Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6538/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 5otariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: «alğı-satqı müqaviləsinin, həmin müqavilələr əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlak») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5802/2022 saylı, 22 dekabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. AR-İİ 603668 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamə əsasında İddiaçı vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmağı Cavabdeh1 etibar etmişdir. Etibarnamə 6 ay müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur.
2. "Elektron notariat" X1 çıxarışdan və AR-İİ 555249 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanlarında təmsil etmək, adından mirası qəbul etmək və mirasın qəbulundan imtina etmək və bir çox səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Etibarnamə 3 ay müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur.
3. "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakı ilə sənədlərlə imzanının həqiqiliyinin təsdiq edilməsi növündə notariat hərəkəti aparılmışdır. Notariat hərəkətinin məzmunu İddiaçı ünvan 1 ünvanında yaşayan və xx.xx.2018-ci ildə ölmüş anası X2 miras qalmış Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və yarım tikiliyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə müraciətlə bağlı olmuşdur.
4. AR-İİ 656870 nömrəli etibarnamə əsasında İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanlarında təmsil etmək, adından mirası qəbul etmək və mirasın qəbulundan imtina etmək və bir çox səlahiyyətləri əhatə edən etibarnamə vermişdir. Etibarnamə 5 ay 20 gün müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur.
5. xx.xx.2020-ci il tarixli 2-257A qeydiyyat vəsiqəsinə əsasən X3 məxsus olmuş Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin verdiyi xx.xx.2022-ci il tarixli, 2V-287 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixində İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq çıxarış verilmişdir.
6. AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 32 saylı Notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-609 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 4000 manata satmışdır. Müqaviləni İddiaçı əvəzinə 5 saylı Notariat ofisində xx.xx.2022 tarixdə verilmiş 1571 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır.
7. 28 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, 024443 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə X5 04 dekabr 2010-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Fərzəliyev”, arvada isə “Fərzəliyeva” soyadı verilmişdir.
8. Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir.
9. AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli ünvan 5otariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-421 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzili 70200 manata Cavabdeh2 satmışdır. Müqaviləni İddiaçı əvəzinə 3 saylı Bakı “ASAN xidmət" mərkəzində Notariat ofisində xx.xx.2022 tarixdə verilmiş 3361 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır.
10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən 70200 manat 11 saylı Notariat ofisinin depozit hesabına köçürülmüşdür.
11. Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzil Cavabdeh2 adına ünvan 5otariat Ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-421 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 5otariat ofisi və Bakı şəhəri 32 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı xüsusi notariat ofisində bağlanmış və 4Ə/421 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,5 kv.m. olan mənzilə dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində bağlanmış və 40-609 reyestr nörməsi ilə qeydə alınmış alqısatqı müqaviləsinin, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh1 onun, yəni İddiaçı adından iddiaçının başqa işlərini görmək adı altında aldadaraq adından etibarnamə alıb. Cavabdeh etibardan sui-istifadə edərək onu aldatmaq, habelə zəif düşüncəsindən istifadə edərək şəxsi mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 57,3 kv.m olan mənzilini dələduzluq niyyətini həyata keçirmək üçün alqı-satqı müqaviləsinə əsasən 70200 manat məbləğinə Cavabdeh2 adına keçirilib. Cavabdeh1 bu barədə ona bildirməmişdir. ünvan 6 ünvanda yerləşən mənzillə 15 saylı mənzil bitişdirilib, yəni mənzillərin bir girişi var. Həmin mənzillərin araları açıq olmaqla orada yaşayırlar. xx.xx.2018-ci ildə iddiaçı ünvan 6 ünvanda yaşayan və həmin ünvanda ölmüş anası X2 miras qalmış, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili ona irs qalmış, mirası qəbul etmişdir. Ondan başqa digər vərəsə olmayıb. Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq lazım idi. Onun elə işlərdən anlayışı olmadığı üçün Cavabdeh1 ona köməklik edə biləcəyini bildirmişdir. İddiaçı da cavabdehə inanaraq onun adına etibarnamə vermişdir ki, miras qalmış əmlaka dair iddiaçıya çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi və çıxarış alsın. Onlar razılaşmışlar ki, onun adına lazımi sənədləri tərtib edib düzəltdikdən sonra zəhmət haqqını verib xəcalətindən çıxacaq. Cavabdeh1 onu müxtəlif bəhanələrlə aldadaraq adından bir neçə dəfə etibarnamə aldırmışdır. O, da bir insan kimi inanmış və etibar etmişdir. Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili halında olan miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra həmin əmlaka dair ƏMDK yanında DƏDRX-in Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə onun, yəni İddiaçı adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış alıb. xx.xx.2022-ci il tarixində (indiki ünvan) Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küşəsi, ev 41, mənzil 2 ünvada yerləşən ümumi sahəsi 38,3 kv.m. olan, tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzilini də Cavabdeh2 adına 4000 manat məbləğinə Bakı şəhəri 32 saylı xüsusi notariat ofisində 16 aprel 2022-ci il tarixində rəsmiləşdirilmiş və 4Ə-609 reyestrdə qeydə alınmaqla alqı-satqı müqaviləsinə əsasən satıb. O, heç bir əmlakını və mülkünü satmaq fikrində olmamışdır. Buna dair Cavabdeh1lə razılaşma olmayıb. Cavabdeh onun mülkünü ondan xəbərsiz sataraq mənimsəmişdir. O, cavabdehdən düzəltdiyi sənədləri tələb edəndən sonra qaçıb yoxa çıxmışdır. Bütün sənədləri də cavabdehdə qalıb. Onda anlamışdır ki, cavabdeh onu aldadıb. Belə olandan sonra o, ƏMDK yanında DƏDRX-in Xaçmaz və Bakı Ərazi İdarəsindən öyrənmişdir ki, əmlaklarını dələduzluq edərək ələ keçiriblər. Ona heç bir pul məbləği də verilməyib, çünki o, əmlaklarını satmaq niyyətində olmadığı üçün satış pulları ilə də maraqlanmamışdır. Bundan sonra xalası Tahirə xanıma bu barədə bildirmiş və xalası notariat orqanlarından sənədlərin surətlərini aldıqdan sonra vəkilə müraciət etmişdir. Hesab edir ki, həmin müqavilələr etibarsız hesab edilməlidir. Əgər həqiqətən də o, evini, əmlakını satmaq fikrində olsa idi, alıcı mütləq aldığı mənzilə, evə gəlib baxmalı idi. Ancaq gəlib evlərə baxan belə olmayıb. Bunu bilərəkdən və qəsdən belə ediblər ki, birdən o, evlərinin satılması, əlindən alınması barədə məlumat tutaraq buna imkan verməz. Göründüyü kimi, bağlanmış müqavilələr formal xarakter daşıyır. “Elektron notariat” X1 əldə edilmiş xx.xx.2022-ci il tarixl çıxarışda qeyd edilir: O, yəni iddiaçı xx.xx.2018-ci ildə Bakı şəhəri, ünvan 10 ünvanda ölmüş anası X2 miras qalmış, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikili ondan irs qalmış və mirası qəbul edir. Ondan başqa digər vərəsələr yoxdur. Mirasın tərkibinə daxil olan, Xaçmaz rayonu, Muxtadır qəsəbəsi, Köhnə bağ yeri ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və yarım tikilidə ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Təqdim edilən sənədlər: 1) ölüm haqqında şəhadətnamənin surəti 3 ədəd; 2) doğum haqqında şəhadətnamənin surəti- 1 ədəd; 3) şəxsiyyət vəsiqəsinin surəti-2 ədəd; 4) qeydiyyat vəsiqəsinin surəti-2 ədəd; 5) arayış 1 ədəd; 6) etibarnamənin surət-1 ədəd. Buradan da təsdiq edilir ki, o, yalnız Cavabdeh1lə razılaşmışdır ki, ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında köməklik etsin. O, cavabdehə deməmişdir ki, əmlaklarını satsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavabla müəyyən edilir ki, ünvan 6 ünvanı Cavabdeh2 adına ünvan 11un 2022-ci il tarixində 4Ə/421 reyestrdə qeydə alınmaqla alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 iddiaçı ilə uzun müddətdir tanışlıq, dostluq əlaqəsi saxlayır, ailəvi gediş-gəlişləri vardır. Daimi iddiaçıya hər cür köməklik göstərmiş, onun ehtiyacı olan gündəlik tələbat və ərzaq məhsulları almışdır. Həmçinin, iddiaçı uzun müddət xəstə olduğu dövrlərdə cavabdeh ona hər cür maddi və mənəvi dəstək olmuş, qulluğunda durmuş, müalicə xərclərini ödəmişdir. Eləcə də, iddiaçının anası vəfat etdikdə bütün dəfn xərcləri də cavabdehlər tərəfindən qarşılanmışdır. Bundan əlavə, iddiaçı dəfələrlə Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən cavabdehlərə məxsus evdə uzun müddətdə qonaq qalmışdır. Bu faktları qonşular, iddiaçının yaxın dostları da təsdiq edirlər. Bu yaxın münasibətləri müqabilində iddiaçı özü cavabdehlərə ona məxsus əmlakları satın almalarını təklif etmişdir. Alqı-satqı üçün tələb olunan müvafiq sənədləri toplamaq üçün ilkin olaraq 13 fevral 2022-ci il tarixdə Cavabdeh1 6 aylıq müddətə birinci etibarnamə, daha sonra isə 01 mart 2022-ci il tarixdə 03 ay müddətinə, 10 aprel 2022-ci il tarixdə isə 05 ay 20 gün müddətinə bütün əmlaklara dair etibarnamələr vermişdir. Haqlı olaraq sual yaranır ki, iddiaçı ərizədə qeyd etdiyi kimi vərəsəlik haqqında şəhadətnamə və çıxarışın alınması üçün etibarnamə vermişdirsə, sonrakı etibarnamələri nə məqsədlə vermişdir? Verilmiş etibarnamə və qarşılıqlı razılaşma əsasında Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41, 2 saylı mənzilə dair alqısatqı müqaviləsi imzalanmışdır. Müqavilədə mənzilin 4000 manata satıldığı göstərilsə də, əslində isə həmin mənzil iddiaçı ilə qarşılıqlı razılıq əsasında 20000 manata satılmış və həmin məbləğ şahidlərin iştirakı ilə iddiaçıya verilmişdir. Qeyd olunan mənzilin həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna dair müvafiq sənədi olmadığı üçün alqı-satqı müqaviləsində mənzil üçün 4000 manat pul ödənildiyi qeyd olunmuşdur. Alqı-satqı müqaviləsinin imzalanmasından əvvəl iddiaçı cavabdehlərlə birlikdə torpaq sahəsinə müvafiq sənədlərin alınması üçün ərazi üzrə bələdiyyəyə müraciət etmiş, lakin sənədləşmə işlərinin uzun müddət davam edəcəyi üçün bu barədə öz aralarında razılaşmışlar. Daha sonra isə iddiaçı ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38-də yerləşən 8 saylı mənzilə dair alqısatqı müqaviləsi imzalanmış və həmin mənzil üçün 70.000 manat pul şahidlərin iştirakı ilə iddiaçıya verilmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Faiqi və Minanı tanıyır. Muxtadır qəsəbəsinə restoranda işləyərkən Fərhadı da tanımışdır. Faiq ona bağ evi aldığını bildirmiş və pulunu vermək üçün onlarla birlikdə getməsini xahiş etmişdir. Onlar birlikdə Fərhadın yaşadığı evə getmişlər. Evdə Fərhad və dostu Namiq var idi. Faiq Fərhada 20000 manat pul vermişdir. Fərhad pulu sayaraq götürmüşdür. İkinci dəfə yenə də Faiq, Mina və o, Fərhadın yaşadığı evə Faiqgilin aldıqları evin pulunu vermək üçün getmişlər. Həmin vaxt pulun miqdarını tam olaraq bilməmişdir. Lakin bu dəfə pul birinci dəfəkindən çox idi.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Fərhadla ortaq dostları vasitəsilə tanış olmuşdur. Onun qalmağa yeri olmadığı üçün Fərhadın evində yaşamış, əvəzində ona kömək etmişdir. Cavabdehlər onların yaşadığı mənzilə gəlmiş və Xaçmazda yerləşən əmlaka görə Fərhada 20000 manat pul vermişlər. Fərhad pulu sayaraq götürmüşdür.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanı onun müdiri olduğu Mənzilistismar sahəsinə aiddir. Onlar həmin binanın həyətində həftənin altıncı günü iməclik keçirdirlər. Həmin günlərdə cavabdehlərin maşından düşdüyünü görmüş, binanın giriş qapısı kodla olduğu üçün hansı mənzilə gəldiklərini soruşmuşdur. Onlar xəstələrinin olduğunu və onun yanına gəldiklərini bildirmişlər. Bundan sonrakı həftə yenə həmin ərazidə işləyəndə cavabdehlər yenə həmin binaya gəlmişlər. O, cavabdehlərdən hansı mənzilə gəldiklərini soruşmuş, Fərhadın mənzilinə gəldiklərini bildikdə onun borcu olduğunu demişdir. Faiq etibarnamə əsasında mənzilin borcunu ödəmişdir. Onlar hər həftənin altıncı günü həmin ərazidə işləyəndə cavabdehlərin əllərində bağlama ilə gəldiklərini görmüşdür. Fərhadı görməmişdir. Lakin həmin mənzildə bir nəfərin qeydiyyatda olduğunu bilmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, Xaçmaz rayonu İstisu Bələdiyyəsinin sədridir. Fərhad, Faiq və arvadı onun yanına gəlmişdir. Fərhad evi Faiq və arvadına satmaq istədiyini, Faiq isə həmin evi almaq istədiyini bildirmiş və onlar birlikdə evə baxmağa getmişlər. O, torpağın sənədinin olmadığını, evin isə atasının adına olduğunu bildirmiş, ona görə də torpağa dair sənəd verə bilməyəcəyini, yalnız evin sənədi düzəldəndən sonra torpağa dair sənəd verə biləcəyini bildirmişdir. Bunu eşidəndə Fərhad Faiqə bildirmişdir ki, onun adına etibarnamə versin və bu işləri Faiq etibarnamə əsasında onun adından həyata keçirsin. Bir neçə ay sonra Faiq evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış gətirmişdir. Alqı-satqı müqaviləsinin necə bağlanmasından isə onun xəbəri yoxdur.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5802/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı miras qalmış əmlaka dair ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün cavabdehə etibarnamə verdiyini, əmlakı satmaq niyyətinin olmadığını qeyd etsə də, onun tərəfindən cavabdehə vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək səlahiyyəti verən etibarnamə olduğu və həmin etibarnamə qüvvədə olduğu halda, ona yenidən əmlaka dair sərəncam vermək səlahiyyəti daxil olmaqla bir çox səlahiyyətləri nəzərdə tutan etibarnamənin verilməsi onun əmlakı satmaq niyyətinin olduğunu və həmin etibarnamələrin bu məqsədlə verildiyini göstərir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçının narkotik vasitə istifadəçisi, cavabdehin isə ona həmin vasitələri təmin etməklə bu vəziyyətdən yararlandığını, həmçinin iddiaçının ağıl zəifliyi olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, şahid ifadələri ilə iddiaçının qeyd edilən mənzilləri satmaq niyyətinin olması, hətta iddiaçının baxmaq üçün mübahisə predmeti olan Xaçmaz rayonunda yerləşən mübahisəli mənzilə getmələri, yenə də mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonunda yerləşən və iddiaçının yaşadığı mənzilə mütəmadi olaraq gəlib-getmələri alqı-satqı müqaviləsi bağlandıqdan sonra əmlakların dəyərinin cavabdehlər tərəfindən iddiaçıya ödənilməsini təsdiq edir. Bundan başqa, alqı-satqı müqavilələri 3 ay vaxt aralığı ilə bağlanmış, iddiaçı hətta birinci müqavilənin bağlanmasından sonra da etibarnamələri ləğv etdirməmişdir. Bütün qeyd edilənlər həmin əmlakların Cavabdeh2 satılmasının iddiaçının maraqlarına xidmət etdiyi nəticəsinə gəlməyə əsas verir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin alqı satqı müqavilələri əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və əmlakların cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən həmin hissələrdə də iddia təmin edilə bilməz.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 144.3, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 359.1, 360.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88,217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1760/2023 saylı, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin təmin olunmayan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair İddiaçı adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli ünvan 5otariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-421 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı təhvil verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının öz izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı Xaçmaz rayonunda yerləşən əmlakını cavabdehlərə satmaq niyyəti olmuş, bu məqsədlə iddiaçı cavabdehlərlə birlikdə həmin ərazidə yerləşən mübahisəli əmlaka da baxmışlar. Lakin qeyd edilən əmlak iddiaçının mərhum valideyninin adına olduğundan alğı-satqı həyata keçirilə bilməmiş, iddiaçı səhhətində yaranmış problemlə əlaqədar olaraq vərəsəlik işi və özəlləşdirmə ilə bağlı zəruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmaq üçün Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamədə əmlaka dair sərəncam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh1 etibarnamə əsasında hərəkət edərək iddiaçı və onun yaxın qohumları olan mərhum atası, anası və bacısı ilə bağlı sənədləri əldə etmiş, İddiaçı adına miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək səlahiyyətini də nəzərdə tutan yeni etibarnamələr vermişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alğısatqı müqaviləsi əsasında İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır.
25. Kollegiya iddia tələbinin Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzilinə dair hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinini gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə araşdırması zamanıda müəyyən edildiyi kimi, həmin daşınmaz əmlakın məhz cavabdeh tərəfə satılması öz iradəsinə uyğun olmuşdur. Lakin həmin əmlakın satışından əldə edilmiş pulun ona verilməməsi barədə dəlilinə münasibtədə qeyd edilməlidir ki, həmin dəlil müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilər. Pulun verilməsi barədə hərəkət edilməmişdirsə, bu barədə iddiaçının ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.
26. Kollegiya Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilini iddiaçının satmaq niyyəti barədə iradə ifadəsinin olması tərəflərin izahatları və işin halları ilə müəyyən edilmədiyindən bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
27. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
28. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzillə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzilin satılması ilə bağlı iradə ifadəsi olmamışdır. Belə ki, iddiaçı tərəfindən verilən etibarnamə əsasında mübahisələndirilən alğı-satqı müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilədə etibarnamə üzrə nümayəndə tərəfindən edilən hərəkət iddiaçının iradəsinin həyata keçirilməsinə xidmət etməməklə onun iradəsinə uyğun olmamamışdır. Əvvəla, cavabdeh tərəf etibarnamələrin verilməsinə istinad etsə də, həmin etibarnamələrdən görünür ki, iddiaçı əvvəldən birinci etibarnaməni məhz Xaçmaz rayonunda yerləşən əmlakla bağlı vərəsəlik işi üzrə sənədləşmə işinin aparılması üçün olmuşdur. Bu, tərəflər arasında işin mübahisələndirilməyən halıdır.
29. Bundan başqa, ikinci dəfə İddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə verərkən yuxarıda qeyd edildiyi kimi, həm sənədləşmə işinin tamamlanması (izahatında belə qeyd edir iddiaçı) və ardınca təbii olaraq Xaçmaz rayonunda yerləşən əmlakın cavabdeh tərəfə satılmasının həyata keçirilməsi üçün (məhkəmə iclasında bildirdiyi kimi) verilmişdir. Cavabdeh etirazında 3-cü dəfə məhz xx.xx.2022-ci il tarixdə bir daha etibarnamə verməsini, iddiaçının Bakı şəhərində yerləşən mənzilinin satılması üçün verdiyini bildirməsinə münasibətdə kollegiya qeyd edir ki, göründüyü kimi həmin etibarnamə məhz xx.xx.2022-ci ildə verilməklə, 2-ci verilən etibarnamənin bitmə müddətinə (xx.xx.2022-də bitirdi müddət) 1 ay 20 gün qalmış verilmişdir. Eyni zamanda Xaçmaz rayonunda yerləşən əmlakın satılmasından 6 gün öncə verilmişdir. Bununla da kollegiya 3-cü etibarnamənin verilməsini məhz Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilin satılmasının həyata keçirilməsi üçün verilməsi barədə cavabdeh tərəfin dəlilini qəbul etmir və hesab edir ki, ikinci dəfə verilən etibarnamənin müddətinin bitməsinə 1 ay 20 gün qalmasına baxmayaraq digər mənzilin məhz hansı tarixdə rəsmiləşdiriləcəyi, hansı tarixdə satılmalı olması barədə güman edilən qənaət əsas göstərilməklə (hətta Xaçmazda olan əmlakın satımasından öncə) yeni etibarnamənin məhz Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospektində yerləşən mənzilin satılması məqsədlə verilməsi ağlabatan görünməməklə iddiaçının bu barədə iradə ifadəsini özündə ehtiva etməmişdir. Həmçinin bu da qeyd edilməlidir ki, belə bir iradə ifadəsi olmadığı halda Cavabdeh1 etibarnamə üzrə səlahiyyətlərdən öz xeyrinə istifadə etməklə mənzili arvadına satmış və bundan öz xeyrinə istifadə etmişdir. Belə ki, əldə edilən daşınmaz əmlak arvadına satılmaqa birgə nikah dövründə əldə edilən əmlak kimi, həmin əmlak üzərində özünün də mülkiyyət hüququnun yaranmasına nail olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmamaqla lazımi qiymət verilməmişdir. Belə olan halda qeyd edilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə bağlı qeydə alınmış alqı satqı müqaviləsi etibarlı müqavilə hesab edilə bilməz. Bu baxımdan həmin müqavilə etibarsız hesab edilməklə mülkiyət hüququnun qeydə alınması barədə çıxarış da ləğv edilməlidir.
30. Bundan əlavə, cavabdehlər Bakı şəhəri, Yasamal rayon, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzildə Fərhadın yanına gəlib-getdikləri vaxtlarda ona baxdıqlarını bildirməklə həmin anları özündə əks etdirən video görüntüləri mobil telefon vasitəsi qeydə almaqla məhkəməyə təqdim etmişlər. Kollegiya bununla bağlı qeyd edir ki, həmin görüntülərdə Fərhadla bağlı hər hansı bir iş görərkən, yəni ona çay verilməsi, süfrənin düzəldilməsi, hamamda yuyunması zamanı yardımçı olmaları əks edilmişdir. Lakin həmin görüntülərin çəkilməsinin izahı kimi cavabdeh tərəf Fərhada bir şey olacağı təqdirdə onların əlində özlərinin sığortalanması kimi qalmasını istədiklərini qeyd etmişlər. Məhkəmə kollegiyası bu hala dair qeyd edir ki, həmin görüntülərin heç birində daha mühüm bir hal olan Fərhadın onlara mənzili satması barədə aralarında hər hansı söhbətin olmasına dair iradə ifadəsini əks etdirən hər hansı bir danışığın olmadığı müəyyən edilir.
31. Eyni zamanda, Faiqin Fərhadın onun uşaqlıq dostu olduğunu və ona dost kimi qulluq göstərməsini bildirməsinə münasibətdə qeyd edilməlidir ki, dost kimi kömək etdiyi şəxslə bağlı edilən ən sadə yardımları belə video görüntü vasitəsi ilə qeydə aldığı halda, işin mühüm halı kimi mənzillərin satışı ilə bağlı pulların verilməsini və məhz şahidlərin yanında həmin mənzildə Fərhada verilməsini (əgər belə bir hal olmuşdursa) qeyd etsə də, bu anları video görüntü ilə qeydə almaması (hansıki digər çəkilişləri özlərini sığortalamaq üçün etdiklərini bildirmişlər) işin bu halının həqiqəti əks etdirmədiyini özündə ehtiva edir. Hansıki, cavabdehlərin özlərinin qeyd etdiyi kimi, Fərhadın sağlamlığında problemlər var idi və hər an bu hissənin (olduğu halda) sübuta yetrilməsinə mütləq zərurət olması qaçınılmaz olacaqdı.
32. Bundan başqa, birinci instansiya məhkəməsi tərəflər arasında alğı-satqının aparılması və bununla bağlı pul məbləğinin iddiaçıya cavabdehlər tərəfindən verilməsi qənaətinə gələrkən pulun verilməsi halına sübut kimi istinad etdiyi şahid ifadələrinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr ümumi sözlərdən ibarət olmaqla konkret qeyd edilən halların sübut edilməsində mötəbər sübut kimi qəbul edilə bilməz.
33. Belə ki, cavabdeh tərəf həmin halı təsdiq edən sübut qismində məhkəməyə iki şahid təqdim etmiş, birinci instansiya məhkəməsi də həmin şahidlərin ifadəsini cavabdehin etirazının dəlillərini təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün, aid, mötəbər olmaqla yanaşı həm də yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir.
34. Mülki prosessual qanunvericilikdə əsas sübut növlərindən biri də şahid ifadələridir. MPM-in 81-ci maddəsində göstərilən hal istisna olmaqla məhkəmə, tərəflərin təqdim etdiyi şahid ifadələri əsasında işin hallarını müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edə bilər. Dolayı sübutlar istisna olmaqla prosessual qanunvericilik işin müəyyən halının bir şahid ifadəsi əsasında müəyyən edilməsini qadağan edən birbaşa norma müəyyən etməmişdir. Lakin baxılan mülki işin hallarından irəli gələn hüquqi (formal) həqiqətə nail olmaq üçün işin obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılması, məhkəmə aktlarının əsaslandırılmış olmasına dair MPM-in 9, 14, 88, 217 və 220-ci maddələri baxımından tələbin və ya etirazın əsasında duran sübut kimi yeganə şahid ifadəsi məhkəmə tərəfindən daha ciddi tədqiq edilməlidir. Bunun üçün məhkəmə, tərəflərin izahatları və işdə olan digər sübutlarla şahid ifadəsi arasında olan ziddiyyətləri aradan qaldırmaq, şahidin yalan ifadə verməsi halını istisna etmək üçün ona suallar verməli, şahid ifadəsinin işdəki məlumatlarla uyğunluğunu və mötəbərliliyini qiymətləndirməlidir.
35. Hazırki işin hallar baxımından məhkəmə kollegiyası cavabdehlər tərəfindən iddiaçıya pulun verilməsi ilə bağlı dindirilmiş şahid ifadələrinin həmin halın sübuta yetirilməsi baxımından yuxarıda qeyd edilən əsasları nəzərə almaqla mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, hazırki iş üzrə şahidlərdən biri X19 bağ evinə görə pul vermək üçün Fərhadın yanına getdiyini və onun da Faiqlə birlikdə getdiyini bildirmişdir. Əvvəla şahidin ifadəsində bunun məhz nə vaxt edildiyini (tarix) müəyyən etmək mümkün deyil, çünki özü də ifadəsində bu barədə heç nə bildirməmişdir. Eyni zamanda yanlarında Fərhadın arvadı Minanın olub-olmamasını da qeyd etməmişdir. Hansıki, cavabdehlər pulun verilməsi üçün birlikdə getmələrini bildirmişlər. O cümlədən, evdə Fərhadın dostu Namiq adlı şəxsin olduğunu bildirmişdirsə də, əlaqəli şəkildə Namiqin kim olmasını haradan tanımasını və Fərhadın dostu kimi çıxış etməsini aydınlaşdırmamışdır. Faiqin Fərhada 20000 manat verməsini və sonuncunun pulu sayaraq götürdüyünü bildirsə də, bu halı detallı şəkildə bildirməmiş, yəni pulların əsasən hansı əskinaslardan ibarət olmasını, pulun verilməsi zamanı evin hansı hissəsində əyləşmələrini, əlavə olaraq nə danışıldığını qeyd etməmişdir. Eyni zamanda ifadəsindən ikinci dəfə Faiq və Mina ilə birlikdə onların aldığı evin pulunu vermək üçün getdiyini bildirsə də, bu dəfə də hansı tarixdə getmələrini ümumiyyətlə qeyd etməmişdir. Hətta günün hansı saatlarında axşam və ya səhər saatlarında olması belə bildirilməmişdir. Həmin vaxt pulun miqdarının nə qədər olmasını bilmədiyini qeyd etməklə, yalnız birinci dəfəkindən çox olmasını qeyd etmişdir. Bu hala dair kollegiya qeyd edir ki, burada ümumiyyətlə pulun miqdarı barədə ifadə tam olaraq təsəvvürlərdən ibarət olmaqla ümumi ifadələrlə izah edilmişdir.
36. Eyni zamanda, hazırki iş üzrə şahidlərdən biri Namiq Əliyev qalmağa yeri olmadığı üçün Fərhadın evində yaşadığını (hansı tarixdən qalması yoxdur), əvəzində ona kömək etməsini (nələrdən ibarət olması) bildirmişdir. O cümlədən, cavabdehlərin həmin mənzilə gəlməsini (lakin hansı tarixdə günün hansı saatlarında gəlməsini bildirmir), hətta onun məhz həmin vaxtlarda hansı səbəbdən evdə olması da ifadədən müəyyən edilmir. Həmçinin ifadəsində Xaçmazda yerləşən mənzilə görə Fərhada 20000 manat verilməsini və sonuncunun sayaraq götürməsini qeyd etsə də, pulların əsasən hansı əskinaslardan ibarət olmasını, pulun verilməsi zamanı evin hansı hissəsində əyləşmələrini, əlavə olaraq nə danışıldığını qeyd etməmişdir. Eləcə də ən əsası digər şahidin pulların verilməsində iştirakını bildirdiyi halda Namiq Əliyev ifadəsində yanlarında başqa şəxsin olmasını bildirməmişdir.
37. Kollegiya hesab edir ki, mülkiyyət hüququnun itirilməsinə səbəb olacaq bir halın təsdiqi üçün verilən bu şahid ifadəsi ümumi ifadələrdən ibarət olmamaqla daha dolğun və detallı olmalıdır. Hazırki halda isə kollegiya bu ifadələri mötəbər sübut kimi qəbul etməməklə ifadədə qeyd edilən halların təsdiqi üçün əsas hesab etmir.
38. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilinə dair hissədə iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Buna görə də, məhkəmənin qətnaməsi həmin hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməklə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilinə dair İddiaçı adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməli, mənzil cavabdehlərdən alınaraq, İddiaçı təhvil verilməlidir.
39. Eyni zamanda kollegiya qeyd edir ki, etibarsız hesab edilən müqavilə nəticəsində tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan mənzilin iddiaçıya qaytarılması qənaətinə gəlir. Lakin cavabdeh tərəfin etibarsız əqd nəticəsində iddiaçıya hər hansı məbləğdə pul ödəməsi təsdiq edilməmişdir.
40. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (50 manat) yarısı 25 manat məbləğində pul vəsaiti İddiaçı özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun digər yarısı 25 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.
41. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 146.2, 178.1, 214, 215.2, 215.5, 215.6., 218, 219.1, 219.2, 220.5, 220.6, 221, 222, 223, 225 maddələrinə, Ailə Məcəlləsinin 32, 33, 35, 36.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 112.1, 118.1, 118.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 Aprel 2014-cü il qərarına istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
42. Qətnamədən İddiaçı və cavabdehlər X10, Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
43. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Cavabdehlər (vəkil Nümayəndə) ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin qətnaməsini iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3264/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarı ilə (hakim Əhliman Xıdırovun sədrliyi və məruzəsi ilə, hakimlər Elşanə Vəliyeva və Elşad Şamayevdən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-1760/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin isə təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli 2(103)-1760/2023 nömrəli qətnaməsinin cavabdehlərin kassasiya şikayətləri ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
46. Kassasiya instansiyası məhkəməsi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 38 ünvanında yerləşən 8 nömrəli mənzilə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, həmin mövqedən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinin imperativ tələbinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeni iddianın rədd edilən hissəsi üzrə nümayiş etdirməmişdir. İddianın rədd edilən hissəsi üzrə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırılması zamanı iddiaçının öz izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı Xaçmaz rayonunda yerləşən əmlakını cavabdehlərə satmaq niyyəti olmuş, bu məqsədlə iddiaçı cavabdelərlə birlikdə həmin ərazidə yerləşən mübahisəli əmlaka da baxmışlar. Lakin qeyd edilən əmlak iddiaçının mərhum valideyninin adına olduğundan alğı-satqı həyata keçirilə bilinməmiş, iddiaçı səhhətində yaranmış problemlə əlaqədar olaraq vərəsəlik işi və özəlləşdirmə ilə əlaqədar zəruri hərəkətlər etmək və aidiyyəti orqanlarda nümayəndəsi olmaq üçün Cavabdeh1 xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamədə əmlaka dair sərəncam vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh1 etibarnamə əsasında hərəkət edərək iddiaçı və onun yaxın qohumları olan mərhum atası, anası və bacısı ilə bağlı sənədləri əldə etmiş, İddiaçı adına miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etmək və onların üzərində sərəncam vermək səlahiyyətini də nəzərdə tutan yeni etibarnamələr vermişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır. Kassasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satmışdır. Belə olan təqdirdə göstərilən daşınmaz əmlakı Cavabdeh2 əldə etdikdən sonra həmin əmlaka Cavabdeh1 birgə mülkiyyət hüququ yaranır. Göstərilən müqavilə iddiaçı tərəfindən mübahisələndirilir. Azərbaycan Respublikasının 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili Cavabdeh2 satarkən Mülki Məcəllənin göstərilən normasının tələblərinin pozulub-pozulmamasına ətraflı araşdırıb hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən də iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iddiaçının kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 may 2023-cü il tarixli, 2(103)-1760/2023 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İş üzrə cavabdehlər tərəfindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir.Məhkəmə kollegiyası həmin hissə üzrə apelyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır.Həmin hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Həmin hissədə məhkəmə qətnaməsinin ləğvinə səbəb olacaq prosessual hüquq normalarının səhv tətbiq edilməsi halı müəyyən olunmur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
47. İddiaçının apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
48. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Bildirdi ki, işin halları artıq bəllidir, əlavələri yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməyən hissədə də təmin edilməsini xahiş edir.
49. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçı xəstə olduğundan notariusa gedə bilməmiş, ona görə də əmlaklar barədə sənədlərin düzəldilməsi, eləcə də alqı-satqısı üçün ona etibarnamə vermişdir.
50. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ünvan 5otariat Ofisi və Bakı şəhəri 32 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X4 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
53. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi üçün əsasdır.
54. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
56. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
57. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
58. İddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan, iddianın təmin edilməyən hissəsinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə də iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
59. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan təmin edilməyən hissəsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından haqlı sayılır.
60. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
61. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini, yəni iddia tələbinin hazırki apellyasiya icraatının predmeti olan, iddianın təmin edilməyən, yəni Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzilə aid hissəsindəki qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
62. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Demək, cavabdeh iddiaçının(təmsil edilənin) adından mübahisəli müqaviləni təmsilçi kimi bağlasa da səlahiyyətini aşmış və qeyd olunan normanın tələbini pozmuşdur. Belə ki, iddiaçının əvəzinə etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzili arvadı Cavabdeh2 satmışdır. Bu cür vəziyyətdə mənzili Cavabdeh2 əldə etdikdən sonra həmin əmlaka Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ yaranmış olur. Demək ki, təmsilçi təmsil edlən adından özü barəsində, yəni özünün xeyrinə müqavilə bağlayır ki, bu da qanunla qadağan edilr.
63. İddiaçı bəyan edir ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzilə dair onun adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi onun razılığı və xəbəri olmadan bağlanmış, əslində onun Cavabdeh1 etibarnamə verməsinin səbəbi əmlakla bağlı sənədləşmə işlərinin həll edilməsi olmuşdur. Cavabdeh1 isə onun adından verilən etibarnamədən pis niyyətlə istifadə etmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan müqaviləni mübahisələndirir, demək ki, həmin əqdi sonradan bəyənmədiyini də açıq-aşkar büruzə vermiş olur. Başqa sözlə qeyd olunan müqavilə bağlandığı an iddiaçı üçün etibarsız olmuş və düzələ bilmə müddəti ərzində də nəinki onun tərəfindən bəyənilmiş, əksinə bəyənmədiyini ifadə edən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün müqavilə hər iki tərəf üçün qəti etibarsız hala gəlmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əqdlərin etibarsızlığı və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
65. Beləliklə, yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki; İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5802/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməli; Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzilə dair İddiaçı adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 32 saylı Notariat Ofisində təsdiqlənmiş və reyestrdə 4Ə-609 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilməli; Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı təhvil verilməli;
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5802/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə də iddia təmin edilsin. Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzilə dair İddiaçı adından Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli Bakı şəhəri 32 saylı Notariat Ofisində təsdiqlənmiş və reyestrdə 4Ə-609 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilsin. Xaçmaz rayonu, İstisu qəsəbəsi, X18 küçəsi, ev 41 ünvanında yerləşən 2 nömrəli mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı təhvil verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.