Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6526/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4593/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Kreditor İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, borclu Cavabdeh oğlundan müəssisənin xeyrinə 1736,25 manat abunə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1756,25 manat məbləğində pulun məcburi qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.10.2018-ci il tarixli, e-2(010)-6765/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4593/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh oğlundan İddiaçı xeyrinə 1736,25 (bir min yeddi yüz otuz altı manat iyirmi beş) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, dövlət rüsumunun çatışmayan 10 (on) manat hissəsinin Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə tutulması qət edilmişdir (sədrlik edən: Tural Məmmədov). Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli qətnaməsinin Cavabdeh oğlu tərəfindən alınmasına dair rəsmi sənəd yoxdur. Belə ki, iş materiallarında olan zərfdən (i.v. 73) görünür ki, məhkəmə qətnaməsi “hərbidədir” qeydi ilə geri qayıtmışdır. Daha sonra cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə (i.v. 78) ünvanlanaraq qətnamənin surətinin cavabdehə verilməsi xahiş edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin 2(010)-4593/2020 saylı, 12 fevral 2021-ci il tarixli məktubundan (i.v. 79) görünür ki, cavabdehin ərizsinə əsasən 2(010)-4593/2020 saylı, 12.11.2020-ci il tarixli qətnamənin surəti yenidən cavabdehə göndərilmişdir. Buna baxmayaraq, cavabdehin həmin qətnamənin surətini hansı tarixdə almasını göstərən hər hansı bir sənəd iş materiallarında aşkar edilmir. Bu səbəbdən də, cavabdehin 16.05.2021-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürübötürmədiyini müəyyən etmək mümkün deyildir. Qətnamədən şikayət verilmə qaydası MPM - nin 360-cı maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin birinci intansiya məhkəməsinin qətnaməsinin hansı tarixdən almasını sübut edən rəsmi sənəd olmadığından, qətnamədən 1 ay müddətində şikayət verilməsinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Qətnamənin alınmasını təsdiq edən hər hansı rəsmi sənəd olmadan işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyri-mümkün hesab edir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4593/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6526/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6526/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver