəşikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərəəsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6503/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6503/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver