Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6545/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinə yenidən baxılmasının yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3229/2024 nömrəli qərardadından Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3229/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 nömrəli evdən istifadə hüquqlarına iddiaçı tərəfindən cavabdehlərə 12000 (on iki min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.
2. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Daha sonra Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin prosessual müddətin buraxılması əsası ilə geri qaytarılması qərara alınmışdır.
6. Daha sonra Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin və buraxılmış prosessual müddətin bərpası barədə ərizənin geri qaytarılması qərara alınmışdır.
8. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3229/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)- 3229/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3229/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh3 ərizəsinin təmin edilməməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3229/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3229/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qətnaməsinin surəti xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilmiş, iş materiallarında olan poçt xəbərnaməsinə əsasən onun atası Cavabdeh1 tərəfindən rəsmi qaydada alınmışdır. Məhkəmə sənədinin ünvan sahibinin yetkinlik yaşına çatmış ailə üzvünə təqdim edilməsi qanunvericiliyə əsasən həmin sənədin rəsmi qaydada verilməsi hesab olunur. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə, Cavabdeh3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsindən vaxtında məlumatlı olduğunu təsdiq edən digər hal -Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən xx.xx.2025-ci il tarixdə verdiyi kassasiya şikayətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3229/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qətnaməsinin məzmunu ilə bağlı ətraflı təhlilin aparılmasıdır. Həmçinin, ərizədə qətnamənin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada əldə edildiyi qeyd olunsa da, iş materiallarına görə həmin tarixdə Cavabdeh3 yalnız qanunvericiliyə əsasən qətnamənin surətinin təkrarən əldə edilməsinin izahı barədə məktub göndərilmişdir. Qeyd olunanlara əsasən, eyni zamanda prosessual hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipini rəhbər tutaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, müddətin bərpasına dair ərizə əsassız hesab olunaraq təmin edilməməlidir.
Şikayətin dəlilləri:
11. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3229/2024 nömrəli qərardadından şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)- 3229/2024 nömrəli qərardadının ləğv edilməsi, Cavabdeh3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3229/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3229/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi barədə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3229/2024 nömrəli qərardadına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3229/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti ona geri qaytarılmışdır. Hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3229/2024 nömrəli qərardadı tamamilə qanunsuz və əsassızdır. Bu hal Cavabdeh3 məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərini kobud pozur. Hesab edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-3229/2024 nömrəli qərardadı hüquq normalarının pozulması ilə qəbul olunduğundan əsassızdır, ona görə də ləğv olunmalı və ərizənin təmin olunmasına dair yeni qərardad qəbul edilməlidir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
14. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
15. Həmin Məcəllənin 372.7-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3229/2024 nömrəli qərardadı ləğv edilməli, həmin qərardaddan Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3229/2024 nömrəli qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır.
18. Belə ki, iş materiallarından müəyyən edilir ki, daha əvvəl Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3229/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qətnaməsindən iş üzrə digər Cavabdeh1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2024cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Hazırda həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri daha əvvəl şikayət vermiş Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri ilə (hər iki apelyasiya şikayətində qətnamə ilə cavabdehlərin hüquqlarının pozulması göstərilmişdir) eynilik təşkil edir. Həmin qətnamə apellyasiya qaydasında iş üzrə cavabdehlərdən yalnız biri – X2 tərəfindən mübahisələndirilsə də, cavabdehlər bir ailənin üzvləri olduğundan və mübahisə predmeti bölünməz olduğundan, qətnamənin əsaslılığı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1418/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə bütövlükdə yoxlanılmışdır. Yəni, Cavabdeh1 apelyasiya şikayətinə baxılması zamanı həmin dəlillərə apellyasiya instansiya məhkəməsinin qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq münasibət bildirilmişdir.
20. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş eyni mövqedə olan tərəfin şikayəti üzrə təkrarən apelyasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3229/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamədən yenidən şikayət verilməsi nəzərdə tutulmadığından, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası məsələsinə məhkəmə kollegiyası tərəfindən münasibət bildirilməsi zəruri hesab edilməmişdir.
22. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3229/2024 nömrəli qərardadı ləğv edilməli, həmin qərardaddan Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3229/2024 nömrəli qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil3 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3229/2024 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3229/2024 nömrəli qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov