Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6508/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, X9 nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X11 Cavabdeh X5rşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsi üzrə tərtib edilmiş xx.xx.2017-ci il tarixli MXD-2938 saylı inventar aktı və həmin aktın əsasında tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı, eləcə də, həmin qeyri-yaşayış sahəsində qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə ona 10262.13 manat borc hesablanmasının qanunsuz hesab edilməsi, həmçinin qeyd edilən 10262.13 manat borcun ləğv olunaraq qrunt suyunun tullantı sularına axıdılmasına görə onun hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsi 000530 qeydiyyat nömrəli xx.xx.2003-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən həmin qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. O, obyektdə quraşdırılmış su sayğacının göstəricisinə əsasən suya və axıdılan tullantı sularına görə hesablanmış borcu vaxtlı-vaxtında ödəmişdir. Lakin Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin xx xxxx 2017-ci il tarixli MXD-2938 saylı inventar aktına əsasən obyektin qrunt suyu var, sayğacı yoxdur, (d= 40) boru vasitərilə qeyri-qanuni olaraq qruntsularını kanalazasiya şəbəkəsinə axıdılır. xx xxxx 2017-ci il tarixli MXD-2938 saylı inventar aktı əsasında aparılmış qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən 6538 manat dəyərində tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edildiyi qeyd edilir. xx xxxxxx 2017-ci il tarixli inventarizasiya aparılan zaman da, xx xxxx 2017-ci il tarixli MXD-2938 saylı inventar aktında göstərilənlər təsdiq edilmişdir. xx xxxxxxxx 2009-cu il 881-İİİQD nömrəli qanunla “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həmin Qanununun tətbiq edilməsi haqqında xx xxxxxxx 2009-cu il 168 nömrəli Fərman imzalanmışdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinin mənasına görə su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sudan istifadə Qaydalarının 1.3-cü bəndinə əsasən bu Qaydaların heç bir müddəası istehlakçının mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. Planın qaydaların 7.6-cı bəndinə əsasən verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Bundan əlavə, məlum olduğu kimi abonentlərə (fiziki şəxs, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, hüquqi şəxs) xidmət göstərən cavabdehin hər bir nəzarətçisinin vəzəfə təlimatına görə nəzarətçilər tərəfindən müəssisə və obyektlərə ayda bir dəfə baxış keçirilməlidir. “Sudan istifadə Qaydaları”nın 3.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da, nəzərə alınır. Lakin obyektdə həmin qrunt sularından ümumiyyətlə istifadə olunmur. Qaldı ki, obyektdən çıxan qrunt suyuna su sayğacı quraşdırıldıqdan sonra abonent haqqında məlumatlara və hesab- fakturalara əsasən 1 il ərzində 230 manatlıq qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılması müəyyən edilmişdir. Cavabdeh xx xxxx 2019-cu il tarixli 070277 saylı üzləşmə aktının layihəsinə əsasən qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə iddiaçıya 10262,13 manat borc hesablamışdır. Bundan başqa əgər sözügedən obyektdə qrunt suyundan istifadə edilsəydi cavabdehin nəzarətçisi hər ay istehlakçıya verilən həmin tullantı sularının dəyərini tam hesablamaqla bildiriş təqdim edərdi. Göründüyü kimi, qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə cavabdehin nəzarətçisi tərəfindən iddiaçıya bildiriş təqdim edilməmişdir. Odur ki, obyektdə istifadə olunmamış, hər bir halda iddiaçıya aidiyyəti olmayan və cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qrunt suyunun tullantı sularına axıdılmasının dəyəri iddiaçıdan tələb edilə bilməz. Beləliklə, Cavabdeh ASC tərəfindən Mülki Məcəllənin 425.1-ci və 448.1-ci maddələrinin, həmçinin “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinin, habelə, “Sudan istifadə Qaydalarf’nm 7.6-cı bəndinin tələbləri pozularaq obyektdə qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılması görə 10262,13 manat borc qanunsuz olaraq iddiaçıdan tələb olunur. Həmin 10262,13 manat vəsait ödənilmədiyi üçün Cavabdeh ASCnin Xətai rayon Sukanal İdarəsi tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə su təchizatı və tullantı sularının axıdılması xidməti dayandırılmışdır. Odur ki, Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsində iddiaçıya 10262,13 manat borc hesablanması qanunsuz hesab edilməli, həmçinin, qeyd edilən 10262,13 manat borcun ləğv olunaraq iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh X6 X11un mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsi üzrə tərtib etdiyi xx xxxx 2017-ci il tarixli MXD-2938 saylı inventar aktının etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsində qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixə 10363,13 manat borc hesablamasının qanunsuz hesab edilməsi, həmçinin, həmin 10363,13 manat borcun ləğv olunaraq qrunt suyunun tullantı sularına axıdılması üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsinin və xx.xx.2020-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən qeyri-yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablaşmanın yalnız iddiaçının balansında olan 106681 nömrəli su sayğacının göstəricisinə əsasən aparılmasının cababdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X9 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsi üzrə Cavabdeh ASC-nin tərtib etdiyi xx xxxx 2017-ci il tarixli MXD-2938 saylı inventar aktının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 2/15 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsində qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixə 10363,12 (on min üç yüz altmış üç manat on üç qəpik) manat borcun hesablanmasının qanunsuz hesab edilməsi, 10363,12 (on min üç yüz altmış üç manat on üç qəpik) manat borc ləğv olunaraq qrunt sularının tullantı sularına axıdılması üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasında) silinməsi və xx.xx.2020-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən qeyri-yaşayış sahəsində su təchizatının və tullantı sularının axıdılması xidmətlərinə görə hesablaşmanın yalnız iddiaçının balansında olan 106861 nömrəli su sayğacının göstəricisinə əsasən aparılmasının cavabdehə həvalə olunması, iş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh ASCdən tutularaq Dövlət Xəzinədarlığı Agentliyinin, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, Cavabdeh ASCnin əməkdaşları tərəfindən xx xxxx 2017-ci il tarixində Yasamal rayonu, S.Qurbanov küçəsi, ev-2/15 ünvanında fəaliyyət göstərən, Yüksel Yavuza məxsus obyektin su təchizatına baxış keçirilən zaman iddiaçı tərəfindən d=40 mm-lik boru ilə obyektin zirzəmisindən qeyri-qanuni olaraq yeraltı qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsi faktı aşkar edilmişdir.Tullantı sularının axıdılması sistemindən qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin tərtib edilmiş MXD-2938 nömrəli akta əsasən cəmi 6538 manat olması müəyyən edilmişdir. Qanunsuz qoşulmanın olduğunu sübut edən video görüntülər də qeydə alınmışdır. Qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılması faktı video görüntüdə açıq aşkar lentə alınıb.Belə ki, Yüksəl Yavuz qrunt abonenti kimi qeydiyyata alındığı vaxtdan “Sudan istifadə Qaydaları”nın 4 nömrəli cədvəlinə uyğun olaraq borunun en kəsiyinə görə (borunun diametri d=40 mm) və həmçinin 2018-ci ildən quraşdırılmış sayğacın göstəriciləri əsasında xx.xx.2020- ci il tarixinə kimi cəmi 10363.12 manat əsaslı borc hesablanmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4 nömrəli əlavəsi olan cədvələ əsasən qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir.Eyni zamanda qeyd edək ki, istehlakçı Yüksəl Yavuz ilə Cavabdeh ASC arasında “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” bağlanan müqavilənin şərtlərində müəssisənin hüquq və öhdəlikləri kimi 3.4-cü bəndində qeyd olunmuşdur ki, axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.Hakim qətnamədə qrunt sularından istifadə edilmədən kanalizasiya şəbəkəsinə axıdılmasını əsas gətirərək Cavabdeh ASC tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış dəymiş ziyanın və daha sonrakı dövrlər üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq qrunt sularının tullantı sularının axıdılması şəbəkəsinə axıdılmasına görə əsaslı olaraq yaranmış borcun ləğv edilməsinə dair qətnamə çıxarmışdır.Belə ki, Yüksəl Yavuz ilə Cavabdeh ASC arasındakı müqavilənin 3.4-cü bəndinin açıqlamasından göründüyü kimi həmin cümlədə “istifadə edilmiş quyu suyu” ifadəsi qeyd olunmuşdur. Bu isə o deməkdir ki, qrunt suyundan istifadə ilə bağlı heç bir fikir bildirilməmişdir.Bundan əlavə qeyd edək ki, Cavabdeh ASC su təchizatı və tullantı sularının axıdılması sahəsində dövlət tərəfindən yaradılmış xidmət təşkilatıdır. Bu sahədə bütün tənzimləmələr dövlət tərəfindən Cəmiyyətə həvalə olunmuşdur. Odur ki, balansında olan bütün su və kanalizasiya xətlərinə nəzarət funksiyasını həyata keçirir və baş vermiş qəza hallarına görə məsuliyyət daşıyır. Belə ki, hər bir halda kanalizasiya sisteminə axıdılan tullantı sularının hesabatının aparılması Cəmiyyətin xidməti vəzifəsidir. Kanalizasiya sisteminə qanunsuz axıdılan (yəni hesabat aparılmadan) tullantı suları şəbəkədə yüklənmə yarada bilər və bu isə böyük qəzaların yaranmasına səbəb ola bilər. Məhz bu məntiqi yanaşma ilə izah edilə bilər ki, qrunt suyundan istifadə edilib-edilməməsindən asılı olmayaraq həmin suların Cavabdeh ASCyə məxsus kanalizasiya şəbəkələrinə qanunsuz axıdılması qanunvericiliyin tələblərinin pozulması halıdır və bu da mülki məsuliyyətə səbəb olur.Hakim birtərəfli mövqedən çıxış edərək qanunvericiliyin tələblərinə məhəl qoymadan yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmış və cavabdeh tərəfindən təqdim olunmuş video görüntüyə və yazılı etirazda qeyd edilən hallara hüquqi qiymət verməmiş, cavabdehin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir.Göstərilənlər təsdiq edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.m“Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunun 67-ci maddəsinin 1-ci bəndinə göstərilir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təhcizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təhcizatı və kanalizasiya sisteminə qoşulma qadağandır.Lakin bütün bunlara baxmayaraq istehlakçı qanunvericiliyin tələbləri ilə yanaşı müqavilənin də şərtlərini kobud şəkildə pozaraq Cavabdeh ASC-yə maddi ziyan vurmuşdur.Qanunun 72-ci maddəsinə əsasən qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təhcizatı və kanalizasiya müəssisəninə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsulliyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında X9 nümayəndəsi və eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instnasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olanxx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, Yavuz Yüksəl ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X2 3 illik müddətə icarəyə götürmüşdür. İş materiallarında olan mülkiyyət haqqında şəhadətnamənin surətindən görünür ki, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Yavuz Yüksəldir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli MXD-2938 nömrəli inventar aktından görünür ki, Yasamalrayonu, Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən obyektin qrunt suyunun olması, sayğacının olmaması və boru vasitəsi ilə qeyri-qanuni olaraq qrunt sularının kanalizasiya şöbəkəsinə axıdıldığı müəyyən edilmişdir. Müştəri xidmətləri departamentinin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşən fiziki şəxs Yüksəl Yavuz 6538 kub metr miqdarda, 6538 manat məbləğində tullantı suların axıdılması xidmətindən qeyriqanuniistifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. İş materiallarında olan Cavabdeh ASC-nin Yasamal sukanal idarəsinin xx.xx.2017-ci il tarixli aktından görünür ki, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında yerləşən qeyri- yaşayış sahəsininin su xəttinə baxış keçirilən zaman obyektin qrunt sularının olduğu və boru vasitəsi ilə kanalizasiya şəbəkəsinə axıdılması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2666 saylı ekspertiza rəyindən görünür ki, Yüksəl Yavuza məxsus Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında yerləşən qeyri-yaşayış sahəsini zirzəmisində toplanan qurunt sularının iddiaçı tərəfindən plastik su boruları ilə binanın ümumi kanalizasiya xəttinə axıdılması müəyyən edilmiş, lakin həmin qrunt sularından mağazanın içərisində istifadə halları müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 070277 nömrəli üzləşmə aktından görünür ki, Yüksəl Yavuza məxsus qeyri-yaşayış obyektinə ümumilikdə 10360.13 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 14-cü maddəsinə görə bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun; 30-cü maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir; «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nörməli Qərarının 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifələridir. «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nörməli Qərarının 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 3.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da, nəzərə alınır. Göründüyü kimi müqavilə üzrə axıdılmış tullantı sularının miqdarı təyin edilərkənistifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da, nəzərə alınır. Halbuki, iddiaçı tərəfindən qurunt suları istifadə edilmədən binanın ümumi kanalizasiya axıdılmışdır. Sözü gedən bu hal iş üzrə təyin edilmiş ekspert rəyi ilə də, öz təsdiqini tapmışdır. Bundan əlavə, cavabdehin 10363,12 manat borcun ödənilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsində nəzərdə tutulmuş vidanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin xx.xx.2020-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən qeyri-yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablaşmanın yalnız iddiaçının balansında olan 106861 nömrəli su sayğacının göstəricisinə əsasən aparılmasının cababdehə həvalə olunması hissəsinə münasibət bildirərək haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də, təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 106861 nömrəli sayğac quraşdırılmaqla yanaşı, eyni zamanda qrunt suların cavab tərəfindən kanalizasiya xəttinə axıdılmış qrunt sularının hesabatının aparılması üçün əlavə sayğac da, quraşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, işin halları və o cümlədən də, yuxarıda qeyd edilmiş qanunvericlik normalarına əsasən, mübahisəli ünvanda qrunt sularının iddiaçı tərəfindən istifadə edilmədən kanalizasiya xəttinə axıdılması və həmin qrunt sularının axıdılmasına görə cavabdeh tərəfindən yazılmış cərimələrin və o cümlədən də hesablanmış və iddiaçı tərəfindən ödənilməsi tələb edilən məbləğlər, məhkəmə tərəfindən əsassız hesab edildiyindən, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2020-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən qeyri-yaşayış sahəsində hesablaşmanın yalnız iddiaçının balansında olan 106861 nömrəli su sayğacının göstəricisinə əsasən aparılması cababdehə həvalə olunmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, cavabdeh iddiaya etiraz edərək etirazının əsası kimi, iddiaçıya məxsus mübahisəli obyektin zirzəmisindən qeyri-qanuni olaraq yeraltı qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsini və bununlada cavabdehə maddi ziyanın vurulması ilə əsaslandırsa da, iş üzrə təyin edilmiş xx.xx.2020-ci il tarixli, 2666 saylı ekspertiza rəyinə əsasən, Yüksəl Yavuza məxsus Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında yerləşən qeyri-yaşayış sahəsini zirzəmisində toplanan qurunt sularının iddiaçı tərəfindən plastik su boruları ilə binanın ümumi kanalizasiya xəttinə axıdılması, lakin həmin qrunt sularından iddiaçı tərəfindən istifadə edilməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC -nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6508/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6508/2020
26.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver