Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6537/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 989/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivindəki evin **********03390 saylı abonent hesabına hesablanmış 1242 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivindəki evin **********03390 saylı abonent hesabına 1242 manat məbləğində borc hesablanmışdır. Borc hesablanmasına əsas kimi sayğacdan kənar qaz xəttinin olduğu göstərilmişdir, Halbuki, onun ünvanında kənar xətt olmamış, akta əlavə olunan fotoşəkillərin onun ünvanına heç bir aidiyyəti olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-989/2020 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən təmin olunmuş, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivindəki evin **********03390 saylı abonent hesabına hesablanmış 1035 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, iddiaçının kənar xətdən istifadə etməsi, bu səbəbdən də qaz itikisinə görə əlavə sərfiyyat hesablanması, tərtib edilmiş aktın qanuni olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş,lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmuş hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********03390 sayla qeydiyyata alınmış abonent koduna 1242 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın təsdiq edilmiş surətlərinindən görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə halı aşkar olunmuşdur. İşdə olan itirilmiş qazın bərpası üzrə hesablamaya əsasən xx.xx.2018-ci il tarixli, ******* saylıakt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün təşkil edir. Hesabat zamanı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, kombi maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 12420 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivindəki evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə halı aşkar olunmuş və buna dair cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Akta tərtib olunmuşdur. Akta iddiaçı imza etməkdən imtina etsə də, lakin akta təbii qazdan qeyri-qanuni istifadə etməməsi ilə bağlı qeydlərini yazmamışdır. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün təşkil edildiyi, hesabat zamanı qaz işlədicilərindən PQ4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, kombi maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarına riayət olunub olunmaması ilə bağlı Birliyin əmlakdaşları mütəmadi olaraq (ay ərzində ən azı 1 dəfə olmamaqla) yoxlanışlar apardığından itirilmiş qaz sərfiyyatı günlük olaraq həddən artıq şişirdilmiş həddə hesablanmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı hesabat əsasında itirilmiş qaz sərfiyyatı 180 gün yox, 30 günlük hesabat aparılmaqla (1,2x6x30=216 m3 x 0,10=21,60 manat, 1,5x10x30=450 m3 x 0,10=45 manat, 2,6x18x30= 1404 m3 x 0,10=140,40 manat) qaz sərfiyatı və həmin sərfiyat üzrə tutulacaq pul məbləği müəyyən edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin əməkdaşlarının tərtib etdiyi aktın qanunsuzluğu ilə bağlı deyil, həmin akt əsasında aparılmış əlavə sərfiyyatın hesablaması ilə razılaşmamış, hesablamanın 180 gün ərzində deyil, 30 gün müddətində hesablanmalı olması qənaətinə gəlmişdir. Cavabdeh isə apellyasiya şikayətində ziddiyyətli halları göstərmiş, yəni birinci instansiya məhkəməsi tərəfindən müdaxilə faktı ilə bağlı tərtib olunmuş aktın və şəkillərin sübut kimi qəbul edilməməsini, yerində çəkilmiş şəkillərin iddiaçının evinə aid olmamasını və s. göstərmişdir. Halbuki, qətnamədə qeyd edilən hallar göstərilməmiş, birinci instansiya məhkəməsi iddianı başqa əsaslara görə (yuxarıda qeyd edildiyi kimi, sərfiyyatın günlərin sayına görə düzgün hesablanmaması) qismən təmin etmişdir. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı hər hansı dəlil (etiraz) göstərməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq,hesab edir ki,qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 989/2020 saylı qətnaməsindən cavabdeh tərəfindənverilmişapellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)- 989/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6537/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6537/2020
29.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver