Məhkəmə qərarları › İş №2(103)-6557/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6557/2020

30.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6557/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsində yerləşən 154 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1944 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova, iş № 2(011)-464/20) iddia təmin edilmişdir. Cavabdeh İB Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsindən apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair ********* №li qəbzdən (i.v.65) görünür ki, həmin rüsum xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Halbuki, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi Xətai Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə, yəni həmin rüsum ödəniləndən təxminən 6 ay sonra daxil olmuş, şikayət verilən məhkəmə aktı isə xx xxx 2020-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh İB qətnamədən şikayəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilməsi göstərilən həmin dövlət rüsumuna dair qəbzin həqiqi olması, təyinatı üzrə, yəni məhz bu iş üçün ödənilmiş dövlət rüsumu olması barədə qənaətə gəlmək qeyrimümkündür. Apelyasiya şikayətinin verilməsinə dair dövlət rüsumu qətnamədən və şikayətdən bir ildən də çox müddət əvvəl ödənmişdir ki, bu da faktiki olaraq mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar