Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6554/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı "borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-406/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən ünvan 1 ünvanına əsassız olaraq borc kimi yazılmış 668,20 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən, İddiaçı borcu 688,20 manat təşkil edir (səh.12); Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən, qeyd edilən ünvanda istehlakçı İddiaçı sayğacdan kənar qaz xəttinə qeyri-qanuni yolla qoşulmaqla, təbii qazdan istifadə etmişdir, İddiaçı akta imzalamaqdan imtina etmişdir (səh.8); itirilmiş qazın hesablanması barədə xx.xx.2018-ci il tarixli sənədin surətinə əsasən, istehlakçı Nəzərov Əbülfəz barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci tarixli akta əsasən cəmi 3456 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (səh.7); Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 554 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı Cavabdeh İB-nə məxsus qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir (səh.48). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-406/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”n 6.5-6.7-ci bəndlərinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2; MPM-in 119-cu maddəsinə istinadən) ilə iddia təmin edilmiş, ünvan 1 ünvanı (Abonent kodu:**********00351) üzrə İddiaçı hesablanmış 668,20 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun "Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilmiş, 102 manat məbləğində ekspertiza tədqiqatının dəyəri "Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh (Azərbaycan Respublikasının Konstitusiyasının 125.7; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 448-ci maddələrinə; MPM-in 13, 14, 385, 386-cı maddələrinə istinadən ümumi səciyyəli) apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-406/2020 saylı qətnaməsinin ləğv edib, X1 iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş X3 3-5; MM-in 385.1, 442, 456, 560, 1128-1131; MPM-in 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin formal mülahizə səciyyəli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar məhkəmə xərci - ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməlidir. Qeyd edilməlidir ki, qazpaylayıcının satışa və qurğuların işlək vəziyyətdə olmasına vaxtı-vaxtında nəzarət etməsi onun (işçilərinin) vəzifəsidir, və vaxtında bu vəzifələri yerinə yetirməməsinə görə (təqsiri cinayət və ya inzibati xəta haqqında qanunvericiliklə sübuta yetirilməyən) istehlakçının məsuliyyət daşıması, suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-406/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6554/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6554/2020
14.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver