Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6511/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X4, cavabdeh “xxxxxxx” X2 nümayəndəsi X5 iştirakı ilə İddiaçı “xxxxxxx” X1rşı “ödənilməmiş kirayə haqqının tutulması və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxxxxx” MMC-nə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə xx xxxx 2018-ci il tarixdə MMC-nin ünvan 1 1 ünvanında yerləşən evi sökməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa ediləcək binadan ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzili onun mülkiyyətinə verməsi, eləcə də tikinti tam başa çatana və tam təmirli mənzil ona təhvil veriləcək günədək aylıq 350 manat kirayə haqqını 3 aylıq birdəfəlik ödəniş qaydasında ödəməsi, 24 ay müddətində tikintini tamamlaması barədə 39 saylı müqavilə bağladığını, MMC-nin ilkin olaraq ümumilikdə 3 aylıq kirayə haqqını ödəməsinə baxmayaraq 2019-cu ilin iyun ayından etibarən öhdəliyini icra etmədiyini, yeni binanın tikintisinin də yarımçıq dayandırıldığını irəli sürmüş, buna görə də MMC-dən xx xxxx 2019cu il tarixindən iddia qaldırılan vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə qədər hesablanmış 3150 manat ödənilməmiş kirayə haqqının tutulması, mənzilin ona təmirli şəkildə verilən günə qədər aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi öhdəliyini yerinə yetirməsi, xx xxxx 2020-ci il tarixinə qədər ünvan 1 1 ünvanında inşa edilən yeni çoxmənzilli, hündürmərtəbəli, yaşayış binasının ümumi sahəsi 50,16 kv.m. olan tam təmirli mənzili (mətbəx mebeli quraşdırılmış) onun mülkiyyətinə vermək, mənzili təhvil-təslim etmək öhdəliyinin MMC-nin üzərinə qoyulması, 30 (otuz) manat dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının əvəzi qismində 210 manatın MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, “xxxxxxx” MMC-dən xx xxxx 2019-cu il tarixindən xx xxxxxx 2020-ci il tarixə qədər hesablanmış 3150 manat ödənilməmiş kirayə haqqının və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, ünvan 1 ünvanında “xxxxxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan İddiaçı təmirli şəkildə mənzil verilən günə qədər aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi və mənzili təhvil-təslim etmək öhdəliyinin MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən “xxxxxxx” MMC-nin nümayəndəsi (direktoru) apellyasiya şikayəti verərək onun iddianın təmin edilməsi ilə bağlı hissədə ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, işə iştirakları olmadan baxdığı, iddiaçı ilə MMC arasında bağlanmış müqavilənin müddəalarına əhəmiyyət vermədiyi, həmin müqavilənin şərtlə bağlanmış əqd olmaqla müvafiq şərtin reallaşması səbəbilə artıq ləğv edildiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən “xxxxxxx” MMC-nin nümayəndəsi Asif Quliyev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən 20 saylı mənzil iddiaçının oğlu Füzuli Hüseynovun mülkiyyətində olmuş, təmsil etdiyi MMC həmin mənzildə qeydiyyatda olan iddiaçı ilə xx xxxx 2018-ci il tarixdə onun istinad etdiyi müqaviləni bağlamış olsa da, müqavilənin 8-ci bəndində iddiaçının xüsusi öhdəliyi müəyyənləşdirilmiş, iddiaçı, Nərimanov Rayon Məhkəməsində öz oğluna qarşı qaldırdığı “bağışlamanın ləğv edilməsi” iddiası üzrə çıxarılacaq yekun məhkəmə aktının nəticəsindən asılı olaraq əmlakla bağlı ya yeni müqavilə bağlamağı, ya da hazırda istinad etdiyi müqavilədən Füzuli Hüseynovun xeyrinə imtina etməyi öhdəsinə götürmüşdür. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının sözügedən iddia tələbi rədd olunmuş, bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının qətnaməsi isə Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhz bu səbəblə iddiaçı ilə bağlanmış müqavilə müvafiq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən ləğv edilmiş və MMC-nin iddiaçı qarşısında hər hansı öhdəliyi qalmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunması ilə bağlı hissəsinin (iddianın qismən təmin olunan hissəsi)qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş, cavabdeh isə qətnamənin iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələblərinin həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən halına görə, ünvan 3 ünvanında yerləşən 20 saylı mənzil İddiaçı mülkiyyətində olmuş, həmin mənzili o, xx.xx.2005-ci il tarixdə oğlu Füzuli Hüseynova bağışlamış və mənzil xx.xx.2005-ci il tarixdə sonuncunun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, qeyd olunan ünvanda Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli sərəncamı əsasında hündürmərtəbəli binanın inşasını həyata keçirən “xxxxxxx” MMC mənzildə qeydiyyatda olan İddiaçı ilə xx xxxx 2018-ci il tarixdə 39 saylı müqavilə bağlayaraq evi sökməsi və hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa ediləcək binadan ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzili onun mülkiyyətinə verməsi, eləcə də tikinti tam başa çatana və tam təmirli mənzil ona təhvil veriləcək günədək aylıq 350 manat kirayə haqqını 3 aylıq birdəfəlik ödəniş qaydasında ödəməsi, habelə 24 ay müddətində tikintini tamamlaması barədə öhdəlik götürmüş, müqavilənin 8-ci bəndində isə, iddiaçının, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində öz oğluna (Füzuli Hüseynova) qarşı qaldırdığı “bağışlamanın ləğv edilməsi” iddiası üzrə çıxarılacaq yekun məhkəmə aktının nəticəsindən asılı olaraq əmlakla bağlı ya yeni müqavilə bağlayacağı, ya da hazırda istinad etdiyi müqavilədən Füzuli Hüseynovun xeyrinə imtina edəcəyi razılaşdırılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının Füzuli Hüseynova qarşı qaldırdığı “bağışlamanın ləğv olunması” tələbi rədd edilmiş, bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının qətnaməsi isə Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbləri üzrə istinad etdiyi faktiki hallar, həmin tələblərin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 324.1-ci və 324.2-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəyə görə isə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi tərəflər, aralarında xx xxxx 2018-ci il tarixdə müqavilə bağlandığını, “xxxxxxx” MMC-nin iddiaçının qeydiyyata olduğu mənzilin yerində inşa ediləcək binadan ümumi sahəsi 50,16 kv.metr olan tam təmirli mənzili onun mülkiyyətinə verməsi, eləcə də tikinti tam başa çatana və tam təmirli mənzil ona təhvil veriləcək günədək aylıq 350 manat kirayə haqqını 3 aylıq birdəfəlik ödəniş qaydasında ödəməsi, habelə 24 ay müddətində tikintini tamamlaması barədə öhdəlik götürdüyünü mübahisələndirmirlər; bununla belə, həmin müqavilənin 8-ci bəndində iddiaçının xüsusi öhdəliyi müəyyənləşdirilmiş, iddiaçı, Nərimanov Rayon Məhkəməsində öz oğluna qarşı qaldırdığı “bağışlamanın ləğv edilməsi” iddiası üzrə çıxarılacaq yekun məhkəmə aktı onun ziyanına olacağı təqdirdə hazırda istinad etdiyi müqavilədən Füzuli Hüseynovun xeyrinə imtina etməyi öhdəsinə götürmüşdür. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının “xx xxxx 2019-cu il tarixindən iddia qaldırılan vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə qədər hesablanmış 3150 manat ödənilməmiş kirayə haqqının tutulması” tələbi əsaslı hesab oluna bilməz – belə ki, onun öz oğluna qarşı Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia üzrə çıxarılmış qətnamə Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarı əsasında qanuni qüvvəyə minmişdir və istinad etdiyi müqavilənin təfsirinə görə MMC, məhz həmin tarixə qədər ona kirayə haqqı ödəmək öhdəliyi daşımışdır. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya hesab edir ki, iddiaçının “ünvan 1 ünvanında “xxxxxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan ona təmirli şəkildə mənzil verilən günə qədər aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi və mənzili təhvil-təslim etmək öhdəliyinin MMC-nin üzərinə qoyulması” tələbi də təmin oluna bilməz və bu tələblə bağlı əlavə əsaslandırlmasına zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1372/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “xxxxxxx” MMC-dən xx xxxx 2019-cu il tarixindən xx xxxxxx 2020-ci il tarixə qədər hesablanmış 3150 manat ödənilməmiş kirayə haqqının və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, ünvan 1 ünvanında “xxxxxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan İddiaçı təmirli şəkildə mənzil verilən günə qədər aylıq 350 manat kirayə haqqının vaxtında ödənilməsi və mənzili təhvil-təslim etmək öhdəliyinin MMC-nin üzərinə qoyulması” hissəsində ləğv olunsun. İddia tələbləri həmin hissədə də təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6511/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6511/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver