Məhkəmə qərarları › İş №2(103)-6538/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6538/2020

04.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6538/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmməd Allahverdi oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı X3 cavabdeh LPO “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1rşı “kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Yeganə Kərimovanın verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatında iddiaçı X3 cavabdeh LPO “xxxxxxxxxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1rşı “kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinin etibarsız hesab edilmısi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Yeganə Kərimovanın verdiyi apellyasiya şikayətinə əsasən iş vardır (İş № 2(103)- 6538/2020. Sədrlik edən: hakim Məmmədov Məmməd Allahverdi oğlu). İşə apellyasiya baxışında baxılan zaman müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh olan Bankın hazırki iş üzrə iddiaçıya qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən həmin iş üzrə cavabdeh (hazırki iş üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti əsasında digər mülki iş vardır (İş № 2(103)-535/2020). Sədrlik edən: hakim Həsənov Rəşad Məmməd oğlu). Məhkəmə, eyni tərəflərin eyni barədə tələbləri üzrə olan bu işlərin məhkəmənin icraatında olmasını müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsinin məqsədəmüvafiq olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: 2(103)-6538/2020№-li və 2(103)-535/2020 №-li mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar