Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-652/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cəlal qızının Cavabdeh qarşı “pul tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı Cəlal qızına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Akademik M.Qaşqay küçəsi, ev № 28-də yerləşən 21 №-li mənzilə dair bağlanmış 08.04.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilmiş 214.000 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 30.000 manat, maddi zərərin əvəzi kimi 20.000 manat İddiaçı alınaraq Cavabdeh verilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilsin, 214.000 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 214.030 manat Cavabdeh alınaraq İddiaçı verilsin, qarşılıqlı iddia rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı ilk iddiadan imtina etdiyini, qətnamənin qarşılıqlı iddiaya aid hissəsində isə əks tərəfin apellyasiya şikayətinə etiraz etdiyi bildirdi. İddiaçı ilk iddiadan imtina etməsi barədə ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmşdir. Onun vəkili və nümayəndəsi Vamiq Şükürov əvvəlki məhkəmə iclasında iştirak etsə də sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilk iddiadan imtina etdiyinə görə qətnamənin ilk iddiaya aid hissəsi ayrıca qərardadla ləğv edilmiş və ilk iddiaya aid hissədə iş üzrə icraata xitam verilmişdir. Qarşılıqlı iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qarşılıqlı iddia onunla əsaslandırılıb ki, İddiaçı qərəzli iddia qaldırdığına, əsassız iddianın qaldırılması vaxt itkisinə səbəb olduğuna, habelə əmlakların üzərinə əsassız həbs qoyulduğuna görə Cavabdeh mənəvi, psixi iztirablar keçirmiş, nəticədə isə maddi və mənəvi zərər çəkmişdir. Lakin İddiaçı maddi zərər çəkdiyinə dair məhkəməyə sübut təqdim etməyib, habelə onun mənəvi sarsıntı keçirməsi və ya iztirab çəkməsi təsdiq olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli qətnaməsi Cavabdeh qarşılıqlı iddiasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Həmin qətnamə İddiaçı ilk iddiasına aid hissədə ayrıca qərardadla ləğv edilmiş və ilk iddiaya aid hissədə iş üzrə icraata xitam verilmişdir. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-652/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-652/2022
28.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver