Məhkəmə qərarları › İş №2(103)-6543/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6543/2023

23.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6543/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi və X3) cavabdehlər Cavabdeh2 və Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “miras əmlakda payın müəyyən olunması, vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair, üçüncü şəxs X3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) cavabdehlər İddiaçı, Cavabdeh2, Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “miras əmlaka payın müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 (üçüncü şəxs: İddiaçı) cavabdehlər Ağcabədi Regional Cavabdeh1 Notariat ofisinə və Cavabdeh2 qarşı “ötürülmüş müddətin bərpası” tələbinə dair e-2(007)- 2852/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana və qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-554/2023 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini və mülki iş üzrə məhkəmə baxışının davam etdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, miras əmlakın qəbul edilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş müddətin bərpası məsələsinə bu məhkəmə icraatı zamanı baxılmalı idi. Həmin mülki iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsi qanunun tələbinə uyğun olmamışdır. Belə ki, bu bir mübahisə üzrə iki məhkəmə icraatının aparılması deməkdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən bu yolverilməzdir. Ona görə də hesab edir ki, bu əsasla məhkəmə icraatının dayandırılması əsassız məhkəmə süründürməçiliyinə gətirib çıxarır və həmin iş üzrə məhkəmə icraatı zamanı da müvafiq vəsatətlər veriləcəkdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi miras əmlakın payın müəyyən olunması barədədir. Digər iddiada isə hazırkı iş üzrə üçüncü şəxs X3 mirasın qəbulu üçün ötürülmüş müddətin bərpasını tələb edir. Həmin iş üzrə yekun qərar qəbul edilmədən hazırkı iddia tələbinə dair mülki iş üzrə məhkəmə baxışını davam etdirmək mümkün deyildir. Göründüyü kimi, sözügedən işlər arasında bağlılıq və asılılıq var. Bu səbəbdən də hazırkı işin baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəflndən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək qanuni və əsaslı olaraq iş üzrə icraatı dayandırmışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar