Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6510/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı notariat kontoruna və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı notariat kontoruna və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla (Cavabdeh3 etibarnamə əsasında) Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə Cavabdeh2 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın, o cümlədən, Cavabdeh2 ilə Cavabdeh1 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməklə, onun əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi (vəkili) işin icraatının Cavabdeh3 və Nəbiyeva Röya Vahid qızının Azərbaycan Respublikasının CMnin 178.3.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Hərbi Məhkəməsində baxılan cinayət işi üzrə çıxarılacaq hökm qanuni qüvvəsini alanadək dayandırılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmuşdur. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin öz qərardadını əsaslandırmadığı, sözügedən cinayət işinin təmsil etdiyi şəxsə heç bir aidiyyatının olmadığı, onun əmlakı qanuni yollarla satın aldığı, cinayət işi üzrə çıxarılacaq hökmün baxılan mülki mübahisə üçün preyudisial olmayacağı arqumentləri ilə əsaslandırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi şikayətin əsassız və qərardadın dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmiş, digər tərəflər isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası nümayəndələri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. İşin hallarından görünür ki, İddiaçı ona məxsus olmuş torpaq sahələrinin Cavabdeh3 tərəfindən saxta etibarnamə əsasında onunla əlbir olan Cavabdeh2 satdığını, sonuncunun isə sonradan həmin sahələri Cavabdeh1 satdığını irəli sürmüş, iddiasını bir sıra digər əlillərlə yanaşı, həmçinin Cavabdeh3 və digərləri barəsində başlanmış cinayət işinin materialları ilə əsaslandırmışdır. İş materiallarından aydın olur ki, hazırda Bakı Hərbi Məhkəməsində baxılan cinayət işi məhz iddiaçının istinad etdiyi işdir və məhkəmə həmin cinayət işi üzrə çıxarılacaq yekun aktın mülki mübahisə üzrə əhəmiyyət kəsb edəcəyi qənaəti ilə icraatın dayandırılmalı olduğu nəticəsinə gəlmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqda olan sözügedən cinayət işi üzrə müəyyənləşdiriləcək hallar hazırki iş baxımından preyudisial əhəmiyyət kəsb edə bilər və buna görə də işin icraatının dayandırılması əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 82.4cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində mülki işə baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1459/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6510/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6510/2020
13.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver